Microsoft Word EuroFire-Standards-ef3-Communication-az doc



Yüklə 57,72 Kb.
Pdf görüntüsü
tarix10.11.2017
ölçüsü57,72 Kb.
#9483


 

 

1

 

 

 



 

Bölmə EF3: 

Bitki örtüyü yanğınları zamanı dəstə üzvləri arasında və 

dəstənin rəhbəri ilə əlaqə yaradılmalıdır 

 

Element 1.1: 

 

Bitki örtüyü yanğınları zamanı effektiv rabitəni təmin etmək üçün 



ə

l radioları və mobil telefonlar istifadə olunmalıdır 



 

Element 1.2:  

 

Bitki örtüyü yanğınları zamanı təşkilati struktur çərçivəsində iş 



aparılmalıdır 

 

 



Bu bölmə barədə: 

 

Bu bölmədə fərdlər və onların çalışdığı agentliyin idarəetmə 



strukturu tərəfindən kənd yerlərində bitki örtüyü yanğınlarının 

idarə olunması, yanğınların söndürülməsi yaxud sözügedən 

yanğın əməliyyatlarında istifadə olunan rabitə vasitələrindən 

bəhs edilir. 

 

Bu bölməni istənilən bitki örtüyünə tətbiq etmək mümkündür: 



meşə, kolluq, ot örtüyü yaxud torf bataqlığı. 

 

Bu bölmə bitki örtüyü yanğınların idarə olunması üzrə tam yaxud 



yarım ştatlı əsasda çalışan, yanğın xidmətləri, kənd təsərrüfatı, 

meşəçilik, ovçuluq, təbiətin mühafizəsi, təbii öt örtüyü və təbii 

ehtiyatların bərpası işlərinə cəlb olunan şəxslər üçün nəzərdə 

tutulur. 

 

 

Buna nail olmaq üçün aşağıda qeyd olunanlarla bağlı 



müvafiq bacarığa malik olduğunuzu nümayiş etdirməlisiniz

 

•  Effektiv rabitə yaratmaq 



•  Göstərişləri anlamaq və əməl etmək 

•  Təşkilati yanğın qaydalarına əməl etmək, və 

•  Yanğın zonasında təhlükəsiz işləmək 

•  Yanğın zonasında çalışan digər şəxslərə kömək etmək 

•  Təşkilati və idarəetmə strukturu çərçivəsində yanğın 

hadisəsinə müvafiq şəkildə cavab vermək 

 

 



 

 

2

Ə

sas söz və 



ifadələr:  

Bu bölmənin mahiyyətini və burada təsvir olunan fəaliyyətləri tam şəkildə 

anlamaq üçün, burada istifadə olunan terminləri tam anlamaq tələb olunur. Bu 

bölmədə qeyd olunan anlayışlar sizə bu işdə yardımçı olacaqdır 

Agentlik  

Yanğının fəsadlarında payı olan təşkilat. Pay dedikdə ehtiyatlar, hüquqi 

öhdəliklər yaxud mülkiyyət maraqları nəzərdə tutulur 

Lövbər nöqtəsi 

Yanğın-nəzarət xəttinin inşa olunması üçün münasib, adətən yanacağın 

olmadığı yer və yanğının təsirinə məruz qalmaq ehtimalı az olan sahə 

Toplantı sahəsi 

(1) yanğın düşərgəsi daxilində, heyətin və avadanlıqların yanğın xəttinə 

daşınması üçün toplandığı yer. (2) Hadisəyə cəlb olunan heyət və 

avadanlıqların maksimum üç-dəqiqəlik əsasda toplandığı müvəqqəti yer (ICS) 

Dəstə Rəhbəri 

(CL) 


Sektorun Rəhbəri yaxud Fövqəladə-xilasetmə işləri üzrə Rəhbərə hesabat verir 

(yanğının ölçüsü və mürəkkəbliyindən asılı olmayaraq). Tapşırılmış 

tapşırıqların yerinə yetirilməsi, təhlükəsizlik və heyətin sağlamlığı üçün məsul 

hesab edilir 

Ə

mr 


Agentliyin rol və tapşırıqlarını yerinə yetirərkən agentliyin üzvlərinin və 

ehtiyatlarının istiqamətləndirilməsi. Rəhbərlik etmək səlahiyyəti qanunvericilik 

ə

sasında və agentlik daxilində razılaşma əsasında təmin edilir. Əmrlər 



agentliklərə aid olur və agentlik daxilində yerinə yetirilir.  

Nəzarət 


Qəza hallarında cavab tədbirlərinin ümumi yönləndirilməsi. Nəzarət üzrə 

səlahiyyət qanunvericilikdə yaxud qəza hallarına cavab planında müəyyən 

olunur və yaranmış vəziyyətin tələblərinə uyğun olaraq digər agentliklərə 

tapşırıqlar vermək və koordinasiya etməklə bağlı məsuliyyəti öz üzərində 

daşıyır.  

Kordon 


Yanğın zonasını mühafizə edən insan yaxud əşya sırası  

Bölmə komandiri 

Ə

sas yanğının bir neçə sektorları üçün yanğına nəzarət strategiyalarını həyata 



keçirir  

Qəza əməliyyatları 

mərkəzi 

Hər hansı hadisəyə cavab və köməkliyin koordinasiyasını təmin edən obyekt  

Genişləndirilmiş 

həmlə 


İ

lkin həmlədən əlavə yanğın söndürmə fəaliyyəti  

Yanğın zonası 

Canlı təbiəti alışdıran, alışdırmış olan yaxud alışdırmaq təhlükəsi olan yanğının 

baş verdiyi torpaq sahəsi, bitki örtüyü zolağı yaxud mülkiyyət  

Yanğın söndürən 

Agentliyin səlahiyyəti çərçivəsində işləyən, yanğında iştirak edən şəxs. Bu şəxs 

Dəstə Rəhbəri tərəfindən verilən tapşırıqlar, şəxsi təhlükəsizlik və sağlamlıq 

üçün məsul hesab olunur.  

Vertolyotların 

uçuş-eniş 

meydançası 

Yanğın hadisəsi zamanı maşınların park edilməsi, yanacaqla doldurulması, 

texniki xidməti, vertolyotların yüklənməsi üçün əsas zona  

Qəza fəaliyyət 

planı 


İ

nsident zamanı görülməsi tələb olunan tapşırıqlar, strategiyalar və həlledici 

funksiyalar  

Qəza əmr 

məntəqəsi 

Qəza hallarına cavab tədbirləri ilə bağlı göstərişlərin Qəza-Nəzarət işləri üzrə 

Rəhbər tərəfindən verildiyi yer  

Qəza komandiri 

Tədbirlərin idarə olunması üçün bütün məsuliyyəti daşıyan fərd. Yanğına 

nəzarət məqsədilə ümumi vəzifələri və strategiyaları müəyyən edir  

Qəzanın idarə 

edilməsi üzrə 

dəstə 

Aparıcı menecerlər qrupu, o cümlədən potensial olaraq qəza-nəzarət işləri 



üzrə rəhbər, əməliyyatlar, planlaşdırma/kəşfiyyat, təsərrüfat, maliyyə və 

qarşılıqlı əlaqə funksiyaları  

İ

lkin həmlə 



Canlı həyatları və mülkiyyəti mühafizə etmək və yanğının havadan yaxud 

yerdən heyət vasitəsilə qarşısını almaq məqsədilə canlı təbiətə gətirilən ilk 

ehtiyatlar vasitəsilə görülən tədbirlər. 

Baş agentlik 

Qəza hadisəsinə nəzarət üzrə qanuni səlahiyyətə malik agentlik, xidmət, 

təşkilat yaxud idarə  

Təchizat Rəhbəri 

Qəza hadisəsi zamanı kömək məqsədilə qurğular, xidmətlər və materialları 

təmin edir  

Ə

məliyyatlar üzrə 



menecer 

Yanğına nəzarət məqsədilə strategiya və taktikaları həyata keçirir, o cümlədən 

yerüstü heyət, təyyarə, ağır texnika  

Planlaşdırma/kəşfi

yyat meneceri 

Qəza hallarına nəzarət üzrə vəzifə və strategiyaların növbəti iş müddəti üçün 

yaradılması və yenilənməsi məqsədilə yanğının xarakteri və ehtiyatlar barədə 

məlumatı toplayır və təhlil edir  

Təhlükəsizlik 

zonası 


Yanğından sığınmaq üçün etibarlı yer  

Sektorun rəhbəri 

Yanğın perimetri bölməsində fəaliyyətləri idarə edir  

Topoqrafiya 

Ə

razidə torpağın forması  



Çeşidləmə zonası   Sağ qalanların sayını çoxaltmaq məqsədilə tibbi prioriteti müəyyən etmək üçün 

itkiləri növləşdirmə prosesi  




 

 

3

 

 

Element 1.1: 



Bitki örtüyü zolaqlarının yanğınları zamanı effektiv rabitənin təmin 

olunması 

 

 

Aşağıdakı qabiliyyətlərə malik olmaq tələb olunur



1.  Yanğın zonasında vəziyyətləri təsvir etmək üçün bitki örtüyü 

zolağında yanğın terminologiyası istifadə olunmalıdır.  

2.  Vəziyyətlə bağlı məlumat toplanmalı, dəstə üzvləri və dəstə 

rəhbəri aydın və məntiqli şəkildə məlumatlandırılmalıdır. 

3.  Təşkilati və istehsalçı tərəfində irəli sürülən qaydalara uyğun 

olaraq, radio və telefon avadanlıqlarından istifadə edilməlidir. 

4.  Daha yaxşı əhatə zonası və qəbulu əldə etmək üçün radio və 

telefon qurulmalıdır.  

5.  İsmarışın sinfindən və təşkilati qaydalardan asılı olaraq, kanal 

yaxud tezlik seçilməlidir.  

6.  Tələb olunan təfsilatla birlikdə ismarışlar çətin vəziyyətlərdə 

ötürülməlidir.  

7.  Əl siqnallarından istifadə etməklə sadə ismarışlar ötürülməlidir.  

 

 



 

Bu elementə daxildir  

A.  Müxtəlif şəxslərlə iş: 

i. 

Dəstə üzvləri 



ii. 

Nəzarətçilər 

iii. 

Rəhbərlər 



iv. 

Könüllülər 

v. 

Torpaq sahibkarları və torpağı idarəedənlər 



vi. 

Ə

mlak sahibləri 



vii. 

Ümumi ictimaiyyət 

 

B. 


Bir sıra rabitə metodları: 

i. 


Üz-üzə 

ii. 


Ə

l siqnalları 

iii. 

Yüksək tezlikli radiolar  



iv. 

Telefonlar 

v. 

Mobil telefon 



 

C.  Çətin ətraf mühit şəraitlərində iş: 

i. 

Külək 


ii. 

Təpə və kanallar 

 



 

 

4

 

 

Element 1.1 



count.: 

 

 



Bunları bilmək və anlamaq lazımdır: 

a.  Yanğın zonasında məlumatı ötürmək məqsədilə radiolar, 

telefonlar, əl siqnalları və əl detektorlarının iş qabiliyyəti və 

məhdudiyyətləri  

b.  Radio şəbəkənin bir hissəsi kimi, radiolardan nizamlı istifadəyə 

nail olmaq yolları  

c.  Akkumulyatorun istismar müddətinin artırılması yolları, 

akkumulyatorların təmiri və doldurulması  

d.  Əl siqnallarından necə və harada istifadə etməli  

e.  Aydın və sadə dildən istifadənin səbəbləri 

f.  Beynəlxalq fonetik əlifba (NATO) 

 

Element 1.2: 



 

Bitki örtüyündə yanğın zamanı təşkilati struktur çərçivəsində iş  

 

Aşağıdakıları yerinə yetirmək qabiliyyəti tələb olunur: 

1.  Dəstə üzvləri və rəhbərləri seçin və yerləşdirin.  

2.  Qısa göstərişləri əldə edin və öz vəzifələrinizi müvafiq şəxslə 

dəqiqləşdirin.  

3.  Təşkilat daxilində vəzifənizə uyğun olaraq öz səlahiyyətiniz və 

məsuliyyətiniz səviyyəsində çalışın.  

4.  Göstərişləri vaxtında və səmərəli şəkildə yerinə yetirin.  

5.  Planda qeyd olunan problemlər və dəyişiklikləri həll etmək üçün 

təxirəsalınmaz və müvafiq tədbirləri yerinə yetirin və bununla 

bağlı hesabat verin  

 

 

Bu element aşağıdakıları əhatə edir: 



A.  Hadisənin növü: 

i. 


Gözlənilməz hadisə 

ii. 


Planlaşdırılan hadisə 

 

B.  Təşkilati Əmr Struktur  



i. 

Elementlər 

ii. 

Terminologiya 



 

 

Aşağıdakıları bilmək və anlamaq tələb olunur: 

a.  Sizin dəstə rəhbərlərindən hansı bitki örtüyü yanğını 

zolağındadır  

b.  Sizin təşkilatın rəhbərlik strukturu  

c.  Qəza hallarının ləğvi üzrə Beynəlxalq İdarəetmə Sisteminin 

funksiyası, məqsədi, rolu və strukturu  

d.  Qəza-Nəzarət işləri üzrə Rəhbərin, əməliyyatlar və təsərrüfat 

rəhbərlərin funksiyası, məqsədi, vəzifəsi və məsuliyyəti 

e.  Qəza halların ləğvi üzrə Beynəlxalq İdarəetmə sisteminin bitki 

örtüyü yanğınlarına və digər müvafiq istehsalat vəziyyətlərinə 

tətbiqi yolları  

f.  Bitki örtüyü yanğınlarında fövqəladə halların idarə olunmasının 

mühüm komponentləri  

g.  Bitki örtüyü zolaqlarında yanğın zamanı, idarəetmə və nəzarət 

üzrə əsas nəzəriyyə 

 



 

 

5

 

Məsuliyyətdən İmtina bəyanatı 



 

 

 



Bu yazılı imtina bəyanatı sizin bu veb-saytdan istifadənizi tənzimləyir və bu veb-saytdan 

istifadə  etməklə  siz  bu  imtina  bəyanatını  tam  qəbul  etmiş  hesab  olunursunuz.  Nəzərə 

almalısınız  ki,  bu  veb  saytdakı  məlumatlar  hər  hansı  bildirişsiz  dəyişdirilə  yaxud 

yenilənə  bilər.  Ümumdünya  Yanğın  Monitorinq  Mərkəzi,  Beynəlxalq  Yanğın  və 

Xilasetmə  Xidmətləri  Assosiasiyası,  Kənd  Ərazilərinin  Inkişafı  Təşəbbüsləri  MMC 

(“Rural  Development  Initiatives  Ltd”)  (“EuroFire”  Partnyorları  ilə  birlikdə)  [və  bu  veb 

saytın  idarəçiləri]  bu  veb  sayta  məlumatların  yüklənməsi,  saytda  olan  məlumatlardan 

istifadə  yaxud  hər  hansı  məlumatın  saytdan  yüklənməsi  ilə  bağlı  heç  bir  məsuliyyəti 

qəbul  etmir  və  bütün  öhdəlikləri  (qanunvericilik  əsasında  icazə  verilən  həddə  qədər) 

istisna edir. Bu veb saytdakı məlumatlar hüquqi və peşəkar məsləhət hesab edilmir. Bu 

veb saytdakı məlumatlar və/yaxud materiallar yalnız ümumi məlumatlandırma məqsədi 

daşıyır. Hər hansı xüsusi məqsədlərlə əlaqədar, o cümlədən müqavilələrin bağlanması 

üçün həmin məlumatlara etibar etmək yolverilməzdir.  

EuroFire Tərəfdaşları [və bu veb saytın sahibləri] bu saytda olan hər hansı məlumatın 

yaxud  bəyanatın  tamlığı  yaxud  dəqiqliyi  ilə  bağlı  və  ya  həmin  məlumatlara  etibar 

edilməsi  nəticəsində  meydana  çıxan  itki  və  zərərlər  (belə  bir  zərərin  birbaşa,  dolayı 

olub-olmasından  asılı  olmayaraq)  üçün  heç  bir  məsuliyyət  daşımır.  Bu  veb  saytda 

verilənlərə  etibar  etmək  və  öz  müvafiq  yurisdiksiyanızda  müvafiq  ixtisaslaşmış 

şə

xslərdən peşəkar məsləhət almadan bu məlumata əsaslanaraq davranmaq olmaz. Bu 



veb  saytda  konkret  məzmun  yaxud  hissələrlə  bağlı  bu  imtina bəyanatına  əlavə olaraq 

xüsusi  imtina  bəyanatları  da  tətbiq  oluna  bilər.  Bu  səhifələrdən  digər  veb  ünvanlara 

linklər yalnız məlumat xarakterlidir və EuroFire Tərəfdaşları (və bu veb saytın idarəçiləri) 

bu vebsayta keçid yaxud vebsaytdan digər saytlara giriş, yaxud həmin linklərdə verilən 

məlumatlarla  bağlı  hər  hansı  məsuliyyət  yaxud  öhdəlik  almır  və  sözügedən  linklərdə 

ifadə olunan fikirləri təsdiqləmir. Bu veb saytda verilən məlumat, əksi qeyd olunmadığı 

təqdirdə,  hər  hansı  bütün  EuroFire  Tərəfdaşlarının  yaxud  onların,  qarşısında  şərti 

(ötürülmüş) öhdəlik yaxud məsuliyyət daşıdığı filial təşkilatının və hər hansı şəxsin rəy 

və düşüncələrini əks etdirmir.  

Bu  saytda  verilən  bütün  məlumatlar  müəllif  hüquqları  və  əqli  mülkiyyət  qanunları 

ə

sasında  qorunur  və  əksi  açıq  ifadə  edilmədiyi  yaxud  yazılı  razılığa  gəlinmədiyi 



təqdirdə,  bu  saytda  yerləşdirilən  məlumatlar,  şəxsi,  qeyri-ticarət  məqsədləri  üçün 

müvafiq bildiriş əsasında əldə oluna yaxud yüklənilə bilər.  

EuroFire Tərəfdaşları bu veb-saytda verilən funksiyaların fasiləsiz və səhvsiz olmasına, 

nöqsanların aradan qaldırılmasına, bu veb saytı təmin edən serverin virussuz olmasına 

zəmanət vermir. Siz təsdiq edirsiniz ki, daxil edilən və çıxarılan məlumatların dəqiqliyi ilə 

bağlı  öz  konkret  tələblərini  təmin  etmək  məqsədilə,  adekvat  proseduraların  və  virus 

ə

leyhinə  yoxlamaların  (antivirus  və  təhlükəsizlik  sisteminin  yoxlamaları)  həyata 



keçirilməsi sizin məsuliyyətinizdir. 


 

 

6

 

Bu  veb  saytdakı  məlumat  və  digər  məzmunlu  materiallar  Şotlandiya  qanunvericiliyinə 



uyğun  tərtib  olunmuşdur.  Bu  veb  sayt  Şotlandiya  qanunvericiliyinə  əsasən 

tənzimlənməli və şərh olunmalı və bu veb saytın bütün istifadəçiləri bu veb sayt yaxud 

ondan  istifadə  ilə  əlaqədar  yaranan  hər  hansı  iddialar  yaxud  işləri  qeyd-şərtsiz  olaraq 

Ş

otlandiya  məhkəmələrinin  yurisdiksiyasına  təqdim  etməlidir.  Əgər  bu  vebsaytda  hər 



hansı  materialın  istənilən  digər  ölkədə  tətbiq  olunan  qanunlara  zidd  olması  aşkar 

olunarsa,  o  zaman  həmin  ölkədən  olan  şəxslərin  bu  sayta  girişi  məhdudlaşdırılır  və 

yaxud sözügedən qanun qarşısında məsul olan şəxslər saytda təmin olunan xidmətlər 

yaxud məlumatlardan yararlana bilməz. 



 

 

Yüklə 57,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə