Microsoft Word cavablar resm-1 az doc



Yüklə 195,34 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix08.12.2017
ölçüsü195,34 Kb.
#14847
  1   2   3   4   5   6   7


Sual 1. TƏSV R  SƏNƏT HAQQINDA ÜMUM  ANLAYIŞ 

 

Təsviri  sənət  incəsənətin  bir  növüdür.  Xalq  arasında  incəsənət  sözünün 



mənası  bacarıq,  ustalıq  deməkdir.  Təsviri  sənət  hər  hansı  bir  əşyanı  fəzada  düzgün 

qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı. Təsviri sənət deyəndə 

insanın bədii yaradıcılığı nəzərdə tutulur.  Təsviri sənətə daxildir: - rəsm; - qrafika; - 

boyakarlıq; - heykəltaraşlıq; - dekorativ tətbiqi sənət; - bəzən memarlıq. 

Rəsm  təsvirin  əsasını  təşkil  еdir.  Rəssam  müəyyən  tablоnu  işləyərkən 

əş

yaların  fоrmasını,  həcmini,  mütitdə  mövqеini  rəsm  dilində  əks  еtdirir.  Təsvirin 



həcmli,  mühütin  rеal  görüntüsü  üçün  pеspеktiv  və  işıq-  kölgə  qanunlarına  müraciət 

о

lunur.  Rəsm  kоmpоzisiya  ilə  əlaqədardır.  Kоmpоzisiya  tablоnun  ümumi  quruluşu, 



ayrı- hissələrin əlaqəsi və оnların bir-birinə uyarlığı dеməkdir.  

Rəsmin  mövcudluğu  insan  qədər  qədimdir.  Qədim  Qobustan  qayaüstü 

rəsmləri  buna  misal  ola  bilər.  Qobustan  qədim  dövrün  əzəmətli  abidəsidir.  Onun 

qayaüstü  təsvirlərində  insan  mədəniyyətinin  bütün  inkişaf  dövrləri  -  qədim 

Qobustanlılarm  bədii  və  dini  təxəyyülünün  yaranması  mərhələlərlə  öz  əksini  tapıb. 

Insanın  yazda,  yaxud  payızda  Qobustanda  olmasından  asılı  olmayaraq  gün  ilə 

işıqlanarkən,  ya  da  ala  -  toranlıqda  onlar  insana  sehli  təsir  bağışlayırlar.  Qədim 

ə

cdadlarımız tərəfındən ovsunçuluğun, ov səhnələrinin, insan və heyvan fıqurlarınm 



həkk  olunması,  uzaq  keçmişin  həyat  şəraiti  haqqmda  təsəvvürün  xəyalımızda 

canlanması  bizdə  sehrli  aura  yaradır.  Əsrlərin  yaddaşına  həkk  edilmiş  bu  qaya 

rəsmləri  çox  təsirli  olduğundan  tarixçilərin,  rəssamların  həssas  diqqətlərini  özlərinə 

cəlb etmişlər. 

Rəsm  insanı  bütün  ömrü  boyu  müşayiət  edir;  şəkilli uşaq  kitabları,  xalçalar, 

keramika,  qab  –  qacaq,  meydan  və  bağçalardakı  abidələr,  bir  sözlə  insanı  əhatə 

edənlərin  əsasını  rəsm  təşkil  edir.  Rəsmin  çoxsaylı  müxtəlif  növləri  meydana  çıxır; 

gözucu  rəsm  qeydləri,  ilkin  eskiz,  işlənilmiş  eskız  və  s.  Təsviri  sənət  bəşəriyyət 

tarixinin  səlnaməsidir.  Ətraf  mühitin  əməklə  mənimsənilməsi  prosesində  rəsm 

mürəkkəbləşır.  Erkən  dövrün  (e.ə.  XII-IX  əsrlər)  sənətkarlarmın  rəsmlərində 

dəmirdən  istifadə  gerçəkliyin  hərtərəfli  dərk  edilməsinə  meylin  daha  artıq  olmasına 

sübutdur.  




Sual 2. ORTA ƏSRLƏRDƏ TƏSV R  SƏNƏT N XÜSUS YYƏTLƏR  

 

Orta əsrlərdə Qərb ölkələrindən fərqli olaraq Şərqdə “dini aspektdən yanaşma” 



rəssamların  insan  rəsmlərini  çəkilməsinə  qadağa  qoyulmuşdu.  Bu  səbəbdən  orta 

ə

srlərdə mədəniyyətin, elmin yüksəlişi ilə, klassik poeziya və incəsənətə qarşı artan 



maraqla  əlaqədar  yazılı  kitab  sənətinin  yaranması  və  inkişafı  nəzərə  çarpır.  Kubar 

məzmunlu  kitablar  adətən  miniatür  və  ornamentlərlə  illüstrasiya  olunurdular.  Bu 

dövrdə kalliqrafiya sənəti də az əhəmiyyətə malik deyildi. Bu dövrdə müxtəlif bədii 

ixtisaslı mütəxəssislərin - kalliqrafları, miniatürçü rəssamları, ornamentçiləri və bədii 

cildləmə ustalarını birləşdirən sex təşkilatları mövcud idi. Əlyazmanın tərtib olunma 

sənəti  əsasən  dörd  bədii  yaradıcılıq  sahəsini  –  kalliqrafıyanı,  miniatür  sənətini, 

ornamental - dekorativ sənəti və cildləmə işini əhatə edirdi. 

Rəssamların  geniş  dairəsinə  ünvanlanmış  məşhur  şair  və  rəssam  Sadıq  bəy 

Ə

fşan "Qanun əs - sovar" traktatında təsviri sənətin orta əsr Şərq rəssamlığının nəzəri 



və  təcrübi  şərhi  şerlə  verilmişdir.  Təsviri  sənət  artıq  bu  dövrdə  geniş  xalq  kütləsi 

arasmda  yayılmışdı  və  onlar  xüsusi  kağızda  və  qara  lələklə  çəkilmiş  qara  miniatür 

rəsmləri  ("siyah  gələm")  almağa  qadir  idilər.  Traktatda  Orta  əsr  Şərq  rəssamın 

yaradıcılıq  üslubunu  formalaşdırmağa,  təbiətin  müxtəlifliyini  öyrənməyə,  onun 

təkrarolunmaz hadisələrinin düzgün təcəssüm olunmasma maraq göstərilir. Sadıq bəy 

insan  xarakterini,  onun  özünəməxsusluğunu,  emosiyasını  aydın  çatdıran  portretlərə 

məftunluğunu  bildirir.  Traktatda  sənət  əsərinin  təkmilləşmə  və  tamamlanma  kimi 

yaradıcı  -  metodik  məsələlərinin  düzgün həlli  yüksək  qiymətləndirilir,  təsviri  sənəti 

öyrənərkən düzgün metodik rəhbərlik əsas sayılır, istedad olarkən təbiətin sənətdə ən 

yaxşı  müəllim  rolu  oynadığı  göstərilir.  Qeyd  olunur  ki,  öz  varislərinin  ən'ənələrini 

öyrənərkən metoda, əxz etmə ve şəxsi üsluba malik olmaq vacibdir. 

Xalq  ustadlarınm  təsvir  motivləri  tükənməzdir,  onların  ornamental  motivləri 

zəngin və  rəngarəngdir.  Şəki  xan  sarayınm  divar naxışları özündə  dekorativ  sənətin 

və miniatür boyakarlığm ən yaxşı nəailiyyətlərini cəmləşdirib. Orta əsr tədqiqatçıları 

N.Rzayev, K.Kərimov, R.Əfəndiyev dekorativ – tətbiqi sənətin ayrı – ayrı növlərinin 

təhlil edərkən, xalq ustadlarının varislik ənənələrinə sadiqliyini və yüksək sənətkarlıq 

səviyyələrini xüsusi qeyd edirlər. 



Sual 3. M N ATÜR SƏNƏT HAQQINDA MƏLUMAT 

 

Miniatür  sənəti  müsəlman  Şərqi  xalqlarının  çoxəsrlik  incəsənət  tarixinin  ən 

maraqlı səhifələrindən biridir. Təsviri sənətin xüsusi bir növü olan miniatür üz təbiəti 

etibarilə  kitab  illustrasiyası  olub  klassik  Şərq  poeziyasının  bilavasitə  təsiri  altında 

inkişaf  etmişdir.  Şərq  poeziyası  klassiklərinin,  xüsusilə  onun  Firdovsi  və  Nizami 

gəncəvi  kimi  korifeylərin  ölməz  əsərləri  rəssamlar  uzun  tükənməz  ilham  qaynağı 

olmuş  və  onların  yaradıcılığını  yüksək humanist  ideyalarla  zənginləşdirmişdir.  Şərq 

poeziyası  miniatür  rəssamlığın  hümanist  məzmunu  və  ideya  istiqamətini 

müəyyənləşdirməmişdir.  

Azərbaycan  miniatürünün  nə  vaxt  meydana  gəldiyi,  ilk  illüstrasiyalı 

ə

lyazmaların  nə  vaxt  yarandığı  məlum  deyil.  Məlumdur  ki,  ilk  kitab  minitatürü 



nümunələri Azərbaycan şəhərləri Marağa və Təbrizdə yaradılmışdır. Hələ XIV əsrin 

ə

vvəlində  Təbrizdə  əlyazma  kitablar  hazırlayan  bədii  emalatxanaları  olan  şah 



kitabxanası fəaliyyət göstərirdi. Həddən artıq baha və əzablı zəhmət nəticəsində başa 

gələn əlyazma kitabları Şərqdə yüksək qiymətləndirilmişdi.  

Qeyd etmək lazımdır ki, coğrafi mövqeyinə görə, Azərbaycan müxtəlif mədəni 

cərəyanların  qovuşduğu  yer  idi.  Ona  görə  də  Təbriz  rəssamlıq  məktəbinin 

formalaşmasında  yerli  ənənələr  digər  məktəblərin,  ənənələri  ilə  qarışırdı.  Ayrı-ayrı 

miniatürlərdə  paralel  mövcud  olan  ənənələr  uzlaşır  və  yerli  bədii  ənənələrin  təsiri 

altında yeni xüsusiyyət kəsb edirdi. 

XV  əsr  Azərbaycan  miniatürünün  deyil  bütün  yaxın  şərq  rəssamlığının 

inkişafında yeni daha yüksək mərhələnin başlanğıcı hesab edilir. 

XVI  əsrdə  kitab  öz  inkişafının  zirvəsinə  çatdı  misilsiz  fırça  ustası  Sultan 

Məhəmmədin ümumi rəhbərliyi altında Ağa Mirək  sfahani, Mir Müsəvir, onun oğu 

Mir Seyid Əli, Soltan Məhəmmədin oğlu Mirzə Əli, Dost Məhəmməd, Müzəffər Əli 

və başqalarindan ibarət bir dəstə istedadlı rəssam, xəttatlar, Herat rəssamları, dövrün 

tanınmış kitab ustaları fəaliyyət göstərirdilər. Bu sənətkarlar tarix və ədəbiyyata gözəl 

bələd  idilər.  Bu  fırça  ustaları  həm  XVI  əsr  Təbriz  məktəbinin  inkişafında,  həm  də 

bütövlükdə Şərq rəssamlığı tarixində böyük rol oynamışdır. 



Sual 4. RENESANS DÖVRÜ RƏSSAMLIĞ


Yüklə 195,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə