GÖRKƏMLİ AZƏRBAYCAN PEDAQOQİ
MİRZƏ CABBAR ƏSGƏRZADƏ BAĞÇABAN
VƏ ANA DİLİMİZDƏ YARATDIĞI BƏDİİ ƏSƏRLƏRDƏN ÖRNƏKLƏR
(1264 – 1345) – (1885 – 1966)
«Bağçaban» ləqəbi ilə tanınmış olan Mirzə Cabbar Əsgərzadə Azərbaycanın, bütün Qafqazın və İranın böyük
humanist, adlım pedaqoq və ictima xadimlərindən biri dir. O öz mədəni fəaliyyətini Qafqazda, siyası- satirik
dərgilərin müxbiri və yazıçısı kimi başlayıbdır. Ömrü boyu uşaqların haqları üçün, xüsusilə «dilsizlər və sağırların»
(lallar və karlar) təlim- tərbiyəsi uğrunda çalışb və mübarizə edibdir. Cabbar Bağçaban, Təbriz şəhərində, İranın
birinci «dilsizlər və sağırlar» məktəbini qurub və ilk uşaq bağçasını açıbdır. O, İranda uşaq tamaşaları və kitablarının
ilkin müəllifi, naşir və rəssamlarındandır. Onun ibda etdiyi yeni təlim üsulu tərkib metodi adlanıbdır. Əsərlərini
türkcə və farsca yazıbdır. Cabbar Bağçaban qadınların azadlıq hərəkatının gəlişəməsi yolunda böyük addımlar
atıbdır. Təbrizdə, müəllimləri himayə etmə cəmiyyəti və teatr cəmiyyətini qurmaqla, müəllimlərin və ümümiyyətlə
kütələnin haqqlrı uğrunda köklü mübarizə aparıb və olduqca əmək qoyubdur. “Azadlıq cəbəhəsi”nin əzasından olan
«Zəban» (dil) adlı qabaqcıl, siyasi-pedaqojik və tənqidi dərgini Tehranda nəşr edibdir və müəllimlərin əlbirliyi
yolunda çalışıbdır. Dərgidə günün ictimai-siyasi çətinliklərini açıb-araya qoyub, diktatorluq və müstəmləkəçilik
əleyəhinə kəsgin çıxış edibdir.
1- Qafqaz: gənclik dönəmi / jurnalistik çalışmalarının başlanması
2- İctimai- mədəni mübarizə / Dustaq
3- İran- Cənubi Azərbaycan / Mərənddə müəllimlik / tərkibi təlim metodu / İranda ilk uşaq tamaşaları
4- Təbriz: İranda ilk qarışıq məktəb və uşaq bağçası / teatr və tamaşalar/ qadınların təlimi uğrunda
5- İctimai- mədəni dərnəklərin qurması
6- Hakimiyyətin əritmə siyasəti / qarşıdurmalar / İranın birinci «Dilsizlər və Sağırlar» məktəbi
7- Şiyraz: uşaq bağçası və tamaşalar
8- Tehran: «dilsizlər və sağırlar» məktəbi / yardımçı cihazların ixtira etməsi
9- «Zəban» (dil) və «Bəhare kudəkan» (uşaqların yazı) dərgiləri
10- «Dilsizlər və Sağırlar»ın təhsil proqramı və ocağı, müəllim becərmə kılasları / kudeta / dustaq / Türkiyə səfəri
11- Son dönəmlər
12- Cabbar Əsgərzadə Bağçabanın bədii yaradıcılığı
13- Son anlarında
14- Qeydlər
15- Mirzə Cabbar (Əsgərzadə) Bağçaban həqqində dəyərli qaynaqlar, faydalı bağlantılar
16- Azərbaycan Türkcəsində yazdığı əsərlərindən örnəklər
Qafqaz: gənclik dönəmi / jurnalistik çalışmalarının başlanması
Cabbar Bağçaban öz həyatından belə yazıbdır: « Mən 1885 (1264)- ci ildə İrəvanda anadan olmuşam. Babam «Riza»,
Təbrizli idi və atam «Əsgər» İrəvanda qənnadlıq və memarlıq ilə yaşayardı.» «Anamın adı Bənövşə idi. Atam da
hamı kimi onu sayqı üzündən Kəlbə Bənövşə xanım səslərdi. Yazıb oxumaq bilmədiyinə baxmayaraq aydın və gözü
açıq bir qadın idi... » «Təhsilatımı qədimi üsul üzərə, məçidlərdə (mollaxanalarda) almışam.» « Şeyx Əli Əkəbər adlı
bir molla, atamı inandırmışdı ki, yeni açılan dövlət məktəbəlrinə gedərsəm dindən dönəcəyəm. Buna görə onun
mollaxanasına getməli oldum...» «...15 yaşında ikən yoxsulluq üzündən təhsili buraxmalı olub və atamın peşəsində
çalışmaqla geçinmişəm.». (
1
)
Mollaxanaya gedən zaman «... molla «təlb əlelm fərizətün əla küll müslim və müslimat»ın mənasını deyəndə ,
qızların məktəbə getməmələrini və anam ilə bacımın dərs oxumadıqlarının səbəbini ondan soruşdum. Ustadın
dediyinə görə « qadınlara aid olan elmdən söz gedəndə, Quran elmi nəzərdə tutulur, özü də Yusif surəsini oxumamaq
şərtilə. Çünki qadının ruhu fəsada sarı meyəl edəndir...» onun fikrincə qadına elm öyrənmək gərkəməmişdir, hətta
Quranın Yusif surəsinə də baxamamalıdır...» (
1
)
Uşaqların və qadınların təlim-tərbiyəsinə çox əhəmmiyyət verən Mirzə Cabbar Əsgərzadə , gəncliyindən onlara dərs
verməyə başlamışdır. Yaşadığı dövrün ağır məzhəbi şəraitinə və xətərlərinə baxmayaraq gizlicə qızlara evdə dərs
verib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir.
Onun jurnalistik fəaliyyəti, «Qafqaz» qəzetinin müxbirliyi ilə başlanmışdır. «Molla Nəsrəddin» məcmuəsinin
əməkdaşı olub, Qafqazda türkcə çap olunan dərgilərin müxbiri və yazıçısı kimi çalışıbdır. (
13
)
İctimai- mədəni mübarizə / Dustaq
Mirzə Cabbar Əsgərzadə (1284) 1905-ci ildə İrəvanda, ictimai mübarizədə iştirak etməsinə görə, Çar rejiminin
körüklədiyi dini və etnik çaxnaşmaların (erməni- müsəlman davaları) cərəyanında bir neçə ay dustaq olunubdur.
Dustaqda olarkən jelatin çapı vəsaitinin zindana gətirilməsini zəncirdaşının yardımı ilə təşkil edərək, gizlicə «Molla
nəhib» və «Molllabaşı» həftəlik dərgilərini nəşr edirmiş. Dərgilərin yazılarını özü yazıb rəsmlərini də özü çəkirmiş.
Dərgiləri satış üçün dustaqdan dışarıya çıxaran isə onun zəncirdaşı və həbs yoldaşı idi. Siyasi məhbus Vartan ilə
apardığı danışıqlar, tartışmalar və dustaqlıq dövrü onun gələcək ictimai həyatında və görüşlərində dərin izlər
buraxmışdır. Zindandan qurtulduqdan sonra həyatını insanlığa və barışa həsr edib, bu yolda var gücü ilə mədəni və
ictimai fəaliyyətə başlamışdır. (
1
) Bu dönəmdə Daşnaklarla mübarizə etmək üçün «Müdafei Məzluman» cəmiyyətini
qurmuşdur. (
6
)
Onun uşaqlar üçün yazdığı ilk əsərləri «Qızıllı yapraq» və «Bayramçılıq» adlı mənzüm həkayələr idi.
Bu iki əsər
(1292 )-1913-cü ildə «Aciz» təxəllüsü ilə İrəvan şəhərində (
2
) Kultura mətbəəsində çap olunubdur.(
11
) (
bax:
örnəklər
)
İrəvan 1914 (1293
Mirzə Cabbar, (1293) 1914-cü ildə İrəvan şəhərində birinci dəfə olaraq, ilk Türk dilli mətbuat orqanı,«Lək lək» (
12-
11 -2
) adlı dərgini nəşr edibdir. «Lək lək» həfətliyinin dili, üslubu, ifadə tərzi, onda verilən bədii yazılar, şeir və
filyetonların həyat həqiqətlərinə əsaslanması, onun oxucularının maraq dairəsinin genişlənməsində önəmli rol
oynamışdır. «Molla Nəsrəddin» yolu ilə gedən «Lək lək»in xalq qarşısındakı xidmətlərinin tarixi əhəmiyyətindən,
ictimai-siyasi mahiyyətindən söhbət açan Zahid Əkbərofun fikrincə «Lək lək» nəşr olunduğu müddətdə Azərbaycan
ictimai-siyasi və ədəbi düşüncəsinin inkişafına müəyyən kömək göstərmiş, azadlıq, tərəqqi və demokratiya
ideyalarına xidmət etmişdir. (
10
)
«Bu məcmuədə ictimai bərabərsizliklərin mövcud vəziyyəti, tənqid olunanın kimliyindən, nəçiliyindən asılı
olmayaraq tənqid hədəfində olmuşdur. Yeni tipli maarif və mədəniyyət uğrunda mübarizə jurnalın əsas ğayələrindən
biri olmuşdur. Burada özəlliklə maarif məsələləri: yeni üsullu məktəblərdə təlim və tərbiyə metodlarının tətbiqi,
tələbələrin yaxşı oxuması, soydaşlarının maariflənməsi yolunda əlindən gəlni əsirgəməməyə sövq etmək kimi
məsələlər öz əksini tapmışdır.» (
11
)
Birinci dünya savaşı dönəmində, Daşnakların törətdiyi dəhşətli hadisələr zamanı minlərlə soydaşı kimi Cabbar
Əsgərzadə İrəvanı tərk etməli olub, Türkiyəyə köçmüşdür. Türkiyənin İğdır şəhərində öncə təhvildar və sonra oranın
valisi (fərmandar) kimi işləmişdir. Savaşın sonlarında İrəvana qayıtmalı olub, həyat yoldaşı Səfiyə xanım Mirbabyı
ilə birlikdə «Noraşen» kəndində uşaqlar üçün bir qarışıq məktəb qurmuşdur. Amma gərginliklər üzündən bu işi
davam etdirə bilməmişlər. Uzun sürən ağır xəstəlik (Həsbə) və yoxsulluq ailəliklə onları ayaqdan salmışdır.
Dözülməz qızdırma içində baş götürüb çöllərə üz qoymuş Cabbarın ayaqlarını soyuq aparıb qaraltmışdır. Qəti
ölümdən qurtarmaqdan ötrü, ayaq barmaqlarını kəsməli olmuşlar.