Microsoft Word Cografi Eko cavab az imtahan doc



Yüklə 308,08 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix11.04.2018
ölçüsü308,08 Kb.
#37288
  1   2   3   4   5   6   7   8   9   ...   12


Coğrafi Ekologiyanın Əsasları Fənni Üzrə 

mtahan Suallarının Cavabları 

1)  Ekologiya  və  coğrafi  ekologiyanın  predmeti  ,  ekoloji  anlayışların  yaranma 

mərhələləri: 

          "Ekologiya" qədim yunan sözü olub, oykos-ev,logiya isə bilik,təlim məna- 

sını ifadə edir."Ekologiya"nın predmetini canlı orqanizmlərlə təbii mühit arasında 

mövcud  əlaqələrin  birliyi  və  ya  quruluşu  təşkil  edir.Coğrafi  ekologiya  elmi 

haqqındakı  biliklər  tarixən  qədim  olsa  da  XX  əsrin  ortalarından  formalaşmağa 

başlamışdır.Coğrafi  ekologiya  elmi  sonrakı  mərhələlərdə  təkmilləşmiş  müasir 

forma  və  məzmun  almışdır.Bu  elm  biologiya,coğrafiya,kimya  elmləri  kimi 

dünyanın  tədqiq  edilməsində  aparıcı  yerlərdən  birini  tutur.Maddi  aləm  haqqinda 

biliklərin  yaranması,izah  edilməsi,canlıların  ətraf  mühit  və  onun  sferaları  ilə,yəni 

iqlim,su,torpaq  və  s.  ilə  əlaqəsi  barədə  yeni  ideyalar  yaranmışdır.Bu  isə  onun 

tətbiqi  sahəsi  olan  ətraf  mühiti 

mühafizə  sahəsinə  dair  bilikləri 

zənginləşdirmişdir.Deyilənlər 

ekologiyanın 

coğrafi 

istiqamətlərini 

də 

zənginləşdirmiş,eyni  zamanda  təbiət-əhali-təsərrüfat  sahələrinin,onların  ərazi 



birliklərindın 

bəhs 


etməsi 

ümumi 


ekologiya 

elminə 


müsbət 

təsir 


göstərmişdir.Coğrafi  ekologiyanın  ilkin  görüntüləri  eramızdan  əvvəlki  dövrdən 

başlayaraq  bu  günə  qədər  müxtəlif  mərhələləri  əhatə  etmişdir.Bu  sahədə  biliklər 

antik  və  ilkin  feodal  dövlətlərində,qədim  şərqdə,eləcə  də  Azərbaycanda  müxtəlif 

istiqamətlərdə inkişaf etmişdir. 

          Ekoloji  proseslərin  öyrənilməsində  V.T.Vernadskinin  biosferi  qlobal 

ekosistem  kimi  tədqiq  etmək  ideyasının  irəli  sürülməsi  mühüm  əhəmiyyət  kəsb 

edir.Burada  təbiət-cəmiyyət  münasibətlərində  antropogen  təsirlər  özünü 

göstərmişdir. 

 

2) Eramızdan əvvəl ibtidai həyat tərzi haqqında məhdud biliklərin yaranması 

          Eramızdan 

ə

vvəl 


insanlar 

ehtiyaclarını 

ödəmək 

üçün 


ovçuluqla,balıqçılıqla,heyvandarlıqla,daha  sonralar  isə  əkinçiliklə  məşğul 

olmuşlar. nsanlar  təbii  şəraiti,ehtiyatları  daha  əlverişli  olan  ərazilərdə 

məskunlaşaraq təbiətə güclü təsir göstərirdilər.Bu təsirlər yerli mahiyyət kəsb etsə 

də,insanlar tərəfindən ekoloji böhranların başlanğıcı olmaqla sonrakı dövrlərdə əks 

təsirlə özünü biruzə vermişdir. 



          Qədim şərq fəlsəfəsində təbiətlə insanlar arasındakı əlaqələrə dair biliklərin 

yaranması  ,daha  sonra  yunan  fəlsəfəsindəki  kosmosentrik  ideyalardan  başlamış 

insanların,bitki və heyvanat aləminin ətraf mühitdən asılılıqları ideyaları meydana 

gəlmişdir.Bu  ideyaların  nümayəndələrinə    Aristoteli,Hippokratı,Prineyi  və 

başqalarını  misal  göstərmək  olar.Həmin  dövrün  alimləri  təbiət  və  ətraf  mühit 

haqqındakı  məlumatların  təhlilində,xüsusidən-  ümumiyə  və  ümumidən-xüsusiyə 

doğru  qiymətləndirmə  ideyasını  irəli  sürdülər.Bununla  nəinki  təbiət  haqqındakı 

biliklər,eyni zamanda ekoloji mahiyyət kəsb edən terminlər də formalaşırdı. 

           btidai dövrdə insanlar iqlimə və suya daha çox bağlı olmaqla ovçuluğa və 

balıqçılığa  da  çox  meyl  göstərirdilər.Heyvandarlığın,əkinçiliyin,sənətkarlığın  və 

digər  sahələrin  yaranması  ilə  əlaqədar  olaraq  təbiət  və  ətraf  mühit  haqqında  yeni 

fikir,münasibətlər və ideyalar yaranırdı. 

          Sonrakı dövrlərdə bir çox elmi müvəffəqiyyətlərə baxmayaraq təbiət tarixinə 

münasibət zəifləmişdir. 



 

3) Qədim Şərqdə Ekologiya və ətraf mühitə mühafizə sahəsindəki naaliyyətlər. 

          Qədim Şərqdə, eləcə də Azərbaycanda insanların Ekologiya və ətraf mühitə 

münasibət məsələlərində zəngin elmi nəticələrə malik olmuşlar.Bir şox qədim Şərq 

alimləri  əhalinin  fəaliyyətində  təbiət  qanunlarına  üstünlük  vermişlər.Bunlara  bn 

Sinanı, bn  Rüşdü, bn  Məymunu, bn  Abbası  və  başqalarını  göstərmək  olar.980-

1037-ci illərdə  bn Sinanın elmi fəaliyyəti ekoloji məsələlərin də təhlilində maraq 

doğururdu.Xüsusilə  ,  bütün  aləmdə  təbii  qanunauyğunluğun  "hökm"  sürməsi 

ideyası  əsas  yer  tuturdu.Onun  "Tibb  elminin  qanunu"  əsərində  insan 

ekologiyasında dair qiymətli nəzəri və praktiki məsələlər şərh edilir.Qədim Şərqdə 

ə

traf mühitlə bağlı xəstəliklərin profilaktikası və insanların sağlam həyat tərzi üçün 



zəruri olan amillərin ən başlıcası kimi qiymətləndirilir və buraya aşağıdakılar aid 

edilirdi: 

- ətraf mühiti mühafizə; 

- yaşayış binalarının səmərəli qurulması; 

- əmək və istirahət rejiminin düzgün təşkili; 

- hisslərin düzgün nizamlanması; 

- qidaların səmərəli təşkili; 

- fiziki hərəkətlər; 




- orqanizmin təmizlənməsi. 

          Qədim Şərqdə insanın səhhəti və ətraf mühitlə bağlı tədqiqatların məzmunu, 

metodları  və  metodologiyası  bu  günkü  ekoloji  anlayışlar,ekoloji  mədəniyyətlər 

cəhətdən nəinki müasir tələblərə yaxındır,eyni zamanda qədim irsimizi öyrənməklə 

ümumi ekologiyanın inkişafına böyük töhvələr verə bilər. 

 

4) Canlı aləmin ətraf mühitdən asılılığının tədqiqi: 

          Ekoloji  proseslər  və  münasibətlər  haqqındakı  ideyalar  insanları  tarix  boyu 

düşündürmüşdür.Hər  bir  dövrdə  həmin  məsələlərə  münasibət  müxtəlif 

olmuşdur.Qədim  insanlar  yaşadıqları  mühitin  sirlərini  kortəbii  dərk  etmələrinə 

baxmayaraq  təbiətin  qlobal  problemləri  haqqındakı  bilikləri  məhdud  idi.Getdikcə 

təbiət-cəmiyyət 

münasibətlərinin 

təhlili 


ziddiyyət 

təşkil 


edirdi.Sonrakı 

mərhələlərdə,xüsusilə  coğrafi  kəşflərdən  sonra  təbiətin  sistematik  öyrənilməyə 

başlanması təbiətşünaslığın inkişafına təsir göstərmiş və bu öz növbəsində ekoloji 

proseslərin  öyrənilməsində  mühüm  yer  tutumuşdur.Ümumiyyətlə  təbiətşünaslığın 

yaranması aşağıdakı mərhələri keçmişdir: 

          Birinci  mərhələ  antik  ölkələri,Misiri,Mesopotomiyanı  və  Çini  əhatə 

etməklə,təbiət  haqqında  ilkin  elmi  bilikləri  insanların  məişət-təsərrüfat 

fəaliyyətini,proqnozları ön plana çəkmişdi. 

           kinci 

mərhələ 


dini-fəlsəfi 

ideyaların,dini 

təlimlərin 

yarandığı 

dövrdür.Təbiətdən  bəhs  edən  bir  sıra  elmlərdə  elmi  dəlillər  kifayət  etmədiyindən 

təbiətə münasibət bayağılaşır,falçılığa,magiyaçılığa və s. üstünlük verilirdi. 

          Hər iki dövrdə elm və texnika bəsit olmaqla,məhsuldar qüvvələrin səviyyəsi 

olduqca  aşağı  idi.Ona  görə  də  təbiətşünaslıqda  irəliləyişlər  yox  idi.Həmin  dövr 

XV-XVI əsrlərə qədər davam etmişdir. 

          Üçüncü  nərhələ  XVII  əsrin  əvvllərindən  başlayaraq  mərhələ-mexaniki  və 

metafiziki  dövr  adlanır.Bu  dövrdə  təbiətşünaslıqda  təbii  dəyişiklik  və 

münasibətlərin ardıcıl tədqiqi ilə yanaşı elmdən uzaqlaşma meylləri yaranırdı.XVII 

və  XVIII  əsrdə  istehsalın  sənətkarliqdan  manufakturaya  keçməklə  energetik 

bazasının  mexanikaya  əsaslanması  təbiətşünaslığa  da  təsir  göstərirdi.Canlı 

aləmin,onun ekoloji aləminin dərindən öyrənilməsində bu dövrdə bir şox alimlərin 

,o  cümlədən  F.lamark,A.Humbolt,K.Berqman,A.Dekandol,Ç.Darvin,E.Hekkel  və 

başqalarının əməyi danılmazdır. 

 



Yüklə 308,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə