Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması,
əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi
haqqında
[1]
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
[2]
Bu Qanun Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud
uşaqlar barəsində dövlət siyasətini müəyyən edir, əlilliyi və uşaqların sağlamlıq imkanları
məhdudluğunu doğuran səbəblərin aradan qaldırmasına, əlillərin və sağlamlıq imkanları
məhdud uşaqlar reabilitasiyasına, ictimai həyatın bütün sahələrində iştirak etmək üçün
əlillərin və sağlamlıq imkanları məhdud uşaqlarbütün başqa vətəndaşlarla bərabər imkanlar
almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə
kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.
[3]
I. ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların hüquqi vəziyyətinin
əsasları
Azərbaycan Respublikasında əlillər və sağlamlıq imkanları məhdud uşaqlar BMT Baş
Məclisinin qəbul etdiyi əlillərin hüquq bəyannaməsində, Azərbaycan Respublikasının
Konstitusiyasında, bu Qanunda və başqa qanunvericilik aktlarında təsbit olunmuş bütün sosial-
iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malikdirlər.
Əlillər və sağlamlıq imkanları məhdud uşaqlar barəsində ayrı-seçkilik qadağandır və
qanunla təqib edilir.
[4]
Maddə 2. Əsas anlayışlar
Əlil – anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar
nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxsdir.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq — orqanizmin ümumi inkişafının
pozulmasına səbəb olan müxtəlif əqli, ruhi, fiziki qüsurlar və xəstəliklər nəticəsində həyat
fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan uşaqdır (bundan sonra —
sağlamlıq imkanları məhdud uşaq (18 yaşınadək şəxs).
Şəxsin həyat fəaliyyətinin məhdudlaşması əlilin və sağlamlıq imkanları məhdud uşağın
özünəxidmət, hərəkət, səmtlənmək, ünsiyyət, öz davranışına nəzarət, habelə təhsil almaq, əmək
fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini və ya imkanlarını tamamilə, yaxud qismən
itirilməsində təzahür edir.
Əlilliyin, uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması – əlilliyin,
uşaqların sağlamlıq imkanları məhdudluğunun baş verməsi və ağırlaşması hallarına qarşı
yönəldilmiş tibbi, ekoloji, gigiyenik, texniki təhlükəsizlik, idman və digər tədbirlər sistemidir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası – orqanizmin
funksiyasının davamlı pozulması nəticəsində baş verən həyat fəaliyyətinin məhdudlaşmasının
aradan qaldırılmasına, yaxud kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman,
sosial-iqtisadi və digər tədbirlər sistemidir. Reabilitasiyanın başlıca məqsədi əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların sosial adaptasiyası və sosial statusunun reabilitasiya
olunmasıdır.
Tibbi reabilitasiya – orqanizmdə anadangəlmə, yaxud sonradan baş verən xəstəlik və ya
zədələr nəticəsində pozulmuş funksional qabiliyyətlərin tibbi və digər metodlara
reabilitasiyasına və kompensasiyasına yönəldilmiş tədbirlər sistemidir.
Peşə-əmək reabilitasiyası – əlilin əvvəlki, yaxud yeni peşədə əmək qabiliyyətinin
qaytarılması məqsədi ilə zəifləmiş, yaxud itirilmiş funksiyasının reabilitasiyasına, peşə
seçilməsinə, işə düzəldilməsinə və ya onun yeni peşəyə uyğunlaşdırılmasına yönəldilmiş
tədbirlər sistemidir.
Sosial reabilitasiya – əlillərin və sağlamlıq imkanları məhdud uşaqların həyat
səviyyəsinin yaxşılaşdırılmasını, onlara cəmiyyətin həyatında iştirak etmək üçün digər
vətəndaşlarla bərabər imkanlar yaradılmasını təmin edən tədbirlər sistemidir.
Əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi – əlillərin və
sağlamlıq imkanları məhdud uşaqların həyat fəaliyyətinin məhdudlaşdırılmasının aradan
qaldırılmasını, kompensasiya edilməsini, cəmiyyətin həyatında onlara digər vətəndaşlarla
bərabər imkanlar yaradılmasını nəzərdə tutan iqtisadi, sosial və hüquqi dövlət təminatları
sistemidir.
[5]
Maddə 3. Tibbi-sosial ekspertiza
[6]
Tibbi-sosial ekspertiza orqanizmin funksiyalarının davamlı pozulmaları nəticəsində həyat
fəaliyyətinin məhdudlaşdırılmasının qiymətləndirilməsi əsasında vətəndaşın sosial müdafiə
tədbirlərinə olan ehtiyaclarının müəyyən edilməsidir.
Tibbi-sosial ekspertiza müayinə olunan şəxsin klinik, funksional, sosial, məişət, peşə,
əmək, psixoloji imkanlarının kompleks qiymətləndirilməsi yolu ilə əlillik, uşaqların sağlamlıq
imkanlarının məhdudluğu meyarlarına uyğun olaraq həyata keçirilir.
Tibbi-sosial ekspertiza tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir.
Tibbi-sosial ekspert komissiyaları haqqında və əlilliyin, uşaqların sağlamlıq imkanları
məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnamələr müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
[7]
Maddə 3-1. Psixoloji-tibbi-pedaqoji komissiya
Uşaqlarda fiziki çatışmazlıqların, əqli və (və ya) psixi ləngimələrin diaqnostikasının
aparılmasını, bunun əsasında onların xüsusi təhsilə cəlb olunması barədə qərar qəbul
edilməsini, valideynlərinə və ya digər qanuni nümayəndələrinə müvafiq məsləhətlər
verilməsini, mübahisəli məsələlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən
yaradılan və daimi fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiya həyata keçirir.
Sağlamlıq imkanları məhdud şəxslərin valideynlərinin və ya digər qanuni
nümayəndələrinin psixoloji-tibbi-pedaqoji komissiya tərəfindən aparılan müayinədə və
müayinə nəticələrinin müzakirəsində iştirak etmək hüquqları vardır.
[8]
Maddə 4. Əlilliklə və uşaqların sağlamlıq imkanları məhdudluğu ilə bağlı tələbatın
müəyyənləşdirilməsi
[9]
Əlilliklə və
uşaqların
sağlamlıq
imkanları
məhdudluğu
ilə bağlı
tələbatın
müəyyənləşdirilməsi qaydası və şərtləri tibbi-sosial ekspert komissiyasının rəyinə əsasən və
əlilin, sağlamlıq imkanları məhdud uşağın peşə və məişət fəaliyyəti, təhsil alma qabiliyyəti
nəzərə alınmaqla təyin edilir. Əlilin, sağlamlıq imkanları məhdud uşağın zəruri sosial
müdafiəsinin növləri və həcmləri tibbi, sosial-əməkreabilitasiyasına və uyğunlaşmasına dair
fərdi proqram şəklində təqdim olunur.
[10]