Microsoft Word Firdovsi Shahname++. doc



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə1/78
tarix28.06.2018
ölçüsü1,51 Mb.
#52126
  1   2   3   4   5   6   7   8   9   ...   78


 
 
 
 
 
F İ R D O V S İ 
 
 
 
Ş A H N A M Ə 
 

 
 
 
Əbülqasim FİRDOVSİ 
 
 
 
 
 

 
Ş A H N A M Ə


 

 
 
 
 
Tərcümə edəni: MÜBARİZ ƏLİZADƏ 
 
Redaktoru:  
AZƏROĞLU,  
MƏMMƏDAĞA SULTANOV
ABBASƏLİ SAROVLU 
 

TƏRTİBÇİDƏN 
 
 Klassik  Şərq poeziyasının görkəmli nümayəndərindən 
olan  Əbülqasım Firdovsinin "Şahnamə"  əsəri  əhatə etdiyi 
böyük tarixi hadisələrin  əksi, xalqın bədii təfəkkür tərzinin 
ifadəsi və  Vətənin  əzəmətli tarixinin ehyası ilə dünyada 
müəllifinə  şöhrət qazandırmışdır. Təsadüfi deyil ki, Firdovsi 
dühasının məhsulu olan bu əsər  əsrlər boyu öz aktuallığını 
itirməmiş, cəngavərlik, mərdlik,  ədalət, vətənsevərlik, 
sülhpərvərlik ideyalarının tərənnümü ilə  bəşər övladının bədii 
zövqünü formalaşdırmışdır. 
Görkəmli söz ustadı  Ə. Firdovsinin "Şahnamə"  əsəri bir 
çox dünya xalqlarının dilinə tərcümə edilmişdir. Azərbaycanda 
1934-cü ildə Ruhulla Axundovun ümumi redaktəsi altında Əli 
Nazim, V. Xuluflu, M.M. İbrahimov və M.K. Ələkbərlinin re-
daktorluğu ilə  "Şahnamə"dən az da olsa, ayrı-ayrı dastanlar 
Azərbaycan dilinə tərcümə edilmişdi. Bu tərcümələri Əli Nəz-
mi, İbrahim Tahir, Azər, Sabir, Əbasəlt, M. Müşfiq, Səyidzadə,  
A. Şaiq və M.M. İbrahimov etmişlər. 
"Şahnamə"  əsərinin dünya ədəbiyyatı  xəzinəsinin 
incilərindən olmasını  nəzərə alan M. Mübariz Əlizadənin Fir-
dovsinin bu əsərini bütövlükdə və əsərin öz vəznində - əruzun 
mütəqarib bəhrində  tərcümə etməsi Azərbaycan oxucusunun 
böyük söz ustadının bədii irsi ilə orijinala uyğun bir əsərlə tanış 
olmasına imkan yaratmışdır. 
Bu böyük və  şərəfli  əsəri yaradan Ə. Firdovsi 
"Şahnamə"yə ömrünün 30 ilini sərf etliyi kimi, mütərcsim  M. 
Mübariz  Əlizadə  də  tərcüməyə 30 il ömür sərf etmişdir. 
Mütərcim zəhməti müəllif zəhmətindən onunla fərqlənir ki, 
müəllif əsəri yaradarkən sərbəst olur, mütərcim isə bacardıqca 
müəllif  əsərindən asılı olur, ondan kənara çıxa bilmir. Bu ta-
beçilik pozulduqda tərcümə orijinaldan fərqli alına bilər və us-
tad sənətkarın fikir dünyasını tam dolğunluğu ilə  əks etdirə 
bilməz. 


 

Ə. Firdovsinin 60 min beytlik "Şahnamə" əsəri M. Müba-
riz tərəfindən tam şəkildə  tərcümə edilsə  də, hələlik  əsərin I 
cildi çapdan çıxmışdır. 
Müstəqil Azərbaycan Respublikasında kiril əlifbası latın 
grafikası ilə  əvəz edildikdən sonra gənc nəsil bir çox elmi, 
bədii, tarixi əsərlərlə tanışlıqdan məhrum olmuşdu. Fərəhli hal 
kimi qeyd olunmalıdır ki, Respublikanın prezidenti İ.  Əliyev 
cənabları  gənc nəslin bu ehtiyacını  nəzərə alaraq, bir sıra 
qiymətli  əsərlərin latın grafikasə ilə çap olunması haqda 
göstəriş vermişdir. Bu əsərlər arasında  Ə. Firdovsinin 
"Şahnamə" əsəri də vardır. Yeni nəşr üçün əsərdə əvvəlki çapda 
gedən qüsurları düzəltmək lazım idi. M. Mübariz hələ 
sağlığında Firdovsi "Şahnamə"sinin I cildində gedən bir sıra 
xətaları öz əli ilə düzəltdiyindən bizim işimizi asanlaşdırmışdır. 
Ümidvarıq ki, Ə. Firdovsi dühasının məhsulu olan 
"Şahnamə" M. Mübariz tərcüməsində oxucuları  bəşər 
mədəniyyətinin incilərindən sayılan bu əsərlə yaxından tanış 
edəcəkdir. 
 
 
 
 
 
 
Nüşabə Əlizadə  
 

ŞƏRQ POEZİYASININ QİYMƏTLİ İNCİSİ 
 
Bəşər mədəniyyəti tarixində silinməz iz buraxan dahi 
sənətkarlardan biri Əbülqasim Firdovsi (934–1024) və dünya 
ədəbiyyatı xazinəsində təravətini əbədi saxlayan şah əsərlərdən 
biri isə onun «Şahnamə»sidir. 
Fars-tacik klassik şerinin fəxri olan Firdovsi bədii sözün 
qüdrəti ilə, böyük Nizaminin sözləri ilə desək: «Şerin elə bir 
qiymətli gövhərini yonmuşdur ki, onun tör-töküntüsü ilə bir 
çox bədii söz gəlinini bəzəmək olar». 
Min ilə yaxındır ki, «Şahnamə» dünyaya səs salmış, bədii 
söz, hikmət və gözəllik aşiqlərini öz pərəstişkarlarına çevirmiş, 
sevilə-sevilə oxunmuş, bir çox ölməz sənətkarların istifadə 
mənbəyi olmuş, kimi onu təqlid etmiş, kimi ona nəzirə yazmış, 
kimi onun qəhrəmanları, kimi onun müəllifi haqqında dastanlar 
yaratmış, kimi onun tərcüməsi, kimi isə onun şərhi və tədqiqini 
özü üçün şərəf hesab etmişdir.Əsrlər ötmüş, nəsillər biri 
digərini  əvəz etmiş, bəşər yeniyetməlik dövründən təkamül 
mərhələsinə  qədəm qoymuş, insan zəkası elm və texnikanın, 
yeni mədəniyyətin inkişafında möcüzələr yaratmış, «Şahnamə» 
isə öz gənclik təravəti ilə yaşamış, ondakı ülvi, bəşəri məzmunu 
və dərin fəlsəfi idrak yeni elm baxımından daha dolğun və daha 
düzgün kəşf edilmiş  və  kəşf edilməkdədir. Hazırda dünyanın 
bir çox xalqları «Şahnamə»ni öz ana dillərində oxuyur, öyrənir, 
onun yaradıcısı dahi Firdovsini öz doğma  şairi kimi sevir və 
xatirəsini  əzizləyirlər. Böyük sənətkar özü bəşər mədəniyyəti 
xəzinəsinə  bəxş etdiyi bu nadir şer incisinin həqiqi qiymətini, 
onun əbədiyyətə qovuşacağını bütün müasirlərindən daha yaxşı 
dərk etmiş  və öz inamını  əsərin sonunda bu misralarla ifadə 
etmişdir: 
 
Otuz il ağır zəhmətə dözmüşəm, 
Bu farsca əsərlə dirilmiş əcəm. 
Abad qəsrlər ki göyə baş vurar 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə