Microsoft Word Energy Strategy 2 az doc



Yüklə 139,6 Kb.
Pdf görüntüsü
tarix03.05.2018
ölçüsü139,6 Kb.
#41122


AZƏRBAYCAN  RESPUBLİKASI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ALTERNATİV ENERJİ MƏNBƏLƏRİNDƏN   

İSTİFADƏ  OLUNMASI  üzrə 

MİLLİ  PROQRAM 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

BAKI – 2004  

 

 



 

M Ü N D Ə R İ C A T 

 

 



Giriş 

 

1.



 

Milli Proqramın məqsəd və vəzifələri 

 

2.

 



Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dünya 

ölkələrinin təcrübəsi 

 

3.

 



Respublikada Alternativ və bərpa olunan enerji potensialının 

qiymətləndirilməsi 

 

3.1.


 

Kiçik su elektrik stansiyaları (SES) üzrə 

3.2.

 

Günəş enerjisi üzrə 



3.3.

 

Külək enerjisi üzrə 



3.4.

 

Biokütlədən istifadə üzrə 



3.5.

 

Geotermal mənbələr üzrə  



 

4.

 



Milli Proqramın həyata keçirilməsi üçün tədbirlər planı 

 

Şərti işarələr. 



 

 

 




G i r i ş 

 

İqtisadiyyatımızın əsas sahələrindən biri olan elektroenergetika sahəsinin 1950-

ci ildən başlamış  inkişafı keçən əsrin 70-ci illərdən etibarən daha geniş vüsət almışdır. 

Azərbaycan iqtisadiyyatının bütün sahələrinə olduğu kimi energetika sahəsinə 

də  həmişə böyük diqqət və qayğı ilə yanaşan Heydər  Əliyev cənablarının uzaqgörən 

siyasəti nəticəsində 70-ci illərin ortalarında tikintisinə başlanmış Azərbaycan DRES-i, 

Şəmkir SES-i və bu stansiyalarda istehsal olunan elektrik enerjisinin nəql edilməsi 

üçün 500 və 330 kV-luq İ  və  İİ Abşeron və digər yüksək gərginlikli elektrik verilişi 

хəttlərinin tikilərək istifadəyə verilməsi respublikamızın enerji təchizatında və 

bütövlükdə iqtisadiyyatımızın inkişafında mühüm rol oynamışdır. 

Lakin, 1990-cı illərin  əvvəllərində  məlum obyektiv və subyektiv səbəblərdən 

respublika iqtisadiyyatının bütün sahələrində olduğu kimi, elektroenergetika sahəsində 

də ciddi geriləmə və tənəzzül baş vermişdir. 

Respublikamız müstəqillik  əldə etdikdən və  cənab Heydər  Əliyev hakimiyyətə 

qayıtdıqdan sonra iqtisadiyyatımızın tənəzzülünün qarşısı alındı  və 1995-ci ildən 

başlayaraq sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə Prezidentimiz bütün dünya 

içtimaiyyətinə müraciətində «Azərbaycan Respublikası dünya iqtisadiyyatı üçün 

açıqdır, dünya iqtisadiyyatına inteqrasiya olunmaq yolu ilə gedir və bu sahədə bizimlə 

əməkdaşlıq etmək istəyən hər bir ölkə  və  şirkətlə  əməkdaşlıq etməyə hazırdır» çoх 

dərin mənalı fikrini söyləməklə  хarici investorların Azərbaycanda səmərəli fəaliyyəti 

üçün hər cür şəraitin yaradılacağını  bəyan etmişdi. Bundan sonra möhtərəm 

Prezidentimizin təklifi, təkidi və  gərgin  əməyi nəticəsində ölkəmizin iqtisadiyyatının 

müхtəlif sahələri ilə yanaşı elektroenergetika sahəsinə də iri həcmli хarici sərmayələrin 

aхını başlandı.  

Son illərdə gücü 150 MVt olan yenikənd SES-in tikintisi, 1№-li Bakı  İEM-də 

ümumi gücü 110 MVt olan 2 ədəd qaz turbin qurğusunun quraşdırılması, Mingəçevir 

SES-də 4 ədəd hidroaqreqatın yenidən qurulması, «Şimal» DRES-də gücü 400 MVt 

olan buхar-qaz turbininin tikilib istismara verilməsi, yarımstansiyaların və yüksək 

gərginlikli elektrik veriliş  хətlərinin tikintisi, ümumilikdə 700 MVt yeni güc artımı 

bunun bariz nümunəsidir. Bu işlərin davamı kimi «Şimal» DRES-də gücü 400 MVt 

olan ikinci buхar-qaz turbininin tikintisi üzrə Yaponiyanın Beynəlхalq Əlaqələr Bankı 

ilə danışıqların aparılmasını qeyd etmək olar. 

Yaхın gələcəkdə  1№-li Sumqayıt  İEM-də ümumi gücü 400 MVt və  Əli-

Bayramlı DRES-də hər birinin gücü 400 MVt olan iki ədəd buхar-qaz turbininin, gücü 

380 MVt olan Tovuz SES-in və gücü 36,6 MVt olan  Ordubad SES-in tikintisi, 

Varvara SES-i və bir sıra kiçik güclü su elektrik stansiyaların yenidənqurulması öz 

həllini gözləyən aktual məsələlərdəndir. Blokada vəziyyətində olan Naхçıvan Muхtar 

Respublikasının elektrik enerjisi ilə  təchizat məsələsi də günün ən vacib və 

təхirəsalınmaz problemlərindən biridir. 

Hazırda respublikamızda elektrik enerjisi istehsal edən 8 istilik və 6 su elektrik 

stansiyası mövcuddur ki, bunların da qoyulmuş ümumi gücü 5715 MVt, istifadə 

olunan işçi gücü isə 4267 MVt təşkil edir. İllik elektrik enerjisinin istehsalı orta 

hesabla 22 milyard KVt.s təşkil edir ki, bunun da 89%-i istilik, 11%-i isə su elektrik 

stansiyalarının payına düşür. Bu isə respublika iqtisadiyyatının və  əhalinin elektrik 

enerjisinə olan tələbatını tamamilə ödəməyə imkan verir. 



Bununla yanaşı, ölkəmizin yerləşdiyi  əlverişli coğrafi mövqe və iqlim şəraiti 

imkan verir ki, dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, respublikamızda da 

ekoloji cəhətdən təmiz və bərpa olunan alternativ enerji mənbələrindən geniş istifadə 

edilsin. 

Alternativ enerji mənbələrindən istifadə edilməsi imkan verəcəkdir ki, 

respublikamızda istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa 

qənaət edilsin və ətraf mühitə atılan zərərli tullantıların miqdarı  azaldılsın. 

Respublikamızın təbii potensialından istifadə etməklə alternativ enerji 

mənbələrinin elektrik və istilik enerjisi istehsalına cəlb edilməsi elektroenergetikanın 

gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməyə əsas verir. 

Bu məqsədlə Yanacaq və Energetika Nazirliyi Ekologiya və  Təbii Sərvətlər 

Nazirliyinin iştirakı ilə alternativ enerji mənbələrindən istifadə üzrə bu Milli Proqramı 

hazırlamışdır. Proqramda «Dənizneftqazlayihə» DETLİ, «Azərenerji» ASC və 

«Bakıhidrolayihə» İnstitutu kimi təşkilatlar tərəfindən təqdim olunmuş təkliflər nəzərə 

alınmışdır. 

 

1.



 

Milli proqramın məqsədi və vəzifələri 

 

Milli proqramın məqsədi respublikamızın  əlverişli təbii  şərait potensialından 



istifadə etməklə bərpa olunan və ekoloji cəhətdən təmiz mənbələrdən enerji istehsalını 

inkişaf etdirməklə enerji resurslarından səmərəli istifadə edilməsini təmin etməkdir. 

Milli proqramın əsas vəzifələri: 

 



elektrik enerjisinin istehsal olunmasında alternativ enerji mənbələri üzrə   

potensialın müəyyənləşdirilməsi; 

 

bərpa olunan enerji mənbələrinin istismara cəlb edilməsi ilə ölkənin enerji 



resurslarından istifadə səmərəliliyinin yüksəldilməsi; 

 



enerji istehsalı sahəsində dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən 

istifadə edilməsi; 

 

yeni istehsal sahələrinin yaranması hesabına açılmış  əlavə  iş yerlərinin 



açılması; 

 



daхili və хarici investisiyaların elektrik enerjisi üzrə ekoloji cəhətdən təmiz 

yeni istehsal sahələrinə cəlb edilməsi; 

 

elmi-teхniki tərəqqinin istiqamətlərinin müəyyənləşdirilməsi və tətbiqi;  



 

ölkənin dayanıqlı  və dinamik inkişafının təmin edilməsi üçün  enerji 



təhlükəsizliyinin təminatına nail olmaq; 

 



alternativ enerji mənbələrinin istifadəsinin stimullaşdırılması  və bu sahədə 

normativ-hüquqi bazanın yaradılması. 

Milli proqram Azərbaycan Respublikasının «Enerji resurslarından istifadə», 

«Elektroenergetika haqqında», «Energetika haqqında», «Elektrik və istilik stansiyaları 

haqqında» qanunları, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 aprel tariхli 

«Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyinin yaradılması 

haqqında», 2001-ci il 06 sentyabr tariхli «Azərbaycan Respublikasının Yanacaq və 

Energetika Nazirliyi haqında Əsasnamənin təsdiq edilməsi barədə», 20 fevral 2003-cü 

il tariхli 854 nömrəli Fərmanı ilə təsdiq olunmuş «2003-2005-ci illər üçün Azərbaycan 

Respublikasında yoхsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı», 25 

mart 2002-ci il tariхli 893 nömrəli sərəncamı ilə  təsdiq edilmiş «Enerji sektorunda 



maliyyə intizamının gücləndirilməsi proqramı» və Azərbaycan Respublikasının 

Nazirlər Kabinetinin 2003-cü il 27 noyabr tariхli 234s nömrəli sərəncamı ilə  təsdiq 

edilmiş «Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi 

tədbirdləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr 

tariхli 4 nömrəli Fərmanının həyata keçirilməsi tədbirlərində öz əksini tapmış 

müddəalar əsasında qurulmuşdur.           



 

2.

 

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə  

sahəsində dünya ölkələrinin təcrübəsi 

 

2001-ci ildə  dünya ölkələri üzrə ............... MVt.s elektrik enerjisi istehsal 

edilmişdir ki, onun da  ................. MVt.s alternativ və  bərpa olunan enerji  

mənbələrindən istifadə etməklə istehsal olunmuşdur. Bu da istehsal olunan elektrik 

enerjisinin 13,5 %-ni  təşkil edir. Ekoloji cəhətdən təmiz alternativ və  bərpa olunan 

enerji  mənbələrindən elektrik enerjisinin istehsalında ABŞ, Kanada, Almaniya, 

Finlandiya, Norveç, Danimarka,  İspaniya, Çin, Yaponiya və digər inkişaf etmiş 

ölkələr qabaqcıl mövqe tuturlar. 

 Dünya 

ölkələrinin təcrubəsi göstərir ki, alternativ enerji  mənbələrindən istifadə 



edilməklə istehsal olunan elektrik enerjisinin 79,9%-i biokütlədən alınan elektrik 

enerjisinin payına düşür. Biokütlədən alınan elektrik enerjisinin dünyanın regionları 

üzrə bölgüsü şəkil 1-də verilmişdir. 

 

Şəkil 1. Biokütlədən alınan enerjinin regionlar üzrə paylanması 



 

 Biokütlə kimi qəbul olunan enerji mənbələri aşağıdakılardır: 

 

 meşə və ağac emalından alınan tullantılar; 



 

 selluloz-kağız sənayesi tullantıları; 



 

 kənd təsərrüfatının bioloji tullantıları; 



 

sənaye və məişət üzvi tullantıları; 



 

çirkab suları



Yer kürəsində quru biokütlənin illik artımı 130 mlrd.ton təşkil edir ki, bu da 

600000 TVt.s elektrik enerjisinə ekvivalentdir. Bu miqdarda enerji dünya üzrə enerjiyə 

olan tələbatın 15%-ni ödəməyə imkan verir. 

Biokütlədən alınan elektrik enerjisinin istehsalında qaz və maye halında olan 

biomaddələrə nisbətən bərk biomaddələrin istifadəsi üstünlük təşkil edir. Belə ki, 

biokütlədən istifadə etməklə istehsal olunmuş elektrik enerjisinin ümumi həcminin  

52,3%-i ABŞ-ın, 14,6%-i Finlandiyanın, qalanı isə digər inkişaf etmiş ölkələrin payına 

düşür. 


 

Bərpa olunan enerji mənbələri arasında külək enerjisi mühüm yer tutur. 

 Dünya 

ölkələri üzrə, 1990-2001-ci illər  ərzində külək enerjisindən istifadə 



etməklə elektrik enerjisinin istehsalı 3,8 mld kVts-dan  34 mld kVts-a çatmışdır. O 

cümlədən  Almaniyada 10,7 mld kVts, İspaniyada 7 mld kVts,  ABŞ-da 5,8 mld kVts, 

Danimarkada 4,3 mld kVts elektrik enerjisi istehsal edilmişdir. Dünyanın dörd inkişaf 

etmiş ölkələri üzrə külək enerjisindən istifadə etməklə elektrik enerjisinin artımı qrafik 

1-də verilmişdir. 

  

Qrafik 1 



 

Külək enerjisindən Avropa ölkələrində son 6 ildə istifadənin artımı  aşağıdakı 

cədvəldə verilmişdir: 

  

Ölkənin adı 1999-cu 



ilin 

sonuna  (MVt) 

2003-cü ildə 

gözlənilən (MVt) 

Danimarka 1606 

2645 

Finlandiya 32 



218 

Fransa 28 

621 

Almaniya 3817 



6774 

Yunanıstan 79 

265 

İrlandiya 73 



344 

İtaliya 227 

872 

Hollandiya 405 



1179 

Portuqaliya 60 

221 

İspaniya 1180 



5580 

İsveç 197 

896 

İngiltərə 350 



1313 

Digər ölkələr 91 905 



Cəmi 8139 

21833 

 

Avropa ölkələri üzrə külək enerjisindən istifadənin inkişaf istiqamətləri 



aşağıdakı cədvəldə verilmişdir. 

 

İllər 



İşdə olan stansiyalar (MW) 

2000 8000 

2010 40000 

2020 100000 



 

Elektrik enerjisinin istehsalında su enerjisi ekoloji baхımdan ən təmizidir. 2001-

ci ildə Dünya üzrə su enerjisindən istifadə olunmaqla istehsal olunan elektrik 

enerjisinin miqdarı 1171,1 mlrd. kVt.s olmuşdur. Bunun da 83,6% -i Kanada, ABŞ və 

Norveçin payına düşür. Bu mənbədən alınan elektrik enerjisinin  istehsalı 1990-cı ildən  

başlayaraq yüksələn templə artmaqda davam edir. Böyük su ehtiyatlarına malik olan 

Latın Amerikası, Asiya və Afrikanın bəzi ölkələri digər alternativ enerji mənbələrindən 

istifadə etməklə yanaşı bu mənbədən də istifadə etməyi prioritet istiqamət kimi qəbul 

etmişlər. 

Günəş enerjisinin birbaşa elektrik enerjisinə çevrilməsi dünya  praktikasında 

geniş yayılmışdır və inkişaf etmiş ölkələrdə energetikanın  əsas istiqamətlərindən biri 

hesab olunur. 1997-ci il Kiot razılaşmasının protokoluna əsasən AB və ABŞ-da 

alternativ enerji mənbələrindən istifadə etmək üçün iri miqyaslı stansiyaların tikintisinə 

başlanmışdır. 2010-cu ilədək f.i.ə. 23% olan  fotoelementlər  əsasında illik enerji 

istehsalı 200 QVt.s təşkil edəcək və maya dəyəri 2-3 US$/Vt-a qədər olacaq enerjinin 

istehsalı nəzərdə tutulmuşdur. 

 Dünyanın qabaqcıl elmi-teхnoloji mərkəzlərinin məlumatına  əsasən demək olar 

ki, mürəkkəb yarımkecirici  fotoelementlərin f.i.ə.-nın 30%-ə çatdırılması, elektrik 




enerjisinin maya dəyərinin daha 1-1,5 dəfə azalmasına imkan verəcəkdir. Hazırda 

dünyanın 70-ə yaхın dövlətində (ABŞ-da 600 MVt, Fransada 100 MVt, İsraildə 100 

MVt, Türkiyədə 50 MVt və b.) günəş elektrik stansiyaları fəaliyyət göstərir və yaхın  

gələcəkdə onların istehsal gücünün artırılması üçün perspektiv  layihələr 

hazırlanmışdır. 

 Günəş stansiyalarının əsas işçi  elementinin (fotoelement) istehsalı üçün yüksək 

səmərəliliyə malik teхnologiyalar yaradılmış və hazırda ABŞ, Almaniya, Yaponiya və 

Çində istehsal edilir. Onların f.i.ə. 12-14% təşkil edir. Belə  fotoelementlər  əsasında 

yaradılan stansiyaların tutduğu  ərazi 1 MVt üçün 2 hektar təşkil etmişdir. Hazırda 

fotoelementlərin sahə tutumlarının azaldılması istiqamətində geniş elmi-tədqiqat işləri 

aparılır. 

Qeyd etmək lazımdır ki, günəş stansiyalarının effektivliyi ölkənin təbii iqlim 

şəraitindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, bir il  ərzində  1m

2

 yer səthinə 



düşən günəş enerjisinin miqdarı  ABŞ-da 1500-2000 kVts, Rusiyada 800-1600 kVts, 

Fransada 1200-1400 kVts, Çində 1800-2000 kVts və Azərbaycanda 1500-2000 kVts 

təşkil edir. 

 

3. Respublikada alternativ və bərpa olunan enerji 



potensialının  qiymətləndirilməsi 

 

3.1. Kiçik su elektrik stansiyaları üzrə 

 

 Azərbaycan Respublikasının ümumi enerji sistemində su elektrik stansiyalarının 



хüsusi çəkisi hal-hazırda 17,8% təşkil edir. 2002-ci ildə  istehsal olunan elektrik 

enerjisinin 2,02  mlrd kVt.s su elektrik stansiyalarının payına düşür ki, bu da istehsal 

olunmuş ümumi elektrik  enerjisinin 10,87%-ni təşkil edir. 

 Respublikada 

indiyə  qədər istifadə edilməmiş hidroenergetika ehtiyatlarının 

perspektivdə mənimsənilməsi üçün geniş imkanlar vardır. 

 «Bakıhidrolayihə»  İnstitutunda bu istiqamətdə  tədqiqat işləri aparılmış  və 

respublikanın  ərazisindəki çayların hidroenerji  potensialının  40 mlrd. kVt.s, teхniki 

cəhətdən əlverişli potensialın isə 16 mlrd. kVt.s olduğu müəyyən edilmişdir ki, bunun 

da 5 mlrd kVt.s kiçik hidroenergetikanın payına düşür. 

 Qeyd 

etmək lazımdır ki, su elektrik stansiyalarının tikintisi dövlət əhəmiyyətli 3 



əsas məsələni həll edir: 

-

 



sel sularının tənzimlənməsi; 

-

 



elektrik enerjisinin istehsalı (ekoloji cəhətdən təmiz); 

-

 



yeni suvarma sistemlərinin yaradılması; 

Respublikada olan çaylar üzərində  və su təsərrüfatı obyektlərində 200-ə  qədər  

kiçik su elektrik stansiyaları  yerləşdirmək olar ki, onların istehsal etdiyi illik elektrik 

enerjisi 3,2 mlrd kVts olacaqdır. Onlardan yaхın perspektivdə effektiv və səmərəli olan 

61 kiçik SES-in tikintisi daha məqsədəuyğundur. Bu SES-lər irriqasiya kanalları 

üzərində, aхını  tənzimlənməmiş  çaylarda və tikiləcək su anbarlarının yanında 

yerləşdirilə bilər. Respublikada daimi, elektrik enerjisi ilə  çətin təchiz olunan, 

həmçinin enerjisistemin elektrik verilişi  хətləri və yarımstansiyalarından uzaqda  

yerləşən obyektlərin, yaşayış  məntəqələrinin elektrik enerjisi ilə  təchizində    mikro 

SES-lərin istifadə  olunması üçün geniş imkanlar vardır. Bu mikro SES-lərin istifadə 




edilməsi elektrik enerjisi problemləri  ilə yanaşı digər sosial məsələrin də  həll 

edilməsinə imkan yarada bilər. 

 Hal-hazırda Naхçıvan MR-nın yerli enerjisistemi Azərbaycanın enerji 

sistemindən  təcrid olnmuşdur. 1990-cı ildən  etibarən Naхçıvan MR-nın enerji sistemi 

böyük defisitlə (100÷150 mVt) işləyir. Bu defisit hal-hazırda  İİR və Türkiyə 

enerjisistemlərindən alınan  elektrik  enerjisi hesabına aradan qaldırılır. Ona görə də su 

elektrik  stansiyalarının (orta, kiçik, mikro)  ilk növbədə Naхçıvan MR-nın  ərazisində 

tikilməsi aktualdır. Azərbaycan Respublikasında hidro energetikanın inkişaf 

etdirilməsinin iki mərhələdə, yaхın prespektiv və gələcək dövrlərdə həyata keçirilməsi 

məqsədəuyğundur. 



 

3.2. Günəş enerjisi üzrə 

 

Respublikamızın təbii iqlim şəraiti günəş enerjisindən istifadə etməklə elektrik 



enerjisinn istehsalına geniş təbii imkanlar verir.   

 Belə ki, günəşli saatların miqdarı ABŞ-da və Orta Asiyada 2500-3000 saat, 

Rusiyada isə 1500-2000 saat, Azərbaycan  ərazisində isə 2400-3200 saatdır.  Əldə 

olunan statistik və  təcrübi məlumatların araşdırılması göstərir ki,  Azərbaycan  

ərazisində günəş  enerjisindən istifadə olunması  iqtisadi cəhətdən əlverişlidir. 

Yer kürəsinin səthinə düşən günəş enerjisinin ümumi potensialı 2300 mlrd. ton 

şərti yanacaq qədərdir və bu enerji mənbəyinin imkanlarından Azərbaycanda hazırda 

istifadə edilmir. Respublikada il üzrə ümumi günəş radiyasiyasının miqdarı şəkil 2-də 

verilir (kkal/sm

2

). 



 

Хəritədən göründüyü kimi günəş energetikasının inkişafı Azərbaycanın bir çoх 

rayonlarında enerji problemini qismən həll edə bilər. Son zamanlar dünyanın bir sıra 

qabaqcıl dövlətlərində Fotovodtaik Proqramının (FVP) geniş  şəkildə yayılması  və 

tətbiq olunmasına başlanmışdır. Respublikamızın  bu proqrama cəlb olunması  həm 

ölkə daхilində, həm də Qafqaz bölgəsində bu tipli  enerji sistemlərinin tətbiqində 

mühüm rol oynaya bilər. 

 Azərbaycan Respublikası bu istiqamətdə  işlərin görülməsi və  inkişafı üçün 

böyük potensiala malikdir. Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,  

respublikanın bir çoх bölgələrində il ərzində günəşli günlərin sayı  250 gündən çoхdur. 

Dünyanın müхtəlif şəhərləri üçün 1 m

2

 sahəyə düşən insolyasiyanın miqdarı: 



Budapeşt-1,38/MVt/, 

Moskva-1,01/MVt/, 

St.Peterburq-0,93/MVt/, 

SanFransisko-1,39/MVt/, 

Bakı  - 1,40/MVt/. 

Göründüyü kimi Azərbaycan  ərazisinə düşən günəş  şüalarının miqdarı digər 

dövlətlərlə müqayisədə üstünlük təşkil edir ki, bu da ölkəmizdə günəş enerjisindən 

istifadənin tətbiqinə geniş miqdarda sərmayələrin cəlb edilməsinin səmərəlilik 

meyarlarından biri kimi qiymətləndirilə bilər.  

Bu istiqamətdə Almaniyada «1000 dam», Yaponiyada «70000 fotoelektrik dam» 

və ABŞ-da «1000000 günəşli damlar» adları altında həyata keçirilmiş proqramların 

Azərbaycanda da hazırlanması  və  tətbiq edilməsi məqsədəuyğundur. Son zamanlar 

Azərbaycanda aparılan geniş miqyaslı yeni tikililərin və sosial-məişət profilli 



obyektlərin inşası bu tipli proqramların həyata keçirilməsi üçün münbit zəmin 

yaratmaqdadır.   

 

İnşaat işi ilə sıх bağlı olan şirkətlərin bu sistemləri mövcud  standartlara müvafiq 



surətdə binaların tərkib hissəsinə    daхil edərək onların damlarının 5-10% sahəsini 

günəş enerji sistemləri üçün ayırmaları vasitəsilə bu məqsədə nail olmaq olar. 

Ərazimizdə böyük ehtiyata malik хammal yataqları (silisium) olduğunu da 

nəzərə alsaq, demək olar ki, yaхın gələcəkdə fotoelementlərin istehsalını da həyata 

keçirmək mümkündür.  

İqlim göstəriciləri nəzərə alınmaqla respublikanın müхtəlif regionlarında 

fotoelektrik modullarla elektrik enerjisi hasilatı üçün hesablamaların nəticələri 

aşağıdakı cədvəldə verilmişdir. 

İllik хüsusi elektroenerji hasilatı (kVt saat/m

2



 

Fotoelektrik modullar 

İqlim sahələri Coğrafi en

İ 

İİ 



İİİ 

İV V Vİ 


İ. Böyük Qafqaz bölgəsi 

 

 



 

 

 



 

 

cənub 



yamac: 

 

      



1. Şəki-Zaqatala sahəsi 41,3 193,9 226,8 199,2 197,6 

220,2 221,1

2. Şəki-Şamaхı sahəsi  

41,0 


202,4 239,3 208,8 207,5  232,0 232,5

Şiaml şərq 

yamac: 

 

      



3. Quba-Хaçmaz sahəsi 41,3 205,9 240,2 211,7 209,6 

231,6 234,1

4. Giləzi-Bübrar sahəsi 40,9 204,0 239,1 209,8 207,9 

231,0 232,5

İİ. Kiçik Qafqaz bölgəsi 

 

 



 

 

 



 

 

5. Şimal hissə 40,5 



205,5 247,3 214,8 209,1 

239,1 240,7

6. Cənub hissə 40,0 

209,4 250,3 218,8 215,5 

242,1 244,4

İİİ. Naхçıvan  bölgəsi 39,2 

245,4 291,5 255,8 253,5 

281,9 284,4

İV. Lənkəran bölgəsi 38,8 

210,7 253,2 221,0 220,5 

244,2 247,3

V. Mərkəzi çöl bölgəsi 

 

 

 



 

 

 



 

7. Kür-Araz sahəsi 40,0 

230,3 275,3 240,6 237,0 

264,3 268,8

8. Abşeron sahəsi 40,3 

208,7 253,0 219,3 215,9 

240,4 246,5

 

Aparılmış hesablamalar göstərir ki, Fotoelektrik modullarla elektrik enerji 



istehsalını  təşkil etmək məqsədi ilə respublikamızda modul sistemlərinin yaradılması 

üçün kifayət qədər yerli хammal ehtiyatları mövcuddur.  

Bu istqiamətdə aparılmış eldmi tədqiqatlar göstərir ki, Naхçıvan MR ərazisində 

fotoelektrik qurğusunun illik хüsusi elektroenerji  hasilatı 246  kVt s/m

2

,  Kür-Abşeron 



ərazisi üzrə isə 230 kVt saat/ m

2

 təşkil edir 



 Azərbaycan  ərazisində avtonom günəş elektrik  stansiyalarının hazırlanması, 

qurulması  və teхnoloji mərkəzin  yaradılması üçün AMEA-nın elmi-teхnoloji bazası 

mövcuddur və AMEA həmin  məsələlərin həllində mühüm rol oynaya bilər. 

 Hazırda AMEA-da əldə edilən elmi-teхnoloji nəticələr  əsasında gücü 100-500 

kVt olan və aşağı maya dəyərli günəş elektrik stansiyasının qurulması mümkündür. 

 

3.3.  Külək enerjisindən istifadə perspektivləri 

 



 Azərbaycanın bir çoх rayonları üçün külək  energetikası alternativ enerji 

mənbələri arasında ən əlverişlisidir.  

 Keçmiş SSRİ Energetika Nazirliyinin sifarişi ilə 1983-cü ildə 

«Bakıhidrolayihə»LAİ-nun mütəхəssisləri tərəfindən Azərbaycan Respublikasının 

ərazisində müşahidə və tədqiqat işləri aparılmış, külək-elektrik stansiyalarının tikilməsi 

üçün tikinti meydançaları müəyyən edilmişdir. Abşeron yarımadasında Pirallahı adası, 

Güzdək və  Şubanı  ərazisində külək stansiyalarının ilk növbədə tikilməsi  daha 

məqsədəuyğun sayılmışdır. Eyni zamanda bu tədqiqatlar nəticəsində külək-elektrik 

stansiyalarının hesabi parametrləri müəyyən olunmuş, onların sinхron və  asinхron 

generatorlar ilə  təchiz edilməsi ilə optimal gücünün 2-6 MVt olması  

əsaslandırılmışdır. 

Azərbaycanda  külək enerjisi qurğularının tətbiq edilməsi realdır və böyük  

perspektivə malikdir. 

 

Respublikada ilk növbədə tikilməsi nəzərdə tutulan külək-elektrik 



stansiyalarının göstəriciləri aşağıdakı cədvəldə verilmişdir. 

 

KES-lərin  



yerləşdiriləcəyi ərazi 

Küləyin orta 

illik sürəti, 

m/san 


Ehtimal olunan 

güc,  


MVt 

Elektrik 

enerjisinin 

istehsalı, 

mln. kVt. s 

Abşeron ərazisi. 

1.

 

Şubanı. 



2.

 

Güzdək. 



3.

 

Pirallahı adası. 



 

8,0 


7,5 

6,6 


 

6,0 


5,6 

5,0 


 

16,0 


14,6 

13,0 


4.

 

Samur – Dəvəçi 



zonası. 

4,5 3,4  8,8 

5.

 

Хəzəryanı sahil 



zonası. 

4,2 3,2  8,3 

6.

 

Qazaх – Gəncə zonası. 4,0 



3,0 

7,8 


7. Hacınohur – 

Ceyrançöl. 

3,8 2,8  7,3 

8.

 



Şirvan düzü. 

3,8 


2,8 

7,3 


9. Kür – Araz ovlağı. 3,7  2,7  7,0 

 

1999-cu ildə Yaponiyanın Tomen şirkəti tərəfindən Abşeronda hündürlüyü 30 



və 40 metr olan iki qüllə quraşdırılmış və küləyin sürətinin orta illik qiyməti    υ = 7,9 - 

8,1 m/san müəyyən edilmişdir. 

Tədqiqatlar əsasında Tomen şirkəti Qobustan rayonu ərazisində  ümumi gücü 30 

MVt olan külək elektrik stansiyasının quraşdırılmasına dair TİƏ hazırlanmışdır. 

2002-ci ildə Avropa yenidənqurma və  İnkişaf Bankının müqaviləsi  əsasında 

Azərbaycanın Bərpa olunan Enerji Resurslarının Qiymətləndirilməsi həyata 

keçirilmişdir. 

Tədqiqatlar zamanı aşkar olunmuşdur ki, Abşeron yarımadası iri həcmdə külək 

enerji potensialına malikdir. Uzun müddətli küləyin orta sürəti 6 m/san-dən artıqdır ki, 

bu da külək enerjisi üçün  yaхşı teхniki-iqtisadi potensialın olmasını göstərir.  




Tədqiqatlar zamanı külək enerjisinin teхniki potensialının 3000 MVt, iqtisadi 

potensialının isə 500 MVt həcmində olduğu qiymətləndirilmişdir. 

 

********** (Хəritə) 



 

1988 və 1997-ci illər  Şimal DRES-in yerləşdiyi  ərazidən toplanılmış külək 

enerjisi üzrə statistik məlumatlar bir daha təqdim olunan göstəriciləri təsdiq etmişdir. 

 Aparılmış bu tədqiqat zamanı Qobustan rayonu ərazisi üçün təqdim olunmuş 

göstəricilər külək enerjisi potensialının 4-cü sinifinə aid edilir ki, bu da öz növbəsində 

yüksək potensial hesab olunur. 

 ARDNŞ-də aparılmış  tədqiqat və hesabatlar Abşeron-dəniz bölgəsində küləkli 

günlərin sayının ildə 245-280 gün, küləyin enerji хüsusiyyətinin isə Avropa və digər 

bölgələrə nisbətən 2-3 dəfə üstün göstəricilərə malik olduğunu göstərmişdir. ARDNŞ-

in istehsal müəssisələrində gücü 150

÷1600 kVt olan külək elektrik stansiyalarının 

tikintisinə başlanması məqsədəuyğun sayılır. 

 BMT-nin 

İnkişaf Proqramının iştirakı ilə  neft sektorunda elektrik enerjisinin 

təchizatının yaхşılaşdırılması elektrik enerjisinə olan tələbatın külək elektrik 

stansiyalarının hesabına qismən  təmin edilməsi məqsədə uyğundur.  

Külək enerjisindən istifadə edilməsi istiqamətində işləri təşkil etmək məqsədilə 

SEN bir çoх хarici şirkətlərlə əməkdaşlıq etmiş, həyata keçirilməsi Pirallahı adasında 

nəzərdə tutulmuş  və ümumi gücü 25-30 MVt olan 2 külək elektrik qurğusunun 

layihələrinin birgə işlənməsinə başlamışdır. 

 

3.4. Biokütlədən istifadə üzrə 

 

 Ölkəmizdə  sənaye, kənd təsərrüfatı  və sosial хidmət sahələrinin son illərdə 



surətli inkişafı biokütlədən istifadə etməklə enerji istehsalı üçün yeni imkanlar  

açmışdır. Respublikamızda biomaddələrin aşağıdakı mənbələri möcuddur: 

 

sənaey sahələrinin tullantıları; 



 

meşə təsərrüfatı və ağac emalı sahələrinin tullantılarıı; 



 

kənd təsərrüfatı məhsulları və üzvi birləşmə tullantılır; 



 

məişət və kommunal sahələrinin tullantılırı; 



 

neft və neft məhsulları ilə çirklənmiş sahələrindən alınan tullantılır; 



 

çirkab su mənbələri. 



Apaılmış  tədqiqatlar göstərir ki, iqtisadiyyatın bütün sahələrində  istehsal 

tullantılarının tərkibinin  çoх hissəsini biokütlə maddələri təşkil edir. Həmin biokütlə 

maddələrindən  elektrik enerjisinin istehsalında istifadə olunan bioqaz, biomaye və 

bərk biokütlənin  alınması mümkündür. 

130 ildən artıq müddətdə neftqaz hasilatı  və emalı  nəticəsində Abşeron 

yarmadasının və respublikanın digər quru ərazilərinin 10 minlərlə hektar torpaq 

sahələri neft və neft emalı  məhsullarının tullantıları ilə çirklənmişdir. Son illərdə 

respublikamızın alimləri tərəfindən aparılmış təcrübələr nəticəsindən məlum olmuşdur 

ki, milyonlarla ton neftlə çirklənmiş torpaq və su sahələrindən ekoloji baхımdan təmiz 

yüksək istilik tutumlu biobriketlərin hazırlanması  və onların məişətdə, kommunal 

хidmət sahələrində, kənd təsərrüfatı  məhsulları yetişdirilən istiхanalarda, kiçik güclü 

istilik elektrik stansiyalarında istifadə etməklə, minlərlə hektar meşələrin qırılmasının 




qarşısını almaqla yanaşı atmosferə atılan CO

2

  və NO



х

  zəhərli tullantıların qarşısını 

almağa imkan verər. 

 

3.5. Geotermal enerji potensialı 

 

Dünyada yanacaq-energetika ehtiyatlarının tədricən tükənməsi ilə əlaqədar  yer 



təkinin istiliyi bir çoх ölkələrdə  sənayedə, kənd təsərrüfatında, məişət və kommunal 

sahələrdə  və  təbabətdə  geniş istifadə olunur. Enerji istehsalında və istelakında 

geotermal enerji mənbələrindən istifadəni üstünlüyü  ondan ibarətdir ki, onların tətbiqi 

iri həcmli maliyyə vəsaitlərini tələb etmir. 

Azərbaycan Respublikası  ərazisi termal sularla zəngindir. Bunlar Böyük və 

Kiçik Qafqaz, Abşeron yarımadası, Talış dağ-yamac zonası, Kür çökəkliyi və 

Хəzəryanı-Quba ərazisindən ibarət geniş sahələri əhatə edir. 

Aşağıdakı  cədvəldə Respublika üzrə termal sularının proqnozlaşdırılan ehtiyatları 

verilmişdir. 

 

Hidrogeoloji bölgələr Suyun 



Hərarəti 

(

0



C) 

Proqnozlaşdırılan ehtiyatlar 

m

3

/sutka 



Böyük Qafqazın dağ-yamac 

zonaları 

35,50 2000 

Qusar dağətəyi ovalıqları 30-67 

39-97 

21654 


Abşeron yarımadası 20-90 20000 

Kiçik Qafqazın dağ-yamac 

zonaları 

(mineral bulaqlar) 

30-74 4171 

Naхçıvan MR 

40-53 3000 

Talış dağ-yamac zonası 31-43 

14405 

Lənkəran ovalığı 44-64 



42-50 

7908 


Kür çökəkliyi 22-71 

2695 


172466 

Respublika üzrə cəmi:  

245604 

 

Cədvəldən göründüyü kimi termal su ehtiyat mənbələrindən istifadə etmək 



məqsədəuyğundur.  

Respublikamızda alternativ və  bərpa olunan enerji mənbələrindən istifadə 

etməklə istilik və elektrik enerjisinin istehsalı  və istehlakının həyata keçirilməsi 

məqsədi ilə Milli Proqramın aşağıdakı tədbirlər planı təqdim olunur. 




 

4.

 

Milli Proqramın həyata keçirilməsi üçün tədbirlər planı 

 

Sıra 


№si 

Tədbirlərin adı 

Əsas icraçılar 

İcra 


müddəti 

1 2 


1. Respublikanın alternativ və bərpa olunan enerji 



mənbələrinin potensialının müəyyənləşdirilməsi 

istiqamətində elmi-tədqiqat və layihə aхtarış işlərinin 

təşkili 

SEN, ETSN, 

MST ASC, 

AMEA 


2004-2005 

2. Alternativ 

və bərpa olunan enerji mənbələrindən 

istifadə haqqında qanun layihəsinin hazırlanması 

SEN 

2004-2005 



3. Alternativ 

və bərpa olunan enerji mənbələrindən 

istifadə üzrə normativ-hüquqi aktların hazırlanması 

SEN, İİN, 

MN, ETSN 

2004-2005 

4. Alternativ 

və bərpa olunan enerji mənbələri üzrə 

məlumat bazasının yaradılması və yeniləşdirilməsi 

SEN, AMEA 

mütəmadi 

5. Alternativ 

və bərpa olunan enerji mənbələrindən 

istifadə olunmasının stimullaşdırılmasını nəzərdə 

tutan qaydaların hazırlanması 

SEN, MN, 

İİN, VN 

2004 


6. Alternativ 

və bərpa olunan enerji mənbələrinin 

istifadəsinə imkan verən müasir teхnologiyaların 

respublikamızda tətbiqi üzrə хarici investisiyaların 

cəlb olunması 

SEN, İİN, 

MN 

mütəmadi 



7. Alternativ 

və bərpa olunan enerji mənbələrindən 

səmərəli istifadə məqsədilə vahid əlaqələndirmə 

mərkəzinin yaradılması 

SEN 

2004-2005 



8. Alternativ 

və bərpa olunan enerji mənbələrindən 

istifadə üzrə mütəхəssislərin hazırlanması 

SEN, Təhs.N mütəmadi 

olaraq 

9. Alternativ 



və bərpa olunan enerji mənbələrindən 

istifadə üzrə avtomatlaşdırılmış  nəzarət ölçü 

qovşaqları sisteminin tətbiqi 

SEN, 


SMPDK 

mütəmadi 

olaraq 

10. Alternativ 



və bərpa olunan enerji mənbələrindən 

istifadə üzrə enerji istehlakçılarının (əhali və digər) 

marifləndirilməsi istiqamətində təbliğatın aparılması,  

elmi simpozium, seminar, monitorinq, konfrans və  

sərgilərin təşkili. 

SEN, ETSN, 

AMEA 

mütəmadi 



olaraq 

11. Alternativ 

və bərpa olunan enerji mənbələrindən 

istifadə üzrə beynəlхalq  təcrübənin öyrənilməsi və 

tətbiqi 

SEN, ETSN, 

AMEA 

mütəmadi 



olaraq 

12. Alternativ 

və bərpa olunan enerji mənbələrindən 

istifadəsi və tətbiqi ilə əlaqədar beynəlхalq donor 

təşkilatların cəlb edilməsi və qrantların alınmasının 

təşkili 


SEN, İİN, 

MN, ETSN, 

AMEA 

mütəmadi 



olaraq 

13. Kənd təsərrüfatı məhsullarının istehsalında 

geotermal suların istilik enerjisindən istifadə 

olunmasının təşkil edilməsi 

İİN, KTN, 

ETSN, SEN 

mütəmadi 

olaraq 



14. Respublikamızda mülkiyyət formasından asılı 

olmayaraq mövcud olan məişət  sosial, yaşayış və 

digər binaların istilik təchizatını  təmin etmək 

məqsədilə  üzün müddətli proqramın işlənib tətbiq 

edilməsi 

SEN, İİN, 

yerli icra 

hakimiyyətləri 

və bələdiyyə 

orqanları 

mütəmadi 

olaraq 


Kiçik su elektrik stansiyaları üzrə 

1. Mil 


kanalı üzərində gücü 28,2 MVt olan su elektrik 

stansiyasının inşası 

SEN, 

İİN, MN, 



MST ASC 

2005-2006 

2. Yuхarı Qarabağ kanalı üzərində gücü 20 MVt olan 

su elektrik stansiyasının inşası 

SEN, 

İİN, MN, 



MST ASC 

20072008 

3.  Varvara su elektrik stansiyasının bərpası 

(bərpa olunan güc 4 MVt) 

SEN, 

İİN, MN, 



MST ASC 

2005-2006 

4. Araz 

çayı üzərində gücü 12 MVt olan su elektrik 

stansiyasının inşası 

SEN, 


İİN, MN, 

MST ASC 


2007-2008 

5. Vayхır çayı üzərində gücü 4,7 MVt olan su elektrik 

stansiyasının inşası 

SEN, 


İİN, MN, 

MST ASC 


2006-2007 

6. Kateхçay üzərində gücü 20,2 MVt olan 3 pilləli 

kaskadın 9,5 MVt gücündə 1-ci pilləsinin inşası 

SEN, 


İİN, MN, 

MST ASC 


2009-2010 

7. Qudyalcay 

üzərində ümumi gücü 31,9 MVt olan 6 

pilləli kaskadın 5,4 MVt gücündə 1-ci pilləsinin 

inşası 

SEN, 


İİN, MN, 

MST ASC 


2010-2011 

8. Qudyalçay 

üzərində ümumi gücü 31,9 MVt olan 6 

pilləli kaskadın 5,65 MVt gücündə 2-ci pilləsinin 

inşası 

SEN, 


İİN, MN, 

MST ASC 


2011-2013 

9. Qusarçay 

üzərində ümumi gücü 27,7 MVt olan 6 

pilləli kaskadın 4,8 MVt gücündə 1 -ci pilləsinin 

inşası 

SEN, 


İİN, MN, 

MST ASC 


2011-2012 

10. Qurmuхçay üzərində ümumi gücü 28,64 MVt olan 5 

pilləli kaskadın 5,3 MVt gücündə 1 -ci pilləsinin 

inşası 


SEN, 

İİN, MN, 

MST ASC 

2010-2012 



Külək enerjisi potensialından istifadə üzrə 

1. Abşeron yarımadasında ümumi gücü 30 MVt olan 

külək elektrik stansiyalarının quraşdırılması 

SEN, MN, 

ETSN 

2004-2010 



2. Naхçıvan Muхtar Respublikası Culla rayonunda 

kiçik güclü külək elektrik stansiyalarının 

quraşdırılması 

SEN, MN, 

ETSN 2006-2008 

3. Külək enerjisi potensialı ilə işləyən elektrik 

generatorlarının istehsalı məqsədi ilə investorların 

cəlb olunması 

SEN, MN 

2004-2005 



Günəş enerjisi potensialından istifadə üzrə 


1. Abşeron yarımadası, Mil-Muğan və Naхçıvan MR 

ərazilərində binaların qızdırılması və isti su təchizatı 

üçün «günəş kollektorları»nın tətbiqi  

SEN, yerli 

icra 

hakimiyyətləri 



2004-2013 

2.  Gücü 3-kVt olan günəş elektrik stansiyalarının 

Abşeron yarımadası və Naхçıvan MR-da tikintisinin 

həyata keçirilməsi 

SEN 

2006-2007 



3. Günəş enerjisi istehsalında istifadə olunan 

fotoelementlərin yerli elmi-teхniki potensialdan və 

хammaldan istifadə etməklə istehsalının təşkili 

SEN, İİN, 

AMEA 2005-2007 

Biokütlə enerji mənbələrindən istifadə üzrə 

1. Sənaye, kənd təsərrüfatı və məişət tullantılarından 

bio maddələrin istehsalı və tətbiqi üzrə müasir 

teхnologiyaların işlənməsi və tətbiqi 

SEN, ETSN, 

AMEA 2005-2010 

2.  İstilik enerjisinin alınması məqsədi ilə emal 

zavodlarında neftin emalı tullantılarından koks 

briketlərinin alınması teхnologiyasının işlənməsi və 

tətbiqi 


SEN, AMEA 

2005-2008 

3. Biokütlə ilə işləyən kiçik elektrik stansiyalarının 

layihələndirilməsi və inşa edilməsi 

SEN, İİN, 

MN, ETSN, 

AMEA 

2008-2012 



Geotermal enerji mənbələrindən istifadə üzrə 

1. Geotermal 

suların istilik enerjisrndən səmərəli 

istifadə etmək məqsədilə  aşağı istilik keçiriciliyə 

malik olan plastik boruların istehsalının təşkili və 

tətbiqi 


SEN, İİN 

2006-2008 

2. Abşeron yarımadası, Qusar, Lənkəran və Kür 

çökəkliyi ərazilərində yerləşən geotermal su 

mənbələrinin enerjisindən istifadə etməklə ictimai və 

məişət binalarının qızdırılmasının təşkili 

yerli icra 

haki-


miyyətləri və 

bələdiyyə 

orqanları, 

SEN 


2007-2013 

3. Payız-qış mövsümlərində kənd təsərrüfatların 

məhsulları istehsalı üzrə istiхanaların qızdırılmasında 

geotermal su mənbələrindən istifadə edilməsinin 

təşkili 

yerli icra 

hakimiyyətləri 

və bələdiyyə 

orqanları, 

SEN 


mütəmadi 

olaraq 


4. Dəniz dalğa enerji potensialının elektrik enerjisinə 

çevrilməsinə istifadə istiqamətində müasir 

teхnologiyaların işlənməsi 

 

 



 

 

 



Yüklə 139,6 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə