Microsoft Word biznesin mu?Ssis?Nin qiymetlendirilmesi



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix17.09.2018
ölçüsü0,69 Mb.
#69045
  1   2   3   4   5   6   7   8   9   ...   32


 
 
QİYMƏT VƏ QİYMƏTLƏNDİRMƏ 
KAFEDRASI 
 
 
 
Baş müəllim: İ.Q.Quliyev 
 
 
BİZNESİN (MÜƏSSİSƏNİN) 
QİYMƏTLƏNDİRİLMƏSİ 
fənni üzrə 
 
 
 
MÜHAZİRƏ MƏTNLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
Mövzu 1. 
Biznesin (müəssisənin) qiymətləndirilməsinin nəzəri 
ə
sasları. 
Plan: 
1.Qiymətləndirmə 
obyekti 
kimi 
biznesin 
xüsusiyyətləri. 
2.Biznesin  qiymətləndirilməsinin  əsas  amilləri  və 
obyektiv əsasları. 
3.Biznesin (müəssisənin) qiymətləndirilməsinin əsas 
prinsipləri. 
 
Biznesin 
qiymətləndirilməsi 
ilə 
bağlı 
anlayışlar 
aşağıdakılardan ibarətdir: 
-
  Biznesin  (müəssisənin)  dəyərinin  qiymətləndirilməsi.  Bu 
prosesin gedişində qiymətləndirici bir sıra əməliyyatlar  yerinə 
yetirir.  Həmin  əməliyyatların  növbəliliyi  və  məzmunu 
qiymətləndirmənin  məqsədindən,  obyektin  parametrlərindən 
və seçilmiş metodlardan asılıdır. 
-
  Dəyərin  qiymətləndirilməsi  prosesi.  Bu  prosesdə 
qiymətləndirici  qəbul  etdiyi  yanaşma  və  metodlara  uyğun 
olaraq pul vahidlərində dəyərin kəmiyyətini müəyyən edir. Bu 
zaman  müvafiq  informasiyaların  əsasında  qiymətləndirmənin 
ə
saslandırılmasına xidmət edən konkret göstəricilər hesablanır. 
Dəyərin  qiymətləndirilməsinin  əsas  xüsusiyyəti  onun  bazar 
vəziyyəti ilə əlaqəsindən ibarətdir. Biznesin qiymətləndirilməsi 
prosesində  qiymətləndirici  mütləq  qaydada  bazar  amillərinin 
məcmusunu nəzərə almalıdır. 
-
  Bazar  dəyərinin  qiymətləndirilməsinin  dinamikliyi.  Bazar 
dəyəri  çoxsaylı  amillərinin  təsiri  altında  vaxta  görə  dəyişir. 
Odur  ki,  mülkiyyət  obyektlərinin  qiymətləndirilməsini  və 
yenidən qiymətləndirilməsini aparmaq lazımdır. 



 
-
   Qiymətləndirmə  fəaliyyətinin  subyektləri:  a)  Azərbaycan 
Respublikasının icra hakimiyyəti orqanları, onların subyektləri, 
bələdiyyə təşkilatları; b) qiymətləndiricilər – fərdi sahibkarlar, 
hüquqi  şəxslər;  c)  sifariş  üzrə  obyektin  qiymətləndirilməsi 
aparılan hüquqi və fizki şəxslər; ç)qiymətləndiricilərin peşəkar 
birlikləri; 
d) 
hüquqi 
və 
fizki 
şə
xslər, 
obyektin 
qiymətləndirilməsi 
haqqında 
hesabatda 
ə
ks 
olunmuş 
informasiyadan istifadə edən icra hakimiyyəti orqanları. 
-
  Qiymətləndirmə  fəaliyyətinin  obyektləri:  a)  əmlaka 
mülkiyyət  hüquqi  və  əmlaka  digər  əşya  hüquqları;  b) 
müəssisənin  alqı-satqı  hüququ;  c)  mülkiyyət  hüququnun  digər 
obyektləri;  ç)  ayrı-ayrı  maddi  obyektlər;  d)  şəxsin  əmlakını 
təşkil edən əşyaların məcmusu, o cümlədən müəssisə də daxil 
olmaqla  daşınar  və  daşınmaz  əmlak  kimi  müəyyən  əmlak;  e) 
məhsul, iş, xidmət, informasiya. 
Qiymətləndirmə obyekti kimi biznes  bir sıra xüsusiyyətlərə 
malikdir ki,bunların da arasında aşağıdakıları ayırmaq olar 
1.Mənfəətin  alınması  məqsədilə  müəssisənin  əmlak 
kompleksdən  istifadə  əsasında  həyata  keçirilən  fəaliyyət  
biznesin qiymətləndirilməsi  obyekti  kimi çıxış edir. 
2.Biznesin qiymətləndirilməsi zamanı nəzərə almaq zəruridir ki, 
gələcəkdə  hüquqi  şəxs  olacaq  müəssisə,  həm  də  təsərrüfat 
subyekti sayılır. 
3.Biznesi qiymətləndirərkən əmlak kompleksinin dəyərini, eləcə 
də qiymətləndirilən obyekt çərçivəsində dəyərin yaradılması və 
artmasının effektivliyini müəyyən etmək lazımdır. 
4.Biznes  əmtəənin  bütün  əlamətlərinə  malikdir  ki,  bu  da  onun 
qiymətləndirilməsi  prinsiplərini,  yanaşma  və  metodlarını 
şə
rtləndirir. 
Ardıcıl  olaraq  biznes  əmtəə  kimi  aşağıdakı  xüsusiyyətlərə 
malikdir: 
*Biznes  investisiya  əmtəəsidir,yəni  ona  sərmayə  qoyuluşu 
gələcəkdə iqtisadi fayda alınması məqsədilə həyata keçirilir. 



 
*Biznes sistem sayılır. O, sistem kimi bütövlükdə, eləcə də onun 
ayrı-ayrı  alt  sistemləri,  elementləri  kimi  reallaşdırıla  bilər. 
Başqa sözlə, biznesin altsistemləri, onun elementləri əmtəə ola 
bilərlər. 
*Əmtəələrdə  olduğu  kimi  biznesdə  də  tələbat  həm  müəssisənin 
öz  daxilində,  həm  də  xarici  mühitdə  baş  verən  proseslərdən 
asılıdır. 
*Əmtəə  kimi  biznesin  də  xüsusiyyətlərindən  biri-  biznesin  və 
onun  qiymətləndirilməsi  prosesinin  tənzimlənməsinə  tələbatın 
olmasıdır. 
*Biznesin alqı-satqı mexanizminin tənzimlənməsində və biznesə 
bazar qiymətlərinin formalaşmasında dövlətin iştirakı zəruridir. 
Mülkiyyətin  istənilən  digər  obyekti  kimi  biznesin  dəyərinin 
qiymətləndirilməsi konkret  bazar şəraitində müəyyən vaxt anına 
ona  təsir  edən  amillər  nəzərə  alınmaqla  pul  ifadəsində  dəyərin 
kəmiyyətinin  hesablanmasının  məqsədyönlü  nizamlanan  prosesi 
sayılır. 
Məqsədin  dəqiq,  savadlı  şərhi  hesablanacaq  dəyər  növünü 
düzgün  müəyyən  etməyə  və  qiymətləndirmə  metodlarını 
seçməyə  imkan  verir.qiymətləndirmənin  məqsədləri    geniş 
(biznesin  bütövlükdə  qiymətləndirilməsi)  və  dar  (biznesin 
istiqamətlərindən 
birinin 
qiymətləndirilməsi) 
ola 
bilərlər.Qiymətləndirmə 
məqsədləri 
qiymətləndirmə 
subyektlərindən, qiymətləndirmə dəyərinin növlərindən və digər 
dəyişənlərdən asılıdır. 
Biznesin 
qiymətləndirilməsinin 
ə
sas 
məqsədlərinə 
aşağıdakılar daxildir: 
1) Müəssisənin cari idarəetməsinin effektivliyinin yüksəldilməsi. 
Neqativ  meyllərə  vaxtında  reaksiya  vermək  üçün  biznesi 
qiymətləndirmək lazımdır. 
2)  Fond  bazarında  müəssisənin  alqı-satqısı  halında  qiymətli 
kağızların  dəyərinin  müəyyən  edilməsi.  Əsaslandırılmış 
investisiya  qərarının  qəbulu  üçün  müəssisənin  mülkiyyətinin 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə