Microsoft Word C?f?r Cabbarl? doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/113
tarix17.01.2018
ölçüsü2,8 Kb.
#21410
  1   2   3   4   5   6   7   8   9   ...   113



 
 



 
 
CƏFƏR CABBARLI 
 
 
 
 
ƏSƏRLƏRİ 
 
DÖRD CİLDDƏ 
 
III CİLD 
 
 
 
 
 
 
 
 
 
 
“ŞƏRQ-QƏRB” 
BAKI–2005 



 
Bu kitab “Cəfər Cabbarlı. Əsərləri. Üç cilddə. II cild” 
(Bakı, Azərnəşr, 1968) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
Tərtib edəni, ön sözün, 
və şərhlərin müəllifi:    
 
Asif Rüstəmli 
 
 
 
 
894.3613 - dc 21 
AZE 
Cəfər Cabbarlı. Əsərləri. Dörd cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005, 
368 səh. 
 
Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Əsərləri”nin üçüncü cildinə daxil 
edilən pyesləri onun yaradıcılığının son mərhələsində  qələmə aldığı dram əsərləridir. Bu 
pyeslər uzun onilliklər Azərbaycan teatrının pərdələrini enməyə qoymayan səhnə  əsərləri 
kimi tanınıb və bir sıra xarici dillərə  tərcümə edilibdir. Dövrünün bədii mənzərəsini təbii 
lövhələrlə canlı  əks etdirən bu pyeslər bu gün obyektiv təhlil və  dəyərləndirmə meyarına 
ehtiyac duymaqdadır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ISBN 9952-418-89-X 
© “ŞƏRQ-QƏRB”, 2005 



 
 



 
 
 
 
 



 
 



 
SEVİL 
 
4 pərdəli pyes 
 
İŞTİRAK EDƏNLƏR 
 
S e v i l 
B a l a ş 
G ü l ü ş 
A t a k i ş i 
B a b a k i ş i 
M ə m m ə d ə l i b ə y 
Ə b d ü l ə l i b ə y 
D i l b ə r 
T a f t a 
G ü n d ü z 
 
BİRİNCİ PƏRDƏ 
 
B a l a ş ı n e v i. Köhnə qayda ilə döşənmiş bir ev. S e v i l tək oturub oxuyur. 
 
S e v i l. 
 
Ey bivəfa yar səni
Necə salım yada mən? 
Çərxi fələk qoymadı, 
Kam alım dünyada mən. 
Aman, ay aman, zalım yar! (2) 
 
Sənə nə olub, zalım yar? 
Qadan, balan alım yar. 
Sən ki, belə deyildin, 
Səni bir öyrədən var. 
Aman, ay aman, zalım yar! (2) 



 
G ü l ü ş (əlində lampa gəlir). Sevil, nə üçün belə solğunsan, yoxsa bir 
yerin ağrıyır? 
S e v i l. Yox. Gülüşcan, heç bir yerim ağrımır. 
G ü l ü ş. Necə yox, gözlərin qıpqırmızı qızarmışdır, yenə də ağlayırsan? 
S e v i l. Ürəyim sıxılır. Gülüşcan. Balaş bu gün də bu vaxtacan gəlib 
çıxmamışdır. 
G ü l ü ş. Sən də öz qaydası ilə dünəndən bəri ac oturub, onun yolunu 
gözləyirsən. 
S e v i l. Nə edim, Gülüş, zəhrimara qalsın o çörək ki, biz yeyirik. Yazıq 
Balaş gecə-gündüz ac-susuz işləyir. Bir saat evdə çörək yeməyə əli çatmır. 
Budur, yenə də iki gündür evə gəlməmişdir. 
G ü l ü ş. Nə olsun? 
S e v i l. Nə olacaq, əvvəllər yoxsul idik, gündüzləri çalış-vuruş, əlimizə 
düşən bir parça çörəyi axşam şad ürəklə yeyib, dinc yaşayırdıq. 
İndi Allah bizim üçün bir parça ruzu yetirmişdir, amma bir-birimizin 
üzünü də doyunca görə bilmirik: o, ac işləyir, mənim də boğazımdan çörək 
getmir. 
G ü l ü ş. Ax, Sevil, sən yazıq adamsan. Axı  sən nədən bilirsən ki, 
doğrudan da Balaş gecə-gündüz işləyir, özü də ac-susuz qalır? 
S e v i l. Necə bilmirəm? 
G ü l ü ş. Sən ki, onun yanında deyilsən. 
S e v i l. Özü deyir də...  İşləmirsə, bəs hara gedir? Evə  gələn kimi 
alayarımçılıq bir stəkan çay içər-içməz tez durub işə gedir. Allah kəssin 
belə  işi ki, nə gündüz vaxtı var, nə gecə... Hə... daş düşsün qızın olan 
gününə. Bu rus, erməni qızları yenə yaxşıdırlar. İvanın arvadı özündən çox 
məvacib alır. Biz hələ oturmuşuq, gözümüzü dikmişik kişinin  əlinə: ağa 
gətirsin navala, xanım doldursun çuvala. Allahın altında əlimdən bir iş gələ 
idi, gör necə Balaşa kömək edərdim. 
G ü l ü ş. Yazıq Sevil! Sən nə  qədər yazıqsan, sən bilsəydin dünyada 
nələr olur... (Kitabı açıb kağızı görür) Bu kağız kimindir? 
S e v i l. O, Balaşın kitablarının arasında idi, bu gün yerə düşmüşdü. 
G ü l ü ş. Yenə də ondan? 
S e v i l. Kimdən, Gülüş? (Gülüş kağızı  əzir) Gülüş, yavaş,  əzdin ki, 
içində amma yaxşı bir arvad şəkli vardır. Başında belə bir daraq, yaxasında 
belə bir gül, bir aç bax. 



 
G ü l ü ş. Sevil, sən nə  qədər yazıqsan! Sənin başında qorxunc bir oyun 
oynayır, sən isə günlərcə ac oturub, Balaşın yolunu gözləyirsən. 
S e v i l. Nə edim, Gülüşcan, o işləyir, ac qalır, mənim də boğazımdan çörək 
getmir. 
G ü l ü ş. Sən bu arvadı tanıyırsanmı? 
S e v i l. Haradan? Hələ  şəklini görmüşəm. Odur, bir şəkil də Balaş  gətirib 
divara vurubdur, deyir bir yerdə işləyirik. Dedim gedək biz də bir yerdə şəklimizi 
çəkdirək, divara vuraq, razı olmadı. Görəsən, Gülüşcan, mənim də  şəklim çıxar? 
Ay Allah, bir şəklim olsun görüm necə çıxıram. 
G ü l ü ş. Gedək, Sevil! Mən sənin şəklini çəkdirim. 
S e v i l. Yox, a qız, heç Balaş razı olar? Ondan soruşmamış hara gedə bilərəm. 
Kaş, Gülüş, mən də sənin kimi olaydım, oxuyardım, Balaşa kömək edərdim. 
G ü l ü ş. Sən yazıqsan, Sevil, yazıq! 
S e v i l. Gülüşcan, nə üçün axır vaxtlar sən tez-tez mənə yazıq deyirsən? 
G ü l ü ş. Ax, Sevil, sən doğrudan da yazıqsan, hər şeyə Balaşın yoxsulluq gözü 
ilə baxırsan, sənə bütün dünya da onun səadəti üçün gərəkdir, özün üçün heç bir 
şey istəmirsən. 
S e v i l. Əlbəttə, Allah onun kölgəsini mənim başımdan əskik eləməsin. 
G ü l ü ş. Onun kölgəsi bu qara çadradır, o sənin başında durduqca, sən yazıq 
olacaqsan. 
S e v i l. Bəs nə edim? 
G ü l ü ş. Çıxart, cır tulla! 
S e v i l. Bəs Balaş  nə deyər? Heç razı olarmı? O heç sənin də başıaçıq 
gəzməyinə razı deyil. 
G ü l ü ş. Mən ki, gəzirəm. 
S e v i l. Daha sən dəliliyinə salmısan, çarəsizlikdən söz deyə bilmir, özü də, 
səni özünə bacı hesab etmir və  həmişə deyir ki, Gülüş  dəlidir, danışığını bilmir; 
amma mən onun arvadıyam, sözündən çıxa bilmərəm; ər ki var, Allahın kölgəsidir. 
G ü l ü ş. Boş sözdür, nə Allah var, nə də kölgəsi. 
S e v i l. Əstəğfürullah!..  Əstəğfürullah!.. Gülüşcan, sən allah, elə sözlər 
danışma. 
G ü l ü ş. Sən yazıqsan, Sevil! Sən adamlara o qədər inanmışsanki, sənin 
gözlərini qara pərdə örtmüşdür; mən o pərdəni yırtmaq istə- 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə