Microsoft Word disser2015. doc



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə1/30
tarix14.09.2018
ölçüsü1,74 Mb.
#68498
  1   2   3   4   5   6   7   8   9   ...   30


 

        AZƏRBAYCAN RESPUBL KASI TƏHS L NAZ RL Y   
          AZƏRBAYCAN DÖVLƏT  QT SAD UN VERS TET  
 
                             MAG STRATURA MƏRKƏZ        
                                                                                     
Ə
lyazması hüququnda 
 
 
                                   
Pərvin Şıxıyeva Eyvaz qızının 
 
                       “Bank riskləri və onların idarə olunması” mövzusunda 
 
 
                            
MAG STR D SSERTAS YASI   
 
     xtisasın şifri və adı:    060403 ‘Maliyyə’ 
 
     xtisaslaşma:         Bank işi 
 
 
  Elmi rəhbər:                                                  Magistr proqramının rəhbəri: 
  
.e.n. Z.H.Zeynalov                                 .e.n. prof. R.M.Rzayev 
 
 
          Kafedra müdiri
.e.d. prof. Z.F.Məmmədov 
 
 
 
 
          
 
BAKI - 2015
 


 

            MÜNDƏR CAT 
 
G R Ş..............................................................................................3 
 
I FƏS L. Bank risklərinin nəzəri-metodoloji əsasları 
1.1  Bank risləri anlayışı və onların təsnifatı..................................................8 
1.2  Bank risklərinin idarə olunmasının mahiyyəti.......................................26 
 
II FƏS L. Müasir şəraitdə bank riskləri və onların idarə 
olunmasının  kompleks təhlili 
2.1  Bazar iqtisadiyyatı şəraitində bank risklərinin və onların idarə 
olunmasının təhlili........................................................................................44 
       
2.2 Stress-testlər və onların aparılması qaydaları.........................................57 
2.3  Azərbaycan Respublikasında  bank risklərinin idarə olunması məsələləri 
‘AccessBank’ın nümünəsində......................................................................65 
 
III FƏS L.Bank risklərinin idarə olunmasının təkmilləşdirilməsi  
3.1. Mərkəzi Bank bank risklərinin idarə olunması ilə əlaqədar həyata 
keçirilən tədbirlərin təşkilatçısı kimi............................................................79 
3.2. Banklarda risk menecmentinin təkmilləşdirilməsi................................85 
 
NƏT CƏ VƏ TƏKL FLƏR..........................................................................93 
ST FADƏ ED LM Ş ƏDƏB YYAT...........................................................97 
        ƏLAVƏLƏR...............................................................................................102 
        XÜLASƏ.....................................................................................................108 
       ANNOTAS YALAR....................................................................................109 
 
 
        
Magistrant: Pərvin Şıxıyeva Eyvaz qızı 
       Elmi rəhbər: i.e.n. Z.H.Zeynalov
                                
 


 

G R Ş 
 
Müasir bank sistemi istənilən ölkənin milli təsərüfatının ən vacib 
sferalarından biridir. Keçid dövründə Azərbaycanın bank sistemi müəyyən 
dəyişiklərə məruz qalmışdır. Bank sisteminin bütün sahələri modifikasiya 
edilmişdir. Maliyyə bazarının yaradılması milli təsərüfatın idarə olunmasında 
kredit institutlarının rolunun prinsipial olaraq dəyişməsi və iqtisadi münasibətlər 
sistemində kreditin rolunun artması deməkdir. Kredit bank işinin əsasına və onun 
fəaliyyətinin qiymətləndirilməsi üçün bazisə çevrilmişdir. Kredit istehsalçı 
qüvvələrin inkişafına stimul verir, təkrar istehsalın inkişafı üçün kapital 
mənbələrinin formalaşmasını sürətləndirir. Digər tərəfdən kreditləşmə inkişaf edən 
bazar iqtisadiyyatı şəraitində müəyyən risklərlə üzləşir. Müasir dövrdə bank riskləri 
problemi xüsusən kəskindir və onların idarə olunmasına zərurət yaranır. 
Beynəlxalq təcrübə göstərir ki, banklarda korporativ idarəetmənin düzgün 
qurulmaması, risklərin idarə olunması və daxili nəzarət problemləri əksər hallarda 
ayrı-ayrı banklarda böhranın yaranmasına səbəb olur və bank sektorunun maliyyə 
sabitliyini təhlükəyə məruz qoyur. Bank biznesinin sürətlə inkişaf etdiyi müasir 
şəraitdə risklərin idarə olunması problemi, həmçinin Azərbaycanın bank sisteminin 
vəziyyətinə də mənfi təsir göstərə bilən ciddi amillərdən birinə çevrilir. 
Mövzunun aktuallığı ondan ibarətdir ki, risklərin idarə edilməsi bank işində 
əsas məsələlərdan hesab edilir. Bank fəaliyyətinin uğurları birbaşa olaraq risklərin 
idarə olunmasının keyfiyyətindən asılı olduğundan bu mövzu diqqətə layiqdir. 
Bankların müflisləşməsi prosessini araşdiran tədqiqatlar göstərir ki, əsas səbəb 
bank aktivlərinin aşağı olmasıdır. Bankların effektiv idarə olunmasının əsas 
elementləri : yüksək inkişaf etmiş kredit siyasəti və prosedurları; portfelin düzgün 
idarə olunması; kredit üzərində effektiv idarə və bank işi sahəsində işləməyə hazır 
olan personaldır. 


 

Dissertasiya işinin predmeti kimi bankların fəaliyyəti zamanı yaranan 
risklər və böhran şəraitində dayanıqlığı təmin etməyə yönəldilmiş bank risklərinin 
idarə olunması metodlarıdır. Aparılan tədqiqatın predmetinə ölkənin kredit 
siyasətinin əsas həlqəsi olan bank riskləri , onların tənzimləmə metodları, başlıca 
istiqamətləri, alətləri və banklarda risk menecmentinin təkmilləşdirilməsi yolları 
aid edilir. 
Dissertasiya işinin obyekti kimi isə bilavasitə bank risklərinin yaratdığı  
problemləri əhatə edir. Xüsusilə, bank risklərinin idarə olunması sahəsində 
Mərkəzi bank tərəfindən həyata keçirilən tədbirləri aid etmək olar. Əlbəəttə ki, bu 
zaman ölkəmizdə mövcud olan kommersiya banklarının ayrılmaz hissəsi olan 
Risklərin idarə olunması departamentləri əsas müzakirə obyektləridir. Dissertasiya 
işində nümunə kimi seçilmiş əsas obyekt  ‘Accessbank’ kommersiya bankıdır. 
Sözü gedən bankın fəaliyyətinin əsas istiqamətlərinə hesabların açilması və idarə 
olunması; hüquqi və fiziki şəxslərin kreditləşdirilməsi; pul vəsaitlərinin yığıma 
alınması və s. fəaliyyətlər aiddir. 
Dissertasiya işinin məqsədi və vəzifələri. “Bank riskləri və onların idarə 
olunması” mövzusunda tədqiqatın aparılmasının məqsəd və vəzifələrini 
respublikamızda həyata keçirilən bank risklərinin idarə olunması siyasətinin 
mahiyyətinin tədqiq olunması təşkil edir. Burada əsas məqsəd  ölkəmizin kredit 
sistemində yaranan bank risklərinin öyrənilməsi, təsnif edilməsi, bank risklərinin 
müəyyən edilməsi metodlarının və eləcə də stress testin araşdırılması, və Mərkəzi 
Bank və komersiya banklarının bu risklərlə hansı şəkildə mübarizə aparmasının 
tədqiq edilməsidir. Tədqiqatın əsas vəzifəsi qoyulmuş məqsədlərə nail olmaq üçün 
həyata keçirilən aşağıdakı vəzifələrin məcmusudur: 
1)  Risklərin idarə olunması sahəsində Mərkəzi bankın rolunun öyrənilməsi; 
2)  Azərbaycanda bank risklərinin mövcud vəziyyətinin qiymətləndirilməsi; 
3)  Bank risklərinin tənzimləmə metodları və alətlərinin müəyyən edilməsi; 


Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə