Microsoft Word CumshudovaPakize2230az doc



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/25
tarix27.03.2018
ölçüsü0,63 Mb.
#35371
  1   2   3   4   5   6   7   8   9   ...   25


AZƏRBAYCAN RESPUDL KSI TƏHS L NAZ RL Y  

AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  

«MAG STR HAZIRLIĞI MƏRKƏZ » 

 

Ə

lyazması hüququnda 



 

Cümşüdova Pakizə Əkbər qızı 

QEYR -NEFT SEKTORUNUN  NK ŞAF ETD R LMƏS                          

ZƏRUR L Y  VƏ  MKANLARI 

 

mövzusunda 

 

M A G   S T R  D   S S E R T A S   Y A S I 



 

stiqamətin şifri və adı:    M 020000  Mühəndis iqtisadiyyatı və idarəetmə 

xtisasın şifri və adı:         M 020001  stehsal və xidmət sahələrinin                               

iqtisadiyyatı və idarə edilməsi 

 

 

 



 

Elmi rəhbər:                                                                 i.e.n. B.S.Əhmədov 

Magistr proqramının rəhbəri:                                       i.e.n., dos. A.S.Mehtiyev                                        

Kafedra müdiri:                                                            i.e.n., dos. Ə.V.Hacıyev 

 

 

 



 

BAKI  -  2014 


 



MÜNDƏR CAT 

 

 

G R Ş . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 3 



FƏS L 1. Milli iqtisadiyyatda qeyri-neft sektorunun inkişafının nəzəri əsasları . . . 7 

1.1. Milli iqtisadiyyatın sahə strukturunun formalaşmasına təsir edən amillər. . . .7 

1.2. Milli iqtisadiyyatda holland sindromu və qeyri-neft sektorunun                       

inkişafını zəruri edən amillər . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 18 

1.3. Qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən tənzimlənmə 

mexanizminin xüsusiyyətləri . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .  23  

FƏS L 2. Azərbaycanda qeyri-neft sektorunun inkişafının mövcud                    

vəziyyətinin qiymətləndirilməsi. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 28  

2.1. Milli iqtisadiyyatın mövcud sahə sturukturu və ona təsir                        

edən amillər. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 28 

2.2. Qeyri-neft sektorunun inkişaf dinamikasının qiymətləndirilməsi. . . . . .38  

2.3. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün biznes mühiti. . . . . . . . . . . 48  

FƏS L 3. Azərbaycanda qeyri-neft sektorunun inkişafının                                             

perspektiv isiqamətləri. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 58 

3.1. Qeyri-neft  sektorunun inkişaf imkanları və prioritetləri. . . . . . . . . . . . .58 

3.2. Qeyri-neft sektorunun inkişafının dövlət tərəfindən         

stimullaşdırılması yolları . . .  . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 67  

NƏT CƏ . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 75 

ST FADƏ ED LM Ş ƏDƏB YYAT. . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 81 

РЕЗЮМЕ


 . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .83 

THE RESUME . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .84 

 



 



G R Ş 



Mövzunun  aktuallığı.  Müasir  dövrdə  Azərbaycanda  iqtisadiyyatın  digər 

sahələri ilə müqayisədə neft sektorunun müqayisəli üstünlüyə  malik olması nəticə 

etibarilə onun üstün inkişaf etməsi ilə nəticələnmişdir. Bu mənada, neft sektoruna 

investisiya qoyuluşu da üstünlük təşkil etmiş, həmçinin iqtisadiyyatda neft amilinin 

rolu  xeyli  artmışdır.  Nətiəcədə,  digər  sahələrə  nisbətən  neft  sektoru  üstün  inkişaf 

etmişdir. Bununla yanaşı, ölkədə neft strategiyasının uyğurla reallaşdırılması qeyri-

neft sektorunun inkişafı üçün zəruri vəsaitlərin formalaşmasına, dövlətin bu sahədə 

təsirli  tədbirlər  həyata  keçirməsi  imkanlarının  yaranmasına  səbəb  olmuşdur.  Neft 

gəlirləri  hesabına  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  üçün  zəruri  resursların 

formalaşması  imkanlarının  yaranması  və  neftin  bərpa  olunmayan  təbii  ehtiyatlara 

aid olması  qeyri-neft sektorunun inkişaf etdirilməsinin əhəmiyyətini artırır.  

Ölkənin  davamlı  iqtisadi  inkişafının  təmin  olunması  iqtisadiyyatın  sahələri 

arasında tarazlığın yaradılmasını, əmək, təbii və maddi resurslardan səmərəli istifadə-

ni  zəruri  edir.  Son  dövrlər  ölkənin  kompleks  sosial-iqtisadi  inkişafını  təmin  etmək 

məqsədilə  həyata  keçirilən  tədbirlər  qeyri-neft  sektorunun  inkişafına  da  zəmin 

yaratmışdır. Eyni zamanda, bu istiqamətdə həyata keçirilən tədbirlər yoxsulluq səviy-

yəsinin  azaldılmasına,  iqtisadiyyatın  özünüinkişaf  qabiliyyətinə  malik  oşlmasına  və 

deməli ölkənin rəqabət qabiliyyətinin də artmasına səbəb olacaqdır. Hazırda, ölkənin 

maliyyə imkanlarının artması qeyri-neft sektorunun inkişafına geniş imkanlar yaradır.  

Müasir dövrdə ölkə iqtisadiyyatının diversifikasiyası, regionların tarazlı inki-

ş

afının  təmin  olunması  bu  sahədə  mövcud  imkanların  aktivləşdirilməsindən 



asılıdır.  Hazırda  dövlətin  qarşısında  duran  mühüm  vəzifələrdən  biri  ölkədə  qeyri-

neft  sektorunun  inkişafı  üçün  əlverişli  mühitin  yaradılması  və  özəl  bölmənin 

iqtisadi fəallığının stimullaşdırılmasından ibarətdir. Bazar  münasibətləri şəraitində 

bu  məsələlərin  səmərəli  həlli  üçün  iqtisadiyyatın  tənzimləmə  metodlarından 

optimal istifadə edilməli, vergi, gömrük və s. sahələrdə həyata keçirilən tədbirlərlə 

dövlətin  qeyri-neft  sektorunun  inkişafı  sahəsində  qarşıya  qoyduğu  məqsədlər 

ə

laqələndirilməlidir.  Həmçinin,  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  ölkədə 



iqtisadi  artımın  dayanıqlılığının  təmin  edilməsi  baxımından  mühüm  əhəmiyyət 


Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə