Microsoft Word Filologiya Volume3 Number1 2015 1



Yüklə 184,48 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix05.10.2017
ölçüsü184,48 Kb.
#3299
  1   2   3   4   5


JOURNAL OF QAFQAZ UNIVERSITY- PHILOLOGY AND PEDAGOGY 

2015. Volume 3, Number 1  

 

Pages 39-52

 

39 

 

UOT: 82-3 

“DANTENİN YUBİLEYİ”; XARAKTER, TƏSVİR                                         

VƏ TƏHKİYƏDƏ OBYEKTİVLİK, İNSAN TALEYİ 

Ülvi BABAYEV 

Qafqaz Universiteti 

Bakı / AZƏRBAYCAN 

ubabayev@qu.edu.az 

XÜLASƏ 

Bu məqalədə Çağdaş Azərbaycan yazıçısı Anarın “Dantenin yubileyi” povestinin bədii məziyyətlərindən bəhs 

edilir. Əvvəla, Azərbaycan poeziyasının tanınmış siması Qabilin “Səhv düşəndə yerimiz” şeirindən bir parça verilir 

və bu şeirin “Dantenin yubileyi” əsəri ilə əlaqəsi müəyyənləşdirilir. Daha sonra povest həm sənət baxımından, həm 

də Anarın sənət və  həyat həqiqətlərini  ədəbiyyatda ifadə etmə bacarığı  əsərdən verilən parçalarla təhlil edilir. 

Məqalədə əsərin baş qəhrəmanı Kəbirliniskinin xarakterinin xüsusiyyətləri də tədqiqat mövzusudur. Kəbirlinsikinin 

hansı keyfiyyətlərə xas xarakterinin olması povestin digər personajları ilə analoji təhlil zamanı müşahidə olunur. 

“Dantenin yubileyi” povestinin bədii-estetik dəyəri, təsvir və təhkiyədə obyektivliyin qorunması kimi önəmli sənət 

ünsürləri də məqalənin əsas tədqiqat ünsürlərindəndir. Bütün bunlarla bərabər, yazarın nəsr əsərində dramaturji 

özəllikləri çox məharətlə yansıtması və insan taleyinə humanist baxışı məqalənin nəticəsində qeyd olunmuşdur. 

Məqalə povestin qəhrəmanı Kəbirliniskinin uğursuz iş həyatının mənfi təsiri ilə ailə həyatının insani faciəyə çevril-

məsi və bu kimi halların ədəbiyyatda inikasının tədqiqatı ilə yekunlaşır.  



Açar sözlər: Dantenin yubileyi, xarakter, ədəbi, estetik, təsvir, sənət, həyat. 

“DANTE’NİN JÜBİLESİ”; KARAKTER, TASVİR VE ANLATIMDA OBJEKTİFLİK, İNSAN HAYATI 

ÖZET 

Bu makalede çağdaş Azerbaycan yazarı Anar’ın “Dante’nin Jübilesi” uzun hikayesinin edebi özellikleri anla-

tılmıştır. Öncelikle Azerbaycan şiirinin ünlü siması Gabil’in “Sehv Düşende Yerimiz” şiirinden bir parça verilmiş 

ve bu şiirin “Dante’nin Jübilesi” eseri ile ilişkisi belirlenerek Anar’ın hangi konuyu işlediği açıklığa kavuşturul-

muştur. Daha sonra uzun hikayenin sanat bakımından değerlendirilmesi yapılmış ve Anar’ın sanat ve hayat ger-

çeklerini edebiyatta nasıl ifade etmesi örnek parçalarla belirlenmiştir. Makalede eserin ana kahramanı olan Feyzulla 

Kebirlinski tipi tartışma konusudur. Kebirlinski’nin karakter özellikleri diğer karakterlerle karşılaştırarak tespit edil-

miştir. “Dante’nin Jübilesi” uzun hikayesinin edebi estetik özellikleri, tasvir ve anlatımdaki objektiflik gibi sanat 

unsurları da makalenin araştırma alanına girmektedir. Bunların yanı sıra yazarın bir nesir eserinde drama özellik-

lerini de çok ustalıkla kullanması ve insan hayatına ümanist bakışı araştırmanın sonuçlarındandır. Eserin kahra-

manı Kebirlinski’nin başarısız iş hayatının aile hayatına yansıması ve insani faciaya dönüşmesinin edebiyatta usta-

lıkla ifadesi de bilimsel bir kanaat olarak bu sonuca eklenmiştir.  



Anahtar kelimeler: “Dante’nin Jübilesi”, karakter, edebi, estetik, tasvir, anlatım, sanat, hayat. 

"DANTE’S JUBILEE"; 

CHARACTER, OBJECTIVITY OF DESCRIPTION AND NARRATION, HUMAN FATE

 

ABSTACT 

This article describes literary features of the novel named "Dante’s Jubilee" by contemporary Azeri author 

Anar. Firstly, some lines from the poem “Səhv Düşəndə Yerimiz” (“When we’re out of the place”) by Azerbaijan’s 

renowned poet Gabil are given. Then, the relation between this poem and "Dante’s Jubilee" is specified and the 

subject of Anar’s work is clarified. Next, novel is evaluated in general as an art, and the ways Anar expresses the 

realities of the art and life in literature are identified using examples. In the article, the type of the main character 

Feyzulla Kebirlinski is being discussed. Characteristics of Kebirlinski are identified by comparing this character 

with other characters. Literary esthetic features and art elements, such as objectivity of depiction and expression 

of the novel are also within the research area of this article. Besides all these, among the results of this research we 

also see the author’s masterly use of drama features in prose, and his humanistic view of life. Masterful literary 

expression of reflection of main character Kebirlinski’s failure in his job on his personal life which turns into human 

tragedy is also added to the results as a scientific opinion. 



Keywords: "Dante‘s Jubilee", character, literary, esthetic, depiction, expression, art, life.

 

 



Giriş 

Həyatı: Rzayеv Anar 1938-ci il martın 14-

də Bakı şəhərində anadan olmuşdur. 1955-

1960-cı illərdə Azərbaycan Dövlət Univеrsi-

tеtinin Filologiya fakültəsini bitirmişdir. 1964-

cü ildən Azərbaycan Yazıçılar Birliyinin üz-



Ülvi Babayev  

40 

vüdür. 1961-1967-ci illərdə Azərbaycan Döv-

lət Tеlеviziya və Radio Vеrilişləri Komitəsin-

də  rеdaktor işləmişdir. Daha sonra Mosk-

vada Ali ssеnari və rеjissor kurslarını bitir-

mişdir. 1968-1987-ci illərdə «Qobustan» in-

cəsənət toplusunun baş rеdaktoru vəzifəsin-

də işləmişdir. 1987-1991-ci illərdə Azərbay-

can Yazıçılar İttifaqının birinci katibi olmuş 

dur. 1991-ci ildə Azərbaycan Yazıçılar Birli-

yinin sədri sеçilmişdir. 1993-cü ildə Azərbay-

can-Türkiyə Dostluq Cəmiyyətinin sədri 

sеçilmişdir. 1993-cü ildə Türkiyə  İstanbul 

şəhəri Mеmar Sinan Univеrsitеtində Azər-

baycan  ədəbiyyatı tarixindən mühazirələr 

oxumuşdur. 1994-cü ildə Azərbaycan Rеs-

publikası Milli Məclisinin dеputatı sеçilmiş 

dir. Xalq yazıçısı adına layiq görülmüş, “Şə-

rəf nişanı”, “İstiqlal” ordеnləri ilə təltif olun-

muşdur. Hal-hazırda Azərbaycan Yazıçılar 

Birliyinin sədridir. Dəyərli hekayələr və ro-

manlar müəllifidir və eyni zamanda on doq-

quz bədii və sənədli filmin ssenaristidir... [9, 

səh, 8] 


Sənətkarlığı: Anar ədəbiyyata “Keçən ilin 

son gecəsi”, “Bayram həsrətində” hekayələri 

ilə gəlib. Elə ilk hekayələrində həyata hüma-

nist baxış, romantik məna çalarları və bir o 

qədər də real təsvirlər, təhkiyədə axıcılıq, 

ciddi yazıçı müşahidəsi kimi keyfiyyətlər öz 

əksini tapmağa başladı. “Taksi və vaxt”, “Gür-

cü familyası” kimi hekayələrində ekzisten-

sializmə xas ünsürlər poetik-fəlsəfi dəyər 

qazandı. Zaman amilinə etiraz, həyatda ola-

ola ünsiyyətsizlik (mənəvi), arzular xilafına 

cərəyan edən acı həyat gerçəklikləri Anarın 

hekayələrində rəngarəng məna çalarları qa-

zandı. Yazıçı ədəbi-fəlsəfi dəyərləri gündə-

lik həyatımızın tərkib hissəsi yönündən yaz-

dı. Anar nəsrində hər bir fəlsəfi fikir xarak-

terlərin həyatında əks olundu. Bu cür özəllik 

isə, hər hansı fikrin həyatdan alınan canlı 

örnəklərlə, insan həyatı ilə daha dolğun ifa-

də edilməsi idi. Anarın hekayələrinin bir 

özəlliyi də, Sovetlər dövründəki basqıya eti-

raz idi. Özü də, bu etiraz həm sənətə qarşı 

olan basqılara, həm də özgürlüyümüzü, mil-

li-mənəvi dəyərlərimizi əlimizdən alan des-

pot rejimə qarş idi. Ədəbiyyatımızda sovet 

rejiminə qarşı ilkin və tutarlı etirazlardan 

biri də Anarın “Ağ liman” povestidir. Sənət-

karın bir-birindən dəyərli əsərləri içərisində 

“Asılqanda işləyən qadının söhbəti”, “Yaxşı 

padşahın nağılı”, “Gürcü familyası”, “Macal” 

Azərbaycan nəsr tarixində böyük əhəmiy-

yətə malikdir. Anarın ilk hekayələrində milli-

mənəvi dəyərlərin təcəssümü, insan həya-

tından fərqli məqamlara baxış, dramatik 

gərginlik, ekzistensial etiraz, sentimental ab-

hava və digər bədii mətnə aid dəyərlər ini-

kas olunurdu. Hekayələrin dili isə, olduqca 

koloritli, sadə və anlaşıqlıdır... [3, səh,7] 



“Dantenin yubileyi” povesti 

“Muğan həsrət yağışa, 

Buludlar xəsis, 

Yağış tökür Talışa 

hey-hey gərəksiz

Gərəksiz oluruq biz, 

Səhv düşəndə yerimiz.” [3, səh. 88] 

- Böyük ağrı, hiss-həyəcanla söylənilmiş bu 

misralar Anarın “Dantenin yubileyi“ poves-

tinin ana xəttini təşkil edir.–desək yanılma-

rıq. Əgər sevimli şairimiz Qabil ümumi, bə-

şəri anlamda “səhv düşmələri“ qınaq obyek-

tinə  çəkirdisə, Anar nəsrində bu problem 

müəyyən mənada konkretləşir, fərdi məz-

mun kəsb edir. Ancaq eyni zamanda bədii 

nəsrə xas olan ümumiləşmə çalarları da ol-

duqca dolğun əks olunur. Özü də bu ümu-

miləşmə povestin məna qatında gizlənir. Oxu-

cu əsərin qəhrəmanı Feyzulla Kəbirlinskinin 

taleyi zəminində “yeri səhv düşənlərin” fa-

ciəsini ümumi və fərdi cizgilər əsasında iz-

ləyir. Bu baxımdan povestdə dinamikliyə, 

canlılığa şahid oluruq. Anar hadisələri canlı 

dialoqla əks etdirir. Bu keyfiyyət də xarakter 

açımına səbəb olur. Yəni, hadisələr adi təh-

kiyə yolu ilə nəql edilmir. Hər bir obraz yaxşı 

və pis cəhətləri ilə təqdim olunur. Daha doğ-

rusu, özləri öz davranışları, hərəkətləri və 

danışıqları ilə necə insan olduqlarını olduq-

ca təbii əda ilə sərgiləyirlər. Bəli, artıq əsərdə 




Yüklə 184,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə