Microsoft Word Dovl?t qullugu haqq?nda qanun doc



Yüklə 157,02 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix19.10.2018
ölçüsü157,02 Kb.
#74631
  1   2   3   4   5   6   7


Dövlət qulluğu haqqında 

 AZƏRBAYCAN RESPUBL KASININ QANUNU 

 

I   f ə s i l  



 ÜMUM  MÜDDƏALAR 

M a d d ə   1 .



 Qanunun məqsədi  

 Bu  Qanun  Azərbaycan  Respublikasında  dövlət  qulluğu  sahəsində  dövlətlə  dövlət 

qulluqçuları arasında yaranan münasibətləri və dövlət  qulluqçularının hüquqi vəziyyəti ilə bağlı 

məsələləri tənzimləyir. 

 

M a d d ə   2 .



 Dövlət qulluğu  

 2.1.  Dövlət  qulluğu  Azərbaycan  Respublikasının  Konstitusiyasına  və  digər  qanunvericilik 

aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və  funksiyalarının həyata keçirilməsi sahəsində 

dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 

 2.2.  Bu  Qanun  icra,  qanunvericilik  və  məhkəmə  hakimiyyətləri  orqanlarının  aparatlarında 

dövlət qulluğu keçən  qulluqçulara şamil edilir. 

 

 2.3.  Bu  Qanun  Azərbaycan  Respublikası  vətəndaşlarının  dövlət  qulluğuna  girmək 



hüququna,  dövlət  qulluğuna  qəbulun  müsabiqə  və  şəffaflıq  əsasında  həyata  keçirilməsinə  aid 

müddəaları    prokurorluq,  ədliyyə,  milli  təhlükəsizlik,  sərhəd  xidməti,  daxili  işlər,  gömrük,  vergi, 

xarici  işlər  və  feldyeger  rabitəsi  orqanlarında,  Azərbaycan  Respublikasının  Milli  Bankında  

dövlət qulluğu keçən şəxslərə də şamil edilir. 

 

 2.4.  Bu  Qanunda  başqa  hal  nəzərdə  tutulmayıbsa,  bu  Qanun  hərbi  qulluqçulara  şamil 



edilmir. 

 

 2.5.  Bu  Qanun  müvafiq  icra  hakimiyyəti  orqanlarının  tabeliyində  olan  müəssisələrin 



işçilərinə  şamil  edilmir.  Bu  işçilərin  qulluğu  ilə  bağlı    məsələlər  Azərbaycan  Respublikasının 

Ə

mək Məcəlləsi ilə tənzimlənir. 



2.6.  Bu  Qanunun  2.3-cü  maddəsində  göstərilən  orqanlarda  dövlət  qulluğunda  çalışan 

şə

xslərə müvafiq qanunlarla nəzərdə tutulmuş təminatlar "dövlət qulluğu haqqında" Azərbaycan 



Respublikasının  Qanunu  ilə  müəyyən  edilmiş  təminatlardan  az  olduqda,  "Dövlət  qulluğu 

haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş təminatlar şamil edilir. 

 

 

M a d d ə   3 .



 Dövlət qulluğunun əsas vəzifələri  

3.1. Dövlət qulluğunun əsas vəzifələri aşağıdakılardır: 

 3.0.1.  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  digər  qanunvericilik  aktları  əsasında 

vətəndaşların hüquq və azadlıqlarının təmin  edilməsi; 

 3.0.2. dövlət orqanlarının səlahiyyəti hüdudlarında qərarların hazırlanması, qəbul edilməsi, 

icrası və icraya nəzarət edilməsi; 

 3.0.3.  dövlət  orqanlarının  səmərəli  fəaliyyətinin  və  dövlət  qulluqçuları  tərəfindən  vəzifə 

səlahiyyətlərinin yerinə yetirilməsinin təmin  edilməsi. 

 

M a d d ə   4 .



 Dövlət qulluğunun prinsipləri  

 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 

 4.1.1. qanunçuluq; 

 4.1.2.  Azərbaycan  Respublikasında  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti 

orqanlarının səlahiyyət hüdudlarının müəyyən  edilməsi; 

 4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi; 




 4.1.4.  yuxarı  dövlət  orqanlarının  və  vəzifəli  şəxslərin  öz  səlahiyyətləri  hüdudlarında  qəbul 

etdikləri qərarların aşağı dövlət orqanları və  vəzifəli şəxslər tərəfindən mütləq yerinə yetirilməsi; 

 4.1.5. bütün vətəndaşların və vəzifəli şəxslərin dövlət qulluqçularının qanuni tələblərini icra 

etməyə və qanuni hərəkətlərini müdafiə  etməyə borclu olması; 

 4.1.6. dövlət qulluğuna girmənin şəffaflığı; 

 4.1.7. vətəndaşların dövlət qulluğuna müsabiqə əsasında girməsi; 

 4.1.8.  vətəndaşların  öz  qabiliyyətlərinə,  xidməti  nailiyyətlərinə  və  peşə  hazırlığına  uyğun 

olaraq dövlət qulluğunun hər hansı vəzifəsini  tutmaqda hüquq bərabərliyi; 

 4.1.9. irqindən, milliyyətindən, dilindən, cinsindən, sosial mənşəyindən, ailə, əmlak və qulluq 

vəziyyətindən,  yaşayış  yerindən,  dinə    münasibətindən,  əqidəsindən,  ictimai  birliklərə 

mənsubiyyətindən,  habelə  qulluqçuların  işgüzarlıq  keyfiyyətlərinə  dəxli  olmayan  başqa  

səbəblərdən asılı olmayaraq dövlət qulluqçularının hüquq bərabərliyi; 

 4.1.10.  dövlət  qulluqçularının  sosial  və  hüquqi  müdafiəsi,  onların  özləri  və  ailələri  üçün 

ləyaqətli yaşayış səviyyəsinin təmin edilməsi; 

 4.1.11. qulluq borcunun yerinə yetirilməsi üçün dövlət qulluqçusunun cavabdehlik daşıması, 

eləcə də dövlət qulluqçusunun  hərəkətlərinə görə dövlət orqanının cavabdehlik daşıması. 

 4.2. Dövlət orqanlarında siyasi partiyaların və ictimai birliklərin strukturları yaradılmır. 

 4.3.  Dövlət  qulluqçuları  vəzifə  borclarını  yerinə  yetirərkən  Azərbaycan  Respublikası 

Konstitusiyasını  qanunlarını  və  onlara  müvafiq  olaraq  qəbul  edilmiş  digər  qanunvericilik 

aktlarını  rəhbər  tuturlar  və  siyasi    partiyaların  və  ictimai  birliklərin  qərarlarının  onlara  dəxli 

yoxdur. 

 

 



M a d d ə   5 .

 Dövlət qulluğunu idarəetmə orqanları  

 5.1.  Azərbaycan  Respublikasında  bu  Qanunun  tətbiqinə  nəzarəti,  dövlət  qulluğunun 

normativ-metodiki  təminatını,  Azərbaycan    Respublikasında  dövlət  qulluqçuları  kateqoriyasına 

aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət  Qulluğunu 

darəetmə Şurası həyata keçirir (bundan sonra—Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 

6  üzvü  Azərbaycan    Respublikasının  Prezidenti  tərəfindən,  6  üzvü  Azərbaycan  Respublikası 

Milli  Məclisinin  sədri  tərəfindən,  6  üzvü  isə  Azərbaycan    Respublikası  Konstitusiya 

Məhkəməsinin  sədri  tərəfindən  təyin  edilir.  Şuranın  səlahiyyətləri  qanunla  təsdiq  edilən 

Ə

sasnamə ilə müəyyən  edilir. 



 5.2.  Şura  dövlət  orqanı  deyil  və  onun  üzvləri  öz  səlahiyyətlərini  ictimai  əsaslarla  həyata 

keçirirlər. 

 5.3.  Şuranın  qəbul  etdiyi  qərarların  məcburiliyi  müvafiq  dövlət  qulluqçuları  üçün  müvafiq 

olaraq Azərbaycan Respublikasının Prezidenti,  Azərbaycan Respublikası Milli Məclisinin sədri 

və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir. 

 

M a d d ə   6 .



 Dövlət qulluğu haqqında qanunvericilik  

 Dövlət qulluğu haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu 

Qanundan,  Azərbaycan  Respublikasının    tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələr,  Azərbaycan 

Respublikasının  dövlət  qulluğunu  hüquqi  cəhətdən  tənzim  edən  və  dövlət    qulluqçularının 

hüquqi vəziyyətinin xüsusiyyətlərini müəyyən edən digər qanunvericilik aktlarından ibarətdir. 

I I   f ə s i l  



 DÖVLƏT ORQANLARI 

M a d d ə   7 .



 Dövlət orqanı anlayışı  


Yüklə 157,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə