Microsoft Word Elmi mecmue 16



Yüklə 61,49 Kb.
Pdf görüntüsü
tarix15.03.2018
ölçüsü61,49 Kb.
#32529


 

 

БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ 



ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН  

 

 



ELMИ

 

МЯЪМУЯСИ 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

№ 16 


 DEKABR (ARALIK) 2011 




“Kitabul idrak fi lisanil ətrak” 

 

253



 

 

KİTABUL İDRAK Fİ LİSANİL ƏTRAK” 



 

Tərlan Paşa oğlu MƏLİKOV 

Bakı Dövlət Universiteti 

Şərqşünaslıq fakültəsi, müəllim 

Bakı / Azərbaycan 

terlan_malikov@mail.ru 

tel: (051) 850 09 99 

ev: (012) 596 85 89 

 

 



 

Məşhur  Ərəb filoloqu Əbu Həyyan 1312-ci ildə yazdığı  əhəmiyyətli  əsəri 

“Kitabu l-Idrak fi Lisani'l-ətrak”da zəngin və orijinal bir dil vəsaiti ortaya 

çıxarmışdır. Onun əsərinin söz varlığında iştirak edən müxtəlif türk boy və qövm 

adlarıyla  əlaqədar  əhəmiyyətli qeydlər onun türk dünyası haqqındakı  zəngin 

məlumatını göstərməkdədir 

5,254.  

Əbu Həyyan  Əl-Qərnəti  əl-Əndəlusinin “Kitabul idrak fi lisanil ətrak” adlı  

mühüm əsəri ümumi türkçülüyə aid məlumatın sahib olduğu yüksək elmi intellektual 

səviyyəyə layiq şəkildə, olduqca geniş olduğunu da sübut etməkdədir. Əbu Həyyanın 

məlumatı daxilindəki Türk dünyasının yaşadığı məmlük-qıpçaq sahəsindəki varlıqla 

məhdud qalmadığını göstərən, geniş bir coğrafi sahəyə yayılan müxtəlif Türk 

boylarına aid qeydlər əsərin daxilində diqqəti cəlb etməkdədir.  Bu məlumatda, 14-cü 

əsrdə  Əbu Həyyanın məlumat süzgəcindən keçərək  şəkillənən Kitabu'l-İdrak' 

əsərindəki Türk dünyasının sərhədləri, Türk boy və qövm adları ilə əlaqədar qeydlər 

əsasında, dövrün siyasi, ictimai və coğrafi dünyasındakı mövqeləri təməlində, dil və 

tarixi dərinliklər verilərək araşdırılmağa çalışılmışdır 

23.62. 

Əbu Həyyan 1312-ci ildə Misirdə tamamladığı “Kitabu'l-İdrak”  əsərin ön 

sözündə "Bu kitabı yazmaqda məqsədim Türk dilinin böyük bir qismini lüğət, sərf və 

nəhv baxımından qeyd etməkdir"' deyərək bölgənin daha əvvəl bir çox müəllif 

tərəfindən fərqli terminlərlə adlandırılan dil vəziyyətini standart şəkliylə, yalnız 

'Türkü' (Türk dili) olaraq ortaya çıxarmışdır. Qarışıq dil quruluşu  əks etdirən bir 

bölgədə, inkişaf etməkdə olan dilə standart bir quruluş qazandırmağa istiqamətli bir 

rəftar olaraq qiymətləndirə biləcəyimiz bu ifadə,  Əbu Həyyanın Türklüyə  və Türk 



Tərlan Paşa oğlu MƏLİKOV  

 

254 



dilinə elmi dünyagörüşünü də ortaya qoymaqdadır.  Əbu Həyyan  əsərində Misirdə 

danışılan ədəbi Türk dilini vermə səyində olmuş, bölgədəki dialektoloji fərqlilikləri 

bəzən qrammatika və lüğət qisimində 'Qıpçaq' və 'Türkmən' qeydləri düşərək ortaya 

qoymuşdur 

8,5-6. 

Dövrünün ən böyük qrammatika alimlərindən biri olan Əbu Həyyanın Türk dili  

üçün yazdığı bu əsər ümumi Ərəb qrammatika nəzəriyyələrindən fərqli bir xəttdə 

dayanmaqdadır.  Əsər yalnız Misirdəki idarəçi sinifin dilinin başa düşülməsi üçün 

praktik məqsədlərlə yazılmış bir kitab olmaqdan çox, elmi bir yanaşma ilə  nəzəri 

məqsədlərlə  qələmə alınmış bir əsərdir.  İtalyan Arabist Giuliano Lancioni Əbu 

Həyyan kimi məşhur bir dilçinin Türkcəyə bu cür maraq duyub, belə bir əsər ortaya 

qoymasında, dövrün hakimi Türklərin dilinə olan marağın kafi bir səbəb ola 

bilməyəcəyini, bunun daha başqa səbəbləri olduğunu ifadə etməkdədir. Ön Asiyada 

köklü bir mədəniyyət quran və bölgənin  İslam dünyasında parlaq bir yer tutmasını 

təmin edən məmlük türkləri, ərəb cəmiyyəti içində böyük miqyasda təqdir edilmişdir 

34,288. 

Əbu Həyyan əsərinin xüsusilə qrammatika qismində türk dili üçün etdiyi bütün 

tərifləri incə bir şəkildə ərəb dilinin nəhv və təsrif qaydalarına uyğunlaşdırmış, bu iki 

dilin olduqca fərqli olan quruluşuna baxmayaraq yeni kateqoriyalar yaratmışdır. 

Ayrıca  əsərin lüğət qismində olan sözlərinin bu sahədə yazılmış digər məmlük 

lüğətlərindən fərqli olaraq, türklüyə aid zəngin mədəniyyət sözlərini saxlaması da bu 

fikri dəstəkləyən dəlillərdəndir.  Əsərin arxa planında yatan bu ideologiya və  Əbu 

Həyyanın türklüyə baxış  və  dəyərləndirmə meyarlarını da şəkilləndirmiş, təbii  

olaraq orijinal bir uğura çatmasını da təmin etmişdir 

25,143-159. 

14-cü  əsrdə  Məmlük dövlətinin siyasi coğrafiyasını Misir, Şam (Suriya), 

Ərəbistanın bir hissəsi ilə Anadolunun cənub bölgəsi əmələ gətirməkdə idi. Dövlətin 

paytaxtı Qahirə, Bağdaddan sonra dövrün ən mühüm mədəniyyət və elm 

mərkəzlərindən biri idi. Əbu Həyyanın Misirə Şimali Afrika yolu ilə gəlişi (1281) bu 

dövrə təsadüf edir. Misir sahəsi etnik baxımdan yerli xalq ərəblər xaricində türklər, 

çərkəzlər, rumlar, moğollar, yəhudilər və ruslardan ibarət olan qarışıq bir quruluşa 

sahib idi. Məmlüklərin bu qarışıq ictimai quruluşu içində zirvədə oturanlar türklər idi 

24,7. 

Məmlüklər dövründəki türk əhalisinin çoxunu türkmən qıpçaq boyları  təşkil 

edirdi. Bu etnik quruluş, bölgədə danışılan türkcəyə çox təsir etmişdir, Suriyada çox 

daha əvvəldən bir mövqeyə sahib türkmən dili bu sahədə müəyyən bir vaxtdan sonra 

hakim dil vəziyyətinə keçən qıpçaq türkcəsi içində alt lay olaraq qalmışdır. Burada 

türkməncəyə qarşı  qıpçaq türkcəsinin ön plana çıxması, bir anlamda qıpçaqların 




“Kitabul idrak fi lisanil ətrak” 

 

255



sosial və siyasi nüfuzunun ağırlıq təşkil etməsi nəticəsində olmuşdur. Xüsusilə  əsl 

məskənləri olan Dəşti-Qıpçaq ilə davam etdirilən ticari, ictimai və mədəni əlaqələr və 

bu sahəyə verilən dəstək də bu inkişafda  əhəmiyyətli rol oynamışdır. Bununla 

birlikdə Qıpçaq və Türkmənlər o dövrdə bir yerdə yaşayır və dil kontaktı təməlində 

bölgənin standart dil quruluşunu əmələ gətirirdilər 

41.  


Bu əsərdəki feil vəsaiti təməlini hazırladığımız müqayisəli qrammatik işimizdə 

biz bölgədəki Qıpçaq türkmən qarşılığını istər leksik istərsə də qrammatik cəhədən 

araşdırmış, dil nöqteyi nəzərindən  əsaslı sübutlara söykənən hər iki boyun o 

mühitdəki ictimai və  mədəni qarşılığını ortaya qoymağa və o bölgənin standart 

türkcə dil quruluşunu müəyyən etməyə çalışmışıq. 

Digər Məmlük-qıpçaq lüğətlərində olmayan türk boylarına və uzaq türk 

coğrafiyalarına aid qeydlər  Əbu Həyyanın ümumi türklük ilə bağlı olan çox 

istiqamətli təmasının ölçülərini əks etdirməkdədir. Həmin bu qeydlər, o vaxtdan türk 

coğrafiyasının ana xətlərini və terminologiyasını 14-cü əsrdə müəyyən etmək 

baxımından mühüm bir sübutdur. 

Kitabul İdrakda olan türk etnonim və toponimləri ilə əlaqədar qeydlər əsərdə iki 

şəkildə qarşımıza çıxmaqdadır. Birinci növ qeydlər  əsərin lüğət bölməsində 

verilmişdir. Misal üçün “toksoba” sözü “qıpçaqlardan bir qəbilə, boy” mənasını 

verir. Əsərdə boy adları “qəbilə” sözü ilə qarşılaşdırılmışdır. Ikinci növ qeydlər isə 

əsərin lüğət və qrammatika qismindəki leksik və qrammatik vahidlərə, aid olduğu 

ləhcə quruluşunun müəyyən edilməsi üçün edilən qeydlərdir. Misal üçün “qavut” 

sözünün mənası “qıpçaqlarda qovrulmuş buğda” kimidir. Ümumiyyətlə sözlərə 

edilən qeydlər bölgənin dialektik quruluşunu göstərən “qıpçaq” və “türkmən” 

qeydləridir. 

Lüğətdə qeyd olunan digər bir etnonim, məmlük  ərazisinin qıpçaqlardan  əvvəl 

əhali sıxlığını təşkil edən türkmən və türkmən altboy qrupları ilə əlaqədar qeydlərdir. 

“türk qövmlərindən birisi kimi” qeyd edilən türkmən etnonimi ilə yanaşı, tarix 

ədəbiyyatında bir müddətdən sonra bir yerdə, eyni mənada qeyd edilməyə başlanan 

oğuz etnonimi də “Kitabul İdrak”da maddəbaşı olaraq qeyd olunmaqdadır. 

Ümumiyyətlə oğuzlar türkmən adı ilə mənbələrdə yazılmış və tarixi sahədə bu adla 

tanınmışdırlar. Əsərdə oğuzların müsəlman olan qruplarına türkmən adının verildiyi 

fikri qəbul edilmişdir. Əbu Həyyanın Oğuz boyu adı üçün lüğətdə verdiyi “Yafəsdən 

sonra türklərin babasıdır” tərifi diqqəti cəlb edir. Burada türk soyu ilə bağlı 

əfsanələrə meyl edilmişdir. Tövratda mövcud rəvayətlərlə türk soyunun Nuh 

peyğəmbərin oğlu Yafəsdən gəldiyi qeyd edilir 

44. 



Tərlan Paşa oğlu MƏLİKOV  

 

256 



“Kitabul  İdrak”  əsərində türkmən (oğuz) boyuna aid iki etnonim yazılmışdı. 

Bunlardan birincisi “qınıq” türkmən qəbiləsindən bir addır. Lüğətdə  oğuz-türkmən 

boy təşkilatında olan ikinci qeyd “türklərdən bir qəbilə” qarşılığı ilə verilən 

“çəpni”dir. 

Əbu Həyyanın “Kitabul İdrak”  əsərində verdiyi bir türkmən boylarının hər iki 

qolunun da Ön Asiyada, xüsusilə Suriya bölgəsində yerləşmiş, ayrıca məmlüklər ilə 

əlaqəsi olan türkmən birlikləri olduğu diqqəti cəlb edir. Lüğətdə sadəcə bu iki 

türkmən boyunun qeyd olunması, Qınıq və  Çəpnilərin Misir-Suriya bölgəsindəki 

türkmən əhalisi içində sayca sıx bir bölük əmələ gətirməsi ilə ayrıca Anadolu və Ön 

Asiya tarixindəki əhəmiyyətli rolları ilə əlaqəli olmalıdır. 

Bunun xaricində “Kitabul İdrak”da sıx-sıx türkməncə qeydlər edilmişdir. 

Misirdəki ümumi türkcənin dialektik quruluşu içindəki türkməncə ünsürlər  əsərin 

həm lüğətçilik, həm də qrammatika qismində böyük ölçüdə verilmişdir 

46. 


Əbu Həyyanın məlumatı daxilindəki digər oğuz türkmən  ərazisi olan Anadolu 

ilə  əlaqəli qeydlər vardır. Siyasi anlamda Anadolu Səlcuqları xüsusilə Moğol 

təhlükəsinə qarşı, məmlüklər ilə  həmrəylik içində idilər. Anadolu ayrıca bəzi qul 

ticarət yollarının mühüm kəsişmə nöqtələrindən idi. Krım sahillərindən satın alınan 

qullar Sinop və Samsun limanlarına gətirilib, oradan da Anadolu da Sivas, Kayseri, 

Suriyadakı  Hələb və digər  şəhərlərdə satılırdı. Anadolu o dövrdəki adı Rum kimi 

qeyd olunmşdur. Misal üçün “qıy” (rum üslubunda tikiş tikmək) ilə “yubunlu bazarı” 

(rumların yubunlu adlı yerdə çöldə qurulan yarmarka, qırx gün çəkər) sözlərində 

Anadolunun köhnə adı Rum qeyd edilmişdir. Xususilə “Kitabul İdrak”  əsərində 

yubunlu  şəklində keçən bu bazar haqqındakı ilk bilgiləri 13-cü əsrdə  Əl-Qəzvini 

vermişdir. Tarixi mənbələrdə Yubunlu - beynəlxalq bir ticarət sərgisi olan bu təşkilat, 

Anadoluda hər il baharın  əvvəlində qurular və  qırx gün davam edərdi. Beynəlxalq 

xüsusiyyətdəki bu bazara qərbdən və  şərqdən gələn bir çox tacir qatılırdı. Türk və 

rum qulların da olduğu bu bazar qul ticarətinin  ən işlək nöqtələrindən biri idi. 

Anadoluda Sivasda və Yubunlu bazarında satılan qıpçaq  əsilli qullar Bağdad 

xəlifəliyinin,  Əyyubilərin və bölgədəki digər dövlətlərin xüsusi əsgərlərini təşkil 

etmişdirlər. 

Orta Asiyada Moğollar ilə  dəyişən siyasi və idari nizam səbəbiylə, qıpçaq 

türklərinin böyük qisminin daha yaxşı maddi şərtlər üçün Misir-Suriya ərazilərinə 

pullu  əsgər olaraq gəldikləri və ya gətirildikləri hiss olunur. Qıpçaqlar məmlük 

ərazisində istər siyasi, istərsə  də dil baxımından  ən təsirli və nüfuzlu türk boyu 

olmaqla yanaşı bu dövrdəki dilin adlandırılmasında, “qıpçaq” birbaşa dil termini 

olaraq istifadə edilməmişdir. Məmlük-qıpçaq lüğətləri içində sadəcə “bulğatul 



“Kitabul idrak fi lisanil ətrak” 

 

257



muştaq fi luğatit türk vəl qıpçaq” adlı  əsərin adında qıpçaq termini yazılmışdır. 

Bununla belə məmlük ərazisinin türk şəxsiyyəti içində ən ön planda gələn türk boyu 

qıpçaqlar idi. Tarixi qıpçaq coğrafiyasının Ön Asiyadakı qolunu təşkil edən məmlük 

qıpçaqları dövrə siyasi və mədəni baxımdan damğasını vurmuşdur 

45. 

Uyğur Xaqanlığı dövründə Bilgə Xaqan kitabəsində Runik hərfli bir kitabədə 



təsbit edilən qıpçaq adı 11-ci əsrdən etibarən Kumanlarla birlikdə  qıpçaq-kuman 

olmaqla böyük bir qövmü birlik təşkil edərək, orta dövr türk və dünya siyasətində və 

mədəniyyətində mühüm rol oynadı. Böyük bir birlik olan qıpçaq-kuman boy 

təşkilatının etnik mənşəyi olaraq hansı boylardan əmələ  gəlməsi məsələsi hələ  də 

mübahisəli bir sahədir. Boy adlarının etimologiyası da problemlidir. Tarixi mənbələr 

qıpçaq boy birliyinə girən etnonimləri fərqli-fərqli saymaqdadır. Bu nöqteyi nəzərdən 

“Kitabul İdrak fi lisanil Ətrak” əsərindəki qıpçaq boy adlarına dair qeydlər mühüm 

əhəmiyyət kəsb edir. 

Kitabul  İdrak  əsərindəki qıpçaq boy adlarının  əvvəlində “Ki toksoba” 

(qıpçaqlardan bir qəbilə) gəlməkdədir. “Ki”nin hər iki nüsxəsində (qəbiylətun minəl 

qıpçaq və  qəbiylətun minət tatarəl qıpçaq) sözün imlasında  və verilən  ərəbcə 

qarşılığında fərqlilik olduğu diqqəti cəlb edir. “Ki”nin D nüsxəsində “toksoba” 

şəklində verilən boy adı üçün “qıpçaq tatarlarından bir boydur” kimi şərh edilmişdir. 

Əsərdə verilən digər sözlərdən biri də “Ki barlı” (qıpçaq qəbilələrindən biri) 

qeyd edilmişdir. Ancaq “Ki”nin hər iki nüsxəsində də sözün ərəb hərfli imlası barlı 

şəklindədir 

44. 

“Ki yatba – yatba” qıpçaqlardan bir qəbilə olan ən köhnə tarixi mənbələrdə bu 



boy adının da imlasıyla  əlaqəli fərqli yazılışlar vardır. Yatba - yetba – yeti oba 

şəklində bir birləşmədən təşkil olmuşdur. 

Əbu Həyyanın lüğətində Bolqar etnonimi də “izi” (tanrı) sözündəki bu (z) 

səsinin köhnə türk sözlərində olmadığını  və buna yalnız bolqar sözlərində rast 

gəlindiyi qeyd edilmişdir. “Ki”də sözün içi və sözün sonu (z) səsinin bolqarlarda 

olduğunun vurğulanması diqqəti cəlb edən və əhəmiyyətlidir. “Ki” sözünün yazıldığı 

vaxtlarda “bolqar” adı Qızıl Orda Xanlığı içində bir xalq olaraq mövcud idi. Bir türk 

qövmü olaraq tarix içində qurduqları dövlətlər ilə yer alan bolqarların, xüsusilə idil-

ural bolqarlarının dilləri ilə bağlı  məlumatları 13-14-cü əsrlərdən qalma Bolqar 

məzar daşları verməkdədir. Kitabələr Qızıl Orda Xanlığı zamanında və eyni bölgədə 

yazıldığı üçün Qızıl Orda türkcəsinin də təsirini daşımaqdadır. Əbu Həyyanın verdiyi 

bu türkcənin səs tarixinə aid məlumat onun türk dilinin digər bölgələrdəki tarixi 

inkişaflarını bilərək türk dilinə hakim olduğunu, türkcənin səs dəyişimlərini doğru bir 



Tərlan Paşa oğlu MƏLİKOV  

 

258 



şəkildə ayırd edə bildiyini göstərməkdədir. “Ki”də təsbit edilən bolqar etnonimi bu 

sahəyə Qızıl Orda vasitəsilə keçmişdir. Çünki bolqar bölgəsi, onunla birlikdə Krım, 

Anadolu və İstanbula və oradan da Suriya və Misirə gedən yolların tranzit mərkəzi 

vəziyyətində idi. Bolqar ərazisi isə Qızıl Ordanın ən mühüm kənd təsərüfatı bölgəsi 

olması baxımından böyük əhəmiyyət kəsb edirdi. 

Habelə  əsərdə qeyd olunur ki, “Ki” mənşə etibarilə Xarəzm sözü olub “yaxşı” 

deməkdir. Məmlük türk mühitinin Xarəzm ilə münasibətləri olduqca qədim 

zamanlara söykənmişdir. Məmlük sahəsindəki türkcəyə Xarəzm  ərazisinin böyük 

təsiri olmuşdur. “Ki”də türkmən və  qıpçaq xaricində müəyyən sözlər üçün qeyd 

olaraq yazılmış Uyğur, Türküstan, Bolqar, Xarəzm kimi yer və boy adlarından, 

“Ki”nin müəllifi  Əbu Həyyanın türk dünyasında danışılan ləhcələr, mədəniyyətlər 

haqqında dərin bir biliyə sahib olduğu anlaşılır 

8,3-5. 

Xüsusilə yer, qövm və boy adlarının tarixi qaynaqlarda araşdırılmasının bir çox 

mədəniyyət məsələsinin, tarixi hadisələrin və yerləşmə tarixinin işıqlandırılmasında 

böyük fayda təmin edəcəyi  şübhəsizdir. Eyni şəkildə tarixi və  ədəbi mətnlərdə 

yazılan bu qeydlərin bir dil elementi olaraq filoloji işlərdə mühüm bir vəsait olacağı 

bilinməlidir. 

 

 

İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI 



 

Azərbaycan dilində 

1.

 



Azərbaycan Sovet Ensiklopediyası, Dördüncü cild, C.B. Quliyevin redaktəsi 

ilə, Bakı, 1980, 608 s. 

2.

 

Мяммядялийев В.М. Яряб дилчилийи, Бакы, Маариф няшриййаты, 1985, 287 с. 



 

Türk dilində 

3.

 



Caferoğlu Ahmet, Abu Hayyan, Kitabul İdrak fi lisanil etrak, İstanbul, 1931, 

123 s. 


 

Rus dilində 

4.

 



Баранов  Х.К.  Большой  Арабско-русский  словарь,  том 1, 10-е  издание, 

Москва 2002, 926 с. 

5.

 

 Оруджева  Л.М.  Словарь  арабских  лингвистических  терминов,  Баку, 



1977, 148 с. 

 



“Kitabul idrak fi lisanil ətrak” 

 

259



İngilis dilində 

6.

 



Filstinsky İ.M, Arabic literature. Moscow 1966, 233 p. 

 

Ərəb dilində 

7.

 

رتلاو فيلأتلا ةنجل ةعبطم .ديرفلا دقعلا .يسلدنلاا هبر دبع نبا.



 .رشنلاو ةمج

١٣٥٩


 .

٣٥٦


 

 ص

 



8.

 

فيض ىقوش روتكدلا قيقحت .ةاحنلا ىلع درلا .ىبطرقلا ءاضم نبا



 .

١٩٦٨


 .

٣٠٤


 

 ص

 



9.

 

  .ةرھاقلا .ةّيوحنلا سرادملا .فيض ىقوش



١٩٦٨

 .

٣٧٥



 

 ص

 



 

İnternet saytları 

10.


 

www.alandalis.com 

11.

 

www.andalusiniv.net 



12.

 

www.q-andalus.com 



13.

 

www.al-andalos.com 



 

 

XÜLASƏ 

 

Kitabul İdrak fi Lisanil Ətrak 



 

Məşhur  Ərəb filoloqu Əbu Həyyan 1312-ci ildə yazdığı  əhəmiyyətli  əsəri 

“Kitabu l-Idrak fi Lisani'l-ətrak”da zəngin və orijinal bir dil vəsaiti ortaya 

çıxarmışdır. Onun əsərinin söz varlığında iştirak edən müxtəlif türk boy və qövm 

adlarıyla  əlaqədar  əhəmiyyətli qeydlər onun türk dünyası haqqındakı  zəngin 

məlumatını göstərməkdədir. 



Açar sözlər: Əbu Həyyan, Kitabul İdrak fi Lisanil Ətrak, Qıpçaq, Türkmən. 

 

ABSTRACT 



 

Kitābu'l-ldrāk fi Lisāni'l-Etrāk 

The famous Arab filolog Ebū Hayyān, brought up a rich and original Turkish 

Language material in his important work Kitābu 'l-ldrāk li Lisāni'l-Etrāk which was 

written in 1312. İmportant informations concern with the names of Turkish tribes and 

groups in the vocabulary of his work, shows his deep knowledge about Turkish 

world. 


Keywords: Ebū Hayyān, Kitābu'l-ldrāk fi Lisāni'l-Etrāk, Qipchaq, Tıırkmen. 


Tərlan Paşa oğlu MƏLİKOV  

 

260 



РЕЗЮМЕ 

 

Китабул идрак фи лисанил атрак 

 

Известный  арабский  филолог  Абу  Хаййан  написал  в 1312 году  «Китабул 

идрак  фи  лисанил  атрак» - весьма  оригинальное  и  богатое  материалами 

языковое  пособие.  Существенные  примечания,  связанные  с  привлечением  в 

работу  различных  названий  тюриских  иммен  и  народностей  свидетельствуют 

общирных значениях автора в области тюркского мира.  



Ключевое слово: Абу Хаййан, Китабул идрак фи лисанил атрак, Кыпчак, 

Тюркмен. 



 

Çapa tövsiyə etdi: Akad. V.M.Məmmədəliyev 

Yüklə 61,49 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə