Microsoft Word Документ Microsoft Office Word 97 2003 doc



Yüklə 25,18 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü25,18 Kb.
#51324


Gələcəyə ünvanlanan qəhrəmanlıq dastanı 

 

Lirik poeziyası, məhəbbət misraları, kövrəkliklə süzülən ifadələri ilə qəlbləri riqqətləndirən 



Nəriman Həsənzadə tarixi mövzulara müraciətdə daha sərt, mətin, sərrast, döyüşkən bir libas 

geyir. Bu zaman o, cəngavərliyə, mübarizliyə, mətin olmağa, məğrurluğa sövq etdirir. Soydaşını 

keçmişi ilə qürur duyub, güvənli olub, basılmazlıq haqqını tapdamamağa çağırır. “Nuru Paşa” 

əsəri də məndə həmin ovqatı yaşatdı. Bu ovqata pozitiv impuls verən, həm də əsərlə tanışlığım 

Moskvada elmi məzuniyyət zamanı olduğundan, qaldığım mehmanxananın yanından keçən uzun 

bir küçənin “Səməd Vurğun” adını daşımasının doğurduğu təəssürat oldu. Böyük şairin adı 

yazılmış lövhələri gördükcə qürurlanır, həm də Rusiyanın paytaxtında Azərbaycan  şeirinin 

təntənəsini yaşayırdım. “Səməd Vurğun” küçəsini dolaşdıqca, Nəriman Həsənzadə  şeiriyyətini 

duyduqca ölməz poeziyamızın hüdudlara sığmadığının təsdiqini yaşayaraq öz ürək 

düşüncələrimi soydaşlarımla Vətəndə paylaşmağı münasib bildim. 

Tarixdə adətən qələbə çalanlar qəhrəman sayılır. Zirvədə tutulur, ehtiramla anılır, adına 

olub-olmamış  rəvayətlər qoşulur. Bu rəvayətlərin, “qəhrəmanlıq dastanlarımızın ömrü 

qəhrəmanlığımızın ömründən daha uzun olur”. Professor Nizami Cəfərovun təəssüflə qeyd etdiyi 

bu fikir də cəmiyyətin funksional mövcudluğuna xas təbii haldir. Cəmiyyət daima qəhrəmanlıq, 

yaxud da daima uğursuzluq vəziyyətində qala bilməz. Hər iki hal davamlı prosesə çevriləcəyi 

ehtimalında belə, artıq öz mahiyyətindən kənarlaşır. Nizami bəyin xalq üçün arzuladığı 

qəhrəmanlıq ömrünün uzunluğunu şərtləndirən əsas dəyəri elə özü də təsdiqləyir. 

Qəhrəmanlıq dastanlarının ömrü uzun olursa, deməli o dastanı yaradan və yaşadan insanlar 

qəhrəmanlıq aşiqidir. 

Qəhrəmanlıq təşnəsi ilə yaşayan cəmiyyət xarüqələr yaratmağa qadir olur.  

Qəhrəmanlıq ruhunu oyandırmağa, səfərbər etməyə, səmərəli istifadəyə yönəltməyə qadir 

dastanlara, digər ədəbi janrda yazılmış əsərlərə böyük ehtiyac vardır. Bu hər zaman olduğundan 

daha çox bu günkü Azərbaycana lazımdir, strateji anlamda belə zəruridir. 

Bəli, qəhrəmanlıq dastanı, haqqında bəhs etdiyi qəhrəmanın da, dastanı yaradanın da 

ömründən uzun olmalıdır.  Əgər o həqiqi qəhrəmanlığa həsr olunubsa. Əks təqdirdə zamanın 

konyuktur kəsiklərində ilişib unudulacaqdır. Nuru Paşa, unudulmayacağını tarix təsdiqləyən 

qəhrəman oldu. Şəninə sağlığında nəğmələr oxunan qalib ordu komandanı Nuru Paşa 90 il sonra 

Azərbaycan seirinin baş  qəhrəmanına çevrildi. Nəriman Həsənzadənin yaratdığı “Nuru Paşa” 

oxucuların təfəkküründə şairin gördüyü obrazda yaşayacaqdır. Bəs tarixi əsərlər təcrübəsi zəngin 

və uğurlu olan şair Nuru Paşanı necə gördü, necə yaratdı?  

Nəriman Həsənzadə Nuru Paşanın özündən öncə onun qəhrəmanlıq meydanını yaratdı. O 

meydanda zaman və  məkan hüdudları çox genişdir. Meydan Nuru Paşanın “at belində” 

Türkiyədən Gəncəyə gəldiyi 1918-ci il deyildir. Qəhrəmanlıq meydanının coğrafiyasını şair öz 

gözündə  mətnə alıb. Azərbaycanın davasına qoşulmuş “Mehmetciklər”in doğulduğu hər bir 

diyarın imzasına minnətdarlıq duyğusunu poemada dönə-dönə vurğulayan  şair “səngərdə 

doğmalaşan” kayserilər, ağdamlılar, samsunlular, ağdaşlılar nümunəsində türk birliyinin örnəyini 

təbliğ edir. Qəhrəmanlıq meydanının məkanı  nə  qədər genişdirsə, zaman hüdudları daha 

dərinliklərə uzanır. Səlcuqlardan, eldənizlərdən, səfəvilərdən güc alan türkün ermənilər 

tərəfindən qətliama məruz qaldığı ana ağı deyən  şair “türkün qılınc ləhcəsində” danışmasına 

vadar edən düşmənə xəbərdarlıq edir: “Türk qılıncı parlayanda, tarixə İstiqlal yazır”. 

“Türksoylu  İskəndər” – Nuru Paşa  şair bənzətməsində “Fatehlərin varisi – Turanlı 

şahzadə” kimi vəsf edilməklə yanaşı, türk millətinin xarakterinə, düşüncəsinə, mentalitetinə xas 

dəyərlər də  təqdir edilir. Türkün genetik kod daşıyıcılarını düsturlaşdıran  şair  əsas döyüş 

meydanını unutmur, süjeti tarixi müstəvidə, dövrün mürəkkəb mənzərəsində davam etdirir. Hələ 

XIX əsrin əvvəllərində Qafqazın Rusiya tərəfindən istilasından qaynaqlanan erməni iddialarının 

reallaşması yönündə XX əsrin  əvvəllərində aparılan qanlı savaşın Azərbaycan xalqına qarşı 

soyqırımına çevrilməsi şair qəlbini daxildən püskürdür: 

 

...Torpağın üstünə püskür, 




torpağın altını, Tanrım. 

Yerdən çıxsın yer altında 

yatanların... 

 

Türkün qəhrəmanlıq salnaməsində kölgə görmək istəməyən şair son min ilin tarixini çək-



çevir edir. Səfəvi-osmanlı, sünni-şiə savaşını  qınaya-qınaya “qardaşa  əl tutan” Nəriman 

Nərimanovu, “Bir millət, iki dövlət” deyən Heydər Əliyevi anır. Amma bu da bir reallıqdır ki, 

XX  əsrin  əvvəllərində türkün böyük bir dövləti var idi – Osmanlı imperatorluğu. Dünya 

savaşında məğlub olub çökən Osmanlı dövlətini parçalamaq niyyətli və əməlli dövlətlər bir araya 

gəlmişdi. Bax, o zaman türk xalqı Mustafa Kamalın başçılığı altında ölüm-qalım savaşına qalxdı. 

Bax, o zaman şairin “Turanlı şahzadəsi” – Nuru Paşa xalqının azadlıq mübarizəsinə dəstək verdi. 

Bu mübarizədə bolşevik Rusiyası ilə müttəfiqliyin faydalı olacağı zərurətini dərk edən Türkiyə 

milli-azadlıq mücahidləri Azərbaycan Cümhuriyyəti hökumətini  əks mövqedə durmaqda 

qınayırdı. Hələlik isə qayıdaq 2 il öncəyə – 1918-ci ilə. 

 

...Bizdən vətən istəyirdi  



vətənsizə rus dövləti. 

Həştərxana daşıyırdı 

neftimizi gəmi-gəmi. 

“Gülüstan”dan “Türkmənçay”dan 

millətə nə qalmışdısa, miras kimi. 

 

Xalqımızın bu gün də məruz qaldığı təcavüzün köklərini “Gülüstan”da, “Türkmənçay”da 



görməkdə haqlı olan şair Azərbaycanı bölüşdürmüş dövlətlərin himayəsindən azğınlaşan erməni 

təcavüzkarlığını səciyyələndirir. 

 

Erməninin xəyanəti – 



rusdan gəlir, 

farsdan gəlir. 

 

Yaranmaqda olan tarixi fürsətdən məharətlə istifadə edən erməni başbilənləri mövcud 



himayədarlarına, tərəfdaşlarına dərhal xəyanət edib müttəfiqlərini dəyişməkdə  zəngin təcrübə 

qazanıblar. 1917-1920-ci illər  ərzində  rəqib düşərgələr arasında manevrlər edib, asanlıqla 

istiqamət dəyişdirərək Qafqazda erməni dövlətini əldə edə bildilər. Böyük dövlətlərin geopolitik 

maraqlarında oyunçuluq edərək bolşevik hakimiyyətinin siyasətini öz milli maraqları ilə 

uzlaşdırıb xeyli yeni torpaqlar mənimsədilər. Bu uzlaşmanı “daşnakbaşlı bolşeviklər qan gölündə 

avar çəkir” ifadəsində verən  şair 1918-ci ilin yazında bolşeviklərin daşnaklarla işbirliyi 

nəticəsində minlərlə azərbaycanlının görünməmiş  vəhşiliklə kütləvi qətliama məruz qaldığını 

təsvir edir: 

 

...Bir cəhənnəm səhnəsiydi,  



Şamaxı zəlzələsiydi, 

Şamaxıda qətl-qarət... 

...Ağsuda su qurudumu? 

Göyçayda çay soğuldumu?.. 

...Kəndləri yandırırdılar, 

türkləri oddayırdılar. 

Ayaqlayıb meyitləri,  

üstündən addayırdılar... 

 

Cənubi Qafqazda, Şərqi Anadoluda, Cənubi Azərbaycanda ermənilərin eyni vaxtda 



törətdikləri qırğınlar beynəlxalq vəziyyətin gərgin dövründə baş vermişdir. Dünya müharibəsinin 


son ilində, Rusiyada yeni hakimiyyətin əlverişli siyasəti müstəvisində, Xəzər hövzəsi – Qafqaz 

regionu, başlıcası Bakı nefti uğrunda beynəlxalq rəqabətin qızğın çağında ermənilərin 

canfəşanlığı təsadüfi deyildi. Son dərəcə mürəkkəb bir mühiti Nəriman Həsənzadə poetik dillə 

oxuculara anladır:  

 

...Bizim Poylu körpüsünə sancıb  



alman – bayrağını. 

Neft istəyir, –  

bir başmağa qoyub iki ayağını. 

O da guya menşeviklə canhacandı. 

Orda rusdu, burda “yan”dı, 

ingilisdi, italyandı. 

Allah, allah, gör nə qədər quzğun gəlib... 

 

Azərbaycandakı ictimai-siyasi qüvvələrin mövqeyi də  şairin diqqətindən kənarda 



qalmamışdır. “Susan millətçi natiqləri”, “Yoxa çıxan varlı Bakı qoçularını”, “sözü keçməyən 

hacıları”, “bəyləri, xanları” qınayaraq yaradıcılığında  əvvəllər də neftlə bağlı bildirdiyi 

münasibəti təsdiqləyir: “Göz dağıdı neft, Allahım, əsiriyik bu sərvətin”. 

Nuru Paşa Nəriman Həsənzadə poeziyasında bu günün və gələcəyin simvoludur: 

 

...Nə qədər ki, sərhəd boyu hədələyir,  



bizi yağı; 

nə qədər ki, almamışıq Zəngəzuru,  

Qarabağı... 

 

“Nuru Paşa” dastanının ruhu şair üçün aparıcı bir motivdən yoğrulmuşdur: “Tarix! Səni 



oxuyuram mən türkə “Can!” deyə-deyə. Bununla belə türk, müsəlman təəssübkeşliyinin 

kölgəsində qalmayan böyük bir sevgi var onun qəlbində: Vətən sevgisi – Azərbaycan sevgisi! 

Tarixin cazibədar ideologiyalarını bu sevginin fövqündə deyil, ona xidmətdə arzulayan Nəriman 

Həsənzadənin “Nuru Paşa” əsəri bu günün gələcəyə qəhrəmanlıq çağırışıdır. 

 

 

Firdovsiyyə ƏHMƏDOVA 



 

525-ci qəzet.- 2010.- 15 sentyabr.- S.4. 

 

 

 

 



Yüklə 25,18 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə