Qoşma 1: Azərbaycan üzrə ÖTS-in Nəticələr Matrisi– 2011-2014 maliyyə illəri
Strateji məqsəd 2: Sosial və bələdiyyə
xidmətlərinin gücləndirilməsi
Strateji məqsəd 1: Rəqabətli
qeyri-neft iqtisadiyyatının
qurulması
Nəticə sahəsi 3: Sosial xidmətlərin təkmilləşdirilməsi
Nəticə 1: Sosial müdafiə və məşğulluq xidmətlərinin gücləndirilməsi
Nəticə 2: Səhiyyə xidmətlərinə çıxışın artırılması
Nəticə 3: Baza və ali təhsilin keyfiyyətinin artırılması
Nəticə 4: Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması
Nəticə 5: Yol təhlükəsizliyinin artırılması
Nəticə sahəsi 4: Bələdiyyə və kənd xidmətlərinin təkmilləşdirilməsi
Nəticə 1: daha etibarlı su təchizatı və kanalizasiya
Nəticə 2: Bərk tullantıların idarə edilməsi xidmətlərinin etibarlılığının
təkmilləşdirilməsi
Nəticə 3: Kənd infrastrukturuna çıxışın artırılması
Nəticə sahəsi 1: Makroiqtisadi sabitliyin artırılması və artım siyasətinin
təkmilləşdirilməsi
Nəticə 1: Səmərəli makroiqtisadi və fiskal idarəetmə
Nəticə 2 Ticarət siyasətinin və təşkilatlarının təkmilləşdirilməsi
Nəticə 3: İşgüzar mühitində dayanaqlı təkmilləşdirmələr
Nəticə 4: Dövlət təşkilatlarında şəffaflığın və səmərəliliyin artırılması
Nəticə sahəsi 2: Artımı dəstəkləyən əsas infrastrukturun
təkmilləşdirilməsi
Nəticə 1: Səfər vaxtı və nəqliyyat vasitələrinin əməliyyat məsrəflərinin
azalması
Nəticə 2: Kənd təsərrüfatında suvarmanın, məhsuldarlığın və satışların
təkmilləşdirilməsi
Sahələrarası filtr: İdarəetmə və institusional quruculuğu bütün fəaliyyətlərdə
dəstəklənməlidir
Azərbaycan: 2011-2014 maliyyə illəri üzrə ÖTS-in nəticələr matrisi
ÖTS MƏQSƏDİ 1: RƏQABƏTLİ QEYRİ-NEFT İQTİSADİYYATININ QURULMASI
Hökumətin əsas hədəfləri:
Səmərəli makro-iqtisadi idarəetmə və ticarət siyasətləri və qurumlarının təkmilləşdirilməsi
Azərbaycanın regional nəqliyyat dəhlizi qismində rolunun gücləndirilməsi və Azərbaycan daxilində nəqliyyat əlaqələrinin
təkmilləşdirilməsi (tranzit nəqliyyatının artması ilə ölçülməli)
Qeyri-neft sektorunun daha yüksək templə artması məqsədilə işgüzar mühitin yaxşılaşdırılması (kiçik və orta
müəssisələrin, qeyri-neft ixracının artımının səviyyəsi ilə ölçülməli).
Daha səmərəli və məhsuldar kənd sektorunun qurulması. (kənd təsərrüfatı ixracının, təsərrüfatların gəlirinin artması ilə
ölçüləcək)
Əsas məsələlər və maneələr:
Makroiqtisadi idarəetmə, neft gəlirlərini nəzərə almaqla, xərclərin, mübadilə məzənnəsinin və inflyasiyanın ehtiyatlı
tarazlaşdırılmasını tələb edir.
Ticarət siyasətləri və təşkilatlar hal-hazırda tədbiq olunan “nəzarət yönümlü” yanaşmanın yüngülləşdirməlidir.
Nəqliyyat: Yollar təkmilləşdirilməli və genişləndirilməlidir. Dəniz limanı və Dəmir Yollarının modernləşdirilməli,
intermodal və birgə fəaliyyət göstərməlidir.
İşgüzar mühit bir neçə sahədə (vergiqoyma, gömrük, lisenziyalaşdırma və s.) təkmilləşdirilməlidir
Maliyyə sistemi dayaz olaraq qalır. Ən böyük bank dövlət mülkiyyətindədir və kiçik və orta müəssisələrin kredit əldə
etmək imkanları məhduddur.
Kənd təsərrüfatı – kənd təsərrüfatında məhsuldarlığın artırılması, ərzaq məhsullarının sertifikatlaşdırılması və emalı,
suvarma çərçivəsinin təkmilləşdirilməsi, bitkilərin və malqaranın xəstələnməsi riskinin azalmasına ehtiyac
ÖTS NƏTİCƏ SAHƏLƏRİ, NƏTİCƏLƏR
VƏ HƏDƏFLƏR
MƏRHƏLƏLƏR
DÜNYA BANKI QRUPUNUN PROQRAMLARI
VƏ TƏRƏFDAŞLARI
Nəticə Sahəsi 1:
Makroiqtisadi sabitliyin
artırılması və artım siyasətinin
təkmilləşdirilməsi
Nəticə 1:Səmərəli makroiqtisadi və fiskal
idarəetmə
İlkin göstərici: qeyri-neft ÜDM-ə nisbətən
ilkin qeyri-neft kəsirinin azalması (2009-cu
ilin baza göstərici = -38.7% ).
Nəticə 2: Ticarət siyasətinin və
təşkilatlarının təkmilləşdirilməsi
İlkin göstərici: Qeyri-neft ixracının artması
(2009-cu ilin baza göstərici = $1.2 b).
İlkin göstərici: ixrac / idxal üçün tələb olunan
vaxtın (gün) və məsrəflərin (ABŞ dolları) 20%
azalması (2009-cu ilin baza göstərici =46/50;
$2980/3480)
Nəticə 3: İşgüzar mühitin dayanaqlı
şəkildə yaxşılaşması
-- İlkin göstərici: Daşınmaz əmlakın
qeydiyyat müddətinin azalması
-- İlkin göstərici: Kapitala çıxış məqsədilə
girovlardan istifadə
-- İlkin göstərici: Doing Business Hesabatında
və IFC-nin kiçik və orta müəssisələr arasında
apardığı sorğuda (sorğularda) ölçülməklə,
işgüzar iqlimin yaxşılaşması.
- 2011-12-cu ilin təsdiq
olunmuş büdcələrində
xərcləmə / qeyri-neft
ÜDM nisbəti azalır
-Qeyri-neft ixracları üzrə
proqram Hökumət
tərəfindən təsdiq
olunması
Dünya Ticarət
Təşkilatına qəbul
olunmaq üçün əsas
texniki ərazilərdə
təkliflərin
hazırlanmasında
irəliləyişlərin əldə
olunması
Daşınmaz əmlakın
qeydiyyatına sərf olunan
orta müddət 90 gündən 30
günə azalır
100 notariat idarəsinin
daşınmaz əmlak
reyestrinə onlayn
çıxışının artması
4 milyon ha sahəni əhatə
edən xəritələr hazırlanıb
Torpağın qeydiyyatı üzrə
Əməliyyat-İstinad
Sistemi yaradılıb və
fəaliyyət göstərir
Kapitala çıxış məqsədilə
girovlardan istifadənin
artması
və
nəticədə
investisiyaların 2009-cu
ildə 14.000-dən 2013-cü
ildə 40.000-ə artması
-- müəssisələrin
qeydiyyatı və tikinti
icazələri üçün tək
pəncərə sisteminin
Cari kreditlər: yoxdur
Yeni kreditlər: nəzərdə tutulmur (tələb olunsa
İnkişaf Siyasəti Krediti ayrıla bilər)
Analitik Məsləhət Fəaliyyəti və TF-lar: Proqramatik
Dövlət Xərclərinin İcmalı, Qeyri-neft sektoruna
yardım strategiyası, Dünya Ticarət Təşkilatına daxil
olma və Ticarət Siyasətinin Dəstəklənməsi üzrə
texniki yardım, vergi və gömrük sahələrinin
modernləşdirilməsi üzrə mümkün texniki yardım,
Yüksək Səviyyədə Forum
IFC: Vergilərin ödənilməsinin və sərhədlərarası
ticarətin yüngülləşdirilməsi üzrə IFC tərəfindən
mümkün məsləhət xidmətləri
Cari kreditlər: Daşınmaz Əmlakın Qeydiyyatı
Layihəsi
Yeni kreditlər: Kapital Bazarın Modernləşdirilməsi
Layihəsi
Analitik Məsləhət Fəaliyyəti və TF-lar:
Rəqabətlilik üzrə Yüksək Səviyyədə Forum
IFC: IFC tərəfindən, xüsusilə maliyyə təşkilatları
vasitəsilə, kiçik və orta müəssisələrə vəsaitin
ayrılması; maliyyə təşkilatlarının və maliyyə
infrastrukturunun işinin (kreditlər üzrə məlumat
mübadiləsi və təminatlı kreditləşdirmə)
gücləndirilməsi üçün məsləhət xidmətləri; İşgüzar
mühit üzrə məsləhət xidmətləri vasitəsilə
müəssisələrin hal-hazırda onların qeydiyyatı, icazələr
və yoxlamalarla bağlı tənzimləyici yükünün
azaldılması; Korporativ idarəetmənin
təkmilləşdirilməsi üçün məsləhət xidmətləri.
Əsas beynəlxalq tərəfdaşlar: SECO və, eynilə
Niderland, Avstriya və BP Bankın və IFC-nin əsas
tərəfdaşlarıdır.
-- İlkin göstərici: İcazələrin və / və ya
lisenziyaların (tikintidən başqa) sayının və
əhatə dairəsinin azalması
və
həmin
lisenziyaların / icazələrin alınması üçün tələb
olunan məsrəflərin və vaxtın azalması
Nəticə 4: Dövlət təşkilatlarında şəffaflığın
və səmərəliliyin artması
-- İlkin göstərici: OMXÇ-dən büdcənin
formalaşdırılması prosesində daha geniş
istifadə olunur
--
İlkin göstərici: dövlət tərəfindən
maliyyələşdirilən və gəlirlilik kriteriyası
əsasında hazırlanan layihələrin faizi
-- İlkin göstərici: Beynəlxalq maliyyə
standartlarını
tətbiq edən dövlət
müəssisələrinin sayı
-- İlkin göstərici: məhkəmə sistemindən razı
qalan istifadəçilərin 20% artması
Nəticə Sahəsi 2: Artımı dəstəkləyən əsas
infrastrukturun təkmilləşdirilməsi
Nəticə 1: Səfər vaxtının və nəqliyyat
vasitələrinin əməliyyat məsrəflərinin
azalması
-- İlkin göstərici: Bakı-Şamaxı yolunun km 15
– km 116 hissəsində yol istifadəçilərinin
məsrəflərinin 20% azalması (baza göstərici
nəqliyyat vasitəsi üzrə 0.40 ABŞ dolları/ km)
-- İlkin göstərici: qatarların Şərq-Qərb tranzit
vaxtı (2009-cu ilin baza göstərici = 22 saat,
Hədəf = 15 saat)
--İlkin göstərici: lokomotivlərin etibarlılığı
17.000 km-dən 100.000 km-ə qədər artması
(lokomotivlərin sıradan çıxdığı məntəqələr
yaradılması
IFC-nin müştəri bankları
tərəfindən kiçik və orta
müəssisələrə verilən
kreditlərin sayı 2009-cu
ildə 57.000-dən 2014-cü
ildə ən azı 85.000 sayına
qədər artması.
-- müəssisələrdə səyyar
yoxlamaların sayının və
əhatə dairəsinin və
bununla bağlı
məsrəflərin 20 faiz
azalması
- Büdcənin xülasəsi dərc
olunur
ən azı 50 faiz
Hesablama Palatası
tərəfindən ISA əsasında
aprılan auditlərin sayının
0-dan 5-dək artması
Beynəlxalq maliyyə
standartlarını tətbiq edən
dövlət müəssisələrinin
sayının 2-dən 20-ə
artması
-- 4 məhkəmə binasının
tikintisi, 150 yeni
hakimin seçilməsi və
təlimi
--200 km uzunluğunda
magistral yolların
təkmilləşdirilməsi
-- yeni yol məcəlləsinin
qəbul edilməsi
Cari kreditlər: Məhkəmə Sisteminin
Modernləşdirilməsi Layihəsi, Korporativ və Dövlət
Sektorunda Hesabatlılıq Layihəsi, Daşınmaz Əmlakın
Qeydiyyatı Layihəsi, Dəmir Yolu Ticarətinin və
Nəqliyyatının Dəstəklənməsi Layihəsi, Dövlət
İmvestisiyaları üzrə Potensial Quruculuğu Layihəsi
Yeni kreditlər:
Analitik Məsləhət Fəaliyyəti və TF-lar :
IFC: IFC-nin özəl sektorun tənzimləmə prosesi
haqqında məlumatlılığının artırılmasına yönəlmiş
İnvestisiya Mühiti üzrə Məsləhət fəaliyyətləri.
Əsas beynəlxalq tərəfdaşlar: AB, USAID
Cari kreditlər: Magistral Yol 2 və 3, Dəmir Yolu
Ticarətinin və Nəqliyyatının Dəstəklənməsi Layihəsi
Yeni kreditlər: Magistral Yol 4
Analitik Məsləhət Fəaliyyəti və TF-lar: Nəqliyyat
Dayanaqlığının İcmalı, nəqliyyat potensialının
qurulması üzrə IDF
IFC: Sərhədlərarası ticarət üzrə mümkün məsləhət
xidmətləri, özəl lagistika şirkətlərinə potensial
investisiyalar və / və ya özəl sektorun nəqliyyat
infrastrukturunda iştirakının dəstəklənməsi üçün
məsləhət və investisiya dəstəyi.
Əsas beynəlxalq tərəfdaşlar: Asiya İnkişaf Bankı
arasında məsafə ilə ölçülür)
--İlkin göstərici: sərhəd keçidinin
asanlaşdırılması (2010 Doing Business:
Azərbaycan sərhədlərarası ticarətin asanlığı
üzrə 183 ölkə arasında 177-ci yer tutmuşdur).
-- İlkin göstərici: dəmir yolu ilə daşınan
tranzit həcmi
Nəticə 2: Kənd təsərrüfatında suvarmanın,
məhsuldarlığın və satışların
təkmilləşdirilməsi
-- İlkin göstərici: Satış üçün bazarlara
çıxarılan məhsullar
-- İlkin göstərici: İştirak edən fermerlərin və
kənd sahibkarlarının gəlirləri
-- İlkin göstərici: Suvarma suyunun həcminin
mövsümdə iki suvarmadan dörd suvarmaya
qədər artması
--50 yeni elektrik
lokomotivin alınması (25
kV)
- - Şərq-Qərb Dəhlizində
240 km uzunluğunda
dəmir yolunun
yeniləşdirilməsi
-- Şərq-Qərb Dəmir Yolu
Dəhlizində yeni 25 kV
elektrikləşdirmə
avadanlığı quraşdırılıb.
dəmir yolu ilə daşınan
tranzit həcmi 11 milyon
tondan 23 milyon tona
qədər artır.
Satış üçün bazarlara
çıxarılan məhsulların
10% artması (baza: 60%)
İştirak edən fermerlərin
və kənd sahibkarlarının
gəlirlərinin 20% artması
(baza: 11.000 AZN
həcmində illik gəlir)
-
Dəstəklənən ərazidə
Suvarma Haqlarının
yığımının faizi kəskin
artır (baza: 10-20%)
İnfrastrukturun
bərpasından faydalanmış
SİA-lar həmin
infrastrukturun istismarı
və xidmət olunması üzrə
əksər işləri yerinə yetirir,
(baza 0, hədəf 45 SİA)
Cari kreditlər: KTİKL2, SPSİTL
Yeni kreditlər: Suvarma II, KTİKL
Analitik Məsləhət Fəaliyyəti və TF-lar: Kənd
Təsərrüfatı və Suvarma Sektoru haqqında
Yeniləşdirilmiş İcmal
IFC: IFC tərəfindən, həmçinin, maliyyə təşkilatları
vasitəsilə, aqrobiznesin və ya müvafiq sektorların
(yəni, pərakəndə satışlar, qablaşdırma, logistika)
maliyyələşdirilməsi. Mümkün məsləhət xidmətləri
müəyyən edilə bilər.
Əsas beynəlxalq tərəfdaşlar: USAID
ÖTS Məqsədi 2: Sosial və bələdiyyə xidmətlərinin gücləndirilməsi
Hökumətin əsas hədəfləri
Yoxsulluq 2008-ci ildə 16%-ə düşüb, lakin davamlı irəliləyişlərə (həm şəhər, həm kənd ərazilərində) ehtiyac
duyulur.
Səhiyyə göstəriciləri digər MDB ölkələrinə nisbətən daha aşağıdır və onların yaxşılaşmasına ehtiyac duyulur
Təhsilin baza əhatəsi yaxşı səviyyədədir, lakin onun keyfiyyəti artırılmalıdır
Ali təhsilin əhatəsi (17%) və keyfiyyəti aşağıdır və onun artırılmasına ehtiyac duyulur
Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanları aşağı səviyyədədir
Bütövlükdə əhalinin etibarlı və keyfiyyətli su təchizatı hökumətin yüksək prioritetidir
Suyun və bərk tullantıların yığılması xidmətlərinin təkmilləşdirilməsinə, həmçinin, ciddi ehtiyac duyulur
Kənd xidmətlərinin təkmilləşdirilməsinə xüsusi ehtiyac duyulur və orada ehtiyac daha təcili xarakter daşıyır
Hökumət ekoloji gündəliyə öz marağını bəyan etmişdir.
Əsas məsələlər və maneələr:
Sosial yardım və məşğulluq xidmətlərinin əhatə dairəsinin daha da artırılması mümkündür
Səhiyyə müəssisələri təkmilləşdirilməli və daha səmərəli şəkildə fəaliyyət göstərməlidir
İbtidai və orta təhsildə tədris proqramının islahatına və məktəblərin sayının uyğunlaşdırılmasında davamlı
ehtiyac duyulur
Ali təhsil sahəsində təhsil müəssisələrinə qəbul sahəsində məhdudiyyətlərin azalmasına, tələblərin layiqliyə
əsasən qəbul olunmasına və keyfiyyətin artırılmasına ehtiyac duyulur
Məcburi köçkünlərin cəmiyyətə yaxşı inteqrasiyası təmin olunmayıb. Daha dayanaqlı layihəyə ehtiyac duyulur.
Su boruları çox vəziyyəti çox pisləşib və ciddi təmirə ehtiyac duyulur.
Tullantıların yığışdırılması xidmətləri həm məhduddur, həm qeyri-formal xarakter daşıyır. Yanaşmanın
rəsmiləşdirilməsi və dəstək üçün texnologiyanın tətbiq olunmasına ehtiyac duyulur.
Kənd investisiyalarının dəstəklənməsi üçün hökumətdaxili büdcə və inzibati proseslər hələ də zəifdir.
Ekoloji gündəliyə faktiki dəstək aydın deyil. Təcili məsələlərin həllinə keçməkdən əvvəl daha çox konsensusun
əldə edilməsinə ehtiyac duyulur.
ÖTS NƏTİCƏ SAHƏLƏRİ, NƏTİCƏLƏR
VƏ HƏDƏFLƏR
MƏRHƏLƏLƏR
DÜNYA BANKI QRUPUNUN
PROQRAMLARI VƏ
TƏRƏFDAŞLARI
Nəticə Sahəsi 3: Sosial xidmətlərin
təkmilləşdirilməsi
Nəticə 1:Sosial müdafiə və məşğulluq
xidmətlərinin əhatəliliyinin və
səmərəliliyinin artırılması
İlkin göstərici: Çox yoxsul təbəqənin sosial
yardım sistemi ilə əhatə olunması
İlkin göstərici: məşğulluq xidmətlərini almış
iş axtaranların sayı
Nəticə 2: Səhiyyə xidmətlərinə çıxışın artırılması
İlkin göstərici: dəstək almış rayonlarda
səhiyyə göstəricilərinin artması (ana ölümü
üzrə baza hədəf)
İlkin göstərici: Fərdi ödənişlərin həcmi azalır
(şəxsi ödənişlər üzrə baza göstərici 2008-ci
ildə cəmi səhiyyə xərclərinin 51.6%-dən
ibarətdir – hədəf isə 30%0
Nəticə 3: Baza və ali təhsilin keyfiyyətinin
artırılması
İlkin göstərici: Baza təhsil üzrə test ballarının
artması (baza 2010-cu ildə milli
qiymətləndirmənin birinci mərhələsindən
sonra müəyyən ediləcək )
Nəticə 4: Məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
İlkin göstərici: İcma üzvlərinin
qiymətləndirməsinə görə yaşayış şəraitinin
yaxşılaşdırılması üzrə gözlənilən nəticələri
əldə etmiş mikrolayihələrin 95%-ə çatması
(baza:0)
Nəticə 5: Yol təhlükəsizliyinin artması
-- İlkin göstərici: 10.000 nəqliyyat vasitəsinə
yol-nəqliyyat hadisələri nəticəsində ölüm
hallarının 20% azalması (baza: 2009-cu ildə
10.000 nəqliyyat vasitəsinə yol-nəqliyyat
hadisələri nəticəsində 10 ölüm halı)
Nəticə Sahəsi 4: Bələdiyyə və kənd
xidmətlərinin təkmilləşdirilməsi
Nəticə 1: Daha etibarlı su təchizatı və
Çox yoxsul təbəqənin sosial yardım
sistemi ilə əhatə olunması 50%-dən
70%-ə artır.
məşğulluq xidmətlərini almış iş
axtaranların sayı (25%-dən 40%-ə
artması)
-- 2 yeni xəstəxana, 3 kənd
xəstəxanası və 9 ictimai səhiyyə
mərkəzi daxil olmaqla səhiyyə
müəssisələrinin modernləşdirilməsi
-- Səhiyyə xidmətləri şəbəkəsinin
restrukturizasiyası üçün baş planın
hazır olması
İnsan resursları və maliyyələşdirmə
sahəsində yeni siyasətin qəbul
olunması
Səhiyyə üzrə MIS-in prototipi
hazırlanıb və sınaqdan keçirilib
-- 2010-cu ildə 4-cü və 9-cü
siniflərdə nümunələr əsasında milli
qiymətləndirmənin aparılması
-- 2014-cü ilə qədər 1-6 sinifləri
üçün yeni tədris proqramının qəbul
olunması
-- məktubların sayı uyğunlaşdırılıb /
məktəblərin birləşməsi
-- dəstəklənən innovasiya
qrantlarının sayı.
--Mirkolayihələrin sayı və növü
-- Məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması
-- etibarlı gəlir əldə edən məcburi
köçkünlərin sayı
Cari kreditlər: Sosial Müdafiə
Layihəsi
Yeni kreditlər:
Analitik Məsləhət Fəaliyyəti və
TF-lar:
Əsas beynəlxalq tərəfdaşlar:
Cari kreditlər: Səhiyyə
Sektorunun İslahatı Layihəsi
Yeni kreditlər: hal-hazırda
həyata keçirilən Səhiyyə
Layihəsinin potensial davamçı
layihəsi və ya əlavə
maliyyələşdirmə
Analitik Məsləhət Fəaliyyəti və
TF-lar:
IFC: Səhiyyə xidmətləri
sahəsində IFC-nin potensial
investisiyaları
Əsas beynəlxalq tərəfdaşlar:
Ümumdünya Səhiyyə Təşkilatı,
USAID
Cari kreditlər: Təhsil APL2
Yeni kreditlər: Ali Təhsil
Layihəsi
Analitik Məsləhət Fəaliyyəti və
TF-lar: Təhsil Strategiyası
Əsas beynəlxalq tərəfdaşlar:
kanalizasiya
-- İlkin göstərici. Su təchizatı və kanalizasiya
xidmətləri təkmilləşdirilmiş insanların sayı
(2009-cu ilin baza göstərici = 100,000, hədəf
=1,000,000)
-- İlkin göstərici: Gündə suyun neçə saat
ərzində verilməsi (2009-cu ilin baza göstərici
= 3, hədəf = 15-dən artıq)
Nəticə 2: Bərk tullantıların idarə edilməsi
xidmətlərinin etibarlılığının artırılması
-- İlkin göstərici: Böyük Bakının tullantıların
yığışdırılması xidmətləri ilə əhatə olunmayan
əhalinin 60%-nə həmin xidmətlərin
göstərilməsi (hədəf təxminən 400.000 nəfər)
-- İlkin göstərici: Bərk tullantıların
yerləşdirilməsinin təkmilləşdirilməsi (hədəf:
qanunsuz zibilliklərin 60%-nin bağlanması)
-- İlkin göstərici: Hövsan təmizləyici
stansiyasından çirkab suların ətraf mühit
baxımından səmərəli şəkildə axıdılması
Nəticə 3: Kənd infrastrukturuna çıxışın
artırılması
-
-
İlkin göstərici: kənd yollarına çıxışı
yaxşılaşdırılmış insanların sayı (2009-cu
ilin baza göstərici=390,000, hədəf
=bazadan ikiqat artıq)
-
-- İlkin göstərici: kənd infrastrukturunda və
dayanaqlı idarəetmə sahəsində digər
təkmilləşdirmələr
Nəqliyyat Təhlükəsizliyi
Strategiyasının icrası
-- x km uzunluğunda çəkilmiş su
boruları
-- Balaxanı poliqonunun bərpası
(Bakıda ən böyük qeyri-rəsmi
tullantı poliqonu)
9 km uzunluğunda Hövsan çıxış
xəttinin tikilməsi
2010-2014-cü illərdə x sayda
mikrolayihələr
Cari kreditlər: Məcburi
Köçkünlər Layihəsi
Yeni kreditlər: Məcburi
Köçkünlər II Layihəsi
Analitik Məsləhət Fəaliyyəti və
TF-lar: Qafqazda məcburi
köçkünlər üzrə analitik
fəaliyyətlə bağlı üç illik proqram
Əsas beynəlxalq tərəfdaşlar:
UNHCR
Cari kredit: Magistral Yol 2
Layihəsi
Cari kreditlər: Milli Su
Təchizatı Layihələri 1 və 2, Bərk
Tullantıların Vahid İdarəçiliyi
Layihəsi
Yeni kreditlər: Hövsan Çirkab
Suların Axıdılması və Dənizə
Çıxış Layihəsi, su və bərk
tullantılar üzrə mümkün əlavə
layihələr
Analitik Məsləhət Fəaliyyəti və
TF-lar: Su sektoru haqqında
sənəd, bərk şəhər tullantılarının
idarə edilməsi strategiyası
IFC: Özəl sektorun iştirak
etməsi halında, IFC-nin məsləhət
və ya investisiya şəkildə iştirak
etməsi, lakin hal-hazırda
bununla bağlı heç bir razılaşma
yoxdur
Əsas beynəlxalq tərəfdaşlar:
Asiya İnkişaf Bankı, JBIC, KfW,
İslam İnkişaf Bankı
Cari kreditlər: AzKİL,
Yeni kreditlər: AzKİL 2
Analitik Məsləhət Fəaliyyəti və
TF-lar:
Əsas beynəlxalq tərəfdaşlar:
Qoşma 2: ÖTS üzrə məsləhətləşmələr
2010-cu ilin iyul-avqust aylarında Bakıda beynəlxalq donorlar, vətəndaş cəmiyyətinin
nümayəndələri və biznes dairələri üçün ayrıca ÖTS məsləhətləşmələri keçirilmişdir.
Bütün iştirakçılar ÖTS-də müəyyənləşdirilmiş Azərbaycanın qarşısında duran çağırışlar, habelə
yeni ÖTS-in strateji məqsədləri ilə razılaşmışlar: (1) Rəqabət qabiliyyətli qeyri-neft
iqtisadiyyatının formalaşdırılması, və (2) Sosial və kommunal xidmətlərin gücləndirilməsi.
Razılaşdırılmışdır ki, Strategiyada bu iki məqsəd yalnız təqdimat məqsədilə ayrılır, əslində onlar
çox sıx qarşılıqlı əlaqədədir və ÖTs-in uğuru hər iki istiqamətdə paralel və kompleks irəliləyişi
tələb edir.
Vətəndaş cəmiyyəti və işgüzar dairələrin nümayəndələri “idarəetmə filtri”nə diqqət yetirilməsi
ilə xüsusi olaraq razılaşdılar. Onlar konkret nümunələrlə göstərdilər ki, xüsusilə də ucqar
bölgələrdə və kiçik müəssisələr üçün hakimiyyət orqanları tərəfindən şəffaflığın azlığı iqtisadi və
sosial nəticələrin əldə olunmasına maneçilik törədir. Eyni zamanda iştirakçılar etiraf etdilər ki,
idarəçiliyin təkmilləşdirilməsində irəliləyişin monitorinqi və ölçülməsi, və bu sahədə praktiki
addımların atılması qarşıda duran ciddi vəzifələrdəndir. Bu baxımdan, cari ÖTS zamanı bir sıra
layihələrin çərçivəsində başlanılmış institusional inkişaf tədbirlərinin davam etdirilməsi və yeni
ÖTS çərçivəsində analitik işin miqyasının və səviyyəsinin genişləndirilməsi düzgün istiqamətdə
atılan addımlardır. Amma bu tədbirlər hökumət tərəfindən idarəetmə və korrupsiya məsələlərinin
həllinə yönəlmiş aydın öhdəliklə müşayiət olunmalıdır. Hökumət praktiki olaraq etiraf etməlidir
ki, Azərbaycanın gələcək inkişafı yerli icmalar və fərdi sahibkarlar tərəfindən daha çox
təşəbbüskarlığın göstərilməsini tələb edəcək.
Müzakirədə iştirak edənlər xüsusi olaraq qeyd etdilər ki, iqtisadi rəqabətdə məhdudiyyətlər və
mövcud tənzimləmə və bürokratik əngəllər özəl biznesin üzərinə yük qoyur. Bu tənzimləmə
maneələri peşəkar məsləhət xidmətlərinin və bacarıqların çatışmaması (hüquqi, maliyyə,
marketinq), habelə qadınlar tərəfindən və /və ya ucqar yerlərdə təşkil olunmuş büzneslərə
ünvanlı dəstəyin azlığı ilə daha da güclənir.
İştirakçılar tam razılaşdılar ki, ÖTS-də qeyd edilmiş üçüncü təhsil pilləsinə (ali və orta ixtisas)
cəlb olunma səviyyəsinin aşağı olması Azərbaycanda ciddi struktur çatışmazlıqlardan biridir və
hökumət tərəfindən ciddi tədbirlərin görülməsini və belə təhsilə cəmiyyətin münasibətinin
dəyişməsini tələb edəcək.
Müzakirələrdə iştirak edənlər razılaşdılar ki, kreditləşdirmə fəaliyyəti Dünya Bankının
layihələrini uğurla həyata keçirmə təcrübəsinə malik olan sektorlara və təşkilatlara yönəlməlidir.
Eyni ilə, anlaşılır ki, IFC şəffaf mülkiyyət formasına və beynəlxalq standartlara uyğun olaraq
maliyyə hesabatlarını hazırlayan müəssisələrə investisiya yatıra bilər.
Sonda, iştirakçıların bir çoxu qeyd etdi ki, 2011-2014-cü illər üçün təklif olunan ÖTS cari
strategiyadan daha real və strateji xarakterə malikdir və təklif olunan ÖTS-də təcrübədən
çıxarılmış dərslə nəzərə alınmışdır. İştirakçılar həmçinin ÖTS-in həyata keçirilməsində DB
Qrupu ilə işləmək əzmlərini nümayiş etdirdilər. Belə əməkdaşlığın ən səmərəli formulu
müəyyənləşdiriləcək.
Qoşma 3: Azərbaycanda gender məsələləri
Ümumi məlumat. Azərbaycan qeyri-bərabər sosial və iqtisadi gender göstəricilərinə malik olan orta
gəlirli ölkədir. Qadınlara mənfi təsir göstərən genderlə bağlı məsələlər işsizlik səviyyəsinin daha yüksək
olması, qadınların əsasən aşağı ödənişli sektorlarda məşğul olması və siyasətdə az təmsil olunmasından
ibarətdir. Kişilərə orta ömür uzunluğunun qadınlara nisbətən 5 il az olması mənfi təsir göstərir. Əlavə
olaraq, sosial və insan hüquqları sahəsində gender zorakılığı və insan alveri kimi problemlər mövcuddur.
İnsan inkişafı. Qadınların və kişilərin orta ömür uzunluğu 2009-cu ildə müvafiq olaraq 75 və 70 il təşkil
etmişdir. Qızlar və oğlanlar üçün ibtidai məktublara ümumi qəbul səviyyəsi, müvafiq olaraq, 95% və
98%, orta məktəbə 81% və 85% və ali təhsil müəssisələrinə 14% və 15% təşkil edir. Bununla, həm
qadınlar, həm kişilər üçün, təhsil sahəsində problem gender bərabərliyi ilə deyil, orta məktəblə və ali
təhsil müəssisələrinə qəbul səviyyələrində kəskin fərqlə bağlıdır. Qadınların səhiyyə göstəriciləri
qarışıqdır. Hesablanmış ana ölümü 2009-cu ildə hər 100.000 diri doğulmuş uşağa 24 nəfər təşkil etmişdir.
Ana ölümünün yüksək səviyyəsini şərtləndirən amillər əsasında qadınlarda anemiyanın yüksək əmsalı,
abortların yüksək sayı, xüsusilə kənd ərazilərində zəif səhiyyə infrastrukturu və xidməti göstərənlərin
peşəkarlığının lazımi səviyyədə olmamasından ibarətdir. Son beş il ərzində, diri doğulan oğlan cinsli
uşaqların sayının qızlara nisbətən kəskin artması (2009-cu ildə oğlanların 54%, qızların 46% olması)
cinsə görə abortların nəticəsi ola bilər.
Əmək bazarında nəticələr. Əmək bazarında iştirak səviyyəsi qadınlar və kişilər üçün, müvafiq olaraq,
67% və 78% təşkil edir. İşləyən qadınların əksəriyyəti xidmət sahəsində (54%) və kənd təsərrüfatında
(37%) məşğuldur, sənaye sektorunda isə işləyən qadınların payı çox cüzidir. Qadınlar və kişilər arasında
işsizlik, müvafiq olaraq, 10% və 8% təşkil edir. İşləyən qadınların təxminən 84% muzdlu işçilərdi, bütün
qadınların 14%-i isə özünüməşğuldur. 2006-cı ildə bütün işləyən qadınların 92%-i dövlət sektorunda
çalışıb, kişilər üçün isə həmin göstərici 55% təşkil etmişdir. Eyni işə görə maaşın ödənilməsində gender
fərqləri olmasa da, qadınların əsasən aşağı ödənişli sektorlarda məşğuldur. Qadınlar əsasən təhsil, səhiyyə
və sosial sektorlarda məşğuldur. Bütün sektorlar üzrə ümumi maaş fərqi 56.8% təşkil edir (qadınların
orta aylıq maaşlarının kişilərin orta aylıq maaşlarında faizi)
.
Sahibkarlıq. 2005-ci ilin Müəssisələr Sorğusuna əsasən, qadınların müəssisələrin sahibliyində iştirakı
orta hesabla 14% təşkil etmişdir. Faiz payı orta müəssisələrdə ən yüksək (16%) və böyük şirkətlərdə ən
aşağı – 4% olmuşdur.
Siyasi iştirak. Azərbaycanda qadınların təmsilçiliyi aşağıdır. Milli Məclisin 125 üzvlərindən yalnız 14
qadındır. Naxçıvan Muxtar Respublikasının Milli Məclisinin 45 milli vəkillindən yalnız biri qadındır.
Bələdiyyə səviyyəsində qadınlar bundan da az təmsil olunur. Eyni struktura hökumətin icra qolunda rast
gəlmək olar. Nazirlər Kabinetində, 39 Nazirdən və Dövlət Komitələrinin və Təşkilatlarının sədrlərindən
yalnız biri qadındır – Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri. Nazir müavinlərinin
yalnız 6%-i qadındır.
Hüquqi məsələlər. Azərbaycan şərtsiz olaraq CEDAW konvensiyasını və Fakultativ Protokolu
ratifikasiya etmişdir. Hüquq və İmkan Bərabərliyi haqqında Qanun 2006-cı ilin sonunda Milli Məclis
tərəfindən qəbul olunub və həmin proses bir sıra qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatları daxil
olmaqla, müxtəlif tərəfdaşların geniş iştirakı ilə qızğın ictimai müzakirələrə səbəb olmuşdur.
Azərbaycanda, bir çox digər ölkədə olduğu kimi qanunvericilik aktları və onların icrası arasında böyük
boşluq var.
Zorakılıq və insan alveri. Qadınlara qarşı zorakılıq cinayət hesab olunsa da, müvafiq
mexanizmlərin çatışmazlığı səbəbindən icra xüsusilə güclü deyil. ABŞ-nin Dövlət
Departamentinin 2008-ci il üzrə İnsan Alveri haqqında Hesabatına uyğun olaraq, Azərbaycan
kommersiya seksual istismarı və məcburi əmək məqsədləri üçün satılan kişilərin, qadınların və
uşaqların mənbəyi və tranzit ölkəsidir. Azərbaycanın ciddi səy göstərməsinə baxmayaraq insan
alveri sahəsində minimal standartlara cavab verməməsi səbəbindən, ölkə Müşahidə Siyahısının
İkinci Pilləsinə daxil edilmişdir. Azərbaycan 2004-cü ildə İnsan Alveri ilə Mübarizə üzrə Milli
Tədbirlər Planını və 2005-ci ilin avqust ayında İnsan Alveri haqqında Qanunu qəbul edib və icra
etmişdir.
Qoşma 4: Azərbaycanda iqlimin dəyişməsi
Dünya Bankının 2009-cu ilin Avropa və Mərkəzi Asiya üzrə “Qeyri-müəyyənliyin idarə
olunması: Avropa və Mərkəzi Asiyada İqlimin Dəyişməsinə Adaptasiya” Hesabatına uyğun
olaraq – Azərbaycan AMA ölkələri arasında gələcəkdə gözlənilən nisbi iqlim dəyişməsinin bu
günün təbii dəyişkənliyinə qarşı nisbi gücünü ölçən təsir-zəiflik indeksinə görə 7-ci yer tutur.
1
Zəiflik indeksini əsas şərtləndirən amillər aşağıdakılardır:
Birincisi, enerji sektorunun infrastrukturunun yaşına görə iqlimin dəyişməsinə onun
nisbi həssaslığı (28 AMA ölkəsi arasında 8-ci yer) (enerji sektoru yayda hərarətin
qalxmasına görə pik enerji tələbatının ödənilməsi ilə bağlı ciddi təsirə məruz qalır və
modernləşdirmə və genişləndirməyə ciddi ehtiyac duyur. Hava şəraitinin çox yüksək
olması ilə səciyyələnən dövrlərlə isti yay mövsümü ötürmə şəbəkələrinə təzyiq yaradır.
Əlavə olaraq, həddi hava şəraiti şəbəkələrin nəzərdə tutulduğu kimi fəaliyyət göstərmək
imkanını təhlükə altına qoyur və bu xüsusilə köhnə və aşağı səviyyədə xidmət olunan
obyektlərə aiddir);
İkincisi, katastrofik hadisələrin (iqtisadi itkilərlə nəticələnə biləcək hadisələr) mümkün
təsirinə görə iqlimin dəyişməsinə nisbi məruz qalma (28 AMA ölkəsi arasında
Azərbaycan 11-ci yer tutur);
Üçüncüsü, Azərbaycanın iqlimin dəyişməsindən irəli gələn təsirlərlə bağlı adaptasiya
potensialı AMA ölkələrinin ən məhdud potensialları arasındadır.
1
Məruz-qalma indeksi ölkənin təsirə məruz qala bilməsini, həssaslığını və adaptasiya potensialını əhatə edən üç
altindeksdən ibarətdir. İndeks 1961-1990-cu illər dövrünə nisbətən 2070-2100-cu illər dövrü üzrə proqnozlaşdırılan
bir sıra əlavə isti, quru və yağıntılı illəri; isti, quru və yağıntılı yay; və isti, quru və yağıntılı qış mövsümlərini
birləşdirir.
Enerji səmərəliliyi
Azərbaycanın neft və qaz sektorunda qazın havaya atılmasının və yandırılmasının azaldılması
enerji ehtiyatlarının daha səmərəli istifadə edilməsi üçün mühüm fürsət təşkil edir. 2006-cı ildə,
Dünya Bankının Dünya Miqyasında Yandırılan Qazın Azaldılması üzrə dövlət-özəl sektorları
arasında tərəfdaşlığının hesablamalarına əsasən, Azərbaycan, Türkmənistan və Özbəkistan
tərəfindən cəmi 7 milyard kub metr səmt qaz havaya atılıb və yandırılmışdır. Azərbaycanda
qazın ötürülməsi və paylaşdırılmasında texniki və kommersiya itkiləri, həmçinin, nisbətən
yüksəkdir və səmərəliliyin artırılması üçün əlavə imkanlar yaradır.
Elektrik enerji üzrə təklifə gəldikdə, istilik enerji stansiyasının bərpası enerji səmərəliliyinin
artırılması üçün yaxşı potensial təklif edir. Elektrik enerji təchizatı sahəsində texniki və
kommersiya itkiləri, həmçinin, yüksək olmuşdur. Azərbaycan, tarif islahatı və yeni sayğacların
quraşdırılması və ödənişlərin təmin edilməsi vasitəsilə bu istiqamətdə müsbət tədbirlər
görmüşdür.
Digər məsələlər: malyariya, allergiya və yosunların çiçəklənməsi
Avropada əsasən ləğv olunmuş malyariya Qafqaza və Mərkəzi Asiyaya qayıdıb və hava ilə bağlı
səbəblər xəstəliyin yayılmasını artırmışdır. Misal üçün, 1997-ci ildə baş vermiş sellər nəticəsində
Azərbaycanda malyariyanın yayılmasına səbəb olmuşdur və malyariya ağcaqanadlarının
çoxalma sahələrini artırmışdır.
Hökumət tərəfindən addımlar
2000 - 2001-ci illərdə “Tərəflər Konfransına Birinci Milli Hesabatın” II Mərhələsi zamanı
aşağıdakı tədbirlər yerinə yetirilmişdir:
Yaşıl Texnologiyalarla bağlı tələblərin qiymətləndirilməsi;
Sistemli qlobal müşahidə şəbəkələrində iştirak potensialının artırılması;
Zəiflik və balıq ehtiyatlarının adaptasiyası və iqlimin dəyişməsi nəticəsində səhralaşma
prosesləri üzrə əlavə elmi tədqiqatların aparılması.
Bu yaxınlarda, Azərbaycan əlavə proqramları qəbul edib, o cümlədən:
Alternativ və bərpa olunan enerji mənbələrinin istifadə edilməsi üzrə dövlət proqramı;
Regenerasiya və meşəçiliyin inkişafı üzrə milli proqram;
Ekoloji baxımdan davamlı inkişaf proqramı;
Hidrometeorologiyanın inkişafı üzrə dövlət proqramı.
Karbon maliyyəsi baxımından, bu günədək Azərbaycanın dünya karbon bazarında iştirakı çox
məhdud olmuşdur. Azərbaycanda hal-hazırda beş TİM layihəsi hazırlanmaqdadır (nəzarət
olunmayan emissiyalar üzrə layihə, təklif tərəfində enerji səmərəliliyi üzrə iki layihə, yanacaq
növünün dəyişməsi üzrə bir layihə, və hidro enerji üzrə bir layihə), lakin onların heç biri
UNFCCC tərəfindən TİM layihəsi kimi qeydiyyata alınmamışdır. İstilik enerji stansiyalarının
bərpası, istilik enerjisinin təchizatı və, daha məhdud şəkildə, tükənməz enerji mənbələri ilə bağlı
bir sıra araşdırıla biləcək fürsətlər mövcuddur. Kənd / kənd təsərrüfatı sektorunda kiçik
layihələrə, misal üçün, bioqaz qurğularına və ya su təchizatının təkmilləşdirilməsi və suyun
nasosla vurulması ilə bağlı layihələrə rast gəlmək olar.
Qoşma 5: Minilliyin İnkişaf Məqsədlərinə nail olunması istiqamətində irəliləyiş
Minilliyin
inkişaf məqsədi
Cari vəziyyət
2015-ci ilədək məqsədə nail olunması
perspektivi
Yoxsulluğun
yarıbayarı
azaldılması
Yoxsulluq səviyyəsi 2001-ci ildəki 50
faizdən 2008-ci ildə təxminən 16
faizədək azalmışdır`.
Nail olunmuşdur. Neft sektorunda bum,
gəlir əldə etməyə imkan verən iqtisadi
fəaliyyətin genişlənməsi və ünvanlı
sosial müdafiə tədbirləri ilə birlikdə
Azərbaycana bu məqsədə nail olmağa
imkan vermişdir.
İbtidai təhsilə
ümumi cəlb
olunma
səviyyəsinə nail
olunması
Baza təhsili səviyyəsində (1 – 9-cu
siniflər) təhsilə cəlb olunma 90 faizdən
yuxarıdır, amma yoxsullar arasında
təhsildən yayınma səviyyəsi qeyri-
yoxsullara nisbətən daha yuxarıdır.
Sektordakı məsələlər daha çox
keyfiyyətlə bağlıdır, o cümlədən qlobal
iqtisadiyyat üçün tələb olunan
bacarıqların aşılanması zərurəti ilə.
Ehtimal var. Ölkə demək olar ki, tam
ümumi baza təhsilini təmin edən təhsil
sisteminə malikdir. Sektordakı məsələlər
təhsil alma imkanı ilə deyil, daha çox
təhsilin keyfiyyəti ilə bağlıdır.
İbtidai təhsil
səviyyəsində
gender
bərabərliyinə
nail olunması
Sorğular baza təhsili (1-9-cu siniflər)
səviyyəsində təhsilə cəlb olunmada
ciddi gender fərqinin olduğunu
göstərmir. Qızların yuxarı orta və ali
təhsil səviyyələrinə cəlb olunması
(xüsusilə də kənd yerlərində) ilə bağlı
narahatlıqlar var.
Ehtimal var. Qızlar orta təhsildən
oğlanlara nisbətən daha çox yayınmasına
və daha az qızın orta təhsildən yuxarı
təhsil pilləsinə cəlb olunmasına
baxmayaraq, ibtidai təhsil səviyyəsində
heç bir cinsi qeyri-bərabərlik mövcud
deyil. Ali təhsilə cəlb olunma imkanı hər
iki cins üçün eyni dərəcədə
problematikdir.
5 yaşadək
uşaqlar arasında
ölüm
səviyyəsinin
üçdə iki dəfə
azaldılması
Səhiyyə Nazirliyinin məlumatlarına
görə, 2001 – 2006-cı illər arasında 5
yaşadək uşaqlar arasında ölüm səviyyəsi
hər 1000 diri doğuşa 23,1-dən 16,1-dək
azalmışdır. ÜST-in məlumatları da bu
indikatorun 2005 – 2007-ci illər
arasında hər 100 diri doğuşa 46-dan 39-
dək azaldığını göstərir. Fərqlərə
baxmayaraq azalmanın nisbəti eynidir
və bu azalma 1990-cı ildən davam edir
(o zaman bu göstərici 100-dən yuxarı
idi).
Ehtimal var. Bu günədək əldə edilmiş
müsbət meyli nəzərə alaraq Azərbaycan
2015-ci ilədək bu MİM-ə nail ola bilər.
Hökumət ibtidai səhiyyə xidmətlərinin
keyfiyyət və miqyasının
genişləndirilməsinə, habelə Milli
Reproduktiv Sağlamlıq Strategiyasının
(2008 – 2015) çərçivəsində reproduktiv
sağlamlıq xidmətlərinin
təkmilləşdirilməsinə diqqət yetirir.
Ana ölümü
səviyyəsinin
dörddə üç dəfə
azaldılması
Dövlət Statistika Komitəsi (2009) və
ÜST-ə görə, 2008-ci ildə ana ölümü
səviyyəsi hər 100 000 doğuşa 26,3 ölüm
halı təşkil etmişdir. Müqayisə üçün
2000-ci ildə bu göstərici 37,6 təşkil
etmişdir.
Mümkündür. Ölkədə ana ölümü
səviyyəsinin azalmasını göstərən müyl
mövcuddur, lakin bu göstərici hələ də
2015-ci ildə ana ölümü səviyyəsinin 9,4-
dək azaldılmasını nəzərdə tutan MİM-
dən üç dəfə yuxarıdır. Hökumət, Bankın
yardımı ilə yeni Milli Reproduktiv
Sağlamlıq Strategiyasının (2008 – 2015)
çərçivəsində ibtidai səhiyyə xidmətlərini
gücləndirir.
HİV / AİDS-in
yayılma
tempinin
azaldılması
Səhiyyə Nazirliyinin məlumatlarına
görə hər 100 000 nəfər AİDS hallarının
sayı 2001-ci ildəki 0,1-dən 2008-ci ildə
0,7-dək artmışdır. HİV hallarının
artmasının səbəblərindən biri xəstəliyin
Mümkündür.
Xəstəliyin yenicə
yayılmağa başladığını nəzərə alaraq,
informasiya və test sisteminin
təkmilləşməsi, həmçinin Azərbaycanı
ticarət əlaqələrinin genişlənməsi ilə
Minilliyin
inkişaf məqsədi
Cari vəziyyət
2015-ci ilədək məqsədə nail olunması
perspektivi
diaqnostikasının yaxşılaşdırılmasıdır.
Azərbaycanda həm AİDS, həm də HİV-
ə yoluxma statistikası MDB üzrə orta
səviyyədən (hər 100,000 nəfərə 2,2 hal)
xeyli yaxşıdır.
xəstəliyin yayılmasında müəyyən artım
qaçılmaz idi. Səhiyyə Nazirliyi Qlobal
Fondun dəstəyi ilə
HİV/AİDS
proqramını həyata keçirir və HİV/AİDS
və cinsi yolla keçən xəstəliklərə nəzarət
üzrə potensialını gücləndirir; və xüsusilə
də risk qrupları arasında profilaksita
tədbirlərinin miqyasını genişləndirir.
Vərəmin
yayılma
tempinin
azaldılması
Vərəm hallarının sayı 2001 – 2005-ci
illər arasında azalmış (hər 100 000
nəfərə 180,4 haldan 63,4-dək), daha
sonra isə bir qədər artaraq 2008-ci ildə
hər 100 000 nəfərə 100,8 hala çatmışdır.
2004-cü ildə xəstəliyin qeydiyyatı və
ona nəzarəti gücləndirmək məqsədilə
Milli Vərəmlə Mübarizə Proqramında
tam DOTS yanaşması qəbul edilmişdir.
Mümkündür. Vərəm hallarında son
artıma baxmayaraq (bu, qismən
qeydiyyatın təkmilləşməsi ilə də bağlı
ola bilər), vərəmin uğurlu müalicəsi
əmsalı yüksəlməkdədir. Eyni zamanda
narahat doğuran fakt yeni hallar arasında
dərmanlara qarşı rezistent vərəm
hallarının artması meylidir. 2015-ci
ilədək vərəmlə mübarizə üzrə qlobal
hədəflərə nail olmaq üçün vərəmə
nəzarət proqramı intensivləşdirilməlidir.
Ekoloji
dayanıqlığın
təmin edilməsi
(o cümlədən
təmiz sudan
istifadə etmək
imkanına malik
olmayanların
sayının
yarıbayarı
azaldılması)
Mövcud qiymətləndirmələrə əsasən,
bütün ev təsərrüfatlarının 76 faizi –
şəhər yerlərində 93, kənd yerlərində 58
faiz – yaxşılaşdırılmış içməli su
mənbələrinə çıxış imkanlarına
malikdirlər. Digər sahələrdə, Hökumət
Sovet dövründən qalmış ekoloji
çirklənmələrin təmizlənməsi ehtiyacını
qəbul etmişdir, lakin bu istiqamətdə hələ
görülməmiş işlər çoxdur.
Mümkündən qeyri-müəyyənədək.
Hökumət, xüsusilə də Dünya Bankı və
AİB-in yardımı ilə, bütün Azərbaycan
ərazisində içməli sudan istifadə
imkanlarının və suyun keyfiyyətinin
yaxşılaşdırılması üzrə ciddi səylərə
başlamışlar. İrsi ekoloji çirklənmə
məsələlərinə gəldikdə isə Hökumətin
səylərinə və diqqətinə ehtiyac duyulur.
Qoşma 6: Vahid Bank – IFC və BİA / BYİB inteqrasiya olunmuş proqramı
IFC və BİA / BYİB Azərbaycanda inteqrasiya olunmaqda davam etmişlər. Bura əməkdaşların
yerli ofisdə işinin təmin olunması da daxildir. İnteqrasiya və əlaqələndirmənin yeni CPS
dövründə xüsusi əhəmiyyət daşıyacaq istiqamətlərinə aşağıdakılar daxildir:
Maliyyə sektoru: IFC bank sektorunun artımı və konsolidasiyasını və maliyyə vasitəçiləri
vasitəsilə kiçik, orta və mikro müəssisələrin maliyyələşdirilməsini dəstəkləməkdə davam
edəcək. BİA / BYİB təklif olunan Kapital Bazarlarının Modernləşdirilməsi Layihəsi
vasitəsilə kapital bazarlarının inkişafını dəstəkləməklə bu işi tamamlayacaq. IFC və Bank
bu səyləri analitik iş vasitəsilə də dəstəkləyəcək. Bura BİA /BYİB tərəfindən müntəzəm
olaraq maliyyə sektorunun təhlillərinin aparılması və Mərkəzi Bankla dialoq, IFC-nin isə
kreditlər barədə informasiya mübadiləsi, daşınmaz əmlakın qiymətləndirilməsi və qeyri-
işlək kreditlərin idarə edilməsi kimi vacib sahələrdə məsləhət xidmətləri daxil olacaq.
IFC hökumətin müraciəti əsasında məsləhət xidmətləri və kapital bazarlarının inkişafı
sahəsində potensial iş istiqamətlərini müəyyənkləşdirəcək.
Biznes mühiti: IFC icazələr və yoxlamalar sahəsində təkmiləşdirmələrin aparılmasını
təşviq etməkdə davam edəcək. Vergilərin ödənilməsi və beynəlxalq ticarət məsələlərinin
də IFC-in fəaliyyətinə daxil edilməsi imkanları mövcuddur. Bank bu səyləri ticarət üzrə
analitik iş, və ixracın və rəqabət qabiliyyətinin daha da gücləndirilməsi yollarının
müəyyənləşdirilməsinə həsr olunmuş Yüksək Səviyyəli Forumların təşkilində hökumətə
yardım göstərilməsi vasitəsilə dəstəkləyəcək. İrəliləyiş müxtəlif sorğular, o cümlədən
BEEPS, Doing Business və mümkün növbəti kiçik və orta müəssisələr arasında sorğu
vasitəsilə ölçüləcək.
Korporativ idarəetmə: Bank və LFC Bankın cari Korporativ və Büdcə Sektorlarında
İdarəçilik Layihəsi və mühasibat və audit üzrə mümkün növbəti ROSC təhlili vasitəsilə
və IFC-nin özəl sektorda korporativ idarəetmə üzrə kompleks məsləhət layihəsinin
çərçivəsində əməkdaşlıqlarını davam etdirəcəklər.
Kənd təsərrüfatı: BİA / BYİB yeni kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi
layihəsi, habelə kənd təsərrüfatı sektorunun təhlili və kənd təsərrüfatı və keyfiyyət
standartları üzrə analitik iş vasitəsilə kənd təsərrüfatının daha da inkişafını dəstəkləyəcək.
IFC həm birbaşa, həm də maliyyə institutları vasitəsilə aqrobiznesin
maliyyələşdirilməsini nəzərdən keçirəcək. O, həmçinin rəqabət qabiliyyətinin
gücləndirilməsi, ərzaq məhsullarının keyfiyyəti aqromaliyyələşdirmə üzrə məsləhət
xidmətlərinə start verilməsini də nəzərdən keçirə bilər.
Dostları ilə paylaş: |