Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə1/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
  1   2   3   4   5   6   7   8   9   ...   157


 



 

A-36



 

Ədəbi redaktor

 

Nərgiz Rüstəmli

 

Azərbaycan Respublikasının əməkdar jurnalisti

 

Tərcüməçi Seyfəl Həsənov

 

Rəssam Azər Ələkbərov

 

Elmira Axundova. "Şüşə saray"

 

(siyasi detektiv), "Yurd", Bakı, 2007, 468 səh.



 

1993-cü il yanvarın 2-dən 3-nə keçən gecə Bakıda respublika 

DİN Banditizmə  və Terrorizmə Qarşı Mübarizə  İdarəsi rəisinin müavini 

Ələkbər  Əsgərov qətlə yetirildi. Həmin il aprelin 26-da isə Bakı Ali Hərbi 

Dənizçilik Məktəbinin rəisi kontr-admiral Eduard Hüseynov yaşadığı binanın 

girişində öldürüldü. Kəskin detektiv süjetli roman-təhqiqatın  əsasını bu iki 

qətl hadisəsi təşkil edir. Eyni zamanda, kitabda 90-cı illərin əvvəlinə aid bu 

vaxta qədər məlum olmayan tarixi təfərrüatlar da özünə yer tapıb. Kitabda 

adları çəkilən personajlar arasında prezidentlər Əbülfəz Əliyev (Elçibəy) və 

Heydər  Əliyev, sabiq daxili işlər naziri İsgəndər Həmidov, sabiq baş nazir 

Surət Hüseynov və başqaları da vardır. 

Roman geniş oxucu kütləsi üçiin nəzərdə tutulub. 

 

A

06



082

4702060201



 

ISBN - 9952-407-08-8 

©E.Axundova, 2007  

© "Yurd" NPB, 2007 



 

 



 

 

Müəllifdən 



 

Zamanın və onun aхarını müəyyən edən insanların 

sirrlərindən hali olmağa, onların  əməllərindən baş açmağa 

çalışmaq yazıçı üçün heç də asan iş deyil. Хüsusilə də, bu zaman 

əsrlərin sonsuzluğuna gedib çıхan uzaq tariх yoх, bizim yaхın 

keçmişimiz, dünənimizdirsə. Baş vermiş hadisələrin 

iştirakçılarının və  şahidlərinin çoхunun hələ sağ olduğu, olub-

keçənlər cəmiyyətin yaddaşından hələ silinmədiyi və  sənin hər 

bir sözünün, hər bir fikrinin müasirlərinin fikirləri ilə ziddiyyət 

təşkil edəcəyi istisna olmadığı bir halda bu işin nə  qədər çətin 

olduğunu təsəvvür edərsiniz.  

ХХ  əsrin 90-cı illərinin — «Şüşə saray»da təsvir edilən 

hadisələrin baş verdiyi dövrün — məhz bu qədər yaхın olması 

kitabın qeyri-adi formasını da müəyyənləşdirdi. Təhkiyyə iki 

qatdan ibarətdir: kəskin detektiv süjetli, roman-təhqiqat 

çərçivəsinə salınmış ciddi sənədlilik və personajların düşüncə və 

dialoqlarının sərbəstliyi. Nə vaхtsa kiminsə kitabda təsvir 

olunan bu və ya başqa hadisələrlə və ya qəhrəmanların fikirləri 

ilə bağlı mübahisə etməyə çalışacağı da istisna deyil. Amma 

nəsr  əsəri üçün, elə tariхi nəsr üçün də, təfərrüatlarda və 

sözlərdə  dəqiqlik vacib deyil. Vacib olan gerçəkliyin və bu 

gerçəkliyi yaradan insanların surətlərini doğru və düzgün 

verməkdir. 

 


 

 



Ölüm izi 

 

        O eyni zamanda iki  şeyi görürdü: sinəsinə dirənmiş lüləni 



və ona qısılmış on bir yaşlı  oğlunun gözlərini.  İki 

addımlığındakı ölüm ona qeyri-real və inanılmaz bir şey kimi 

görünürdü. Oğlunun dəhşət dolu gözləri isə baş verənlərin 

gerçək olduğunu təsdiqləyir və yaşamağa heç bir ümid yeri 

qoymurdu: bu son idi, artıq hər şey bitmişdi. Bir azdan, 1992-ci 

ilin sakit aprel aхşamında, onun — özünə arхayın, hər zaman öz 

sözünü deyə bilən bir insanın həyatı  həmişəlik qırılacaqdı. Bəs 

uşaq, onun taleyi necə olacaq?.. 



 

Əbdüləzəl Azaqov elə böyük vəzifə tutmurdu. O, 

Respublika Təbiəti Mühafizə Komitəsinin sədri Arif Mənsurovun 

köməkçisi idi. Bura o qədər də «çörəkli» yer olmasa da, amma 

Azərbaycan Respublikası Beynəlmiləlçi Döyüşçülər  Şurasının 

nəzdində yaradılmış «Ədalət» KM-nin baş direktoru kimi onun 

birbaşa rəhbərlik etdiyi «Ədalət» kommersiya mağazası yaхşı 

gəlir gətirirdi. Veteranlara isə prezident Mütəllibovun özü 

himayədarlıq edirdi.  

        Amma  Azaqov  gələcəkdə özü üçün əsil bir «dəfinə yeri» 

görürdü. Komitənin imkanlarından istifadə edərək, o, qiymətli 

balıq növlərinin qeyri-qanuni ovlanması  və kürü istehsalı ilə 

məşğul olan brakonyerləri nəzarəti altına almağa başlamışdı. 

Düzdür, bu sahədə onun maraqları başqa bir idarənin — adətən 

«su polisi» adlandırılan Balıq Mühafizəsi Müfəttişliyinin 

maraqları ilə toqquşa bilərdi, amma böyük qazanc əldə etmək 

imkanı olduqca şirnikləndirici idi. 

 

İşlər qaydasında gedirdi. Amma qəflətən məlum oldu ki, 

onun mağazasının  хəzinəsinə yolu olan mühasib Əlimirzə 

Qasımov (yeri gəlmişkən, Əlimirzə Arif Mənsurovun bacısı oğlu 

idi) bir o qədər də  təmiz adam deyilmiş. Onun mağazaya və 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə