Microsoft Word Gabala declaration-az1-def



Yüklə 83,14 Kb.
Pdf görüntüsü
tarix06.05.2018
ölçüsü83,14 Kb.
#41548


 

 

2011-ci il 9 sentyabr, Qəbələ 



 

FORUMUN QƏBƏLƏ BƏYANNAMƏS   

 

11-ci Beynəlxlaq Pestisidlər Forumu  

Qəbələ, Azərbaycan 

7-9 sentyabr 2011 

 

Giriş  

 

Beynəlxalq  Pestisidlər  Forumu  Davamlı Üzvi Çirkləndiricilər, köhnəlmiş, istifadədən çıxarılmış 

pestisidlər  və  təhlükəli  kimyəvi  tullantılar  üzrə  layihələrin  həyata  keçirilməsində  maraqlı  olan 

tərəflər  arasında  müzakirələrin  aparılması  üçün  platforma  yaradır.  Forum  Stokholm 

Konvensiyasının  və  digər  kimyəvi  maddələrlə  bağlı  çoxtərəfli  ekoloji  müqavilələrin  həyata 

keçirilməsində,  pestisidlərin,  pestisid  tullantılarının  və  digər  kimyəvi  maddələrin  ekoloji  cəhətdən 

idarə edilməsi üçün informasiya mübadiləsində katalizator kimi çıxış edir. Sentyabrın 7-9-da 40-dan 

çox  ölkəni  təmsil  edən  120-dən  artıq  ekspertin  iştirakı  ilə  Qəbələdə  11-ci  Beynəlxalq  HCH  və 

Pestisidlər Forumu keçirilmişdir.  



 

11-ci Forum ölkələr, ekspertlər, təşkilatlar və donorlar arasında daha geniş informasiya mübadiləsi 

və  mümkün  əməkdaşlığın  yaradılması  məqsədi  ilə  hökümətləri,  donorları,  BMT  agentliklərini, 

Hökümətlərarası  təşkilatları,  QHT-ləri,  elmi  və  özəl  sektoru  bir  araya  gətirmişdir.  Çex 

Respublikasının  Brno  şəhərində  keçirilmiş  10-cu  Forumdan  sonrakı  irəlliləyişi  təhlil  etmək 

məqsədlə Forum Beynəlxalq HCH və Pestisidlər Assosiasiyasının təşəbbüsü ilə keçirilmişdir.  



 

Forum 


Beynəlxalq  Pestisid  Assosiasiyası  ( HPA),  Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii 

Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi 

tərəfindən keçirilmişdir.  

 

 

FORUM KEÇ R LƏN ÖLKƏ: AZƏRBAYCAN RESPUBL KASI  

 

Azərbaycan  Respublikasının  2003-cü  il  9  dekabr  tarixli    554-PQ  nömrəli  Qanunu  ilə  Azərbaycan 



Respublikası “Davamlı üzvi Çirkləndiricilər haqqında” Stokholm Konvensiyasına qoşulmuşdur.  

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 iyul tarixli 329 nömrəli Sərəncamına əsasən 



Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Davamlı üzvi Çirkləndiricilər 

haqqında”  Stokholm  Konvensiyasının  9-cu  maddəsinə  uyğun  olaraq  məlumatların  mübadiləsi 

məqsədilə Azərbaycan Respublikası tərəfindən milli əlaqələndirmə mərkəzi təyin edilmişdir.   

 

Azərbaycan  Respublikası  Prezidentinin  2005-ci  il  13  may  tarixli  816  nömrəli  Sərəncamı  ilə 



“Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi  və  BMT-nin  Sənaye  nkişaf 

Təşkilatı  (UN DO)  arasında  Davamlı  Üzvi  Çirkləndiricilər  (DÜÇ)  barədə  Stokholm 

Konvensiyasının  yerinə  yetirilməsi  üzrə  ilkin  fəaliyyəti  asanlaşdırmaq  üçün  sürətləndirilmiş 

mümkünləşdirici  tədbirlərlə  əlaqədar  olan  xidmətlərin  göstərilməsi  üzrə  Müqavilə”ni  imzalamaq 

səlahiyyəti  Ekologiya  və  Təbii  Sərvətlər  Naziri  cənab  H.  Bağırova  verilmiş  və  2005-ci  il  19  may 

tarixində  Müqavilə  imzalanmışdır.  Bu  Müqaviləyə  əsasən  2005-ci  ilin  iyul  ayından  etibarən  Milli 

Fəaliyyət Planının (MFP) hazırlanması layihəsi həyata keçirilməyə başlanmışdır.  



 

 

Layihəni  yerinə  yetirmək  məqsədilə  aidiyyəti  təşkilatların  səlahiyyətli  nümayəndələrindən  ibarət 



cra Komitəsi yaradılmış, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasında layihənin icrası üçün 

ofis ayrılmış və layihənin maliyə vəsaitləri hesabına ofis avadanlığı ilə təmin edilmişdir. 

ş

çi qrupunun tərkibinə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı, Səhiyyə, Nəqliyyat,  qtisadi 



nkişaf,  Sənaye  və  Energetika  Nazirliklərinin,  “Azərkimya”,  “Azərenerji”,  Azərbaycan 

Respublikasının  Dövlət  Neft  Şirkəti,  Gömrük  və  Statistika  Komitələri,  Azərbaycan  Milli  Elmlər 

Akademiyası,  QHT  nümayəndələri  daxil  edilmişdir.  DÜÇ-lə  əlaqədar  qanunvericiliyin 

təkmilləşdirilməsi məqsədilə Milli Məclisin nümayəndəsi məsul şəxs təyin edilmişdir. 

 

Müzakirələr  nəticəsində,  müxtəlif  siniflərə  məxsus  DÜÇ-lərin  inventarlaşdırılmasını  həyata 



keçirmək,  Milli  infrastrukturu  və  potensialı  qiymətləndirmək  məqsədilə  4  işçi  qrupu  (DÜÇ  əsaslı 

pestisidlərin  inventarlaşdırılması,  Heksaxlorbenzol  və  Polixlorbifenillərin  inventarlaşdırılması, 

qeyri-ixtiyari  əmələ  gələn  DÜÇ-lərin  inventarlaşdırılması  və  monitorinq)  yaradılmışdır. 

nventarlaşdırma  nəticəsində  məlum  olmuşdur  ki,  Azərbaycanda  Stokholm  Konvensiyasına  daxil 

edilmiş  ilkin  12  maddədən  yalnız  DDT,  PXB  və  Dioksin/Furanlar  mövcuddur  və  yalnız  DDT 

istehsal  edilmiş,  1982-ci  ildən  başlayaraq  istehsalı  dayandırılaraq  istifadəsi  qadağan  edilmişdir. 

2006-cı  ilin  fevral  ayında  ilkin  inventarlaşdırma  aparılaraq  hazırlanmış  hesabatlar  UN DO-ya 

təqdim edilmişdir.  

ctimaiyyətin və maraqlı tərəflərin məlumatlandırılması məqsədilə Konvensiyanın 10-cu maddəsinə 

uyğun  olaraq  “Davamlı  Üzvi  Çirkləndiricilər  haqqında  Stokholm  Konvensiyası,  ətraf  mühit  və 

insan  sağlamlığı”  adlı  buklet  hazırlanmışdır.  Buklet  Stokholm  Konvensiyası,  DÜÇ-lərin  ətraf 

mühitə və insan sağlamlığına təsirinə aid ümumi məlumatları, habelə bu sahədə ölkəmizdə mövcud 

olan  problemləri  əhatə  edir.  Bundan  əlavə  müxtəlif  kütləvi  informasiya  vasitələrində  DÜÇ-lərlə 

ə

laqədar çoxsaylı məqalələr çap olunmuşdur.  



Milli  Fəaliyyət  Planı  (MFP)  Stokholm  Konvensiyası  Katibliyində  2010-cu  il  15  fevral  tarixində 

qeydiyyatdan  keçmişdir.  Planın  3  mərhələdə  həyata  keçiriləcəkdir.  lkin  mərhələ  2010-cu  ilə 

qədərki  dövrü  əhatə  edir  və  fəaliyyətlər  DDT-lərin  və  PXB-lərin  ekoloji  cəhətdən  təmiz 

kənarlaşdırılması, həmçinin tibbi tullantıların utilizasiyasını nəzərdə tutur. 

Davamlı  üzvi  çirkləndiricilərin  idarə  olunması  ilə  bağlı  10-cu  Forumdan  sonrakı  dövr  ərzində 

aşağıdakı işlər görülmüşdür: 

GEF  və  UN DO-nun  dəstəyi  ilə  həyata  keçirilən  Davamlı  üzvi  çirkləndirici  olan  istifadədən 

çıxarılmış  PXB-lərin  ekoloji  cəhətdən  təmiz  kənarlaşdırılması  Layihəsi  üzrə  inventarlaşdırma 

aparılır.  Layihə sənədləri müvafiq qurumların rəy və təklifləri nəzərə alınaraq işlənilmiş və təsdiq 

edilmək üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. 

MFP-a  uyğun  olaraq  Azərbaycan  Hökumətinin  büdcə  vəsaitləri  hesabına  Cəngi  köhnəlmiş, 

istifadədən  çıxarılmış  pestisid  poliqonunda  rekonstruksiya  işləri  aparılmış,  ərazi  hasara  alınmış, 

poliqon  Kənd  Təsərrüfatı  Nazirliyinin  tabeliyinə  verilmiş,  idarə  aparatı  yaradılmış  və  mühafizə 

sistemi ilə təmin edilmişdir.  

Dünya Bankı və Beynəlxalq Ərzaq Təşkilatının (FAO) dəstəyi ilə DÜÇ pestisidlərin ekoloji təmiz 

kənarlaədırılması üzrə Layihə hazırlanmışdır. 

 



 

 

9 yeni DÜÇ maddələrinin Stokholm Konvensiyasının Əlavələrinə heç bir istisna qoyulmadan daxil 



edilməsinə razılıq verilmişdir.  

 

Stokholm,  Bazel  və  Rotterdam  Konvensiyalarının  sinergizmi  üzrə  də  müvafiq  işlər  görülür.  Bu 



sahədə keçirilən işçi qruplarının iclaslarında iştirak təmin olunur. 

 

Şə



rqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrində pestisidlərin idarə olunmasına həsr edilmiş 11-

ci  Beynəlxalq  pestisidlər  Forumunun  2011-ci  ildə  Azərbaycanda  keçirilməsi  üçün  hazırlıq  işlər 

həyata keçirilmişdir.  

 

DÜÇ-lərin  idarə  olunması  üzrə  Milli  Fəaliyyət  Planında  nəzərdə  tutulmuş  fəaliyyətlərin  həyata 



keçirilməsi sahəsində işlər davam etdirilir və Stokholm Konvensiyasında göstərilmiş  müddətdən 5 

il tez, yəni 2025 –ci ildə DDT-lərin və PXB-lərin ekoloji təmiz kənarlaşdırılması nəzərdə tutulur. 

 

Davamlı  Üzvi  Çirkləndiricilərin  idarə  olunması  sahəsində  Azərbaycan  Respublikasında 

görüləcək işlə

Azərbaycanın yaxın 10-12 il ərzində Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında  DÜÇ-lərin 

ekoloji təmiz idarə olunması sahəsində ən qabaqcıl mövqelərdən birini tutacağı qənaətindəyik.  

DÜÇ-lərlə  bağlı  uzunmüddətli  təhlükəsiziyin  təmin  edilməsi  üçün  Azərbaycanın  strategiyası  – 

DDT-lərin  və  PXB-lərin  ekoloji  təmiz  kənarlaşdırılması,  tərkibində  PXB  olan  avadanlıqların 

dəyişdirilməsi,  Dioksin/Furanların  və  9  yeni  DÜÇ  maddələrinin  inventarlaşdırılması,  kimyəvi 

maddələrin  reyestrinin  hazırlanmasını  və  bu  prosesdə  bütün  maraqlı  tərəflərin,  o  cümlədən 

ictimaiyyətin, QHT-lərin, özəl sektorun və alimlərin fəal iştirakının təmin olunmasını nəzərdə tutur. 

2012-2015-ci  illər  ərzində,  ümumiyyətlə  8-10  il  ərzindı  Azəbaycan  ərazisinin  köhnəlmiş, 

istifadədən çıxarılmış DÜÇ-pestisidlərindən tamamilə azad olunması imkanlarının gücləndirilməsi 

nəzərdə tutulur.  

Stokholm  Konvensiyasına  əlavə  edilmiş  Yeni  DÜÇ  maddələrinin    ekoloji  təmiz  idarə  olunması 

sahəsində fəaliyyətləri gücləndirmək məqsədilə Milli Fəaliyyət Planına Əlavənin hazırlanması ilkin 

məqsədlərdən biridir.  



 

FORUMUN QƏBƏLƏ  BƏYANNAMƏS               

        

2011-ci  il  7-9  sentyabr  tarixlərində  Qəbələdə  keçirilən  Beynalxalq  Pestisidlər  Forumunun  iştirakçı 

dövlətləri, donorları,  GO, NGO, özəl sektoru, ictimaiyyəti və akademiyanı təmsil edən iştirakçıları 

Azerbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Azərbaycan Respublikası Kənd 

Təsərrüfatı  Nazirliyinə  və    Hökumətinə,  təşkilatçılara  onların  qonaqpərvərliklərinə  və  bu  forumun 

təşkilinə görə öz minnətdarlıqlarını bildirdilər.  



 

ş

tirakçılar qeyd etmişlər: 

 

•  insanlara,  ətraf  mühitə  və  itehsal  olunan  kənd  təssərufatı  məhsullarına  təhlükə  yaradan 



köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərin  ləğv  edilməsi    milli  məsələdir:  və  bu 


 

 

problemlərin mürəkkəbliyi Hökumət tərəfindən mümkün olan ən yüksək səviyyədə nəzarət 



olunmaqla  ekologiya,  kənd  təsərrüfatı,  səhiyyə,  sənaye,  müdafiə,  fövqəladə  hallar  və 

maliyyə  Nazirliklərini,  habelə  universitetlər  və  QHT-ləri  eləcə  də  digər  aidiyyəti  dövlət 

qurumlarını cəlb edilərək bir milli problem kimi həllini tələb edir: 

•  Şərqi  Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələri  müsbət  təsiri  olan  beynəlxalq  proqramlar 

tərəfindən  dəstəklənən  vacib  addımlar  atırr  və  öz  fəaliyyətlərində  milli  təşəbbüsləri 

həvəsləndirərək  qeyd edirlər ki, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında 

məlumat  mübadiləsinin  aparılmasına,  layihə  üzrə  fəaliyyətlərin  əlaqələndirilməsinə  və 

regional  laboratoriyalar,  emal  obyektlərinin  yaradılması  üzrə  sıx  əməkdaşılığın  davam 

etdirilməsinə ehtiyac var: 

 

•  Şərqi  Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya  (EECCA)  ölkələrində  köhnəlmiş,  istifadədən 



çıxarılmış Pestisidlər və DÜÇ üzrə GEF/ FAO imkanlarının yaradılması layihəsinə ( 2009-

2012)  daxil  olan  fəaliyyətlərə  cəlb  olunmuş  ölkələrdə  köhnəlmiş,  istifadədən  çıxarılmış 

pestisidlərlə  məşğul  olan  müəssisələrin  bundan  sonra  da  inkişaf  etdirilməsi  və 

gücləndirilməsi gələcək inkişaf üçün vacibir: 



 

•  insan  sağlamlığı  və  ətraf  mühitin  qorunması  məqsədi  ilə  Qlobal  BMT-nin  Ətraf  Mühit 

Proqramının/Ümumdünya  Səhiyyə  Təşkilatının  proqramı  olan“Xəstəlik  keçiricilərinə  qarşı 

DDT-lərin  alternativlərinin  istifadəsi”  layihəsinin  həyata  keçirilməsi  vacibdir.  Regional 

Proqramlar Afrikada olan 13, Asiyada – 8, Orta Şərq və Şimali Afrikada – 8, Cənub Qafqaz 

və Mərkəzi Asiyada – 5, Meksika və Mərkəzi Amerikada olan 8 ölkəyə yayılır və yaxud da 

yayılması nəzərdə tutulur. Qlobal ətraf mühitə HCH-nin yayılmasının qarşısını  almaq üçün 

insan  sağlamlığı  və  ətraf  mühitin  qorunması  məqsədi  ilə  planlaşdırılmış  “Lindan  və  HCH 

tullantıların  (ESM)  nümayiş  etdirilməsi”  (2011-2016)  layihəsi  üzrə  Qlobal  BMT-nin  Ətraf 

Mühit Proqramı və BMT-nin Sənaye  nkişafı Təşkilatının Proqramının həyata keçirilməsini:  

 

•  Avropa Parlamenti üzvləri Dan Jorgensen, Ester de Lang və Ria Oomenin Avropa Birliyinin 



Şə

rqi  Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya  regionlarında  köhnəlmiş,  istifadədən  çıxarılmış 

pestisidlər ilə bağlı Avropa Birliyinin  yardımını və onların Avropa Komissiyası tərəfindən 

maliyyə dəstəyinin artırılması ilə bağlı öhdəlikərini müsbət qarşılayırlar  və  Şərqi Avropa, 

Qafqaz  və  Mərkəzi  Asiya  ölkələrinə  milli  pestisidlər  problemlərinin  həlli  istiqamətində 

Bazel  konvensiyasının  regional  emal  obyektlərinin  qurulması  ilə  bağlı  şərtlərini  nəzərə 

alaraq öz öhdəliklərini yerinə yetirməyi məqsədəuyğun hesab edirlər: 

 

•  ökələr (Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) Avropa Komissiyası tərəfindən 



maliyyələşdirilən  “Avropa  Qonşuluq  və  Tərəfdaşlıq  Aləti  üzrə  Şərq  regionunda  Təbii  və 

insan  tərəfindən  törədilən  fəlakətlərin  qarşısının  alınması,  onlara  hazırlıq  və  cavab” 

lahiyəsinin  hazırlanması  çərçivəsində  ekoloji  fəlakətlərin  (məs.11-ci  Forum  zamanı  Kaluş 

ilə bağlı təqdimat) azaldılması ilə bağlı yardım üçün müraciət edə bilər: 

 

•  hazırda planlaşdırılan AB tərəfindən maliyyələşdiriləcək “Şərqi Avropa, Qafqaz və Mərkəzi 



Asiya  regionunda  köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərin  kəndarlaşıdırlması  üzrə 

imkanların  gücləndirilməsi”  layihəsi,  Şərqi  Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya  regionunda 

12  tərəfdaş  ölkədə  köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərin  kənarlaşdırılması  üzrə 



 

 

imkanların gücləndirilməsinə  yardım, eləcə də təcrübə və ekspert mübadiləsi habelə, birgə 



fəaliyyət və regional əməkdaşlıq vacibdir: 

 

•  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən təqdim  edilmiş “Save and 



Grow” vacib təlimatdır: 

 

•  AB qanunvericiliyində pestisidlərin qadağan edilməsi siyasəti inkişaf etməkdə olan davamlı 

kənd təsərrüfatında əsas təcrübələrdəndir.  

 

•  ATƏT və hökumət eləcə də QHT arasında əməkdaşlıq çoxtərəfli layihələri əlaqələndirir və 

daha  çox  ölkənin  cəlb  edilməsi  üçün  bu  əməkdaşlığın  gücləndirilməsi  və  bundan  sonra 

inkişaf etdirilməsi məqsədəuyğundur: 



 

•  Cəmiyyətin  iştirakı  köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisid  qalıqlarının  minimal  risklə 

müvəffəqiyyətli ləğv etmək ehtimalını yüksəldir və ictimaiyyət, qərarvericilər (Hökumət) və 

QHT-lər  arasında  əməkdaşlıq  yaradır.  Beləliklə,  daha  səmərəli  və  davamlı  nəticələri  əldə 

etmək üçün cəmiyyətin siyasətdə, proqramlarda və layihələrdə iştirakinın təmin olunmasını 

məsləhət gördülər.  



 

- - - 


 

11-ci  Forumun  iştirakçıları  yuxarıda  qeyd  edilən  məqsədlərə  nail  olmaq  üçün  daha  çox  dəstək  və 

yardıma dair çağırışlar edirlər. 

 

Avropa  Komisiyyasını,  Avropa  Parlamentini,  Dövlətləri,  Birləşmiş  Millətlər  Təşkilatının 



qurumlarını, Dünya Bankını və digər donorları:  

1.

  DÜÇ-lərin kənarlaşdıılması və qarşısının alınması üçün milli səviyyədə ölkələr və vətəndaş 



cəmiyyətləri  arasında  inkişafı  vacib  hesab  edirlər  (Beynəlxalq  Pestisidlər  Assosiasiyasının 

hesbatı əlavə olunur); və 

2.

  Problem və mümkün həll yollarının miqyası və aktuallığı üzrə dialoqu təkmilləşdirməsinə; 



3.

  Milli və regional təşəbbüslərə maliyyə cəhətdən yardım göstərməsinə dair çağırışlar etdilər.  

 

Xüsusi olaraq, görüş iştirakçıları: 



Donor təşkilatlarını: 

4.

  Şərqi  Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələrində  layihə  fəaliyyətləri  üzrə  donorlar 



arasında  proqram  və  layihənin  nəticələrinin  maksimum  səmərəliliyi  üçün  əlaqələrin 

yaradılmasına və əməkdaşlıq edilməsinə; 



Qlobal Ekologiya Fondunu (QEF)  

5.

  ölkələrin  və regionların öz işlərində köhnəlmiş, istifadədən çıxarılmış pestisidlərin, DÜÇ-



lərin və digər təhlükəli  kimyəvi maddələrin aradan qaldırılmasını təmin etmək və təhlükəli 

kimyəvi  maddələrin  reyestrinin  hazırlanması  üçün  layihə  təklifləri  prosesinin 

sürətləndirmilməsinə müraciət etmişlər. 

Daha sonra iştirakçılar: 

 

Şə



rqi Avropa, Qafqa və Mərkəzi Asiya ölkələri Hökumətləri üzrə 


 

 

6.



  köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidilərlə  bağlı  ictimaiyyətin  məlumatlılığının 

artırılması,  özlərinin  milli  ekoloji  planlarında  ehtiyatların,  onların  qalıqlarının 

kənarlaşdırılması,  və  donorlarla  məhv  edilməsi  ilə  bağlı  danışıqların  gündəliyə  gətirilməsi 

və yerli maliyyə ehtiyatlarının cəlb edilməsi: 

7.

  səmərəli və davamlı nəticələr əldə etmək üçün ictimaiyyətin proqram və layihələrin həyata 



keçirilməsinə cəlb edilməsi: 

8.

  insanlara  və  ətraf  mühitə  təhlükə  yaradan  köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərin 



ləğv edilməsi üzrə yerli Hökumət tərəfindən nəzarət edilməsi ilə ekologiya, kənd təsərrüfatı, 

səhiyyə, sənaye, müdafiə, fövqəladə hallar və maliyyə Nazirliklərini, habelə universitetlər və 

QHT-ləri eləcə də digər aidiyyəti dövlət qurumlarının cəlb edilməsi və maliyyələşdirilməsi:   

9.

  əsasən Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionunda üstünlük təşkil edən DÜÇ-lərin 



və  digər  təhlükəli  kimyəvi  maddələrin  nəzarətsiz  qalmış  sahələrdən  təmizlənərək 

poliqonlara daşınması üçün təcili tədbir görülməsi: 

10.

 köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlər  və  çirklənmiş  torpaqların  təmizlənməsi  üçün 



ekspertizanın və mövcud sənaye imkanlarının qiymətləndirilməsinin təkmilləşdirilməsi: 

11.


 DÜÇ-lərin  ətraf  mühit  üzrə  ümumi  monitorinq  proqramının  və  müqayisəli  risk 

qiymətlətləndirilməsi sisteminin həyata keçirilməsinə dair çağırışlar etdilər. 

12.

 Bundan  sonra  köhnəlmiş  pestisidlərin  qarşısının  alınması  və  ərzaq  təhlükəsizliyinin  təmin 



edilməsini təkmilləşdirmək və Davamlı Məhsul  stehsalının Gücləndirilməsi  yanaşmalarını 

dəstəkləmək məqsədilə FAO ilə birlikdə milli və regional siyasəti inkişaf etdirmək. 



Avropa Komissiyası üzrə 

13.


 AB  tərəfindən  maliyyələşdiriləcək  “Şərqi  Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya  regionunda 

köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərin  kəndarlaşıdırlması  üzrə  imkanların 

gücləndirilməsi”  layihəsinin  həyata  keçirilməsi  Şərqi  Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya 

regionunda  12  tərəfdaş  ölkədə  Sovet  dönəmindın  qalmış  köhnəlmiş,  istifadədən  çıxarılmış 

pestisidlərin  kənarlaşdırılması  üzrə  imkanların  gücləndirilməsinə  yardım,  eləcə  də  təcrübə 

və ekspert mübadiləsi habelə, birgə fəaliyyət və regional əməkdaşlıq: soviet union 

14.

 gecikmə  və  ya  inkişafın  qarşısını  ala  biləcək  məsələlərə  dair  qiymətləndirmə  və  hesabat 



vermənin  və  bu  məsələlərin  hökumət  və  donorlarla  mübadilə  edilməsi,  hətta  həll  etmə  və 

maliyyələşmə ilə bağlı məsələlərin əlaqələndirilməsinin bu layihəyə daxil edilməsi:  

15.

 əlaqəli  12  ölkədə  qısa  müddət  ərzində  ən  yaxşı  nəticəyə  nail  olmaq  üçün  əlavə 



maliyyələşmənin mümkünlüyünün hazırlanmasına dair çağırışlar etdilər.  

Avropa Parlamenti üzrə 

16.


 Köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərə  dair  işçi  qrupunun  işinin  yenidən 

aktivləşdirilməsi  üçün  bu  qrup  Şərqi  Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya  ölkələrinə  yardım 

göstərməli və Avropa Birliyi sistemində problemlə əlaqədar məlumatlılığı artırmalıdır (Dan 

Jorgensen, Ester de Lange və Ria Oomen): 

17.

 Bu işçi qrupu tərəfindən yuxarıda 12-ci və 14-cü bəndlərdə qeyd edilmiş məsləhətlər daxil 



edilməklə  “Şərqi  Avropa,  Qafqaz  və  Mərkəzi  Asiya  regionunda  köhnəlmiş,  istifadədən 

çıxarılmış  pestisidlərin  kəndarlaşıdırlması  üzrə  imkanların  gücləndirilməsi”  layihəsi 

çərçivəsində fəaliyyət gücləndirilməlidir. 

18.


 Köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisid  qalıqlarının  inventarlaşdırılması  üzrə  məruzə 

edilməsi  və  gələcək  Avropa  Qonşuluq  Strategiyasında  (Ermənistan,  Azərbaycan,  Belarus, 

Moldova  Respublikası,  Gürcstan  və  Ukrayna)  köhnəlmiş,  istifadədən  çıxarılmış 

pestisidlərdən  istifadə  olunmasına  qadağanın  nail  olunması  məqsədilə  Çərçivə  Direktivi 

(2009/128/EC)  səviyyəsində  ictimai  fəaliyyət  üçün  pestisidlərə  dair  strategiyaya  əlavələr 

edilməsi  



 


 

 

QHT və vətəndaş cəmiyyətləri üzrə 

19.

 Dövlət siyasətinə əsaslanmağa və onun həyata keçirilməsi üçün yardıma:   



Beynəlxalq bitki mühafizəsi birlikləri və sənaye üzrə  

20.


 təhlükəli kimyəvi maddələrin aradan qaldırılmasında ölkələrə məsləhət və köməklik etməyə 

çağırırlar 

21.

 bo 


ş

 və qaydalar  uyğun  yuyulmuş  konteynerlərin  üçün  aşağı riskin yekun  həllinin təmin 

edilməsi üçün texnologiya və vasitələrin cəlb edilməsinə dair çağırış etdilər.  

  

ş

tirakçılar: 

 

ş

tirakçılar Beynəlxlaq Pestisidlər Assosiasiyasının rəhbərliyinə köynəlmiş pestisid probleminə dair 



dəyişilməz dəstəyə, əməkdaşlıq və yardım potensialın inkişafı və köhnəlmiş, istifadədən çıxarılmış 

pestisidlərin və digər təhlükəli kimyəvi maddələrin aradan qaldırılması üçün Beynəlxlaq Pestisidlər 

Assosiasiyasına öz təşəkkürlərini bildirdilər və bu işi davam etdirməyə çağırdılar.  

 

ş



tirakçılar  2013-cü  ildə  növbəti  12-ci  Beynəlxalq  Pestisidlər  Forumunun  Sloveniya 

Respublikasında keçirilməsini qəbul etdilər. 



 

Beynəlxlaq Pestisidlər Assosiasiyası barədə  

Beynəlxlaq  Pestisidlər  Assosiasiyasının  dünyanı  köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərdən 

təmizləmək üzrə aydın missiyası vardır.  

Bu məqsədlə Beynəlxlaq Pestisidlər Assosiasiyası: 

•  qlobal miqyasda köhnəlmiş, istifadədən çıxarılmış pestisidlərin kənarlaşdırılması; 

•  köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərin  inventarlaşdırılması,  kənarlaşdırılması  və 

qarşısının alınması; 

•  köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərin  kənarlaşdırılmasını  təmin  etmək  üçün  donor 

platformasının yaradılması;  

•  köhnəlmiş,  istifadədən  çıxarılmış  pestisidlərin  kənarlaşdırılması  üzrə  inkişafın  monitorinqi 

və məruzə edilməsi; 

•  iki  ildə  bir  dəfə  görüşlər  təşkil  edilərək  məlumat  mübadiləsiniin  aparılması  və  nəticələrin 

təhlil edilməsinə dair öhdəlik götürmüşdür.  

 

 



Köhnəlmiş, istifadədən çıxarılmış pestisidlərin aradan qaldırılması məsələsi yalnız ekoloji problem 

deyil  həmçinin  sosial-iqtisadi  inkişaf  yolunda  həyat  keyfiyyətinə  və  ən  azından  təhlükəsiz  ətraf 

mühitdə  yaşamaq  hüqüquna  təsir  göstərir.  Pestisidlər  üzrə  məsələlər  və  pestisidlərin  zərər  və 

təsirləri  xüsüsilə  kənd  yerlərində  yaşayan  insanların,  yoxsul,  qoca,  qadın  və  uşaqların  həyat 

şə

raitinə birbaşa təsir edir.  Lakin problemin miqyası genişdir. Belə ki köhəlmiş pestisidlərin ekoloji 



keyfiyyətə, ərazq istehsalına, insan sağlamlığına və ekosistemə uzun müddətli mənfi təsirləri vardır. 

stehsalda ərzağın köhnəlmiş, istifadədən çıxarılmış pestisidlərlə çirklənməsi yüksək iqtisadi risklər 

yaradır. (Nitrofen qalmaqalı 2002). Beynəlxlaq Pestisidlər Assosiasiyası layihələrin cəlb edilməsi, 

donor yardımlarının göstərilməsi işini həyata keçirir. Assosiasiyamızın artan könüllü nümayəndələri 

öz ölkələrində fəaliyyət göstərir. Əlavə məlumat üçün www.ihpa.info 

Forum ərzində əldə olunun nailiyyətlərə əsasən Beynəlxlaq Pestisidlər Assosiasiyası Şərqi Avropa, 

Qafqaz  və  Mərkəzi  Asiya  ölkələri  üçün  yeni  status  hesabatı  hazırlamışdır.  Ölkə  üzrə  hesabatın 

məqsədi  milli  səylər  və  DÜÇ-lərlə,  köhnəlmiş,  istifadədən  çıxarılmış  və  təhlükəli  kimyəvi 

tullantılarla bağlı layihələrdə inkişafın qeydə alınmasıdır. 



 

 

 



Forumun sponsorları 

• 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  



• 

“Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropa ölkələrində (EECCA) köhnəlmiş, istifadədən  

çıxarılmış  pestisidlər  və  davamlı  üzvi  çirkləndiricilər  (POPs)  üzrə  potensialın 

gücləndirilməsi” FAO-GEF layihəsi  

• 

GTZ Kimyəvi Təhlükəsizlik Layihə Konvensiyası  



• 

Stokholm Konvensiyasının Katibliyi  



 

Forumun birgə təşkilatçıları 

 

• 

Beynəlxalq HCH və Pestisid Assosiasiyası ( HPA), Hollandiya



  

• 

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi  



• 

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi  

• 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi  



• 

Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi  

• 

Azərbaycan Respublikası  qtisadi  nkişaf Nazirliyi  



• 

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi  

• 

Azərbaycan Respublikası Milli Elmlər Akademiyası  



• 

Bakı Dövlət Universiteti  



 

 

 



 

Yüklə 83,14 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə