Microsoft Word Dede-Qorqud-2015-2



Yüklə 2,15 Mb.
Pdf görüntüsü
səhifə1/82
tarix22.07.2018
ölçüsü2,15 Mb.
#57767
  1   2   3   4   5   6   7   8   9   ...   82


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
FOLKLOR İNSTİTUTU 
 
 
 
 
 
 
 
 
 
 
DƏDƏ QORQUD 
 
 
 DADA GORGUD
 
 
 
 
Elmi-ədəbi toplu 
 
İldə 4 sayı buraxılır
 
 
 
 
II (55) 
 
 
 
 
BAKI - 2015 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     2 
 
 
 
Toplu Azərbaycan Milli Elmlər Akademiyası 
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
 
 
 
 
Baş redaktor: Tofiq HACIYEV 
 
Redaksiya heyəti: 
Kamal  Abdulla,  Anar,  Şükrü  Haluk  Akalın  (Türkiyə),  Amanmırat 
Baymıradov  (Türkmənistan),  Nizami  Cəfərov,  Paşa  Əfəndiyev,  Əfzələddin 
Əsgərov,  İsa  Həbibbəyli,  Muxtar  İmanov,  Kamran  Əliyev,  Hüseyn  İsma-
yılov,  Tofiq  Məlikov  (Rusiya),  Elxan  Məmmədli,  Törə  Mirzəyev  (Özbəkis-
tan),  Qara  Namazov,  Oljas  Süleymenov  (Qazaxıstan),  Osman  Fikri  Sərt-
qaya (Türkiyə), Sadık Tural (Türkiyə), Fikrət Türkmən (Türkiyə) 
 
 
 
Baş redaktorun müavini:  
Seyfəddin Rzasoy 
Məsul katib:    
 
Tahir Orucov 
 
 
İngiliscəsinə məsul:    
Seyran Əliyev 
Ruscasına məsul:  
 
Aslan Məmmədli 
 
Nəşrinə məsul:  
 
Əziz ƏLƏKBƏRLİ 
 
 
 
“Dədə Qorqud”. Elmi-ədəbi toplu, II. Bakı, “Nurlan” nəşriyyatı, 2015 
 
 
 
 
 
ISSN 2309-7949 
 
 
 
 
© Folklor İnstitutu, 2015 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     3 
 
 
 
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar
 
 
Asif HACIYEV  
pedaqogika üzrə fəlsəfə doktoru, dosent 
ARTPİ-nin şöbə müdiri 
e-mail: 
haciyev_asif@mail.ru
 
 
DƏDƏ QORQUDUN OĞUZ DÜNYASI 
 
Xülasə 
“Dədə  Qorqud”  eposu  qədim  oğuz  etnosunun  bədiiləşmiş həyat  tarixçəsidir.  Onun məz-
munu törənişdən sona doğru gedən yolun mahiyyətcə açıqlanması üzərində qurulmuşdur. Nəsil-
lərarası mənəvi bağlılıq boyların aşıladığı başlıca ideyadır. Oğuz elinin qüdrəti məhz bu qırılmaz 
əlaqə ilə əsaslandırılır. Ona görə də ata-oğul münasibətləri köhnəliklə yeniliyin qarşıdurmasına 
deyil, anlaşması, bir-birini qəbul etməsinə yönəlmişdir. Epos da bu mənəvi gücdən qaynaqlanır. 
Açar sözlər: Dədə Qorqud, epos, oğuz dünyası, etnos, yeni düşüncə. 
 
 
OGUZ WORLD OF DEDE KORKUT 
 
Summary 
 The  epic  story  “Dede  Korkut”  is  artistic  life  story.  Its  content  is  based  on  essentially 
disclosure  of  the road  leading  from  creation  towards  the  end.  Intergenerational moral  commit-
ment is the main  idea  of  stories.  The  power  of  Oguz  state is  substantiated  by  this unbreakable 
link. Therefore, the father-son relationship is not a conflict of innovation and the past, but it fo-
cuses on the adoption of each other. The epic story nourishes by this moral power. 
Keywords: Dede Korkut, epic, Oguz world, ethnicity, new thinking. 
 
ОГУЗСКИЙ МИР “ДЕДЕ КОРКУТ”А 
 
Резюме 
Эпос  “Деде  Коркут”  –  это  художественно-жизненная  история  древнего  огузского 
этноса. Содержание  эпоса  построено  на  раскрытии  сущности  его  пути  от  возникновения 
до  распада.  Основной  идеей  сказаний  является  духовная  связь  поколений.  Именно  этой 
неразрывной  связью  подтверждается  сила  огузского  государства.  Поэтому  отношения 
отцов и детей не является противостоянием старого и нового, а направлено на принятие и 
понимание друг-друга. Эпос также подпитывается этой духовной силой. 
Ключевые слова: Деде Коркут, эпос, огузский мир, этнос, новое мышление 
  
Məsələnin qoyuluşu. “Dədə Qorqud” eposu qədim oğuz dünyasının bədii 
tarixçəsidir.  Onun  strukturunu  təşkil  edən  boylar  bu  dünyanın  başlanğıcından 
sona doğru gedən axarını mərhələli şəkildə əks etdirir.  
İşin  məqsədi  “Dədə  Qorqud”  eposunun  oğuz  epik  ənənə  ilə  nə  dərəcədə 
bağlı olduğunu müəyyənləşdirməkdir. 
 


Dədə Qorqud ● 2015/I I                                                                                                                                                                     4 
 
 
“Dədə Qorqud” eposu möhtəşəm dövlət olaraq öz dövrünü keçirmiş Qalın 
Oğuz  elinin  və  onun  hüdudlarını  canı,  qanı  bahasına  qoruyub  daima  genişlən-
dirən, ərliyi, ərənliyi hünər bilib yurd, vətən sevgisi, ata adı, ana namusu uğrun-
da  ölməyə  hazır  olan  bir  nəslin  qəhrəmanlıq  salnaməsidir.  Oğuz  epoxasının 
müdrik ozanı Dədə Qorqudun özünəqədərki dastan ənənəsindən yaradıcı surətdə 
bəhrələnərək  dövrünün  olayları  ilə  sinkretik  əlaqədə  düzüb  qoşduğu  bu  boylar 
toplusu  yaşanmış tarixin  bədii  inikasıdır. Mətnin  söylənilmə üslubu göstərir ki, 
sonrakı  nəsil  ozanlarının  dili  ilə  “Oğuz  zamanı”,  “ol  zaman”  deyə  dərin  xiffət 
hissi  ilə  anılan  həmin  bədiiləşmiş  tarix  artıq  bir  keçmiş  olaraq  çox-çox  arxada 
qalmış  və  yalnız el şənliklərində qolça qopuzun sədaları altında  xatırlanmaqda-
dır. Hətta ulu Qorqudun müasiri olduğu həmin dövrdən elə böyük zaman  müd-
dəti  ötüb  ki,  onun  özü  də  dinləyiciyə  bir  bədii  obraz  kimi  təqdim  edilir.  Məhz 
buna  görə  də  boylar  bizə  ilkin  şəkildə  deyil,  sonrakı  nəsil  ozanlarının  yaradıcı 
müdaxiləsi  ilə  dövrün  mənəvi-estetik  tələblərinə  uyğunlaşdırılmış  variantda 
gəlib  çatmışdır.  Bununla  belə,  islam  dininin  təsiri  ilə  yeniləşən  oğuz  dünyası 
hələ öz keçmişindən tamamilə qopmayıb, hələ “dastan” sözü “boy”, “türk” sözü 
isə “oğuz” sözünü əvəzləməyib.  
Drezden  nüsxəsinin  ilk  səhifəsində  abidənin  qədim  oğuz  dilində  yaran-
masını  əyani  şəkildə  nümayiş  etdirən  “əla  lisani-tayifeyi-oğuzan”  qeydi  və  hər 
boyun  oğuznamə  adlandırılması  faktı  söyləməyə  əsas  verir  ki,  “Dədə  Qorqud” 
eposu  müasir  türk  xalqlarının  əksərinin  etnogenezisində  bu  və  ya  digər  səviy-
yədə  iz  qoymuş  qədim  oğuzların  bədii  təfəkkürünün  məhsuludur.  Görünür,  bu 
səbəbdən  də  Dədə  Qorqud  və  “Kitab”ın  digər  qəhrəmanlarının  adı  ilə  bağlı 
deyim,  əfsanə,  rəvayətlər  türk,  türkmən,  qazax,  qırğız,  qaraqalpaq,  özbək  və 
digər  türksoylu  xalqların  folklorunda  bu  və  ya  digər  məzmunda  hələ  də  yaşa-
maqdadır.  Hətta  eposun  yazıya  alınmış  Drezden  nüsxəsi  Azərbaycan  ərazində 
formalaşmış  variantı  əks  etdirsə  belə,  boyların  alt  qatında  xalqımızın  mənşə-
yində  aparıcı  etnos  kimi  duran  oğuzların  qədim  düşüncə,  həyat  tərzi  canlanır. 
Həmin  düşüncə  modelinin  açıqlanması  isə  eposun  mahiyyətini,  strukturunu, 
aşılamaq istədiyi qayəni dərk etməyə imkan yaradan yeganə vasitədir. 
Müqəddimədən  sonra  eposun  “Dirsə  xan  oğlu  Buğac  boyu”  ilə  başlayıb 
“İç Oğuza Taş Oğuz asi olub Beyrəg öldügü boy”la tamamlanması əslində Oğuz 
dünyasının  törənişdən  süquta  doğru  yönəlmiş  yaşam  tarixçəsinin  simvolik 
şərhidir. Bu qütblər arasındakı digər on boy isə Oğuzun yüksəliş dövrünü ideal-
laşdırmaqla olumdan ölümə gedən yolun mənzərəsini əks etdirir. Bu yanaşmada 
boyların  sonunda  verilən  “Qanı  dedigim  bəg  ərənlər,  dünya  mənim  deyənlər? 
Əcəl  aldı,  yer  gizlədi,  fani  dünya  kimə  qaldı?  Gəlimli-gedimli  dünya,  son  ucı 
ölümlü dünya!” soylaması əslində qazi ərənlərdən daha çox, öz dövrünü keçirib 
yalnız sözün qüdrəti ilə bir daha yaddaşlara həkk olunan Oğuz dünyası haqqında 
ağıdır. Bu dünya  isə Oğuz xaqanın  bir şəxsiyyət olaraq tarix səhnəsinə çıxması 
ilə başlanır. 


Yüklə 2,15 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə