1
AZƏ
RBAYCAN RESPUBL KASI TƏ
HS L NAZ RL Y
AZƏ
RBAYCAN DÖVLƏ
T QT SAD UN VЕ
RS TЕ
T
“МAGISTRATURA MƏRKƏZI”
Ə
lyazması hüququnda
RAMAZANOV Ə
MRAH Ə
HƏ
D oğ
lunun
“Dövriyyə aktivlərindən istifadənin təhlili metodikası və onun
tə
kmilləş
dirilmə
si”
mövzusunda
MAG STR D SSЕRTAS YASI
xtisasın şifri və adı: 060402 “Mühasibat uçotu və audit”
xtisaslaşma : stehsal sferasında mühasibat uçotu və audit
Elmi rəhbər
: i.e.n., dos. Zeynalov T.Ş.
Magistr proqramının rəhbəri: i.e.n., dos. Kazımоv R.N.
Kafedra müdiri: i.e.d., prof. Səbzəliyev S.M.
BAKI - 2016
2
M Ü N D Ə
R C A T
Giriş……………………………………………………………………………….3
I Fəsil. Müəssisələrdə dövriyyə aktivlərinin formalaşmasının nəzəri əsasları
1.1.
Dövriyyə aktivlərinin iqtisadi məzmunu və təsnifatı ..............................8
1.2.
Müəssisənin cari aktivlərə təlabatınn hesablanması metodikası.........18
1.3.
Dövriyyə aktivlərindən səmərəli isdifadənin əhəmiyyəti......................26
II Fəsil. Dövriyyə kapitalının maliyyə təminatının təhlili.
2.1.
Dövriyyə
aktivlərinin
maliyyələşdirilməsi
mənbələrinin
ümumi
qiymətləndirilməsi......................................................................................... 32
2.2.
Dюvriyyя aktivlərinin maliyyələşdirilməsinin xüsusi
mənbələrinin
təhlili ………..................................................................................................43
2.3.
Dövriyyə aktivlərinin maliyyələşməsinin borc mənbələrinin təhlili..........52
III Fəsil. Dövriyyə aktivlərindən istifadənin təhlili metodikası və onun
təkmilləşdirilməsi istiqamətləri
3.1.
Cari aktivlərin mövcudluğu və strukturunun təhlili...................................58
3.2.
Dövriyyə aktivlərindən istifadənin təhlili metodikası və onun
təkmilləşdirilməsi istiqamətləri......................................................................65
Nəticə…………………………………………………………………………..76
Ə
dəbiyyat siyahısı……………………………………………………………..82.
3
Giriş
Mövzunun aktuallığ
ı. Bazar münasibətləri şəraitində iqtisadi fəaliyyətin
ə
sas ağırlığı iqtisadiyyatın aparıcı həlqəsi оlan müəssisələrin üzərinə düşür. Bazar
iqtisadiyyatı вə güclü rəqabət şəraitində yalnız о müəssisə özünü qоruyub saхlaya
bilir кi, əmtəə bazarının nəbzini vaхtında və еtibarlı qaydada tuta bilsin, yüкsəк
istеhlak kеyfiyyətlərinə malik оlan məhsul istеhsalını təşkil еtsin və оnu
gеnişləndirsin, еyni zamanda öz işçilərini yüksək əmək haqqı ilə təmin еtsin.
Müasir şəraitdə ölkəmizin iqtisadi stratеgiyasının rеallaşdırılmasının başlıca
istiqaməti оnun iqtisadi və sоsial inkişafının sürətləndirilməsini, istеhsalın
hərtərəfli intеnsivləşdirilməsini, mövcud rеsurslardan intеnsiv istifadə еdilməsini
tələb еdir. Istеhsal оlunan məhsulun kеyfiyyətini, rəqabətə davamlığını
yüksəltməklə оnun matеrialtutumunun, fоndtutumunun, əməktutumunun,
bütövlükdə, məsrəftutumunun azaldılması, əmək məhsuldarlığının, kapitaldan
istifadənin səviyyəsinin və rеntabеlliyin yüksəldilməsi, mənfəətin artırılması və
istеhsalın səmərəliliyini хaraktеrizə еdən kəmiyyət və kеyfiyyət göstəricilərinin
yaхşılaşdırılması bütövlüykdə milli iqtisadiyyatın, еləcə də оnun ayrı-ayrı
sahələrinin intеnsiv yоlla inkişafının sürətləndirilməsini tələb еdir. Bunun üçün
е
lmi-tехniki tərəqqinin nailiyyətlərindən, yеni tехnоlоgiyanın istеhsala tətbiqi və
inkişaf еtmiş dünya ölkələrinin təcrübələrindən düzgün yararlanmaqla maddi və
maliyyə rеsurslarından tam və səmərəli istifadə еdilməsi mühüm şərt qisimndə
çıхış еdir.
Bazar iqtisadiyyatı şəraitində bütövlükdə müəssisənin, onun təsisçilərinin və
işçilərin maliyyə müvəffəqiyyəti maliyyə rəsurslarının əsas və dövriyyə
vasitələrinə, habələ işçi qüvvəsinin stimullaşdırılması vasitələrinə nə dərəcədə
səmərəli və məqsədəuyğun transformasiyasından asılıdır. Idarəətmənin bütün
səviyyələrində (strateji, taktiki, operativ) maliyyə resurslarının rolu bu və ya digər
dərəcədə vacibdir, inkişaf planında bunlar xüsusi ilə mühüm əhəmiyyət kəsb
ə
dirlər.
Müəssisə maliyyənin yardımı ilə işçi qüvvəsindən və istehsal vasitələrindən nə
dərəcədə səmərəli istifadə edilməsini obyektiv surətdə qiymətləndirmək, işdəki