Azərbaycanın Beynəlxalq Kredit Reytinqi
Orxan Bağırov,
Azərbaycan Respublikasının Prezidenti yanında
Strateji Araşdırmalar Mərkəzinin İqtisadiyyatın Təhlili və Qloballaşma
məsələləri şöbəsinin məsləhətçi-eksperti.
Baku 2015
1
İqtisadi xəbərlərdə tez-tez kredit reytinqi anlayışına rast gəlirik. Məsələn, 2015-ci ilin
avqust ayında Maliyyə nazirliyinin verdiyi məlumata əsasən “Fitch Ratings Ratings” beynəlxalq
kredit reytinqi agentliyi Azərbaycan Respublikasının uzunmüddətli, yerli və xarici valyutada
kredit reytinqini “BBB-“ səviyyəsində təsdiq edərək proqnozu “sabit” saxlamışıdır. Bəs kredit
reytinqi nədir?, Necə müəyyənləşdirilir və əhəmiyyəti nədən ibarətdir?
Kredit reytinqi istər fiziki şəxslərə, istərsə də korporasiyalara və milli dövlətlərə aid edilə
bilər. Suveren kredit reytinqləri milli dövlətlərə, korporativ kredit reytinqləri isə korporasiyalara
aid edilir. Kredit reytinqi borc götürənin gələcəkdə öhdəliyini müqavilədə göstərilmiş şərtlərə
əsasən tam olaraq və zamanında ödəyib-ödəməmə ehtimalını müəyyənləşdirir. İstər
korpoprasiyalar, istərsə də dövlətlər üçün kredit reytininqinin əhəmiyyəti böyükdür. Çünki kredit
reytinqi ancaq borcalana gələcəkdə kreditin verilib verilməyəcəyinə deyil, eyni zamanda hansı
şərtlərlə veriləcəyinə təsir edir. Kredit reytinqi aşağı olan ölkələrə kreditlər daha yuxarı faizlə
təklif edilir. Dövlətlərin xərclərini ödəməsində aldığı xarici borcların böyük rolu olduğundan,
dövlətin kredit ala bilməməsi və ya yüksək faiz dərəcələrini ödəmək maliyyə çətinliklərinə
gətirib çıxara bilər. Kredit reytinqinin aşağı düşməsi eyni zamanda yayılma effekti yaradır
(spillover effect). Yəni kredit reytinqi aşağı düşərsə bu xarici borc faizlərinin qalxmasına, xarici
borc faizlərinin qalxması dövlətdən maliyyələşən şirkətlərin və maliyyə institutlarının maliyyə
vəsaitlərini dövlətdən yüksək faizlə alması nəticəsində əhaliyə daha yüksək faizlə təklif etməsinə
bu da öz növbəsində ölkə daxilində biznes mühitinin pisləşməsinə və inkşafının zəifləməsinə
səbəb olur. Kredit reytinqinin aşağı düşməsi həm də xarici investorların dövlətə olan inamının
azalmasına, dövlət qiymətli kağızlarının satışının zəifləməsinə və bu da kapital axınının
azalmasına gətirib çıxarır. Buna görə də, sadalanan mənfi təsirlərdən yayınmaq üçün dövlətlər
daima kredit reytinqini yüksək saxlamağa və artırmağa çalışırlar.
Kredit reytinqini müəyyənləşdirən ilk agentlik “Moody’s” olmuşdur. Bu agentlik 1909-cu
ildə yaradılsada (investopedia) 30-cu illərə qədər kredit reytinqinə əsaslı bir göstərici kimi
2
yanaşılmamışdır. Lakin zamanla maliyyə instituları və kompaniyalar üçün borcalanın maliyyə
vəziyyətinin qiymətləndirilməsində kredit reytinqinə əsaslanmaq bir ənənəyə çevrildi. Hal-
hazırda korparasiyaların və dövlətlərin kredit reytinqi əsasən üç kredit reytinqi agentlikləri
tərəfindən müəyyənləşdirilir. Bunlar “Standard & Poor’s”, “Fitch Ratings” və “Moody’s”
agentlikləridir. Kredit reytinqini müəyyənləşdirmək üçün bu agentliklərə korparasiyalar və
dövlətlər müvafiq ödəniş edirlər. Kredit reytinqinin müəyyənləşdirilməsində kredit reytinqi
agentlikləri səkkiz əsas faktor və ya kriteriyaları nəzərə alırlar, bu kriteriyalar aşağıdakılardır:
Ø
Adam başına düşən gəlir
Ø
Ümumi daxili məhsulun artımı
Ø
İnflyasiya
Ø
Fiskal balans
Ø
Daxili balans
Ø
Xarici borc
Ø
İqtisadi inkşaf
Ø
Defolt tarixçəsi
Agentliklər kredit reytinqlərini həm yerli, həm xarici valyutada həm də qısa müddətli (bir ilə
qədər) və uzunmüddətli dövr üçün (bir ildən çox) müəyyənləşdirir. Hər bir kredit reytinqi
agentliyinin özünəməxsus qiymətləndirmə sistemi vardır (bax Cədvəl 1,2,3). Qiymətləndirmənin
nəticələri dərəcələrlə və alt dərəcələrlə göstərilir. Bu dərəcələr iqtisadi ölçü vahidi olmaqla
ölkələri müqayisə etməyə imkan verir. Müəyyənləşdirilimiş dərəcələrə aid olan reytinqlərin bir
çoxu “+”,”-“ işarələri və rəqəmlərlə də işlənir. Eyni zamanda bu agentliklər kredit reytinqi ilə
yanaşı gələcək dövr üçün proqnozuda müəyyənləşdirir.
“Standard and Poor's”-un uzunmüddətli dövr üçün müəyyənləşdirdiyi reytinqlər AA
dərəcəsindən CCC dərəcəsinə qədər “+”,”-“ işarələri ilə də işlənirki bu da həmin reytinq
göstəricisinin dərəcə daxilindəki hansı alt dərəcəyə uyğun olduğunu göstərir. Eyni zamanda
“Standard and Poor's” uzunmüddətli reytinqlər üçün uzunmüddətli dövrdə proqnozu da
müəyyənləşdirir və bunun üçün beş göstəricidən istifadə edir: “Müsbət”(Positive),”
Mənfi”(Negative), “Sabit”(Stable), “Dəyişkən”(Developing) və “Qeyri-müəyyən”(NM).
3
“Moody’s”-in uzunmüddətli dövr üçün müəyyənləşdirdiyi reytinqlər Aa dərəcəsindən Caa
dərəcəsinə qədər 1, 2, 3 rəqəmləri ilə də işlənirki bu həmin reytinq göstəricisinin dərəcə
daxilindəki hansı alt dərəcəyə uyğun olduğunu göstərir. Eyni zamanda “Moody’s” ortamüddətli
dövr üçün reytinqlərin proqnozunu müəyyənləşdirir və bunun üçün dörd göstəricidən istifadə
edir: “Müsbət”(POS), ”Mənfi”(NEG), “Sabit”(STA), “Dəyişkən”(DEV) .
“Fitch Ratings”-in uzunmüddətli dövr üçün müəyyənləşdirdiyi AAA və B-dən aşağı olan
dərəcələrdən başqa digər dərəcələrə aid olan reytinqlər “+”,”-“ işarələri ilə də işlənirki bu həmin
reytinq göstəricisinin dərəcə daxilindəki hansı alt dərəcəyə uyğun olduğunu göstərir. “Fitch
Ratings” eyni zamanda bir ildən iki ilə qədər olan dövr üçün reytinq proqnozunu
müəyyənləşdirir və bunun üçün dörd göstəricidən istifadə edilir: “Müsbət”(Positive),
”Mənfi”(Negative), “Sabit”(Stable), “Dəyişkən”(Evolving) .
Cədvəl 1
“Standard and Poor's” agentliyinin kredit reytinqi dərəcələri
Uzunmüddətli dövr üçün
Qısamüddətli dövr üçün
AAA
Son dərəcə güclü
A-1
Güclü
AA
Çox güclü
A-2
Qənaətbəxş
A
Güclü
A-3
Adekvat
BBB
Adekvat
B
Spekulyativ
BB
Zəif
B-1
Biraz spekulyativ
B
Daha zəif
B-2
Çox spekulyativ
CCC
Çox zəif
B-3
Son dərəcə spekulyativ
CC, C
Yüksək dərəcədə zəif
C
Yüksək dərəcədə zəif
R
Tənzimləyici nəzarətdədir
R
Tənzimləyici nəzarətdədir
SD və D
Defolt
SD və D
Defolt
NR
Reytinq müəyyənləşdirilməmişdir
NR
Reytinq müəyyənləşdirilməmişdir
Mənbə: www.crmz.com
4
Cədvəl 2
“Moody’s”agentliyinin kredit reytinqi dərəcələri
Uzunmüddətli dövr üçün
Qısamüddətli dövr üçün
Aaa Ən yüksək dərəcə , minimum kredit riski
P-1
Yüksək dərəcəli kredit ödəmə
qabiliyyəti
Aa
Yüksək dərəcə, aşağı kredit riski
P-2
Güclü kredit ödəmə qabiliyyəti
A
Yuxarı orta dərəcə, aşağı kredit riski
P-3
Qəbul edilən kredit ödəmə qabiliyyəti
Baa Spekulyativ xarakterli, Orta kredit riski
NP
Aşağı ödəmə qabiliyyəti
Ba
Spekulyativ xarakterli, əsaslı kredit riski
B
Spekulyativ xarakterli, yüksək kredit riski
Caa Zəif dərəcə, Çox yüksək kredit riski
Ca
Yüksək dərəcədə spekulyativ, defolta yaxın
C
Ən zəif dərəcə, defolt
Mənbə: www.crmz.com
Cədvəl 3
“Fitch Ratings” agentliyinin kredit reytinqi dərəcələri
Uzunmüddətli dövr üçün
Qısamüddətli dövr üçün
AAA
Ən yüksək kredit keyfiyyəti
F1
Qısamüddətli ən yüksək kredit keyfiyyəti
AA
Çox yüksək kredit keyfiyyəti
F2
Qısamüddətli yaxşı kredit keyfiyyəti
A
Yüksək kredit keyfiyyəti
F3
Qısamüddətli kafi kredit keyfiyyəti
BBB
Yaxşı kredit keyfiyyəti
B
Qısamüddətli spekulyativ kredit keyfiyyəti
BB
Spekulyativ
C
Qısamüddətli yüksək defolt riski
B
Yüksək dərəcədə spekulyativ
RD
Məhdud defolt
CCC
Əsaslı kredit riski
D
Defolt
CC
Yüksək dərəcəli kredit riski
C
Çox yüksək dərərcəli kredit riski
RD
Məhdud defolt
D
Defolt
Mənbə: www.crmz.com
5
Kredit reytinqi agentlikləri dövlətlərin reytinqlərini müəyyənləşdirərkən hesabat təqdim
edirlər və bu hesabatda reytinqin hansı parametrlər əsasında müəyyən edildiyi göstərilir. Qeyd
etdiyimiz üç əsas kredit reytinqi agentliklərinin Azərbaycan haqqında hazırladığı son hesabatları
nəzərdən keçirək.
“Fitch Ratings” agentliyi 28 avqust 2015-ci il tarixində təqdim etdiyi hesabatda
Azərbaycanın uzunmüddətli dövr üçün yerli və xarici valyutada kredit reytinqini “sabit” proqnoz
ilə “BBB-“ səviyyəsində, qisamüddətli dövr üçün xarici valyutada kredit reytinqini “F3”
səviyyəsində və xarici valyutada olan dövlət qiymətli kağızları üçün reytinqi isə “BBB-“
səviyyəsində təsdiq etmişdir. Agentlik Azərbaycanın yuxarı kredit reytinqinin formalaşmasına
təsir edən əsas müsbət amillər kimi aşağı dövlət borcunu (ÜDM-un14%-i, 2015-ci ildə) və neft
gəlirləri və cari hesabın profisiti hesabına formalaşmış böyük xarici valyuta ehtiyatlarını (ÜDM-
un 72%-i ) götürmüşdür. Reytinqə təsir edən mənfi amil kimi isə neft sektorundan asılılıq
götürülmüşdür. Agentliyin prqonozlarına görə neft sektorundan gələn gəlirlərin ÜDM-da payının
24%-dən 20%-ə düşməsi nəticəsində 2015-ci ilin sonuna dövlət büdcəsinin profisitinin ÜDM-da
payı 4%-ə bərabər olacaq. Eyni zamanda agentlik proqnozlaşdırır ki, neftin qiymətinin tədricən
bərpa olması və kapital xərclərinin ÜDM-da payının 14%-dən 10%-ə düşməsi 2016-cı ildə
dövlət büdcəsində balansın təmin olunmasına və 2017-ci ildə büdcənin ÜDM-un 4%-i qədər
profisitə malik olmasına gətirib çıxaracaq. Qeyri-neft sektorunun gəlirlərinin ÜDM-da payının
hal-hazırkı dövrlə müqayisədə 12.5%-dən 15%-ə qalxacağı ehtimal olunur. Agentliyin qənaətinə
görə Azərbaycan hakimiyyəti Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin qorunması
istiqamətində uğurlu siyasət həyata keçirir və bunun nəticəsində 2014-cü ilin sonunda Neft
Fondunun aktivlərinin ÜDM-da payının 49% olduğu halda 2017-ci ilin sonuna bu göstərici 57%
olacaq. Eyni zamanda qeyd edilirik ilin sonuna ÜDM-un artımı 2.3%, qeyri-neft sektorunun
artımı isə 5% proqnozlaşdırılır və bu artım neftin qiymətinin aşağı düşməsinin və devalvasiyanın
mənfi təsirlərini tam zərərsizləşdirəcək.
6
“Moody’s” agentliyinin 18 oktyabr 2015-ci il tarixində açıqladığı hesabata əsasən
Azərbaycanın uzunmüddətli dövr üçün yerli və xarici valyutada kredit reytinqi “sabit” proqnoz
ilə “Baa3” səviyyəsində qiymətləndirilmişdir. Hesabatda qeyd edilir ki, neftin qiymətinin dünya
bazarında kəskin azalması neftə əsaslanan Azərbaycan iqtisadiyyatına əsaslı sürətdə mənfi təsir
etmişdir və nəticədə fiskal defisit artmış, iqtisadi artım zəifləmişdir. Lakin Azərbaycanın böyük
xarici valyuta aktivlərinə sahib olması (2-ci rübün sonuna $42 milyard) ölkə iqtisadiyyatını
sadalanan mənfi təsirlərdən qorumuşdur. Son onillikdə Azərbaycanın neft ixracından əldə etdiyi
gəlirlər dövlət borcunu aşağı səviyyədə saxlamağa, Neft Fondu və Mərkəzi Bank hesabına böyük
miqdarda xarici valyuta ehtiyatlarını toplamağa şərait yaratmışdır. Ancaq Azərbaycan
iqtisadiyyatının neftdən asılılığı davam edir və bu gələcəkdə neft bazarında baş verə biləcək
qiymət azalmasına qarşı iqtisadiyyatın həssas olduğunu göstərir. Azərbaycan yaxın gələcəkdə
qeyri-neft sektorunu inkşaf etdirmək üçün neft sektorundan asılılığını davam etdirəcəkdir. Eyni
zamanda agentlik qeyd edir ki, İran İslam Respublikasının “Nüvə Razılaşması”-nı əldə etməsi ilə
İrana qarşı tətbiq edilən sanksiyaların aradan qaldırılması İranın neft bazarına yenidən qayıtması
ilə nəticələnəck ki, bu da 2016-cı ildə neftin qiymətinin azalmasına səbəb olacaq. Buna
baxmayaraq İrana qarşı olan sanksiyaların aradan qaldırılması Azərbaycanın İranla ticarət
əlaqələrinin genişlənməsinə və İrana investisiyalar yatırılmasına şərait yaradacaqki, bu da aşağı
neft qiymətlərinin Azərbaycan iqtisadiyyatına olan təzyiqini müəyyən qədər azaldacaq.
“Standard and Poor's” agentliyi 31 iyul 2015-ci il tarixində açıqladığı hesabatda
Azərbaycanın kredit reytinqi neqativ proqnoz ilə yerli və xarici valyutada uzunmüddətli dövr
üçün “BBB-“ səviyyəsində, qisamüddətli dövr üçün isə “A-3” səviyyəsində qiymətləndirmişdir.
Hesabatda qeyd edilir ki, Azərbaycanın yüksək kredit reytinqinə sahib olmasına təsir edən əsas
amil onun əsasən Dövlət Neft Fondunun aktivləri ($35 milyarddan çox) hesabına formalaşmış
güclü fiskal mövqeyidir. Eyni zamanda hesabatda qeyd edilir ki, neftin qiymətinin azalması ilə
Azərbaycan iqtisadiyyatına təzyiqin artması, bunun nəticəsində cari ilin Fevral ayında manatın
devalvasiyaya uğrayaraq dollara qarşı 33% ucuzlaşmasına baxmayaraq 2018-ci ilə qədər manatın
7
yenidən devalvasiyaya uğraması proqnozlaşdırılmır. Agentlik hesabatda Azərbaycan
Respublikasının mərkəzi bankının xarici valyuta ehtiyatlarının Fevral ayından Aprel ayına qədər
azalması və May ayında stabilləşdiyini qeyd edərək ilin sonuna qədər stabil qalacağını təxmin
edir. Hesabata əsasən 2016-cı ildən etibarən istehlakın və investisiyaların artması hesabına
iqtisadi fəaliyyətin güclənəcəyi və uzunmüddəttli dövrdə yeni qaz sahələrinin istismarının azalan
neft sektoru gəlirlərini kompensasiya edəcəyi proqnozlaşdırılır. Agentliyin qənaətinə görə
Azərbaycanın aşağı dövlət borcu 2015-ci ilin sonuna onun xalis aktivlərinin ÜDM-da payının
52% çatmasına imkan yaradacaq.
Azərbaycanın yüksək kredit reytinqini əldə etməsinin bir sıra əhəmiyyətli üstünlükləri vardır:
İnvestisya cəlbi - İlk növbədə yüksək kredit reytinqi ölkəyə investisya cəlbini təşviq edəcək.
Çunki kredit reytinqinin yüksək olması ölkədə sağlam investisiya mühitinin mövcudluğunu və
risklərin az olduğunu göstərir. Bu da birbaşa real sektorun inkşafına və biznes mühitinin
yaxşılaşmasına gətirib çıxaracaq ki, nəticədə qeyri-neft sektorunun inkşafı sürətlənəcək.
Azərbaycanın istər Cənubi Qafqaz regionunda, istərsə də digər qonşu dövlətlər ilə müqayisədə
daha yüksək kredit reytinqinə sahib olması eyni zamanda regionda marağı olan investorların
Azərbaycana meyl etməsinə gətirib çıxaracaq, ona görə ki investorlar üçün təhlükəsiz iqtisadi
mühit daha önəmlidir.
Kapital ixracının zəifləməsi - Digər tərəfdən yüksək kredit reytinqi ölkə iqtisadiyyatına olan
inamı artırmaqla ölkədən kapital ixracını zəiflədəcək. Əgər əvvəlki dövrlərdə yerli investorlar öz
iqtisadi fəaliyyətlərini həyata keçirmək üçün daha çox xarici ölkələrə meyl edirdilərsə lakin artıq
Azərbaycanda yaradılmış sağlam və təhlükəsiz iqtisadi mühit onların vəsaitlərini
iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırmasına gətirib çıxaracaq və bu da sözsuzki real
sektorun inkşafına müsbət təsir edəcək.
Beynəlxalq maliyyə bazarlarına çıxış - Yüksək kredit reytinqi respublikamızın beynəlxalq
maliyyə bazarlarına çıxışını asanlaşdıracaq. Maliyyə bazarlarında investorlar hər bir ölkəni onun
8
kredit reytinqinə əsasən qiymətləndirirlər və kredit reytinqinin yüksək olması həmin
investorların Azərbaycanın qiymətli kağızlarına maraqlarının artması deməkdir. Artıq bu sahədə
ilkin müsbət nəticə əldə edilmişdir. Beləki, 2014-cü ildə 1 milyard 250 milyon ABŞ dolları
məbləğində dövlət avrobondları beş faizlik gəlirlilik və 10 il ödəmə müddəti ilə yerləşdirilmişdir.
Qiymətli kağızlara olan tələbat təklifdən 4 dəfə artıq olmuş və 160-dan çox ölkənin institusional
investorlarını cəlb etmişdir. ABŞ investorları istiqrazların 47%-ni, Britaniya investorları
istiqrazların 25%-ni, Almaniya investorları 18%-ni və qalan 10%-i isə digər ölkələr, o cümlədən
Sinqapur və İsrail əldə etmişdir.
Manatın sabitliyinin qorunması - Yüksək kredit reytinqinin digər əhəmiyyətli üstünlüyü
manatın sabitliyinin qorunmasına və manata olan təzyiqlərin azalmasına təsir etməsidir. Beləki,
yüksək kredit reytinqi xarici kapital axınını sürətləndirdiyi üçün tədavülü artırmadan əmtəə
dövriyyəsinin həcmini və sürətini artırmaqla ümumi daxili məhsulu artırır və bu da öz
növbəsində məşğulluğun artmasına, inflyasiyanın zəifləməsinə gətirib çıxarır. Nəticədə əlavə pul
emissiyası həyata keçirmədən əlavə dəyər yaradılması manatın möhkəmliyini artırır.
Qiymətli kağızlar bazarının inkşafı - Yüksək kredit reytinqi qiymətli kağızlar bazarının
inkşafına bir-başa təsir edəcək. Təhlükəsiz və sağlam iqtisadiyyat ölkəmizdə fəaliyyət göstərən
şirkətlərin qiymətli kağızlarına olan marağı artıracaq. Ölkəyə kapital idxalının artması fəaliyyət
göstərən şirkətlərin sayının və potensialının artmasına bununlada şirkətlərin daha çox səhm
emissiya edərək investorlar cəlb etməsi ilə qiymətli kağızlar bazarının inkşafının sürətlənməsinə
səbəb olacaq.
Uzunmüddətli dövr üçün Azərbaycanın kredit reytinqini digər ölkələrin kredit reytinqləri ilə
müqayisə etdikdə respublikamızın iqtisadiyyatının gücləndiyinin və dünya ölkələri arasında
mövqeyinin möhkəmləndiyinin şahidi oluruq. Cənubi Qafqaz regionuna nəzər salsaq Ermənistan
və Gürcüstanın uzunmüddətli dövr üçün daha zəif və spekulyativ kredit reytinqlərinə sahib
olduğunu görə bilərik (bax cədvəl 4). Rusiya ilə müqayisə etdikdə isə uzunmüddətli dövr üçün
9
“Fitch Ratings” agentliyi Rusiya ilə Azərbaycanın kredit reytinqini eyni səviyyədə, “Standard &
Poor’s” və “Moody’s” agentliklərinin isə Rusiyanın kredit reytinqini daha aşağı səviyyədə
qiymətləndirdiyini görürük. Türkiyəyə gəldikdə isə, uzunmüddətli dövr üçün “Moody’s” və
“Fitch Ratings” agentlikləri Türkiyənin kredit reytinqini Azərbaycanla eyni səviyyədə,
“Standard & Poor’s” agentliyi isə daha aşağı səviyyədə qiymətləndirmişdir.
Cədvəl 4 Bir sıra ölkələrin 2015-ci ildə kredit reytinqləri
Standard & Poor’s
Moody’s
Fitch Ratings
Azərbaycan
BBB-
Baa3
BBB-
Gürcüstan
BB-
Ba3
BB-
Ermənistan
-
Ba3
B+
Rusiya federasiyası
BB+
Ba1
BBB-
Türkiyə
BB+
Baa3
BBB-
Mənbə: Tradingeconomics
Dünya iqtisadiyyatında böhranın mövcud olduğu, neft və neft məhsullarının qiymətlərinin
kəskin azaldığı bir dövrdə Respublikamızın kredit reytinqinin yüksək səviyyədə
qiymətləndirilməsi Azərbaycan iqtisadiyyatının dayanıqlı olduğunu və baş verə biləcək iqtisadi
şokları dəf etmək potensialına malik olduğunu göstərir. Respublikamızın əldə etdiyi yüksək
iqtisadi göstəricilər cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən və
səmərəli iqtisadi siyasətin nəticəsidir. Bu uzaqgörən siyasət gələcəkdə də Azərbaycanın
iqtisadiyyatının daha da güclənməsinə və beynəlxalq reytinqlərinin daha yüksək səviyyəyə
çatmasına səbəb olacaqdır.
Dostları ilə paylaş: |