Microsoft Word Conference speech cbar doc



Yüklə 42,73 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü42,73 Kb.
#42469


 

1

 



 

 

 



 

 

 



 

 

 



 

 

Azərbaycan  Banklar Asossiasiyası və Avropa Banklar 

Federasiyasının 27 May 2010 –cu il tarixində birgə 

keçirdiyi “Bankçılıq sahəsində regionlararası əməkdaşlıq: 

Dayanıqlı maliyyə gələcəyi” adlı beynəlxalq konfransda 

Mərkəzi Bank sədrinin müavini 

Aftandil Babayevin 

                                      ÇIXIŞI

 



 

2

Hörmətli konfrans iştirakçıları! 



Hörmtəli qonaqlar! 

Xanımlar və cənablar! 

Sizi Azərbaycan Banklar Assosiasiyası ilə Avropa Banklar 

Federasiyasının birgə təşkil etdikləri bu mötəbər konfransda Azərbaycan 

Respublikasının Mərkəzi Bankı adından salamlayıram və  təşkilatçılara 

təşəkkürümü bildirirəm.  

Yaranmış qlobal şəraitdə beynəlxalq bank-maliyyə elitasının 

nümayəndələrinin bir yerə toplanmasına həmişə olduğundan daha böyük 

ehtiyac vardır. 

Qlobal maliyyə sisteminin postböhran transformasiyasının 

astanasında bu cür tədbirlərin keçirilməsi olduqca zəruri və faydalıdır.   

 

Qlobal böhran və Azərbaycan 

Qlobal böhran dünya təsərrüfatına  əhəmiyyətli inteqrasiya olunmuş 

Azərbaycanı ciddi sınağa çəksə  də,  milli iqtisadiyyat, o cümlədən bank 

sektoru bu böhrana qarşı dayanıqlıq göstərmişdir. Ölkə iqtisadiyyatında 

yaradılmış “təhlükəsizlik yastığı” və xarici borcdan minimal asılılıq bu 

dayanıqlığı şərtləndirən əsas faktorlar olmuşdur. 

Böhranın ən ağır ili olan 2009-cu ildə ölkədə iqtisadi artım tempi 9%-

dən çox olmuşdur.  

Qlobal böhran Azərbaycan iqtisadiyyatına bir neçə kanalla təsir 

göstərmişdir. Belə ki, qlobal böhranın təsiri ilə 2009-cu ildə:

 



 

3

o



 Ölkənin əsas ixrac xammalı olan neftin orta illik qiyməti təxminən 1.5 

dəfə ucuzlaşdı. Tədiyə balansının profisiti 16 mlrd.$-an 10 mlrd.$-a 

endi;

 

o



 Qlobal maliyyə-pul bazarlarının sıxılması  şəraitində milli şirkətlərin, 

bankların nəinki xarici borclarının təkrar maliyyələşməsi imkanları 

məhdudlaşdı, hətta bu borcların əhəmiyyətli bir hissəsi geri çağırıldı. 

Məsələn, təkcə Azərbaycan bank sisteminin 2009-cu il üzrə xarici 

ödənişləri təxminən 1.2 mlrd. ABŞ dolları təşkil etmişdir. Bu isə bank 

sisteminin öhdəliklərinin 10%-dən çoxdur.; 

o

  İqtisadi artımın digər maliyyə  mənbələri də  sıxıldı, məsələn, çox 



sayda insanların gəlir mənbələrini formalaşdıran xarici pul baratları 

20%-dək azaldı.    

Belə bir şəraitdə ölkə 3 təhlükəli risklə üzləşmişdi:  

1) Makroiqtisadi sabitliyin pozulması riski, o cümlədən milli valyutanın 

devalvasiyası və yüksək inflyasiya riski.  

2) Maliyyə sabitliyinin pozulması riski, o cümlədən banklarda və sistem 

əhəmiyyətli dövlət şirkətlərində maliyyə vəziyyətinin pisləşməsi riski.  

3)  İqtisadi ressesiyanın baş verməsi riski, o cümlədən yaradılmış  iş 

yerlərinin itirilməsi və staqflyasiya riski.    

Ona görə də krizis dövründə Mərkəzi Bank öz siyasətini Makroiqtisadi 



sabitliyin, Bankların və sistem əhəmiyyətli müəssisələrin maliyyə 

sabitliyinin qorunmasına, habelə  İqtisadi artımın dəstəklənməsinə 

yönəltmişdir. 



Milli valyutanın sabitliyinin təmin edilməsi Mərkəzi Bankın 

antiböhran siyasətinin aparıcı elementi oldu. Sabit manat həm istehlak, 




 

4

həm də istehsal təyinatlı idxalın kəskin bahalaşmasının qarşısını aldı. Bu, 



həmçinin  əhalinin  əmanətlərinin kəskin dəyərdən düşməsi, valyutada 

olan xarici borc yükünün artması, manata ictimai inamın aşağı düşməsi 

kimi təhlükələri neytrallaşdırdı. Manatın sabitliyi müəyyən resurslar tələb 

etsə  də, ölkənin strateji valyuta ehtiyatları 20 mlrd.$-ı keçərək ÜDM-in 

47% həddində olmuşdur. Eyni zamanda manatın sabitliyini qorumaq, 

xüsusilə  də onun ABŞ dollarına nisbətən məsənnəsinin volatilliyinə yol 

verməmək üçün manatın məzənnəsinin səbət üzrə  hədəflənməsində 

dəyişiklik edildi. Səbətdə ABŞ dollarının payı 70%-dən 90%-ə qaldırıldı. 



Orta illik inflyasiya  cəmi 1.5% olmuş, deflyasiyaya yol 

verilməmişdir. 

Manatın sabitliyi və  aşağı inflyasiya böhran ilində  əhalinin real 

gəlirlərinin artım tempinin 6% səviyyəsində saxlanmasını təmin  etdi.  

Bu, iqtisadiyyatın rəqabət qabiliyyətinə  də müsbət təsir göstərdi – 

manatın real effektiv məzənnəsi 2009-cu ildə 3.5% aşağı düşmüşdür. 

Makroiqtisadi tənzimləmə potensialını  və siyasətin çevikliyini 

artırmaq üçün Mərkəzi Bank haqqında qanuna dəyişikliklər edildi. Edilən 

dəyişikliklər əsasında Mərkəzi Bank sistem əhəmiyyətli müəssisələr və 

bankların maliyyə  vəziyyətini stabilləşdirmək məqsədilə 2009-cu ildə 

Ümumi Daxili Məhsulun təxminən 5%-in səviyyəsində likvidlik inyeksiyası 

həyata keçirdi. Bu yardım onların xarici borclarının restrukturizasiyasına 

və maliyyə vəziyyətinin stabilləşməsinə imkan verdi. 

Nəticədə pul kütləsinin azalmasının qarşısı alındı. Mərkəzi Bankın 

uçot dərəcəsi 2%-dək,  məcburi ehtiyat normaları isə 0.5%-dək 

azaldıldı ki, bu da kredit faizlərinin artmasının qarşısını almaqla iqtisadi 

artımı və maliyyə sabitliyini dəstəklədi.  



 

5

Bank sisteminin maliyyə sabitliyini qorumaq üçün hələ böhranın 

təsirləri hiss olunmamışdan öncə bir sıra qabaqlayıcı immunizasiya 

tədbirləri görülmüşdü. Yəni belə demək mümkündürsə iqtisadi və kredit 

bumu dövründə  kontrtsiklik prudensial tənzimləmə  tədbirləri 

görülmüşdür. Belə ki, bank aktivlərinin yüksək templərlə artdığı bum 

illərində  Mərkəzi Bank aktiv dialoq şəraitində bankları 1) ehtiyatlı kredit 

siyasətinə  dəvət etmiş, 2) kapitallaşma və ehtiyatlanma səviyyəsinin 

artırılmasını  təmin etmiş, 3) prudensial tənzimləmə normativlərini 

sərtləşdirmiş, 4) xarici borclar üzrə  məcburi ehtiyatlar tətbiq etmişdir. 

Nəticədə bəzi oxşar region ölkələrindən fərqli olaraq Azərbaycanda xarici 

borclar bankların öhdəliklərinin cəmi 20%-i səviyyəsində 

məhdudlaşdırılmışdır. Ona görə  də, bank sistemi qlobal krizisi hazırlıqlı 

qarşılamışdır. 



Böhran dövründə isə əlavə tədbirlər həyata keçirildi:  

o

 banklara  və  sığorta təşkilatlarına kapitalizasiya məqsədilə vergi 



güzəştləri tətbiq olundu; 

o

  sığortalanan  əmanətlərin məbləği 5 dəfə artırıldı (30 min 



manatadək), nəticədə banklara etibar gücləndi; 

o

 bankların xarici borcları  Mərkəzi Bank tərəfindən idarəetməyə 



götürüldü və banklara zəruri likvidlik dəstəyi verildi;  

o

 mümkün  itkilər üzrə bankların maliyyə ehtiyatlanması daha da 



artırıldı. 

 

Ölkədə ipoteka kreditləşməsinin aktivləşməsi  Mərkəzi Bankın 



antiböhran proqramının mühüm alətlərindən biri olmuş, tikinti sektoru və 

daşınmaz əmlak bazarına stabilləşdirici təsir göstərmişdir.  




 

6

Bütün bu tədbirlərin nəticəsində bank sisteminin yüksək maliyyə 



immuniteti təmin edildi – ötən il sektorun ani likvidliyi təxminən 80% 

səviyyəsində olmuş, kapitalın adekvatlığı göstəricisi 18% təşkil etmişdir.  

Nəticədə krizisə baxmayaraq, sektorun artımı davam etmişdir – 

2009-cu ildə kreditlər 17%, müddətli əmanətlər isə 30% artmışdır.  

2009-ci ildə müşahidə edilmiş müsbət proseslər cari ilin ötən 

dövründə  də davam etməkdədir. Beləliklə, bütün bunlar onu göstərir ki, 

Azərbaycan maliyyə yardımı üçün heç kimə müraciət etmədən, öz 

resursları hesabına böhranın öhdəsindən gələ bilmişdir. Nəticədə, ölkə 

iqtisadiyyatı qlobal krizisdən daha da güclənmiş  şəkildə  çıxmışdır. 

Təsadüfi deyildir ki, bu günlərdə “Fitch” rating” beynəlxalq agentliyi 

ölkənin xarici valyuta reytinqini “BB+”-dan “BBB-”-a qaldırmışdır.  

Bütün qeyd olunan uğurların  əsas səbəbi son illər ölkədə  həyata 

keçirilən uğurlu sosial-iqtisadi inkişaf və radikal iqtisadi islahat 

strategiyası, nəticədə toplanmış maliyyə-valyuta ehtiyatları hesabına 

iqtisadiyyatda yüksək dayanıqlıq potensialının yaradılması, irəli sürülən 

effektli anti-böhran strategiyasının reallaşdırılması olmuşdur.   

Aparılmış antiböhran siyasətinin qiymətləndirilməsinin bençmarkı 

olaraq onu qeyd etmək olar ki, bu siyasət Beynəlxalq Valyuta Fondu və 

Dunya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də müsbət 

qiymətləndirilmişdir. Belə ki, BVF-nun Bakıda olan son missiyasının 

bəyanatında deyilir ki“Azərbaycan iqtisadiyyatı qlobal maliyyə 



böhranının təsirlərindən yaxşı qorunmuş, ölkənin rəsmi orqanları 

krizisə  uğurlu reaksiya vermişlər. Azərbaycan Mərkəzi Bankı 

mübadilə  məzənnəsini sabit saxlamaqla və bank sisteminə likvidlik 

inyeksiya etməklə maliyyə sabitliyini uğurla qorumuşdur. 

Məzənnənin sabitliyi inflyasiya səviyyəsini azalmağa, 


 

7

dollarlaşmadakı müvəqqəti artımı səngitməyə və ev təsərrüfatları və 



bankların balanslarına neqativ təsirlərin qarşısını almağa imkan 

vermişdir.” 

Azərbaycanın bank sistemi regional inteqrasiya kontekstində  

Azərbaycan bu gün dünya iqtisadiyyatına sürətlə inteqrasiya 

olunmaqla yanaşı eyni zamanda regional iqtisadi güc mərkəzinə 

çevrilməkdədir. Cənubi Qafqaz ölkələrinin (Azərbaycan, Gürcüstan, 

Ermənistan) ümumi ÜDM-ində Azərbaycanın payı son 5 ildə 16 faiz bəndi 

artaraq 70%-ə çatmışdır. Son 5 ildə Cənubi Qafqazda baş vermiş iqtisadi 

artıma Azərbaycanın töhfəsi 72% təşkil etmişdir. Bu gün Cənubi 

Qafqazda valyuta ehtiyatlarının 88%-i, bank aktivlərinin isə 68%-i 

Azərbaycanın payına düşür.     

Ölkəmizin regional iqtisadiyyatdakı rolunun artması  həm də onun 

bank-maliyyə  mərkəzinə çevrilməsində, bank kapitalı idxalı  və ixracında 

özünü büruzə verir.   

Bu gün Azərbaycanın bank sistemində xarici kapitalın iştirakına heç 

bir məhdudiyyət qoyulmamış, xarici kapitallı bankların fəaliyyəti üçün 

əlverişli  şərait yaradılmışdır. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə 23 

xarici kapitallı bank fəaliyyət göstərir. Onlardan 5-i 100%-lik xarici kapitala 

malikdir. Ümumi bank kapitalında xarici kapitalın payı 18.2% təşkil edir. 

Təsadüfi deyildir ki, qlobal maliyyə böhranının  ən aktiv fazasında belə 

Azərbaycanın bank sisteminə xarici kapitalın axını dayanmamışdır.  

Azərbaycanın yerli bankları da aktiv surətdə xarici bazarlara 

çıxmaqdadırlar. Bu gün Azərbaycan banklarının xarici ölkələrdə 2 törəmə 

bankı, 1  filialı, 6 nümayəndəliyi fəaliyyət göstərir. Bankların xarici maliyyə 

bazarlarında fəaliyyətinin aktivləşməsi və nüfuzunun artması onların 

beynəlxalq reytinqin alınmasına marağını artırmışdır. Belə ki, təkcə ötən il 




 

8

9 bank beynəlxalq reytinqə malik olmuş  və qlobal böhran şəraitində 



həmin banklar reytinq səviyyələrini qoruyub saxlamışlar.  

Bütün bunlar ölkəmizin iqtisadi sərhədlərinin durmadan genişləndiyini 

göstərir.       

 

Prioritetlər 

Qlobal iqtisadiyyatın ləng bərpası  şəraitində  Mərkəzi Bank 



makroiqtisadi sabitliyin və maliyyə stabilliyin qorunmasına, habelə iqtisadi 

artımın dəstəklənməsinə yönəlmiş siyasətini davam etdirir.  

Eyni zamanda düyada gedən son meylləri  əsas götürərək biz kontr-



tsiklik makro-prudensial çərçivənin formalaşması üzərində 

düşünürük.   

Hesab edirik ki, bu çərçivə pul siyasətinin mühüm qanadına çevrilməli 

və  maliyyə köpüklərinin preventiv idarə olunmasında  əsas alət 

olmalıdır.  

Hazırda Mərkəzi Bank kontr-tsiklik ehtiyatlanma, leveric və yeni 



likvidlik normativlərinin konsepsiyası üzərində çalışır.  

Eyni zamanda biz banklarda mükəmməl risk menecment sisteminin  



və korporativ idarəetmə standartlarının tam tətbiqinə çalışırıq. 

Hörmətli konfrans iştirakçıları! 

Milli iqtisadiyyatın dayanıqlı inkişafını  təmin etmək üçün bu gün 

ölkəmiz alternativ iqtisadi artım modelinin – diversifikasiya modelinin 

fəal axtarışındadır. 

Bu axtarışlar  cənab Prezidentin biznes ictimaiyyəti ilə son 

görüşlərinin birindəki nitqində aydın  şəkildə ifadə edilmişdir - “yeni 




 

9

bazarların aşkarlanması  işində  əlavə  tədbirlər görülməlidir... biz 



xarici bazarları gərək aşkar edək.” 

Şübhəsiz, bank sektoru belə bir modelin həyata keçirilməsində mühüm 

vasitəçi olacaqdır.Bu baxımdan bank sektorunun maliyyə  dərinliyinin 

daha da artırılması mühüm prioritetdir. Bunun üçün Mərkəzi Bank 

banklarda  yeni maliyyə  məhsullarının yaradılmasını bundan sonra da 

təşviq edəcəkdir.    

    Bu  prosesdə maliyyə institutları öz risklərini daim diqqətdə 

saxlamalı, bunun üçün institusional potensiallarını davamlı artırmalıdırlar. 



 

Çıxışımı yekunlaşdıraraq qeyd etmək istəyirəm ki, konfransda iştirak 

edən nüfuzlu ekspertlərin dəyərli fikir və tövsiyyələri ölkədə makroiqtisadi 

və maliyyə sabitliyin qorunması, eləcə  də postkrizis dövrü üzrə yeni 

siyasətin formalaşdırılmasına öz töhfəsini verəcəkdir. Dünyada son 

vaxtlarda müşahidə edilən proseslər, xüsusilə Avropada son hadisələr 

göstərir ki, böhranın səngiməsi ləng və qeyri-bərabər gedir. Bu da təcrübə 

mübadiləsi baxımından bir daha keçirilən konfransın aktuallığını göstərir.     

  Diqqətinizə görə təşəkkür edirəm!  



 

 

Azərbaycan Respublikası 

Mərkəzi Bankının 

Sədr 

müavini 

       

 

 

 

Aftandil 

Babayev 

 

 



Yüklə 42,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə