Microsoft Word Challenges of Democratization azeri2



Yüklə 39,65 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü39,65 Kb.
#12236


 

 

Demokratikl

Demokratikl

Demokratikl

Demokratikləşm

şm

şm



şmənin 

nin 


nin 

nin probleml

probleml

probleml


problemləri

ri

ri



ri    

 

Doktor



Doktor

Doktor


Doktor    Tom G. Palmer

Tom G. Palmer

Tom G. Palmer

Tom G. Palmer    

Baş tədqiqatçı 

Kato institutu 

 

Tərcümə edib: Tural Vəliyev, Azad Düşüncələr Assosiasiyası 



 

 

 




Önsöz Əvəzi:

 

 



Demokratiya  bir  məktəbdir:  həyat,  əqidə,  mücadilə  məktəbi.  Dərsləri  nə  qədər  ağır, 

dəyərlərinin  oturuşması  nə  qədər  böyük  imtahanlardan  keçməli  olsa  da,  bu  məktəb 

bəşəriyyətin  min  illər  boyunca  tanıdığı  ən  böyük  ədalət  sistemi,  birgəyaşayışın,  sosial 

tarazlığın, hüququn təminatıdır. 

 

Demokratiya  dərsləri  demokratiya  astanasında  dayanmış  xalqlar  və  dövlətlər  üçün 



zəruridir. Bu dərslər diktaturadan demokratiyaya yolu aydınladır və insanları (o cümlədən 

toplumları  və  dövlətləri)    psixoloji,  taktiki  və  strateji  baxımlardan  bu  ağır  və  mürəkkəb 

yola hazırlayır. Qlobal ölkələrin demokratiya təcrübəsi və ümumən, demokratiya yatırımı 

bu  baxımdan  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Qloballaşan  dünyada  problemlərin  həlli 

metod  və  prinsipləri  də,  sözün  müəyyən  mənasında  universal  xarakter  daşıyır.  ABŞ-ın, 

Qərbi  Avropa  ölkələrinin,  eləcə  də  Yaponiyanın  zəngin  demokratiya  təcrübəsi  həm  də 

ibrət dolu tarixi dərslərdir.  

 

Demokratiyanın  bərqərar  olması,  onun  möhkəmləndirilməsi  və  mühafizə  edilməsi  asan 



vəzifə  deyil.  Həyatdakı    bütün  yaxşı  işlər  kimi,  demokratiya  da  bir  çox  problemlərlə 

üzləşir.  Bu  problemlərin  öhdəsindən  gəlmək  mümkündür.  Ən  vacibi  isə  odur  ki,  biz 

qanunlara  məhəl  qoymayan  diktatorluq  və  istibdaddan  konstitusiyalı  demokratiyaya 

aparan yolu keçmiş ölkələrin təcrübəsindən öyrənə bilərik.  

 

Demokratiya nəzəriyyəçilərinin bu istiqamətdə yazdıqları əsərlər böyük önəm daşıyır. 



 

Bu  baxımdan  biz  ABŞ  Kato  institutunun  baş  tədqiqatçısısı  doktor  Tom  G.  Palmerin 

“Demokratikləşmənin  problemləri”  yazısı  diqqəti  cəlb  edir.  Azərbaycan  oxucusu, 

xüsusilə gəncləri üçün maraqlı olacaq bu yazını ingiliscədən tərcüməsini təqdim edirik. 

 

1. Gözlənilənlər üzrə problemlər  

 

Ehtimalı böyük gözlənilənlər: Əgər gözlənilən nəticələr reallıqdan uzaq şəkildə 

yüksəkdirsə  və  insanlar  demokratiyanın  bərqərar  olması  ilə  avtomatik  olaraq  rifah, 

sağlamlıq,  təhsil  və  həyatın  digər  nemətlərinin  yaranacağını  düşünürlərsə,  onlar  məyus 

olacaqlar  və  demokratiyaya  verdikləri  dəstəyə  son  verəcəklər.  Demokratiya  sehrbazlıq 

deyil.  Demokratiyanın  bərqərar  olması  “xoşbəxtliyin  arxasınca  qaçmaq”  hüququna 

zəmanət  vermir.  O,  səadət  və  ya  yaxşı  taleyə  nail  olmaq  üçün  təminat  deyil,  qanunla 

qorunan  səylərin  güclünün  ədalətsiz  hərəkəti  ilə  müsadirəsi  yox,  mükafatlandırmanı 

təmin edən hüquqi və ədalətli cəmiyyətdə görülən işlər təbii nəticəsidir.  

 

 



Ehtimalı  az  olan  gözlənilənlər:  Əgər  gözlənilən  nəticələr  həddindən  artıq 

aşağıdırsa  və  xalq  ədalətsiz  seçkilərin  baş  tutmasını  gözləyirsə  və  onları  qəbul  edirsə, 

hökumət  rəsmilərinin  qeyri-qanuni  və  qeyri-düzgün  hərəkəti  ilə,  eləcə  də  polisin  zorakı 

münasibəti  ilə  razılaşırsa,  onda  vətəndaşlar  ölkədən  kənarda  mövcud  olan  demokratiya 

çətiri  altında  yaşasalar  belə  əsl  mənasından  özlərini  ondan  məhrum  edəcəklər. 

Demokratiyanın  uğurlu  olması  üçün  vətəndaşlar  birmənalı  şəkildə  hakimlərdən, 

qubernatorlardan,  şəhər  şuralarının  sədrlərindən,  merlərdən,  parlamentarlardan, 



prezidentlərdən,  nazirlərdən  və  polis  əməkdaşlarından  qanuna  uyğun  hərəkətlər  tələb 

etməlidirlər.  Korrupsiyaya  uğramış  və  qeyri-demokratik  dövlətdə,  hökumət  üzvləri 

özlərini qanunun tələblərinə uyğun şəkildə aparanda vətəndaşlar təəccüblənirlər. Hüquqi 

və  demokratik  dövlətdə  isə  hökumət  üzvlərinin  qeyri-qanuni    davranışı  vətəndaşları 

heyrətləndirir.  

 

 



Real  şəkildə  gözlənilən  nəticələr  demokratiyanın  möhkəmləndirilməsi  və 

bərqərar olması üçün əsas elementdir. Əgər insanlar möcüzəli sonluq gözləyirlərsə

onlar nəticədə məyus qalacaq və demokratiyadan imtina edəcəklər. Digər tərəfdən, 

ə

gər  onlar  hökumət  rəsmilərindən  düzgün  davranış  və  ədalətli  seçkilə



gözləmirlərsə,  onlar  məyus  olacaqlar  və  uzun  illər  boyu  demokratiyadan  məhrum 

olacaqlar. 

 

2. Şərəf problemi 

 

 

Vacibdir ki, hörmətli xanımlar və cənablar anlasınlar ki, qanunun aliliyi  mövcud 



olan  demokratik  dövlətdə  ədalətli  seçkilər  keçirməklə  məğlubiyyəti  qəbul  etmək,  seçki 

nəticələrini  qəbul  etməkdən  imtina  olunması  və  ya  ona  qarşı  güc  problemi  yaramaqdan 

daha  şərəflidir.  Demokratiyaya  qədəm  qoyan  bir  çox  cəmiyyətlər  daxilində  opponent 

rolunda  çıxış  edən  və  ya  öz  ideyalarına  qəti  şəkildə  inanan  şəxslər  üçün  digər  şəxslərin 

seçkilərdə  ədalətli  şəkildə  qalib  gəlməsi  ehtimalını  qəbul  etmək  çətin  məsələdir. 

Konstitusional prosesin  nəticələrini qəbul etmək  və ona qarşı  güc problemi  yaratmamaq  

mədəniyyətinin  daha  şərəfli  olmasını  anlamaq  müşkül  ola  bilər.  “Loyal  müxalifət” 

statusu  şərəfli  işdir.  Loyal  müxalifət  günlərin  bir  günündə  hökumətə  çevrilə  bilər  və  bu 

hadisə baş verdikdə, hakimiyyətdə olan hökumət loyal müxalifətin  yerini tutaraq, şərəfli 

öhdəliyinə  sadiq  olduğunu  nümayiş  etdirəcək.  Şərəfsiz  iş  konstitusion  demokratik 

dövlətdə ədalətli seçkilərin nəticələrini inkar etməkdir. 

 

 



Demokratiyanın  şərəfli  olması  yaşamaq,  azad  olmaq  və  mülkiyyətə  sahib 

çıxmaq hüququnun konstitusion demokratiya tərəfindən qorunduğunu və bu günün 

nüfuzlu  və  loyal  müxalifətin  gələcək  seçkilərdə  hökumətə  çevrilməsi  imkanının 

yaranmasını nəzərə alaraq, “seçkidə məğlub olmanın həşeyi itirmək demək deyil” 

məntiqini geniş şəkildə anlaşıldığı təqdirdə daha asan formada əldə olunur. 

 

3. Plüralizm problemi 

 

 

Xalqın  iradəsi  ilə  bağlı  iddialara  əsaslanan  demokratiya  haqqında  nəzəriyyələr 



demək olar ki, hər zaman uğursuzluğa düçardır. Bir xalq bir çox fərdlər, ailələr, tayfalar, 

dini icmalar, şəhərlər, rayonlar və  etnik qruplardan təşkil oluna bilər.  Xalq müəyyən bir 

məsələ  barədə  birdəfəlik  rəy  bildirən  insan  kimi  deyil.  Xalqın  daxilində  bir  çox  vacib 

məsələlər  üzrə  olduqca  çox  sayda  rəylər  mövcuddur  və  onların  hamısı  bir-biri  ilə 

uzlaşmaya  da  bilər.  Əgər  demokratik  dövlət  həddindən  artıq  məsələlərdə  yeknəsəqliyi 

israrla  qoruyub  saxlamağa  çalışırsa,  onda  o,  öz-özünə  qarşı  çıxış  edəcək.  Bu  halda, 

münaqişə olacaq və o, hətta zorakılıq forması ortaya çixacaq.   

 



Demokratiyanın ahəngdar və sabit olması üçün demokratik proseslər əsasında həll 

olunmalı  məsələlərin  məhdud  xarakter  daşıması  önəmlidir.  Sabit  və  konstitusion 

demokratiyada  bir  çox  məsələlər  demokratik  seçkilərlə  həll  olunmur,  onların  hüquqları 

konstitusiya ilə qorunan fərdlər və qrupların azad seçiminə verilir.   

 

Konstitusion  qaydada  qorunan  azadlıqlar  kiçik  etnik  və  ya  dini  qruplar  kimi 



“daimi  azlıqlar”  ilə  seçilən  dövlətlərdə  xüsusən  vacibdir.  Əgər  həmin  azlıqlar  hesab 

edirlər  ki,  onlar  heç  vaxt  seçkilərdən  qalib  çıxacaq  çoxluq  ola  bilməyəcəklər  və  azlıqda 

olduqları  təqdirdə  onların  bir  çox  əsas  hüquqlarının  əllərindən  alınacağı  barədə 

düşünürlərsə, onda həmin qruplar demokratik prosesdən əsaslı şəkildə kənarda qala bilər, 

zorakılığa  əl  ata  bilər.  Dini  azadlıq,  başı  yaylıqla  örtmək  və  ya  örtməmək  seçimində 

azadlıq, seçdiyin dildə danışmaq azadlığı və həbs, qorxutma hədəsi olmadan digər şəxslər 

ilə  yığıncaq  keçirmək  azadlığı-  bütün  bunlar  demokratik  dövlətin  konstitusiyası  ilə 

qorunur və çoxluğun qəbul etdiyi qərarların dəyişən nəticələrinin təsiri altına düşmür. 

 

 

Yəni, “xalqın yeganə iradəsi” mövcud deyil, əksinə, bir çox müxtəlif iradələr, 

fikirlər,  maraqlar  və  rəylər  var.  Xalqın  iradəsinin  olduğunu  iddia  edən  və  özünü 

xalqın  yeganə  legitim  nümayəndəsi    adlandıran  siyasətçidən  xilas  olmaq  lazımdır. 

Ə

gər  hətta  “xalqın  iradəsi”  barədə  danışmaq  məqsədəuyğun  olsaydı  belə,  bu  cür 



yanaşma hər hansı ayrı lider və ya siyasətlə bağlı istənilən xüsusi qərara yox, yalnız 

konstitusiyaya  istinadən  formalaşmalıdır.  Konstitusiyanın  özü,  o  cümlədə

hüquqların  qorunması  ilə  bağlı  onun  müddəaları  millətin  həmrəyliyinin 

təzahürüdür. 

 

4. Ədalət problemi 

 

 

Xüsusən də güclü etnik, dini, ailəvi, tayfa törəsi və  ya dil müxtəlifliyi ilə seçilən 



plüralist  cəmiyyətlərdə  demokratiyanın  ədalətsizlik  alətinə  çevrilməsi  qorxusu  var.  Bəzi 

siyasətçilər  milli  problemləri  digər  qruplara,  tez-tez  rast  gəlinən  azlıqların  üzərinə  yıxa 

bilər  və  sonra  isə,  dövlət  tərəfindən  onların  sərvətinin  müsadirəsini  və  onların 

cəzalandırılmasını  tələb  edə  bilir.  Opportunist  və  ədalətsiz  siyasətçilər  bəzi  dairələrin 

varının  öz  tərəfdaşlarının  xeyrinə  paylaşdırılmasını  tələb  kimi  irəli  sürə  bilər.  Bu  halda 

dövlət  adi  qarət  alətinə  çevrilməklə  kifayətlənəcək.  Bu  cür  dövlətdə,  heç  kimin  həyatı, 

azadlığı və ya mülkiyyəti təhlükəsiz olmayacaq; bu gün qələbə çalan və digərlərini qarət 

edən bir qrup sabah bu imkanı itirə bilər və əldə etdiyinin hamısından və bəlkə də ondan 

da çox sərvətlərdən məhrum ola bilər. Hər kəs uzun perspektivdə itirir. Dövlətin gördüyü 

tədbirləri  ədalət  meyarı  ilə  məhdudlaşdıraraq  və  dövlət  siyasətini  siyasi  dəstəyə  görə 

mükafatlandıran  və  müxalifətin  cəzalandırılma  aləti  kimi  qəbul  etməyən,  konstitusion 

demokratik dövlət hamı üçün bərabər şəkildə rifah şəraiti yaradır.  



 

Bir  qrup  şəxslərdən  sərvəti  oğurlayıb  digər  şəxslərə  verməyə  çalışan  dövlə

sadəcə  bütün  ölkədə  yoxsulluq  yaradır,  təbii  ki,  yüksək  vəzifə  ələ  keçirmiş  və  heç 

vaxt imarət və bahalı avtomaşınlardan korluq çəkməyəşəxslər istisna təşkil edir. 

Təcavüz  və  zorakılıq  qarşısında  ədalətin  qorunması  dövlətin  ən  ümdə  vəzifəsi 

olmalıdır.  Əgər  dövlətin  özü  təcavüz  və  zorakılıq  mexanizminə  çevrilirsə

demokratiya təhlükə altına düşür. 

Yüklə 39,65 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə