Microsoft Word Документ Microsoft Office Word 97 2003 doc



Yüklə 108,83 Kb.
Pdf görüntüsü
tarix14.07.2018
ölçüsü108,83 Kb.
#55586

background image
Gəncə Nərimanlı bir gün yaşadı 

 

 

Bu günlərdə  Gəncədəki Mir Cəlal Paşayev adına 39 nömrəli orta məktəbdə  Nəriman 

Həsənzadə ilə görüş keçirildi. Əvvəlcə  məktəbdə yaradılmış Azərbaycan tarixi muzeyi və 

görkəmli alimlərimizdən olan Aida xanım İmanquliyevanın xatirə muzeyi ziyarət edildi.  

Hər iki muzey otaqları  və bu otaqların təşkilatçıları barədə qonaqlara ətraflı  məlumat 

verildikdən sonra gəncəlilərin öz sevimli, doğma şairi ilə təntənəli görüş mərasimi başlandı. 

Görüşü məktəbin direktoru Zakir Hüseynov açaraq, bir daha Nəriman müəllimi, gələn 

qonaqları  və  tədbir iştirakçılarını  səmimiyyətlə salamladı: "Görkəmli yazıçı Mir Cəlalın adını 

daşıyan məktəbə, Mir Cəlalın mənəvi övladı, sevimli xalq şairimiz Nəriman Həsənzadə ilə 

görüşə xoş gəlibsiniz." 

Milli Aviasiya Akademiyasının hüquq kafedrasının müdiri, professor İbrahim Quliyev 

tədbirdə  çıxış edərək Nəriman Həsənzadə yaradıcılığının,  şəxsiyyətinin özünəməxsus 

xüsusiyyətlərindən söz açdı. 

Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Çingiz Musayev Gəncə  şəhər  İcra 

Hakimiyyətinin başçısı Eldar müəllimin salamlarını şairə və tədbir iştirakçılarına çatdıraraq, bu 

günün gəncəlilər üçün çox xoş, əlamətdar bir gün olduğunu söylədi: "Bu gün Gəncə dəyərli bir 

yetirməsi ilə görüşür. Öz doğma Gəncənizə xoş  gəlibsiniz,  şair! Sizi bütün Azərbaycan xalqı, 

bütün türk dünyası çox sevir. O cümlədən gəncəlilər." 

Şairin ilk məhəbbət beşiyi olan Gəncə Dövlət Pedaqoji Universitetinin rektoru Elman 

Məmmədov çıxış edərək dedi: "Fəxr edirik ki, Nəriman Həsənzadə kimi böyük şairimiz bizim 

universiteti bitirib. Universitetimizdə  Nəriman müəllimin yaradıcılığı geniş  tədqiq olunur. 

Qocaman professorumuz Sadıq  Şükürov  şairin yaradıcılığını müxtəlif istiqamətlərdən tədqiq 

edir." 

Elman müəllim onu da xatırlatdı ki, 2007-ci ildə biz Gəncə Dövlət Universitetində sevimli 



xalq şairimizlə möhtəşəm bir görüş keçirmişik. Həmin görüşün xoş təəssüratları, əks-sədası hələ 

də qulaqlarımızdadır. 

Mir Cəlal adına məktəbin şagirdi, ən kiçik yaşlı tədbir iştirakçısı Günel Veyisovanın şairin 

şərəfinə söylədiyi "Xoş gəlibsiniz" şeri sürəkli alqışlara səbəb oldu. 

Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Mahal Əliyev, "Qafqaz Mediya" İctimai Birliyinin 

rəhbəri Azadə Taleh, Nəriman müəllimin yaxın qohumu Nübar xanım, "Bahar" Uşaqlara qayğı 

İctimai Birliyinin rəhbəri Afət Cəlilova, professor Sadıq  Şükürov, Fuad Əliyev,  şair-publisist 

Ramin Qurban məktəbin Azərbaycan dili və  ədəbiyyat müəllimi Aybəniz Möhsümova, Lalə 

Şabanova və başqalarının çıxışları da maraqla qarşılandı.  

Tədbirdə  Gəncə  Uşaq evinin istedadlı körpələri də  şairin  şərəfinə "Mənim Nəriman 

babam" adlı  bədii kompozisiya nümayiş etdirdilər. Çıxışlarla növbəli  şəkildə  səsləndirilən 

musiqilər, muğam və  təsniflər, Nəriman Həsənzadənin  şeirlərinə  bəstələnmiş musiqilər 

iştirakçılarda xoş ovqat yaradırdı. 

Beləliklə, Gəncə Nərimanlı bir gün yaşadı.  

Tədbirin sonunda Nəriman müəllim bütün çıxış edənlərə, tədbirin təşkilatçılarına və 

iştirakçılara, eləcə də bütün gəncəlilərə minnətdarlığını bildirib, yeni şeirlərini oxudu. 



 

 

R.Qurban 



 

Ədəbiyyat qəzeti.- 2010.- 25 iyun.- S.6. 

 

 

Yüklə 108,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə