Microsoft Word cenub hesretison



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə1/15
tarix30.12.2017
ölçüsü0,77 Mb.
#18829
  1   2   3   4   5   6   7   8   9   ...   15


ƏVƏZ   MÜƏLLİM
( HACIYEV) 
 
ƏVƏZ   MÜƏLLİM
( HACIYEV) 
 
CƏNUB 
CƏNUB 
Bir az hakim olsan qəlbin səsinə,
Düşərsən eşqimin zümzüməsinə.
Mailəm gözlərin cazibəsinə,
Ay Cənub gözəli, Cənub gözəli.
Xoşbəxtlik, təbəssüm qoy sənin olsun,
Təbrizi sevmişdim, Təbrizin olsun.
Götür Savalanı cehizin olsun,
Ay Cənub gözəli, Cənub gözəli.
Duyub-eşitmişəm əhdi-ədanı,
Əsən küləklərdən aldım sədanı.
Bu yazıq Müəllim alsın qadanı,
Ay Cənub gözəli, Cənub gözəli.
HƏSRƏTİ
HƏSRƏTİ


 
ƏVƏZ   MÜƏLLİM 
( HACIYEV)  
  
        
 
 
CƏNUB 
HƏSRƏTİ 
 
 
 
 
 
 
Bakı - 2017


 
 
2
Əvəz Müəllim 
Redaktor:   Balayar Sadiq 
Şair, publisist 
AYB-nin üzvü 
 
Əvəz Müəllim, “Cənub həsrəti” 
Bakı, “Ecoprint”, 2017, 120 səh. 
 
Şair-publisist  Əvəz Müəllimin “Cənub həs-
rəti” adı ilə işıq üzü görən növbəti kitabı uzun 
illər onun qəlbində nisgil kimi donub qalmış və 
iki əsrdir ki, bölünüb dilim-dilim olmuş “Şimal-
Cənub” adı altında yaşayan Azərbaycan adla-
nan məmləkətin ağrılarının önəmli təcəssüməsi-
dir. 
Kitab həmçinin yurd məhəbbəti və parçalan-
mış Azərbaycan dərdi ilə yanaşı yaşayıb-yarat-
mış ulu Şəhriyar sevgisini də özündə əks etdirir. 
İnanırıq ki, şairin baxış prizmasından həsrət 
şüaları ilə alovlanan Azərbaycan yanğısı elini, 
obasını, vətənini,bütöv Azərbaycanını duyub-se-
vən bütün oxucuların qəlbində öz yerini tapa-
raq “Vahid Azərbaycan” alovu iıə şölələnəcək-
dir. 
 
ISBN: 978-9952-29-081-7 
 
© Əvəz Müəllim 


 
 
3
Cənub həsrəti 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Əvəz Müəllim 
(Hacıyev Əvəz Dadaşxan oğlu) 
 
Şair-publisist  Əvəz  Müəllim  (Hacıyev) 
Azərbaycan  Pedaqoji  Universitetinin  riya-
ziyyat  fakültəsini  (1977-1981)  və  C.Qar-
yağdıoğlu  adına  musiqi  kollecini  qarmon 
ixtisası üzrə bitirmişdir (1985-1989). Əmək 
fəaliyyətinə  Şamaxı  rayonu,  Ərəbşalbaş 
kənd  orta  məktəbində  müəllim  kimi  başla-


 
 
4
Əvəz Müəllim 
mışdır  (1981-1985).  Sonrakı  illərdə  Bakı 
şəhəri, Qaradağ rayonu 222 saylı orta mək-
təbində  riyaziyyat  (musiqi)  müəllimi  işlə-
mişdir (1985-2006). 
Hal-hazırda  iş  fəaliyyətini  Bakı  şəhəri, 
Qaradağ  rayonu,  321  saylı  orta  məktəbdə 
davam etdirir. 
İlk  şeirlərini  orta  məktəb  illərindən  yaz-
mağa başlamışdır. 
Qəzet  və  jurnallardakı  ədəbi  fəaliyyəti 
əsəsən  2000-ci  ildən  ardıcıl  və  davamlı  ol-
muşdur.  “Qələm”  qəzetində  “Elm,  təhsil, 
incəsənət”  üzrə  şöbə  müdürü  işləmişdir. 
Müxtəlif  qəzet  və  jurnallarda  (“Yurd”, 
,”Beyrüs- Səfa”) publisistik yazıları və şeir-
ləri çap olunmuşdur. 
Qarışıq  janrlardan  ibarət  “Sənli  günlə-
rim” adlı kitabı çapdan çıxmış və oxucular 
tərəfindən rəğbətlə qarşılanmışdır (2015). 
Bununla  birlikdə  o,  musiqi  sahəsindəki 
(qarmon) ifaçılıq sənətini də xalq musiqisi-
nin layiqli ifaçısı kimi müntəzəm olaraq da-
vam etdirir. 
 
 


 
 
5
Cənub həsrəti 
 
 
 
 
 
 
Müəllifdən: 
 
              "Cənub" deyəndə 
"Cənub" deyəndə ölkəmizin Güneyini, 
yəni, gün düşən-işıqlı tərəfini fikirləşirəm. 
Qəlbimdə "Cənub həsrəti"ni vurğulayan-
da isə o işığa qovuşmaq istəyimi hayqıra-
raq dünyaya bəyan etmək istəyirəm. 
 
 
 
 


 
 
6
Əvəz Müəllim 
BİR GÜN GƏLƏRƏM 
 
Əvəz Müəllimi təzəlikcə tanımışam, Şa-
maxıda «Beytül-səfa» ocağının dirilən təsi-
satından  sonra.  Professor  Seyfəddin  Qəni-
nin  dəvəti  ilə  Şamaxıda  eyniadlı  jurnalın 
təqdimat  mərasimi  keçirilirdi.  Hissiyyatı, 
həyəcanı,  «dərisinə  sığmayan»  orta  yaşına 
yetər-yetməz bir şəxs mənə yaxınlaşdı: «Siz 
mənim Arazımdan – Dirimdən gəlmisiniz». 
«Hə  elədir,  mən  Diriliyəm,  Qurbani  yur-
dundan, Araz qırağından» – bir az da təəc-
cüblə  dilləndim.  «Mən  Əvəz  Müəlliməm. 
Mənim Araz həsrətim var, biz qan qardaşı-
yıq». «Az qala deyəcəydim ki, qan  qardaşı 
olmaq elə dil qardaşı olmaqdan gəlir». Özü 
məni  qabaqladı:  «Mən  Araz  qanını  deyi-
rəm». Bu da mənim Əvəz Müəllimlə ilk ta-
nışlığım və ondan qalan təəssüratım. Sözü-
nü,  söhbətini  dinlədim,  şeirlərini  oxudum. 
Yanğısına  da,  ağrısına  da  sözüm  yox,  hələ 
üstəlik onu da bildim ki, müəllim onun tək-
cə sənəti, peşəsi deyil, həm də ədəbi təxəl-
lüsüdür. Yaxşı, yetərincə, şairanə toxunma-
ları,  toxumaları  da  var:  «Müəllim  sözünü 


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə