Microsoft Word cap 6 02 2012. doc



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə1/71
tarix19.07.2018
ölçüsü1,33 Mb.
#56536
  1   2   3   4   5   6   7   8   9   ...   71


Rejissorluğun üslub problemləri 
 
 

        A
ydыn  Dadaшov 
 
 
 
 
 
 
Rejissorluьun цslub 
problemlяri 
(Cənnət Səlimovanın yaradıcılığı əsasında) 
 
 
Azərbaycan Respublikasının Mədəniyyət və 
Turizm nazirinin  43 saylı  əmri (01-02-2010), 
AMEA – nın Memarlıq və İncəsənət İnstitutunun  
Elmi  Şurasının 01 saylı  qərarı (21-04- 2010) ilə 
çapa məsləhət görülür. 
 
 
 
 
 
 
“Elm və təhsil” 
Bakı – 2010 
 


Aydın  Dadaşov 
 
 

  
 
Elmi redaktor:   Rəna Məmmədova  
 AMEA – nın müxbir üzvü  
 
Redaktor:           Vəfa Xanoğlan 
 filologiya üzrə fəlsəfə doktoru  
 
Rəyçilər: 
 Məryəm Əlizadə  
sənətşünaslıq doktoru, professor  
 İlham Qazızadə  
  sənətşünaslıq üzrə fəlsəfə doktoru   
 
 
 
Aydыn  Dadaшov.  
Rejissorluьun цslub problemlяri (Cənnət Səlimovanın yaradıcılığı əsasında). 
Бакы,  «Елм вя тящсил»,  2010.  –  240 сящ. 
 
 
məkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, 
filologiya elmləri doktoru, professor Aydın  Ərşad 
oğlu Dadaşovun “Rejissorluğun üslub problemləri” 
(Cənnət Səlimovanın yaradıcılığı əsasında) monoqra-
fiyasında peşəkar teatr rejissorunun yaradıcılıq laboratoriyası ilk 
dəfə olaraq sistemli şəkildə  təhlilə  cəlb edilir. Kitabın sonunda 
Azərbaycan respublikasının xalq artisti, ADMİU-nun professoru 
70 illik ömrünün, 50 ildən çoxunu səhnə  sənətinə  həsr etməklə 
yüzdən artıq tamaşaya quruluş vermiş  Cənnət Səlimovanın  ya-
radıcılığını araşdıran bu kitabın mütəxəssislərlə birgə geniş oxucu 
marağına da səbəb olacağı zənnindəyik. 
 
2010
098
4702000000

N
 
грифли няшр
 
       © 
«Елм вя тящсил», 2010 
 
                                       
Я 


Rejissorluğun üslub problemləri 
 
 

 
 
         
i r i ш 
 
asiləsiz axtarışlardan ibarət olan ədəbi – bədii 
proses dövrün diqtəsi ilə daim dəyişdikcə 
cərəyanlar kimi təzahür edən ictimai üslublar 
meydana çıxır. Bəşəriyyət tərəqqinin qarşısını kəsən amil-
lərlə - problemlərlə mübarizə yolları aradıqca üslublar da 
yeniləşir. Mütərəqqi cəmiyyətin fəal vətəndaşı olan müəl-
lifin dövrün bədii  şərhini, gözəlliyə, yaxud eybəcərliyə 
münasibətini bildirərkən ətraf mühitdə baş verənlərə reak-
siyası, ictimai üslub daxilində  fəaliyyətə  zəmin yaradır. 
Total, avtoritar rejimlərdən fərqli olaraq demokratiya mü-
hiti azad fikrin təminatına çevrilir. Kulturoloq D.S.Lixaço-
vun: “Üslub əsərin forma və  məzmununu birləşdirmək 
strukturunun estetik prinsipi kimi tədqiqat obyektinə 
müəllif münasibətinin ifadə vasitəsidir”
1
 fikirləri  ədəbiy-
yat və sənətdə problemin həllinə yönələn hadisələr toplusu 
olan mövzu həlli kimi cəmiyyətlə bağlı təməl prinsipindən 
sonra üslubun insan faktoru üzərində  bərqərar olduğunu 
təsdiqləyir. Və  əlbəttə ki, ideyanın maddiləşmə forması 
olub janr kimi materialı deyil, müəllifi səciyyələndirən üs-
                                                 
1
 Д.С.Лихачев. Поетика древнерусской литературы. М., 1979. с.32. 
 




Aydın  Dadaşov 
 
 

lub dildə ifadə olunub, plastika və ya jestlə süslənən söz 
vasitəsi ilə maddiləşir. “Üslub müəllif, təhkiyəçi tərəfin-
dən müəyyən olunan gerçəkliyin təsvirini realizə prinsipi-
dir”
2
 yazan  ədəbiyyatşünas O.A.Tvoroqov da, üslubun 
yalnız müəlliflə bağlılığını vurğurlayır. Fransız 
nəzəriyyəçisi J.P.Sartrın: “Üslub haqqında söhbət açılan 
müddəa barədə, dolayı yolla danışmaq bacarığıdır”
3
 fikri 
isə mahiyyət daşıyıcısı olan obrazlılığın qabardılmasını 
diqtə etməklə yanaşı, açıq cəmiyyətdən kənardakı müəllifi 
sığortalayır. Məlumdur ki, bədii yaradıcılıqda ideyanın 
maddiləşmiş forması kimi təzahür edən peşəkar, fərdi, 
ictimai üslublar canlı ünsiyyət üzərində qurulan teatr sənə-
tində  də, müstəsna  əhəmiyyət kəsb edir. Peşəkar üslubun 
mətnlə bağlı olduğundan dilçilik münasibətini  əhatələn-
dirən bədii-poetik, metaforik, elmi, publisistik, rəsmi-
protokol tipləri audiovizual həllini tapmaqla teatr rejisso-
runun da peşə  cəbbəxanasını  zənginləşdirir. Aleksandr 
Yakovleviç Tairovun “Rejissor teatrın sükançısıdır; sualtı 
təbaşirdən, qayalardan qaçmaqla, qarşıya çıxan təhlükələri 
dəf etməklə, yelkəni açıb bükməklə tufanla, qasırğalarla 
mübarizə aparmaqla teatr tamaşası  gəmisini irəliyə - 
qoyulan yaradıcı  məqsədə o aparır”
4
 bənzətməsi də, peşə 
cəbbəxanasına bələdçiliyin vacibliyini vurğulayır. 
Bilavasitə tamaşaya qoyulan əsərin ideyasının çözül-
məsi, bədii ekvivalentlərin tapılması prosesində üzə çıxan 
peşəkar üslub, ifadə vasitələri uyğun olan sənətkarları öz 
ətrafında birləşdirə bilir. Peşəkar üslub yalnız realizə me-
toduna cavab verən yazılı elmi-nəzəri müddəa, tezis, for-
                                                 
2
 О.А.Творогов. Анализ литературного произведения. Л., 1976. с. 68. 
3
 Ж.П.Сартр. Что такое литература. М., 2000. с. 316. 
4
 А.Я.Таиров Записки режиссора: статьи, беседы, речи, письма. 
М.1970. с. 137. 


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə