Microsoft Word biologiya az cavablar doc



Yüklə 75,58 Kb.
Pdf görüntüsü
tarix26.01.2018
ölçüsü75,58 Kb.
#22533


B OLOG YA YEKUN IMT( AZ)

 

1. Biosferin quruluşu və sərhədləri. 

   Biosfer Yer kürəsində canlıların yaşadığı mühitdir. Biosferin sərhədləri 

aşağıdakılardır. A) Bütün hidrosfer. Məlumdur ki, su olan yerdə həyat da 

mövcuddur. Bütün dəniz, göl, çay bataqlıq, yeraltı sularda canlılar yaşayır.  Hətta 

dünyanın ən dərin yeri olan Sakit okeandakı Marian çökəkliyində də (11022 m) 

mikroorqanizmlər tapılmışdır. B) Litosferin üst qatı. Yer qabığının üst qatını 

torpaq təşkil edir. Torbaq üzvi çürüntülərlə zəngin olan bir qatdır. Burada bitkilərin 

kökləri, qurdlar, soxulcan, köstəbət və s. yaşayır. C) Atmosferin alt qatı. 

Atmosferin hündürlüyü 3000 km-dir. Ən hündürdə uçan quş olan qartal 10 km 

hündürədək qalxır. Bundan başqa, külək bitkilərin tozcuqlarını 22 km hündürədək 

qaldırır. 

 

 

2.Zonallıq və azonallıq. 



   Yer kürəsində bütün iqlim qurşaqlarının zonal şəkildə qütblərdən ekvatoradək 

bir-birini əvəz etməsi nəticəsində təbii zonalar yaranmışdır. Bu təbii zonalar bir-

birini qanunauyğun olaraq əvəz edir. Lakin materiklərdə təbii zonaların tam zolaq 

ə

mələ gətirməsi pozulur. Buna səbəb dağlardır. Belə ki, dağlarda hündürə 



qalxdıqca, havanın temperaturu aşağı düşdüyündən, burada şaquli qurşaqlar 

yaranır. 

 

 

3. Ritmiklik və bütövlük. 



   Ritmlər üç cür oluur. 1) Sutkalq rimlər. Bunlar Yeri öz oxu ətrafında 24 saata 

fırlanması nəticəsində gecə ilə gündüzün yaranmasından ibarətdir. 2)  llik ritmlər. 

Bunlar Yerin Günəş ətrafında dövr etməsi nəticəsində əmələ gələn 4 fəsildir, yəni, 

qış, yaz, yay, payız. 3) Çoxillik ritmlər. Məsələn, hər 60-70 ildən bir Xəpər 

dənizinin səviyəsi gah qalxır, gah da düşür. 

   Bütövlük dedikdə, coğrafi təbəqənin ünsürləri, yəni iqlim, torpaq, bitki örtüyü, 

heyvanlar aləmi, landşaft bir-biri ilə bütöv bir system yaradır. Bunlardan biri 

dəyişdikdə, bu bütövlük pozulur, digərləri də ona uyğun olaraq dəyişir. 

 

4.Yer kürəsinin təbii zonaları. 



   Yer kürəsində aşağıdakı təbii zonalar vardır: 

Arktik və antarktik səhralar, tundra və meşə-tundra, iynəyarpaqlı tayqa meşələri, 

qarışıq meşələr, enliyarpaqlı meşələr, meşə-çöl və çöl, yarımsəhra, səhra, 

sərtyarpaqlı həmişəyaşıl meşə və kolluqlar, savanna və seyrək meşələr, dəyişən 

rütubətli musson meşələri, rütubətli ekvatorial meşələr.  

    


5. Biosferdə maddələrin dövranı. 

    Biosferdə bir-biri ilə qarşılıqlı əlaqədə olan 7 maddə dövran edir: canlı maddə, 

biogen maddə, radioaktiv maddə, kosmik mənşəli maddə, seyrək yayılmış atomlar, 

atil maddə, biokos maddələr. Təbiətdə 2 əsas maddələr dövranı  vardır: böyük 

(geoloji) və kiçik (biogeokimyəvi) dövran. 



   6. Suyun böyük və kiçik dövranı. 

   Təbiətdə suyun 2 dövranı var: böyük və kiçik. Kiçik dövranda su ocean 

səthindən buxarlanaraq atmosferə daxil olur və buludlar yaranır. Sonra bu 

buludlardan yağan yağış vasitəsilə yenidən okeana qayıdır. Böyük dövranda isə 

okeandan buxarlanan su atmosferə daxil olur və buluda çevrilir. Külək bu buludları 

materikə doğru qovur, burada yağan yağışdan düşən su çaylar və yeraltı sular 

vasitəsilə yenidən okeana daxil olur. 

   


 7. Bitkilərin su balansı. 

   Bitkilərin ümumi kütləsinin çox böyük bir hissəsini su təşkil edir. Su olmadıqda 

bitkilər məhv olur. Bitki suyu torpaqdan kökü vasitəsilə alır. Su balansının 

pozulması bitkilərdə bir sıra xəstəliklərə və fəsdalara gətirib çıxara bilər. 

    

8. Yer kürəsində oksigenin əsas mənbələri. 



   Yer kürəsində oksigenin ən əsas mənbəyi bitkilər, daha doğrusu meşələrdir. 

Təsadüfi deyildir ki, Cənubi Amerikadakı 7 milyon kv. km. sahə tutan Amazoniya 

meşələrini Yer kürəsinin “ağ ciyərləri” adlandırırlar. Bundan başqa, mülayim 

qurşağın tayqa və enliyarpaqlı meşələri də oksigen əmələ gəkməsində böyük rol 

oynayırlar. 

 

9. Atmosferin ümumi sirkulyasiyası və iqlim xüsusiyyətləri. 



   Atmosferin ümumi sirkulyasiyasına qlobal miqyaslı küləklər, o cümlədən, 

rassatlar, mussonlar, qərb küləkləri, həmçinin, yerli küləklər aiddir. Yer kürəsində 

13 iqlim qurşağı vardır: 1 ekvatorial, 2 subekvatorial, 2 tropik, 2 subtropik, 2 

subtropik, 2 mülayim, 2 subqütb və 2 qütb. Bundan başqa, Yer kürəsində 13 iqlim 

tipi var. 

 

10.Atmosferdə fiziki və kimyəvi amillər. 



   Atmosferdə bir sıra fiziki hadisələr baş verir. O cümlədən, göy gurultusu, ildırım 

çaxması, göy qurşağı, qütb parıltısı, ilğım və s. 

    

11. Bitkilərdəki enerji mübadiləsində atmosferin rolu. 



   Bitkilərdə gedən fotosintez prosesində atmosferin çox böyük rolu var. Fotosintez 

zamanı bitkilər havadakı karbon qazını udaraq, əvəzində havaya oksigen qazını 

buraxırlar. Bitkilərin tənəffüsü zamanı isə oksigeni udub, karbon qazını havaya 

buraxırlar. 

    

12. Litosferin quruluşu. 



    Yer kürəsi dərinə doğru 3 qatdan ibarətdir: yer qabığı, mantiya, nüvə. Yerin 

daxilinə doğru hər 33 m-dən bir temperatur 1 dərəcə ataraq, nüvədə 3500 dərəcəyə 

çatır. Litosferə yer qabığı və mantiyanın üst qatı aiddir. Yer qabığı 3 qatdan 

ibarətdir: çökmə süxurlar, basalt, qranit. 

    

13. Torpaq, onun quruluşu, humus qatı. 




    Yer qabığının üst qatını torpaq təşkil edir. Torpaq özü humus qatından və 

xırdalanmış süxurlardan ibarətdir. Humus qatı torpağın üzvi çürüntülərələ zəngin 

olan qatıdır. Bu qat nə qədər qalın olsa, torpaq bir o qədər məhsuldar olur. 

Dünyada ən qalın humus qatı qara torpaqlardadır (1m). Bu qara torpaqlar mülayim 

qurşağın çöl və meşə-çöl zonasında yerləşir. Bundan başqa Yer kürəsində qırmızı, 

sarı, boz, qəhvəyi, qonur, şoran, podzol torpaq tipləri var. 

    

14. Torpaqəmələgətirən proseslər. 



    Yer kürəsində torpaq əmələgətirən amillərdən ən başlıcası bitki və heyvan 

qalıqlarının çürüntülərindən yaranan üzvi maddələrdir. Bundan başqa torpağın 

yaranmasında iqlim, relyef, ana süxurlar da müəyyən rol oynayır. 

 

15. Bitkilərin enerji mübadiləsində litosferin rolu. 



   Bitkilərin enerji mübadiləsində litosferin əsas rolu ondadır ki, bitkinin kökü 

torpaqdadır və bitki məhz bu kök vasitəsilə torpaqdan suyu və üzvi maddələri 

özünə çəkir. Bundan başqa, torpaq həm də bitkilərin qoruyucusu kimi də tanınır. 

(xüsusilə, quraqlıq zamanı). 

    

16. Hidrosferin quruluşu və tərkibi. 



   Hidrosferə okeanlar, dənizlər, göllər, çaylar, su anbarları, kanallar, bataqlıqlar, 

yeraltı sular, buzlaqlar aiddir. Bütün suyun 96%-I duzludur, yəni okeanların payına 

düşür. Şirin su cəmi 4%-dir, bunun da tən yarısl, yəni 2%-I Antarktida və 

Qrenlandiya buzlaqlarının payına düşür. Beləliklə, insanın istifadə etdiyi su cəmi 

2% təşkil edir. 

 

17.Bitkilərin enerji mübadiləsində hidrosferin rolu. 



   Bitkilərin enerji mübadiləsində suyun böyük rolu var. Suda yaşayan yosunlar 

sudan müxtəlif duzlar, yod, brom, natrium və s. əldə edirlər. Bitkilər də öz 

növbəsində suyu oksigenlə zənginləşdirirlər. 

    


18.Ekosistem, onun quruluşu. 

   Müəyyən bir ərazidə bitki və heyvanların cəmi ekosistemin əsasını təşkil edir. 

Buraya həmçinin, onların yaşadığı mühit, torpaq və s. aiddir. Ekosistemdə baş 

verən hər hansı bir dəyişiklik onun bütün digər ünsürlərində özünü göstərir. 

    

19. Abiotik amillər. 



   Abiotik amillərə torpaq, su, iqlim, havanın temperaturu, relyef, landşaft, süxurlar, 

havanın rütubətliyi, təzyiq və s. aiddir. Bunlardan hər biri bitkilərə müəyyən təsir 

göstərir. 

    


20. Biotik amillər. 

   Biotik amillərə heyvanlar, bitkilər, göbələklər, mikroorqanizmlər, bakteriyalar 

aiddir. 

 

 




21.Litosferin quruluşu. 

   Yer kürəsi dərinə doğru 3 təbəqədən ibarətdir: yer qabığı, mantiya, nüvə. Yerin 

dərininə doğru getdikcə, temperatur hər 33 metrdən bir 1 dərəcə artaraq, nüvədə 

3500 dərəcəyə çatır. Litosferə yer qabığı və mantiyanın üct təbəqəsi aiddir. Yer 

qabığı 3 lay süxurdan ibarətdir: çökmə süxurlar, qranit və bazalt. Materiklərdə bu 3 

layın hamısı var, lakin okeanların altında yalnız bunlardan ikisi var: çökmə 

süxurlar və bazalt. Burada qranit yoxdur. 

 

22. Torpaq, onun quruluşu, humus qatı. 



   Litosferin yst qatını torpaq təşkil edir. Torpaq üstdə humus qatından, altda isə 

ana süxurlardan ibarətdir. Humus qatı torpağın üzvi çürüntülərlə zəngin olan 

qatıdır. Humus qatı nə qədər qalın larsa, torpaq da bir o qədər münbit olar. Yer 

kürəsində ən qalın humus qatı qara torpaqlardadır, burada onun qalınlığı 1 metrdir. 

Bu qara torpaqlar mülayim qurşağın cöl və meşə-çöl zonalarındadır. Yer 

kürəsində, bundan başqa, digər aşağıdakı torpaq tipləri vardır: tundrada qleyli və 

bataqlıq, tayqada podzol, qarışıq meşələrdə çimli podzol, enliyarpaqlı meşələrdə 

qonur və qəhvəyi, yarımsəhrada boz və şoran, səhrada qumlu, savannada qırmızı 

ferralit, ekvatorial meşələrdə qırmızı-sarı ferralit. 

 

23.Bitkilərin enerji mübadiləsində litosferin rolu. 



   Litosferin üst qatı olan torpaq bərk hissəcikləri hava və su ilə 

ə

hatələnənmürəkkəb üç fazalı sistemdir. Onun boşluqları qaz qarışığı və su 



məhsulları ilə dolduğu üçün orada bir şox mikro və makroorqanizmlərin həyatı 

üçün əlverişli olan olduqca müxtəlif şərait yaranmışdır. Torpaqda bitkilərin 

yerüstü, tərkibində isə kök sistemləri yerləşir. Torpağın tərkibində külli miqdarda 

göbələklər, göy-yaşıl və b. Yosunlar, eyni zamanda mikroorqanizmlər fəaliyyət 

göstərir.Onlar torpağın həm üst, həm də alt təbəqəsində yaşayaraq, üzvi maddələr 

sintez edir, torpağı oksigenlə zənginləşdirir. 

 

24. Hidrosferin quruluşu və tərkibi. 



   Hidrosfer Yerin su təbəqəsidir. Hidrosferin yaranmasında 3 fərziyyə var. 1) 

vulkan püskürmələri zamanı lavadan ayrılan su. 2) meteoritlərdən ayrılan su. 3) 

kosmosdan gələn su. Yer kürəsindəki bütün suyun 96 %-ni duzlu su təşkil edir və 

bu su okeanlardadır. Şirin su cəmi 4 %-dir ki, bunun da 2 %-i Antarktida və 

Qrenlandiya buzlaqlarındadır. Beləliklə, insanın istifadə edə biləcəyi su cəmi 2 % 

təşkil edir ki, bu da çay, gıl bataqlıq və yeraltı sularda cəmlənmişdir. 

 

 

25.Bitkilərin enerji mübadiləsində hidrosferin rolu. 



   Su – calıların fəaliyyətində ən mühüm əhəmiyyətə malikdir. O, biokimyəvi 

reaksiyalar üçün əsas mühit olan protoplazmanın tərkib hissəsidir. Qida maddələri 

bitkilərdə əsasən su məhsulu şəklində dövr edir, bu şəkildə də orqanizmlərdən 

dissimilyasiya məhsulu yüksək dərəcədə ixrac edilir.Orqanizmə suyun daxil olması 

və onun ətraf mühitə verilməsi ali bitkilərdə kök vasitəsilə baş verir. Bitkilər 

kökləri vasitəsilə torpaqdan suyu və üzvi maddələri sorurlar. 




26.. Ekosistem, onun quruluşu. 

   Bitki və heyvanlar təbiətdə bir-biri ilə qarşılıqlı əlaqədə olan qruplar halında 

yaşayırlar. Belə qruplar müxtəlif populyasiyalardan ibarət olur. Növ 

populyasiyalarının oxşar mühit şəraitində yaratdığı bu cür qruplaşmalar 

biogeosenozları yaradırlar. Biogeosenoz yer səthinin canlılardan və onların yaşayış 

mühitindənibarət eyni tipli birgə yaşayış sahəsidir. Buna ekosistem deyilir. 

 

27. Abiotik amillər. 



   Abiotik amillərə işıq, temperatur, relyef, su, torpaq, radiasiya aiddir.  şıq amili 

butkilərin həyatında fotosintez prosesinin həyata keçməsi üçün həlledici rol 

oynayır. Məhz Günəşin işığı sayəsində bitkilərdə fotosintez prosesi baş verir. Su da 

bitkilərin həyatında mühüm rol oynayır. Belə ki, su olmadıqda bitkilər məhvə 

məhkumdur. Torpağın rolu odur ki, bitkilər qidalı üzvi maddələri kğk vasitəsilə 

məhz torpaqdan sorurlar. Relyef amilinin rolu odur ki, düzənlikdə bitən bitkilərlə 

dağ yamaclarında bitən bitkilər bir-birindən fərqlənirlər. Temperatura gəldikdə isə, 

nitkilər soyuq sevən və isti sevən olmaqla 2 qrupa bölünürlər. 

 

28. Biotik amillər. 



   Biotik amillərə canlı orqanizmlərin bir-birilə qarşılıqlı əlaqə və təsir formaları 

aiddir. Bunlar aşağıdakılardır: 

   Neytralizm – hər 2 növ müstəqildir və bir-birinə təsir göstərmir. Rəqabət – 

növlərdən hər biri digərinə əlverişsiz təsir göstərir. Mutalizm – növlər bir-birindən 

ayrılıqda yaşaya bilməz. Protokooperasiya (həmrəylik) – hər 2 növ qruplaşma 

ə

mələ gətirir. Kommensalizm – növün biri bir yerdə yaşadığı növdən fayda 



götürür, digəri isə götürmür. Amensalizm – növün birinin böyüməsinə və 

inkişafına digər növ təsir göstərir. Parazitlik – parazit növ öz sahibinin böyümə və 

çoxalmasını ləngidir və  hətta onu məhv edir. Yırtıcılıq – orqanizm öz ovuna 

hücum edir və onunla qidalanır. Antropogen amillər – insanın bitkilərə göstərdiyi 

təsirdir. 

 

29. Qida zənciri. Trofik səviyyələr. 



   Qida zəncirində hər bir həlqənin yerini trofik səviyyə adlandırırlar. !-ci trofik 

səviyyə - produsentlər üzvi kütləni əmələ gətirirlər. Bunlara bütün bitkilər aiddir. 

Qalanları isə konsumentlərdir. 2-ci trofik səviyyəyə bitki yeyən heyvanlar, 3-cü 

trofik səviyyəyə isə ət yeyən heyvanlar aiddər. Redusentlər – məhv olmuş bitki 

qalıqlarını minerallaşdıran göbələklər və bakteriyalar aiddir. 

 

30.Canlılarda maddələr və enerji mübadiləsi. 



   Bitkilər Günəş işığının təsiri altında fotosintez prosesinin keçirirlər. Bu zaman 

bitkilər karbon qazını udaraq, atmosferı oksigen buraxırlar. Bu proses bitkilərin 

yaşıl yarpaqlarındakı xlorofil adlanan orqanoidlərdə gedir. Bitkilər üzvi maddələr 

hazırlayırlar. Otyeyən heyvanlar bitkilərlə qidalanaraq, onları mənimsəyirlər. 

Ə

tyeyən heyvanlar isə otyeyənlərlə qidalanaraq, onları mənimsəyirlər. Beləliklə, 



enerji və maddələr mübadiləsi bu qayda ilə davam edir. 

 



31.Ekoloji amillər. 

   Ekoloji amillərə işıq, temperatur, su, torpaq,atmosfer hadisələri, külək, relyef, və 

antropogen amillər aiddər. Hər bir ekoloji amil intensivliyinə görə 3 cür ola bilər: 

minimum, maksimum və optimum. Əgər ekoloji amil kifayət deyilsə, minimum, 

həddən artıqdırsa, maksimum, normaya uyğundursa, optimum adlanır. 

   Ekoloji valentlik (və ya ekoloji amplituda) – növün hər hansı bir ekoloji amilin 

geniş diapozonunda yaşaya bilməsi qabiliyyətidir. 

 

32.  şıq amili. 



   Işıq amilinə görə bitkilər 3 qrupa bölünür: 1) işıqsevən bitkilər (heliofitlər) – 

məsələn, tundra, susuz səhra və çöl bitkiləri. 2) kölgəyədavamlı bitkilər (fakultativ 

heliofitlər) - əksər çəmən bitkiləri. 3) kölgəsevən bitkilər (sumofitlər) - əksər meşə 

bitkiləri. Fotoperiodizm – müxtəlif bitkilərin sutkanın uzunluğuna və işıqlanmanın 

çoxluğuna olan münasibətidir. Fotoperiodizmə görə bitkilər 2 qrupa bölünür: 1) 

uzun günün bitkiləri – buraya yüksək enliklərin və hündür dağların bitkiləri aiddir. 

2) qısa günün bitkiləri – buraya tropik və subtropik bitkilər aiddir. 

 

33. Antropogen amil. 



    nsanın qlobal antropogen və texnogen fəaliyyətinin təsirindən biosfer əsaslı 

surətdə dəyişir.Antropogen təsirlər praktiki olaraq, biosferin təbii tarazlığına təsir 

edir, onu dəyişdirir. Həmin dəyişmələr innsan və təbiətin özü üçün həm xeyirli, 

həm də zərərli ola bilər. Sivilizasiyanın artması ilə əlaqədar, antropogen 

fəlakətlərin və qəzaların artması xüsusilə təhlükəlidir. 

 

34. Torpaq və relyef amili. 



   Torpaq amilinə edafik amil də deyilir. Edafik amillər bitkilərin böyümə və 

inkişaf şəraitini təmin edir. Torpaq amili 2 yerə bölünür: kimyəvi və fiziki. 

Kimyəvi amillərə – torpağın reaksiyası, duzluluq rejimi, udma qabiliyyəti, torpağın 

kimyəvi tərkibi və udulmuş kationların tərkibi, fiziki amillərə isə torpağın su və 

hava rejimi, torpağın sıxlığı,, qalınlığı, tərkkibi və s. aiddir. Relyef amilinə 

gəldikdə isə burada bitkilərin dağ döşündə və ya düzənlik ərazidə bitməsi aiddir. 

 

35.Fitosenozun quruluşu. 



   Fitosenoz – çoxnövlü davamlı bitki qrupudur. Aqrosenoz – insan tərəfindən süni 

yaradılmış bitki qruplarıdır. Rütubətli ekvatorial meşələrdə bitkilər 5 yarus 

(mərtəbə) təşkil edir: hündür ağaclar, orta ağaclar, kiçik ağaclar, qıjılar, və bunlara 

sarmaşaraq yaşayan lianalar. 

 

36.Ətraf mühit dəyişkənliyinə bitkilərin reaksiyası. 



   Ətraf mühitdə hər hansı bir dəyişiklik baş verdikdə, bitkilər ona reaksiya verir. 

Məsələn, bu ilk növbədə havanın temperaturuna aiddir.  qlim dəyişiklikləirinə 

bitkilərin münasibəti daha tez olur. Havanın temperaturu aşağı düşdükdə, bitkilərdə 

payız hadisələri baş verir. Yazda havalar istiləşərkən isə bitkilərdə oyanma baş 

verir. Quraqlıq olduqda, bitkilər də buna uyğun münasibət göstərir. 

 



37.Zonal, azonal və intrazonal bitkilər. 

   Zonal bitkilər o bitkilərdir ki, onlar coğrafi enliyə və ya yüksəklik qurşağına 

uyğun olaraq zonal olaraq dəyişir. Azonallıq dedikdə, burada zonallığın pozulması 

nəzərdə tutulur. Məsələn, Qafqazda meşədən yuxarıda subalp və alp çəmənləri 

başlayır. Lakin, Talışda bu qanunauyğunluq pozulur. Orada meşədən yuxarıda 

kserofit kolluqlar bitir. Bunun əsas səbəbi Talış dağlarında yuxarıya qalxdıqca 

yağıntıların miqdarının azalmasıdır. Bunun da səbəbi cənubdan gələn isti tropik 

hava kütlələrinin təsiridir. 

 

38.Təbii floranın mühafizəsi. 



   Yer kürəsində bir çox ölkələrdə bitki örtüyünü qoromaq məqsədilə Milli parklar, 

qoruqlar, yasaqlıqlar yaradılır, səhralaşma prosesinin qarşısını almaq üçün ağaclar 

ə

klir, bəzi yerlərdə süni meşələr salınır. Azərbaycan Respublikasında yaradılmış 



Hirkan qoruğunda 3-cü dövrün relikt bitkiləri, Bəsitçay qoruğunda təbii Şərq çinarı 

meşəsi, Eldar şamı qoruğunda Eldar şamı, Qəbələ qoruğunda isə relikt şabalıd 

meşəsi qorunur. 

 

39.Tropik işıqlanma qurşağınan bitkiləri. 



   Yer kürəsində 5 işıqlanma qurşağı vardır: 1 tropik, 2 mülayim və 2 qütb 

qurşaqları. Bu işıqlanma qurşaqları arasında sərhəd şimal və cənub tropik xətləri 

üzrə (23,5 dərəcə şm.e. və 23,5 dərəcə c.e.), həmçinin, şimal və cənub qütb 

dairələri üzrə keçir (66,5 dərəcə şm.e. və 66,5 dərəcə c.e.). Tropik işıqlanma 

qurşağına rütubətli ekvatorial meşələr, dəyişən rütubətli musson meşələri, 

savannalar və tropik səhraların bitkiləri aiddir. 

 

40.


 Dəyişənrütubətli musson meşələri. 

   Bu meşələr ən çox Şərqi Asiyada yayılmışdır (Çin,Yaponiya,Koreya). Buranın 

ə

n səciyyəvi bitkisi bambukdur ki, onun da çoxlu sayda növləri vardır. Bundan 



başqa, burada kameliya, yapon qozu, bir çox səciyyəvi bitkilər də bitir. 

 

41.



 Mülayim işıqlanma qurşağının bitkiləri. 

   Buraya yarımsəhra və səhra bitkiləri, çöl bitkiləri, enliyarpaqlı,qarışıq və tayqa 

meşələri aiddir. Bu qurşaq bütün qurşaqlar arasında sahəcə ən böyüyü olub, 

bitkilərin növ tərkibinə görə tropik işıqlanma qurşağından sonra ikinci yeri tutur. 

 

42.Enliyarpaqlı və qarışıq meşələr. 



   Bu meşələr Şimali Amerikada və Avrasiyada bitir. Ən səciyyəvi ağaclar palıd, 

cökə, vələs, ağcaqayın, göyrüş, şabalıd, fıstıq və s.-dir. Bunların ən çox sahə 

tutduğu ölkələr Rusiya, Ukrayna və Kanadadır. Təsadüfi deyildir ki, Kanadanın 

dövlət bayrağında məhz cökə ağacının yarpağı həkk olunmuşdur. 

 

43.Dağların bitki örtüyü. 



   Dağlarda bitkilərin şaquli zonallığı vardır. Aşağıdan yuxarıyadək getdikdə bitki 

örtüyü bu cür dəyişir: alçaq boylu kollar (0-800 m), dağ meşələri (800-2200 m), 

subalp çəmənləri (2200-2600 m), alp çəmənləri (2600-3000 m), subnival və nival 



qurşaq (3000 m-dən hündürdə). Dağ meşələrində ən çox bitən ağaclar palıd, vələs 

və fıstıqdır. 

 

44. Tundranın bitkiləri. 



   Tundra zonası şimal yarımkürəsinin subarktik iqlim qurşağında, Şimali Amerika 

və Avrasiya materiklərində yerləşir. Cənub yarımkürəsində tundra yoxdur, buna 

səbəb həmin hissədə okeanın olmasıdır. Şimali Amerika materikində tundra 

qərbdən şərqə doğru tam zolaq təşkil etmir. Buna Kordilyer dağlarının olması 

mane olur. Tundrada qış soyuq, yay isə sərin olur. Tundranın əsas bitki örtüyü 

mamır və şibyədən ibarətdir. Bu bitkilərlə əsasən şimal maralları qidalanır. 

 

45.Azərbaycanın yarımsəhra bitkiləri. 



   Azərbaycanda yarımsəhra zonası əsasən Kür-Araz ovalığı, Samur-Dəvəçi 

ovalığı, Naxçıvanda Arazboyu düzənlik, Abşeron yarımadası, Ceyrançıl, Acınohur 

və Qobustan öndağlıqlarındadır. Buranın iqlimi Aralıq dənizi tipində olub, yayı isti 

və quru, qışı mülayim və rütubətlidir.  llik yağıntıların miqdarı cəmi 200 mm-dir. 

Yarımsəhranın əsas bitkiləri yulğun kolları, qaratikan, dəvətikanı və s.-dir. 

 

46. Azərbaycanın meşələri. 



   Azərbaycanda meşələrin 90%-ni dağ meşələri, 10%-ni isə aran meşələri təşkil 

edir. Dağ meşələri Böyük Qafqz, Kiçik Qafqaz və Talış dağlarında 800-2200 m 

hündürlükdə bitir. Bu meşələrdəki ağacların 90%-ni cəmi 3 növ ağac təşkil edir: 

palıd, fıstıq, vələs. Bundan başqa dağ  meşələrində yemişan, böyürtkan, qoz, 

ş

abalıd, fındıq, zoğal, alma, armud, alça, gavalı, bir çox dərman bitkiləri bitir. 



 

47.Azərbayacanda bitkilərin geobotaniki qruplaşması. 

   Azərbaycanda bitkilər aşağıdakı geobotaniki ərazilər üzrə qruplaşır: 

   Böyük Qafqaz üzrə - Abşeron-Qobustan, Samur-Dəvəçi ovalığı, Zaqatala-Lahıc, 

Dağlıq Şirvan, Qonaqkənd, Acınohur-Ceyrançöl. 

   Kiçik Qafqaz üzrə - Gəncə-Qazax düzənliyi, Qarabağ dağları, Qarabağ vulkanik 

yaylası, Həkəri. 

   Kür-Araz ovalığı üzrə - Qazax-Qarabağ, Küdrü Şirvan, Mərkəzi Aran, Arazboyu. 

   Talış üzrə - Talış-Burovar-Peştəsər dağları, Lənkəran ovalığı. 

   Naxçıvan üzrə - Günnüt-Qapıcıq, Şərur-Ordubad. 

 

48. Azərbaycan Respublikasında bitkilərin mühafizəsi. 



 Respublikamızda bitkilərin mühafizəsi məqsədilə bir sıra qoruqlar təşkil 

edilmişdir. Lənkərandakı Hirkan qoruğunda 3-cü dövrün relikt bitkiləri – qızılağac, 

dəmirağac, Lənkəran akasiyası, azat, şabalıdyarpaq palıd, Zəngilandakı Bəsitçay 

qoruğunda Şərq çinarı meşəsi, Ceyrançöldəki Ellər qoruğunda Eldar şamı, 

Qəbələdəki qoruqda isə relikt şabalıd meşəsi qorunur. Azərbaycanın “Qırmızı 

Kitabı” yaradılmış və buraya nadir bitkilərin adı salınmışdır. 

 

 

 




49.Endemik və relikt bitkilər. 

   Endemik növ dedikdə, bir yerdə bitən də daha heç bir başqa yerdə rast gəlməyən 

bitki növləri başa düşülür. Məsələn, Azərbaycanda Ellər oyuğunda, Ceyrançöldə 

bitən Eldar şamı, Şuşada bitən xarı bülbül dünyanın başqa heç bir yerində bitmir. 

Relikt növ dedikdə isə, qədim geoloji dövrlərdən bizim dövrümüzədək gəlib 

çıxmış bitki növləri nəzərdə tutulur. Məsələn, Lənkərandakı Hirkan qoruğunda 

bitən dəmirağacı, qızılağacı, Lənkəran akasiyasını, azat ağacını, şabalıdyarpaq 

palıdı buna misal göstərmək olar. 

 

50. Bitkilərə antropogen təsirlər. 



   Müasir insanın qlobal antropogen və texnogen fəaliyyətinin təsirindən bitki 

örtüyü əsaslı surətdə dəyişir. Antropogen təsir praktiki olaraq, onun bütün 

hallarındabiosferdə təbii tarazlığa təsir edir, onu dəyişdirir.Elmi-texniki tərəqqi 

nəinki istehsalatda səmərəliliyin artmasına, həyat şəraitinin yaxşılaşmasına səbəb 

olur, o həm də özündə çoxlu təhlükələr gizlədir. Çox böyük miqyaslı olan meşə 

yanğınları planetin ekoloji tarazlığını pozmaqla ciddi təzadlar yaradır. Meşələr 

karbonun və suyun dövr etməsində mühüm rol oynayır, meşə yanğınları isə bu 

həyati prosesləri pozur. 



 

Yüklə 75,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə