Microsoft Word Fidan-Qasimova



Yüklə 273,51 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix14.06.2018
ölçüsü273,51 Kb.
#48771
  1   2   3   4   5   6   7   8   9


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTU 

 

Əlyazması hüququnda 

 

 

 

 

FİDAN ATAKİŞİ qızı QASIMOVA 

 

 

 

 

 

AZƏRBAYCAN FOLKLORUNDA MƏDƏNİ QƏHRƏMAN 

VƏ ONUN TRANSFORMASİYA FORMALARI 

 

 

 

10.01.09 – Folklorşünaslıq 

 

 

 

 

Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi  

almaq üçün təqdim edilmiş dissertasiyanın 

 

 

 

A V T O R E F E R A T I  

 

 

 

 

 

 

 

 

BAKI - 2011 


 

2

Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyası Folklor 



İnstitutunun «Folklor nəzəriyyəsi» şöbəsində yerinə 

yetirilmişdir. 

 

 



Elmi rəhbər: 

 

Kamil Hüseyn oğlu  Allahyarov 



 

   

 

filologiya üzrə elmlər doktoru 

 

Rəsmi opponentlər:   

Flora Davud qızı Mustafayeva 

 

 



 

 

filologiya üzrə elmlər doktoru 



 

 

 



 

 

Mahmud Qara oğlu Allahmanov 

 

 

 



 

filologiya üzrə elmlər doktoru 

 

 

 



 

 

 



 

 

 



                

 

Aparıcı müəssisə:   Bakı Dövlət Universitetinin «Azərbaycan 

şifahi xalq ədəbiyyatı» kafedrası 

 

Müdafiə    «______»    _______    2012-ci  il  saat  ___  da 



Azərbaycan  Milli  Elmlər  Akademiyası  Nizami  adına  Ədəbiyyat 

İnstitutunun nəzdində fəaliyyət göstərən D.01.131. - Dissertasiya 

Şurasının iclasında keçiriləcəkdir.  

 

Ünvan: Bakı, Az.1143, H.Cavid prospekti 31, 5-ci mərtəbə, 

AMEA Nizami adına Ədəbiyyat İnstitutu  

 

Dissertasiya  işi  ilə  AMEA-nın  Mərkəzi  Elmi  Kitabxanasında 



tanış olmaq mümkündür. 

 

Avtoreferat  «_____» _________ 2011-ci ildə göndərilmişdir. 



 

  

Dissertasiya Şurasının  



elmi katibi, filologiya 

elmləri doktoru: 

 

İmamverdi Yavər oğlu Həmidov 

 



 

3

TƏDQİQATIN ÜMUMİ SƏCİYYƏSİ 



 

Mövzunun  aktuallığı.  Qədim  türk  mifologiyası  müasir  türk 

xalqlarının zəngin mənəvi mədəniyyətinin çox mühüm və gərəkli 

ünsürlərindən  biridir.  Ulu  əcdadlarımızın  mənəvi  irsi  bu  gün  də 

mütəxəssislərdə  böyük  maraq  doğurur,  tariximizin,  folklorumu-

zun və klassik ədəbiyyatımızın tədqiqində onlara yardımçı olur. 

Antik  mifləri  bilmədən  yunan  heykəltəraşı  Fidiyin  və  Roma 

şairi Horasinin  əsərlərini  başa düşmək çətin olduğu kimi, qədim 

türk  mifologiyasını  bilmədən  də  tarixi  oğuz  ellərində,  o 

cümlədən  də  Azərbaycan  ərazisində  geniş  yayılmış  qoç 

heykəllərinin,  bir  çox  bayram  və  mərasimlərimizin  mahiyyətini 

anlamaq  mümkün  deyildir.  Çünki  belə  bayram  və  mərasimlərin 

çoxu  mifologiyanın  ən  mühüm  və  mərkəzi  personajları  olan 

əcdadlar,  mədəni  qəhrəmanlar  tərəfindən  müəyyən  məqsədlərlə 

yaradılırdı.  Mifologiyanın  baş  qəhrəmanları  rolunda  çıxış  edən 

əcdad-demiurq-mədəni  qəhrəman  personajları  öz  tayfaları  üçün 

lazım  olan  istehsal  alətlərini  hazırlayır,  sənətkarlıq  növləri  icad 

edir,  heyvanları  əhilləşdirir,  musiqi alətləri düzəldir, öz gücü  və 

ağlı  sayəsində  tayfasını  xaos  təmsilçiləri  olan  müxtəlif  əcayib 

məxluqlardan  qoruyur,  tayfanın  harmonik  halda  yaşaması  üçün 

gərəkli  olan  sosial  və  dini  qayda-qanunlar  müəyyənləşdirir, 

bəzən  isə  hətta  müxtəlif  təbiət  obyektlərini  “yaradır”  və  ya 

başqalarından əldə edirdilər. Əcdadların uzaq keçmişdə, mifoloji 

dövrün  başlanğıcında  qoyduğu  adət-ənənələrə  qəti  inam  və 

onlara mütləq riayət olunması nəticəsində mifoloji cəmiyyətlərdə 

ixtilaf,  pozğunluq  olmurdu;  burada  hamı  eyni  cür  düşünür  və 

eyni  cür  hərəkət  edir,  miflərdə  əcdadları  barədə  deyilən  eyni 

simvolik  obrazlara  inanırdılar.  Belə  köklərin  itirilməsi  qeyri-

müəyyənliklə  əvəz  olunur  ki,  bu  da  öz  növbəsində  cəmiyyətdə 

mənəvi  tarazlığın  pozulmasına  gətirib  çıxarır.  Çünki  cəmiyyətin 

mövcudluğu  üçün  hökmən  həyata  nikbin  münasibət  yaradan 

amallar və ya onları əvəz edən illüziyalar olmalıdır.  

Bu gün elə müasir cəmiyyətdə də belə vəziyyət yaranmışdır: 

müasir elm və mədəniyyət öz başlanğıcını mifologiyadan götürən 

qədim  qadağaları  laxlatmağa  başlamışdır.  İndi  bütün  mədəni 

dünyada  gedən  qloballaşma  hadisəsi,  demək  olar  ki,  dünyanın 

hər 


yerində 

mənəviyyatsızlığın, 

cinayətkarlığın, 

ruhi 


xəstəliklərin,  intihar  və  narkomaniyanın,  ailələrin  dağılması 


Yüklə 273,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə