Microsoft Word Dahi b?st?kara sevgi v? ehtiramla



Yüklə 44,92 Kb.
Pdf görüntüsü
tarix20.10.2017
ölçüsü44,92 Kb.
#6109
növüDərs


 

 

Xəlilzadə F. 



Zənginliklərlə dolu ömür 

Onun hər əsəri bir yaradıcılıq zirvəsidir 

XX  əsr musiqi mədəniyyətimizin  ən görkəmli nümayəndəsi Qara 

Qarayev zəngin yaradıcılığı  və möhtəşəm sənət dünyası ilə  bəşəriyyətin 

diqqət mərkəzində dayanmış  şəxsiyyətlərdən biri olub. Böyük Üzeyir 

Hacıbəyovdan dərs almış dünya şöhrətli bəstəkarın bütün əsərləri bəşəri 

xarakter daşıdığından onun ədəbi irsi yalnız bir xalqın deyil, dünya 

mədəniyyətinin incilərindən sayılır. Bu gün hər birimiz fəxarət hissi 

keçiririk ki, Qara Qarayev Azərbaycan mədəniyyətinə dünya şöhrəti 

gətirən musiqi xadimlərimizdən biridir. 

Ölkə başçısı  cənab  İlham  Əliyevin sərəncamı ilə 90 illik yubileyi 

dövlət səviyyəsində qeyd olunacaq Qara Qarayev haqqında dünyanın 

tanınmış musiqiçilərinin, sənətçi və  bəstəkarlarının söylədikləri dəyərli 

fikirləri bir yerə toplasaq, böyük bir dastan bağlanar. Görkəmli 

Azərbaycan bəstəkarı Fikrət  Əmirov öz həmkarı haqqında belə yazırdı: 

"Qarayev sənəti - əzəmətli Azərbaycan musiqi məbədinin  ən etibarlı 

dayaqlarından biridir və bu musiqinin dünya şöhrəti qazanmasında onun 

rolu böyükdürE İstedad, üstəgəl  əmək - bizim ictimai həyatımızda, 

mədəniyyətimizdə Q.Qarayev sənətinin mahiyyəti və pafosu bax, 

bundadır". Maestro Niyazi isə Qara Qarayev musiqisini "ürəkdən od 

qoparan" sirli bir dünya adlandırmışdır. 

Qara Qarayev Azərbaycanın qədim musiqisi ilə Qərbi Avropa və rus 

klassik musiqisinin ən yaxşı nümunələrini birləşdirərək yaradıcılıq 

üfüqünü çox cəsarətlə genişləndirdi. Onun novatorluğunu bütün dünya 

qəbul edirdi. Qara Qarayevin musiqisi bəşəri ideyalarla elə  zəngindir ki, 

tükənmək bilməyən bədii fantaziyası ecazkar bir aləm yaradıb. Qarayevin 

bədii təfəkküründən süzülən hər bir musiqi əsəri təsirli, düşündürücü fikir 

və ideyalarla zəngindir. Onun həyat və yaradıcılığının bəzi məqamlarına 



 

 

diqqət yetirək: 5 fevral 1918-ci ildə Bakıda məşhur həkim  Əbülfəz 



Qarayevin ailəsində anadan olmuş Qara ilk ali təhsilini Azərbaycan Dövlət 

Konservatoriyasında alıb. Qara Qarayevə xoşbəxtlik hələ  tələbəlik 

illərində  nəsib olub. O, xalq musiqisinin əsaslarını dahi Üzeyir 

Hacıbəyovdan, kompozisiya qurmağın sirlərini isə professor 

L.M.Rudolfdan öyrənib. Onun haqqında tədqiqat aparanlar yazırlar ki, 

Qara Qarayev hələ 5 yaşında ikən pianoda xoşuna gələn mahnıları ifa edə 

bilirmiş. Qocaman aktyor Hacıməmməd Qafqazlı xatirələrində yazırdı: 

"EMən tez-tez Əbülfəz Qarayevgilə qonaq gedərdim. Biz doktorla oturub 

söhbət edərək çay içəndə balaca, qıvrımsaç oğlan olan Qara royal 

arxasında oturub onun dillərini asta-asta dilləndirərdi". 

Qara Qarayevin qeyri-adi istedada malik olduğunu ilk dəfə  məhz 

Üzeyir Hacıbəyov duymuşdur. Hətta onun haqqında ürəkdən gələn fikirlər 

də söyləmişdr. Bir replikası isə uzun illər gənc bəstəkarın yaradıcılıq 

yoluna işıq salmışdı: "Qara çox istedadlıdır və filosofluq etməyi xoşlayır". 

Hələ  tələbə ikən həmkarlarından seçilən Qara Qarayevin bəstələri 

müəllifinə  şöhrət gətirirdi. Sonralar Moskva Dövlət Konservatoriyasında 

oxuyanda 20 yaşlı gəncin xeyli musiqi əsəri var idi. Onu bir bəstəkar kimi 

tanıyırdılar. Moskvanın qaynar və cəlbedici həyatı, dünyanın tanıdığı rus 

musiqiçiləri ilə ünsiyyət Qara Qarayevin peşəkar bir bəstəkar kimi 

yetişməyində böyük rol oynadı. 

Qara Qarayev Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olanda cəmi 

19 yaşı vardı. Bu yaşda o, fortepiano və simfonik orkestr üçün müxtəlif 

janrlı əsərlər yazmış, bir sıra sənədli filmlərə musiqi bəstələmişdir. 1938-

ci ildə Qara Qarayev musiqisinin sədaları Moskvanın müxtəlif konsert 

salonlarından, incəsənət ongünlüklərindən, Qızıl meydandakı bayram 

nümayişlərindən gəlirdi.  İkinci dünya müharibəsi illərində Qara Qarayev 

məhrumiyyət və  çətinliklərə sinə  gərərək vətənpərvərlik və ruhlandırıcı 

əsərlər üzərində  işləməyə başladı. Tələbə yoldaşı Cövdət Hacıyevlə 

birlikdə yazdığı "Vətən" operası Azərbaycan musiqisinin inkişafında yeni 

bir mərhələ açdı. Bu operadakı simfonik musiqinin əzəməti, 

qəhrəmanların ariyalarındakı gözəllik, ifadəlik gənc bəstəkarın gələcəkdə 



 

 

böyük uğurlar qazanacağından xəbər verirdi. O bu operaya görə Dövlət 



mükafatına layiq görüldü. 

Müharibə illərində Qara Qarayev Cövdət Hacıyevlə birlikdə "Ayna" 

adlı opera üzərində  işləyib, amma hansı  səbəbdənsə tamamlanmamış 

qalıb. Bir neçə simfonik və kamera əsərləri də o dövrdə yazılmışdır. 

Azərbaycanın ilk simfoniyalarından olan "Birinci simfoniya"nın da 

müəllifi məhz Qara Qarayevdir. Azərbaycan bəstəkarının ilk böyük 

müvəffəqiyyəti "Leyli və Məcnun" simfonik poeması oldu. Bu möhtəşəm 

əsər bəstəkarın ünvanına ikinci Dövlət mükafatını gətirdi. 1947-ci ildə bu 

simfonik poemanı ilk dəfə idarə edən maestro Niyazi olmuşdur. O öz 

xatirələrində yazırdı: "Mən bir neçə dəfə xarici ölkədə bu poemanı idarə 

etmişəm. Qara Qarayevin qüdrətli, müdrik istedadı dünyanın müxtəlif 

ölkələrindən gəlmiş dinləyicilər qarşısında insanlığın qeyri-adi dərinliyini 

açaraq bütün zalı bir hiss ilə yaşamağa çağırırdı". Bu da təbii idi. 

Tədqiqatçıların təbirincə desək, "Leyli və Məcnun" poeması yüksək bəşəri 

obrazlar və duyğuların məbədidir. 

Qara Qarayevin musiqisinə dünya maraq kəsilmişdi. 1949-cu ildə 

yazdığı "Yeddi gözəl" simfonik orkestr üçün süita, "Gürcüstan təranələri", 

"Mən sizi sevirdim", səs və fortepiano üçün musiqiləri bəstəkarın 

yorulmaz yaradıcılıq fəaliyyətindən xəbər verirdi. 1951-ci ildə 

Çexoslovakiyada keçirilən "Praqa baharı" festivalında "Yeddi gözəl" 

simfonik orkestr üçün süita, eləcə də "Leyli və Məcnun" simfonik poeması 

Niyazinin dirijorluğu ilə ifa olundu. 34 yaşlı Azərbaycan bəstəkarının 

musiqisi Yer kürəsinin hər güşəsində səsləndirilir və sevilirdi. 

1952-ci ildə Qara Qarayev yaradıcılığının yeni zirvəsi yarandı. 

Nizami Gəncəvinin "Yeddi gözəl" poemasının motivləri əsasında yazdığı 

eyni adlı baletin ilk tamaşası Bakıda, Opera və Balet Teatrının səhnəsində 

oldu.  Əsər cazibədar melodiyaları ilə diqqət çəkirdi. Baletdəki  Şərq 

musiqisinin koloriti, rəngarəngliyi müəllifə parlaq nailiyyət və sürəkli 

alqışlar gətirdi. Balet o dövrdə demək olar ki, keçmiş SSRİ-nin və 

dünyanın bir çox teatr səhnəsində tamaşaya qoyuldu. Qarşıdan isə 




 

 

"İldırımlı yollarla" baletinin nəfəsi duyulurdu. Bu baletə  qədər Qara 



Qarayevin həyatında və yaradıcılığında zirvələrə qanadlanan müxtəlif 

yeniliklər baş verirdi. Onun yorulmadan bəstələdiyi süitalar, simfonik 

orkestr üçün xoreoqrafik lövhələr, kinofilmlər, eləcə  də tamaşalar üçün 

işlədiyi musiqilər və mahnılar ayrı-ayrılıqda bir sənət zirvəsi idi. 

1956-cı ildən 1973-cü ilə  qədər Azərbaycan Bəstəkarlar  İttifaqının 

birinci katibi vəzifəsində çalışan Qara Qarayev Azərbaycanın xalq artisti 

adına layiq görülmüş, bir sıra kinofestivalların laureatı olmuş, 

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tələbələrə 

bəstəkarlıq sənətinin sirlərini öyrətmişdir. Qara Qarayev həm də  fəal 

ictimai xadim idi. O, dəfələrlə qurultay nümayəndəsi, Ali Sovetə deputat 

seçilmişdir. Zəngin biliyə  və pedaqoji fəaliyyətə malik bəstəkar 

Azərbaycan EA-nın həqiqi üzvü idi. 

1960-cı ildə isə Qara Qarayev öz yaradıcılığının növbəti zirvəsinə 

imza atdı. Bu, yeddi ildən sonra keçmiş SSRİ-nin  ən yüksək mükafatına 

layiq görülmüş  "İldırımlı yollarla" baleti idi. Bununla Azərbaycan 

mədəniyyət tarixinin yeni, parlaq bir səhifəsi yazıldı. Bu əsərə görə Qara 

Qarayev Lenin mükafatı laureatı adına layiq görüldü. Baletin taleyi çox 

uğurlu oldu. Demək olar ki, dünyanın çox möhtəşəm və  məşhur teatrları 

onu öz səhnələrində məmnuniyyətlə tamaşaya qoyurdular. Bu, təkcə Qara 

Qarayev musiqisinin uğuru deyildi. "İldırımlı yollarla" baleti dünya 

musiqisinin incilərindən sayıldı. 

Məşhur rus sənətkarı Aleksandra Paxmutova yazırdı: "EQara 

Qarayev istedadlı  və ustad bəstəkardır. Ancaq bir sənətkar kimi onun 

gücü, hər  şeydən  əvvəl çox nadir təsadüf olunan dərin fəlsəfi idrakla 

qızğın, parlaq, həyatsevər temperamentin əlaqələndirilməsindədirE Onun 

əsərləri ilə görüş mənə ona görə maraqlıdır ki, bu sənətkar heç vaxt özü-

özünü təkrar etmir, ona görə ki, bəstəkarın yaradıcılığında həmişə yeni

parlaq və gözlənilməz hadisələrlə rastlaşırsan". 

Tamaşaçı və dinləyici marağının geniş dairəsində olan Qara Qarayev 

musiqi sənətində  şair, dramaturq, rəssam kimi çıxış edərək gözəlliyi ilə 




 

 

seçilən qeyri-adi əsərlərə imza atırdı. Bunun da nəticəsində onun musiqi 



sənəti yeni pillələrə ucalır, Qara Qarayev yaradıcılığına dünya 

musiqisevərlərinin məhəbbət və marağını  gətirirdi. Bu səbəbdən də 

Azərbaycan bəstəkarının  əsərləri milli çərçivədən çıxaraq beynəlmiləl 

əhəmiyyət kəsb edirdi. 

Moskvadakı Böyük Teatrın yaradıcı qrupu uzun illər xarici ölkələrə 

qastrol səfərinə məhz Qara Qarayevin "İldırımlı yollarla" baleti ilə gedirdi. 

1964-cü ildə Polşada keçirilən "Varşava payızı" adlı müasir musiqi 

festivalında məhz "İldırımlı yollarla" baleti nümayiş etdirilmişdi. 

Zəmanəmizin böyük yazıçısı Çingiz Aytmatov yazırdı: "Zaman keçir, 

ancaq "İldırımlı yollarla" baleti öz aktuallığını itirmir. İndi də onda 

əzəmətli qara qitənin ürək döyüntüsü canlı surətdə hiss olunur, Afrikanın 

bir çox dövlətlərindəki hadisələrin  əks-sədası  eşidilir. Böyük sənətkar 

Qara Qarayevin ən qiymətli cəhətlərindən biri də həyatı eşitmək bacırığı, 

bizi  əhatə edən varlığı  həssaslıqla  əks etdirməsi, insanları xeyirxah 

əməllərə qoşmasıdır". 

Unudulmaz bəstəkarın özünün də musiqi ilə bağlı maraqlı fikirləri 

var: "İncəsənətin heç bir növü musiqi kimi əzəmətli, ilhamlı, fikir və 

hissləri yüksəldən qüvvəyə malik deyil. O, bir tərəfdən insanları birliyə, 

qəhrəmanlığa, mübarizəyə çağırır, digər tərəfdən isə  hər bir fərdin daxili 

aləmindən, ən incə hisslərindən xəbər verir. 

Həyatı boyu əsasən simfonik janrda yazan bəstəkarımız, eyni 

zamanda, kamera musiqisini də unutmurdu. Yaradıcılığının bütün 

dövrlərində o, bu janra müraciət etmişdir. Musiqi dəyərinə görə 

mükəmməl və gözəl kamera əsərləri bu gün də musiqiçilər tərəfindən 

həvəslə ifa edilməkdədir. 1970-ci illərdə Qara Qarayevin təşəbbüsü ilə 

konservatoriyanın opera studiyasında tələbə və məzunlardan ibarət kamera 

orkestri yaradılmışdır. Təəssüf ki, bu kollektivin uğurlu fəaliyyətini 

görmək böyük bəstəkara qismət olmadı. Amma onun arzuları cücərdi. 

Kamera orkestri həmişə Qara Qarayev ideyalarına bağlılığını nümayiş 

etdirir və böyük bəstəkarın istədiyi kimi fəaliyyət göstərir. 




 

 

Dünya musiqiçilərinin tanıdığı, sevdiyi və ehtiram göstərdiyi Qara 



Qarayev 1978-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 

Azərbaycanlı bəstəkarın belə bir möhtəşəm ad alması təbii ki, o dövrdə elə 

də asan deyildi. Bu məsələdə ümummilli liderimiz Heydər  Əliyevin 

mühüm xidməti və  cəsarətli təqdimatı olmuşdur. Məhz onun fədakarlığı 

nəticəsində Azərbaycanın bir neçə görkəmli yazıçı,  şair, bəstəkar və 

müğənnisi hər cür qadağa səddini aşaraq Sosialist Əməyi Qəhrəmanı kimi 

şərəfli ada layiq görülmüşdür. 

Bir fərəh doğuran faktı da təkrar xatırlatmaq istəyirik ki, Qara 

Qarayevə ilk xeyir-duanı Üzeyir Hacıbəyov vermişdi. 1937-ci ildə 

repressiyaların tüğyan etdiyi bir vaxtda öz müəlliminin yolunu ləyaqətlə 

davam etdirərək dünyanın tanıdığı nüfuzlu bəstəkara çevrilmək, həqiqətən, 

qəhrəmanlıq idi. 

"Böyük müəllimi Üzeyir Hacıbəyov kimi Qara Qarayev də özündə 

məşhur bəstəkar, görkəmli ictimai xadim, gözəl pedaqoq, publisist və alim 

keyfiyyətlərini birləşdirirdi.  Əsrarəngiz  şedevrlərin müəllifi olan Qara 

Qarayev ömrünün 45 ilini musiqi sənətinə xidmətə  həsr etmişdir. 

Azərbaycan bəstəkarlıq məktəbinin sürətli inkişafı Qara Qarayevin adı ilə 

bağlıdır. Qara Qarayevin baletləri dünyanın bir çox teatrının səhnəsini 

bəzəyir, simfonik əsərləri insanlara mütərəqqi ideyalar və əsl estetik zövq 

verməklə meridianlarda səslənir". Bu ürəkdən gələn sözlərin müəllifi Qara 

Qarayevin sevimli və istedadlı  tələbələrindən biri olmuş, hazırda 

Azərbaycan bəstəkarlar  İttifaqı  İdarə Heyətinin sədri Firəngiz  Əlzadədir. 

Öz ustadının yolunu ləyaqətlə davam etdirən Firəngiz xanımı indi 

Avropada çox yaxşı tanıyır və qiymətləndirirlər. Firəngiz  Əlizadənin iri 

musiqi  əsərləri  əksər ölkələrin teatrlarında müəıllifin öz iştirakı ilə ifa 

olunur. Ona müxtəlif mövzularda əsər yazmaq da xahiş edilir. Qara 

Qarayev ömrü öz tələbələrinin yaradıcılığında beləcə davamlıdır. 

Həqiqətən, heç nə unudulmur, heç kim yaddan çıxmır.  Əsl sənətin,  əsl 

sənətkarın ömrü əbədidir. 



 

 

Ömrünün bir qərinədən çoxunu müəllimlik fəaliyyətinə bağlayan 



Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq sinfinə 

rəhbərlik edirdi. Onun əməyi nəticəsində bir neçə  bəstəkar nəsli 

yetişmişdi. Tədqiqatlar göstərir ki, cəmi 64 il yaşamış Qara Qarayev 48 

bəstəkarın yetişməsində gərgin əmək sərf etmişdir. Bu gün dünyanın çox 

yerində Qara Qarayevin məzunlarına rast gəlmək olur. Bu bəstəkarlar 

arasında həm Azərbaycanın, həm də dünyanın fəxr etdiyi insanlar var. 

Xalq artistləri Rauf Hacıyev, Vasif Adıgözəlov, Arif Məlikov, Hacı 

Xanməmmədov, Xəyyam Mirzəzadə, Polad Bülbüloğlu, Firəngiz Əlizadə, 

əməkdar incəsənət xadimi Elza İbrahimova, o cümlədən başqa ölkələrdən 

olan V.Şakinski (Rusiya), Allahyarov (Türkmənistan) və onlarla başqaları 

Qara Qarayevdən dərs almışlar. 1974-cü ildə Qara Qarayev mətbuata 

verdiyi müsahibələrinin birində deyirdi: "25 ildir ki, pedaqoji fəaliyyətlə 

məşğulam və bu işi çox sevirəm. Bu, çox çətin, böyük fədakarlıq və 

müəyyən mənada özünü qurban verməyi tələb edən sahədir. Çünki hərdən 

bir layiqli tələbəyə özün üçün qoruyub saxladığından da verməli olursan. 

Sinifdə simic olmaq olmaz. Əliaçıqlıq sonradan tələbənin uğurundan 

aldığı zövqlə mütləq özünə qayıdacaq. Gənclərlə  işləmək mürəkkəb, 

məsuliyyətli və  hətta mən deyərdim, risk tələb edən işdir. O, müəyyən 

dərəcədə həkimlik sənətilə eyniyyət təşkil edir. Əgər onlar insanların fiziki 

sağlamlığına cavabdehdirlərsə, biz gələcək sənətkarın mənəvi 

sağlamlığına cavabdehik". 

Qara Qarayev böyük həvəslə  həm Azərbaycan, həm də Moskvada 

istehsal olunan kinofilmlər və teatrlarda hazırlanan tamaşalar üçün 

musiqilər yazardı.  Əgər onların adlarını  çəkməli olsaq, uzun br siyahı 

əmələ gələr. Bir fərəhli fakt var ki, o musiqilərdəki Qara Qarayev üslubu 

aydın duyulur. Eşidən kimi, müəlifin kim olduğunu bilirsən. 

Qara Qarayev təkcə musqi əsərləri yazmırdı. Həm də musiqi ilə 

bağlı nəzəriyyələrin də müəllifi idi. Onun fikirləri bu gün də mədəniyyət 

işçiləri üçün son dərəcə  əhəmiyyətli və qiymətlidir. O, hər bir gənci, 

xüsusilə  də, yaradıcılıqla məşğbul olan insanı tarixini müəkəmməl 

bilməyə çağırırdı. Qara Qarayev yazırdı: "Sənətkarları  gəmilərə 



 

 

bənzətmək olar: bəziləri geniş, sahilsiz, fırtınalı  və  həmişə yeniliklərlə 



dolu olan dənizə  çıxır. Başqaları isə qasırğa və  təhlükədən uzaq, sakit 

limanda lövbər salıb dayanırE"  

Bu gün özü aramızda olmasa da, musiqilərini müntəzəm 

dinlədiyimiz, əsərlərindəki möhtəşəmliyə dönə-dönə heyrət etdiyimiz dahi 

bəstəkar Qara Qarayev həqiqətən fırtınalı və yeniliklərlə dolu olan dənizə 

çıxdı. "Azərbaycan təranələri"ni Avropa musiqisinin qanadlarında 

dünyaya yaydı. Milli musiqimizə beynəlmiləl məzmun gətirdi. Qəlbi ana 

torpağına bağlandı, arzuları isə asimana açıldı. Bakıda göz açmış Qara 

Qarayev indi bəşər mədəniyyətinin 90 yaşlı nümayəndələrindən biridir. 

Bir tarixə sığmayan zirvələri 64 llik ömründə əbədiləşdirən Qara Qarayev 

sahilsiz ümmanlarda üzən musiqi adlı  gəminin  əbədi kapitanına çevrildi. 

Sənət zirvələri isə silsilə dağlar kimi bir-birinə söykənərək  əzəmətlə 

gələcəyə boylanır. 

 

Azərbaycan.- 2008.- 5 fevral.- S. 7. 



 

Yüklə 44,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə