Microsoft Word beytul-ehzan doc



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə1/47
tarix03.08.2018
ölçüsü1,24 Mb.
#60676
  1   2   3   4   5   6   7   8   9   ...   47



 
Kitab: Beytül-əhzan 
 
Müəllif : Şeyx Abbas Qumi 
 
 
 
 
 
 
 
 
 
Ön söz 
Ulu  Tanrıya  şükr  edib  həmd  söyləmək,  eləcə  də  həzrəti-  Mühəmməd(s)  və  onun  pak  Ailəsinə 
salavat  və  salam  göndərmək  insanların  doğru  yola  hidayət  olunmasında  ən  başlıca  amillərdən 
biridir. 
Dünya xanımlarının xanımı, məsum İmamlarımızın anası həzrəti- Fatimeyi-Zəhranın (səlamullahi 
əleyha)  həyatından  bəhs  edən  bu  kitabı  biz  dörd  hissəyə  və  hər    hissəni  də  bir  neçə  bölməyə 
ayırmışıq. 
Birinci  hissə  həzrəti-Fatimə(s.ə)-nin  təvəllüd  tarixi,  adı  və  o  xanımın  müxtəlif  ləqəblərlə 
adlandırılması səbəblərindən bəhs edir. 
İkinci hissədə  o Xanımın əxlaqi dəyərləri, eləcə də həzrəti-Əli (ə.s) ilə evlənməsindən söz acılır. 
Kitabın  üçüncü  hissəsində  Peyğəmbər(s)-in  vəfatından  sonra  baş  vermiş  hadisələrdən,    xanım 
Fatimə(s.ə)-nin  alovlu  nitqləri,  özünü  müdafiə  etməsi  və  bu  barədə  qeyd  olunmuş  bir  sıra 
mətləblərdən bəhs edilir. 
Nəhayət,  dördüncü  hissə  həzrəti-Fatimə(s.ə)-nin  atası  Peyğəmbər(s)-in  vəfatından  sonra  çəkdiyi 
iztirab və müsibətlərlə, onun həzrəti-Əli(ə.s)-yə vəsiyyəti, eləcə də o böyük qadının ömrünün son 
günlərində baş vermiş hadisələrlə zəngindir. 
Abbas ibn Mühəmməd Rza Qumi. 
 



 
Birinci hissə 
 
Həzrəti-Zəhra(s.ə)-nın təvəllüdü 
 
Xanım  Fatimeyi-Zəhra(s.ə)  besətin  beşinci  ili,  cəmadius-sani  ayının  iyirmisində,  Peyğəmbər(s) 
qırx beş yaşında ikən Məkkədə dünyaya göz açmışdır. İmam Sadiq(ə.s) və İmam Baqir(ə.s)-dən 
müasir dövrümüzədək gəlib çatmış hədislərə əsasən, həzrəti-Zəhra(s.ə)-nın anası xanım Xədicə(s) 
olmuşdur.  Öz  merac  gecələrinin  birində  Rəsuli-əkrəm(s)-ə  təklif  edilən  behişt  meyvələrindən 
Peyğəmbər(s)-imiz təzə  xurma və üzümdən meyl etmişdi. Allah-təala həmin behişt  meyvələrini 
Peyğəmbər(s)-in  sülbündə  suya  (nütfəyə)  çevirmişdir.  Nəticədə,  Rəsulullah(s)  meracdan 
qayıtdıqdan  sonra  xanımı  Xədicə(s.ə)  ilə  bir  yatmışdı.  Beləliklə,  Fatimə(s.ə)-nin  nuru 
Xədicə(s.ə.)-nin  bətnində  cilvələndi.  Buna  görə  də  xanım  Fatimə(s.ə)-ni  «Hövrau-Unsiyyə»  də  
adlandırmışlar  ki,  bunun  da  mənası    xanım  Zəhra(s.ə)-nın  insan  ola-ola  eyni    zamanda    behişt 
hurilərindən sayılması deməkdir, belə ki Peyğəmbər(s) nə zaman behişt ətrini duymaq istəsəydi, 
onun və tuba ağacının ətrini  Fatimə(s.ə)-dən alar, sevimli qızını əzizlərdi, lakin Peyğəmbər(s)-in 
zövcələrindən  bəzisi  o  Xanımın  bu  böyük  məqamını    dərk  etmədiyinə  görə  belə    hərəkəti 
Peyğəmbər(s) üçün nalayiq hesab edirdi. 
Sual  oluna  bilər  ki,  Rəsuli-əkrəm(s)-in  meracı    altı    ay  hicrətdən  qabaq,  yaxud  digər  mənbəyə 
əsasən, besətin  ikinci ilində baş vermişdir. Həzrəti-Fatimə(s.ə) isə  besətin beşinci ilində dünyaya 
göz  açmışdır  ki,  bu    da  yuxarıdakı  hadisə  ilə  (Peyğəmbər(s)-in  meracdan  sonra  bilavasitə 
Xədicə(s.ə) ilə yaxınlıq etməsi) üst-üstə düşmür. 
Cavab budur ki, Peyğəmbər(s)-in meracı bir dəfə   ilə məhdudlaşmadığı üçün   yuxarıdakı  iradı  
ona aid edə bilmərik. İmam Sadiq(ə.s)-in buyurduğuna görə, Rəsuli-əkrəm (s) iyirmi dəfə meraca 
getmişdir. Bu səfərlərinin hamısında da  Allah-təala Peyğəmbər(s)-ə bütün vacib əməllərdən daha 
çox Əli(ə.s)-nin və ondan sonrakı imamların vilayət və imaməti haqqında göstəriş vermişdir. 
Əllamə Məclisi həzrəti-Zəhra(s.ə)-nın təvəllüd tarixini öz məşhur  «Biharül-ənvar» kitabında belə 
təsvir edir: 
 Bir  gün  Peyğəmbər  (s)  Əbtəh  (Məkkə  və  Mina  arasında)  deyilən  yerdə  əyləşmiş,  həzrəti-Əli 
(ə.s),  Abbas,  Həmzə,  Əmmar  Yasir,  Müfzər  ibn  Zəhzah,  Əbu  Bəkr  və    Ömər  də  o  Cənabın 
yanında oturmuşdular. Bu zaman Cəbrayıl  öz əsl surətində– çox böyük, qanadları  şərq və qərbi  
əhatə etmiş halda  Peyğəmbər(s)-in hüzuruna gəlib belə səsləndi:  «Ey  Peyğəmbər! Böyük Allah 
sənə salam göndərir və buyurur ki, qırx gün Xədicə (s.ə) ilə yaxınlıq etməyəsən». 
Bu məhrumiyyət Xədicə(s.ə)-yə dərin məhəbbət bəslədiyinə görə Peyğəmbər(s)-ə çox ağır gəldi, 
lakin Allahın əmri hər bir şeydən daha üstün olduğu üçün onu mütləq yerinə yetirmək lazım idi. 
Bu hadisədən sonra Peyğəmbər(s) qırx gün Xədicə(s.ə)-yə yaxın düşmədi. Gündüzləri oruc tutub, 
gecələri  isə  ibadətlə    məşğul  olan  Rəsulullah(s)  vaxt  tamama  yetişəndə  Əmmar  Yasiri 
Xədicə(s.ə)-nin yanına göndərib bu xəbəri ona çatdırmağı tapşırdı: «Ey Xədicə! Elə güman etmə 
ki,  bir  müddət  səndən  uzaqlaşmağım  sənə  olan  sevgimin  azalması,  ya    laqeydlik  üzündəndir. 



 
Allahım bunu öz işini yer  üzündə  həyata keçirməkdən ötrü əmr etmişdir. Bu əmrin nəticəsi üçün 
səadət və xeyirdən savayı  bir şey fikirləşmə. Allah-təala gündə neçə dəfə ən böyük  mələklərini 
sənin  nazını  çəkməyə  məmur  edir.  Axşam  düşən  kimi  qapını  bağla  və  öz  yatağında  istirahət  et. 
Bil ki, mən Fatimə binti Əsədin evindəyəm». 
Xədicə(s.ə)  öz  günlərini    qəm-kədərlə  ötürürdü.  Qırx  gün  sona  yetdikdə  həzrəti-Cəbrayıl 
Peyğəmbər(s)-in yanına gələrək belə ərz etdi: «Allah-təala sənə salam göndərib buyurur ki, sənə 
veriləcək  hədiyyəni  almağa  hazırlaşasan».  Peygəmbər(s)  Cəbrayıldan  soruşdu:  «Allahın  mənə 
edəcəyi töhfə nədir?» Cəbrayıl bu barədə bir şey bilmədiyini bildirdi. Bu zaman Mikayıl– Allahın 
dörd yaxın mələklərindən (Cəbrayıl, Mikayıl, İsrafil, Əzrayıl) biri göylərdən yerə enərkən behişt 
parçalarına bükülmüş cənnət meyvələri ilə dolu sinini Rəsuli-əkrəm(s)-in qarşısına qoydu. 
Bu  vaxt  Cəbrayıl  Peyğəmbər(s)-ə  dedi:  «Allah-təala  buyurur  ki,  axşam  iftarını  bu  meyvələrlə 
açasan».        
 Həzrəti-Əli(ə)  söyləyir  ki,  Peyğəmbər(s)  bizdə  idi.  Adətən  axşamlar  iftar  vaxtı  mənə  evin 
qapısını açıq qoymağımı tapşıran və «Qoy kim istəsə, gəlib Peyğəmbərlə birlikdə yemək yesin»-
söyləyən  Mühəmməd(s)  o  gecə    məni  də  qapının  ağzında  oturdub:  «Ey  Əbu  Talibin  oğlu,  bu, 
məndən başqasına haram olunmuş bir təamdır», - deyə  buyurdu. 
Mən  qapının  ağzında  əyləşdim.  Rəsuli-əkrəm(s)  evə  daxil  olub  sininin  üstünə  çəkilmiş  örtüyü 
qaldırdı,  içində  bir  salxım  üzüm,  bir  budaq  da  xurma  gördüm.  Allahın  Rəsulu(s)  onları  bir  az 
yeyib  doyandan  sonra  su  içdi.  Sonra  yumaq  üçün  əllərini  uzatdı.  Cənab  Cəbrayıl  o  Həzrətin 
mübarək əlinə su tökür, Mikayıl  yuyur, İsrafil isə dəsmalla Peyğəmbər(s)-in əllərini qurulayırdı. 
Artıq  qalmış meyvələr, sini ilə birgə asimana aparıldı. Bu zaman Peyğəmbər(s) nafilə namazını 
qılmaq üçün  artıq ayaq üstə durmuşdu ki, Cəbrayıl  Onun yanına gəlib dedi: «Ya Mühəmməd, 
indi sənə namaz haramdır. Gərək evə gedib Xədicə(s.ə) ilə yaxınlıq edəsən, çünki Allah istəyir ki, 
bu gecə sənin sülbundən pak  övladlar yaratsın».  
Nəhayət, Peyğəmbər(s)  qırx gün ayrılıqdan sonra Xədicə(s.ə)-nin görüşünə getdi. 
Xədicə(s.ə) deyir: «Mən həmin 40 gün müddəti tək qalırdım. Axşam düşən kimi qapını bağlayıb, 
pərdələri  çəkir,  başımı  bağlayıb  namaz  qılırdım.  Namazı  qurtarandan  sonra  çırağı  söndürüb 
yatağıma  istiharət  etməyə  gedirdim.  Lakin  o  gecə  hələ  yatmamışdım  ki,  qapının  halqasının 
döyüldüyünü  eşitdim.  Mən:  «Qapını  döyən  kimdir  ki,  Peyğəmbər(s)-dən  başqa  heç  kim    onu 
döymür?»-dedim.  Bu  vaxt  Peyğəmbər(s)-in  məlahətli  səsini  eşitdim:  «Ey  Xədicə,  qapını  aç! 
Mənəm, Mühəmmədəm.» Sevinclə qapını açdım. O cənab evə daxil oldu. O, hər dəfə evə gələndə 
bir qabda su istəyər, dəstəmaz alıb iki rükət namaz  qılar, sonra  yatağına girərdi. Lakin həzrəti-
Mühəmməd(s) o gecə su istəmədi, heç namaza da hazırlaşmadı. Mənim qolumdan tutub yatağına 
apardı.  
Allaha and olsun ki, Peyğəmbər(s)  məndən hələ uzaqlaşmamışdı ki, Fatimə(s.ə)-nin nurunu öz  
bətnimdə hiss edib hamilə olduğumu başa düşdüm». 
 Müəllif  yazır:  «Peyğəmbər(s)-in  Xədicə(s.ə.)-dən  qırx  gün  müddətində  kənarlaşdırılması 
Fatimə(s.ə)-nin müqəddəs vücudunu, Allahın bu böyük töhfə və hədiyyəsini almaq üçün görülən 
hazırlıq idi,  belə ki həzrəti-Zəhra(s.ə)-nın ziyarətnaməsində bu mətləbə işarə olunmuşdur: «İlahi! 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə