Microsoft Word Geo-6 mv az-capa doc



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə1/47
tarix02.01.2018
ölçüsü3,58 Kb.
#19168
növüDərslik
  1   2   3   4   5   6   7   8   9   ...   47



 
2

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Elmi redaktor: E. Əlizadə, coğrafiya elmləri doktoru 
 
 
 
 
 
Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları) əsasında 
hazırlanmışdır.  
Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün “Coğrafiya” dərslik komplektinə daxildir: 
 Dərslik 
 Müəllim üçün metodik vəsait 
 
Coğrafiya– 6. Müəllim üçün metodik vəsait.   
N.Seyfullayeva, Y.Şabanova, İ.Rakçeyeva. “Bakınəşr”, Bakı – 2013, 160 səh. 
 
www.bakineshr.az 
ISBN 978-9952-430-12-7 (2) 
 
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2013 
 
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər hansı his-
səsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya vasitələri ilə yaymaq 
qanuna ziddir. 
 
Redaktor K.Abbasova 
Rəssam  
M.Hüseynov 
Korrektor A.Məsimov 
_______________________________________________________________ 
 
Format 70 ´100
1
/
16
. Ofset kağızı №1. Fiziki çap vərəqi 10.  
Çapa imzalanmışdır:  01.08.2013.  Tiraj: 7 500, pulsuz. 


 
 
3
DƏRSLİK KOMPLEKTİ HAQQINDA 
 
Dərslik komplekti Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün VI 
sinif “Coğrafiya” fənn kurikulumu əsasında hazırlanmışdır. Komplekt dərslik və 
metodik vəsaitdən ibarətdir. 
 
Dərslik  
Dərsliyin məzmunu və quruluşu təkcə bilik və bacarıqların formalaşdırılmasına de-
yil, növbəti siniflərdə coğrafiya fənninə maraq yaratmağa, həyati bacarıqların əldə 
edilməsinə zəmin yaradır.  
Dərslikdə  təbiət, insan və  təsərrüfat  əlaqələrinə kompleks yanaşılmışdır. Kursun 
mühüm bir hissəsi Yerin təbəqələrini – Yer qabığı, atmosfer, hidrosfer və biosferi 
əhatə edir. Digər tədris vahidləri isə Yer kürəsinin əhalisi, coğrafi biliklərin inki-
şafı, kartoqrafiyanın əsasları, Yerin planet kimi  əsas xüsusiyyətlərindən bəhs edir.  
 
Tədris prosesinin dərslikdə əks olunan  
metodoloji mərhələləri 
 
Dərslikdə  təlim materialının məzmunu, metodik və  əyani-illüstrativ tərkibi vahid 
və tam şəkildə formalaşdırılmışdır. Dərsliyin metodoloji konsepsiyası  şagirdlərdə 
idraki, informativ-kommunikativ və psixomotor bacarıqların formalaşdırılmasına 
xidmət edir. Adətən, təlim materiallarının mənimsənilməsi və uyğun fəaliyyət növ-
lərinin tətbiqi dörd əsas metodoloji mərhələyə bölünür: ilkin təsəvvürlərin forma-
laşdırılması;  onların inkişafı;  qazanılan bilik və bacarıqların tətbiqi;  onların qiy-
mətləndirilməsi. Dərslikdə tədris prosesinin sadalanan metodoloji mərhələləri ciddi 
gözlənilmişdir. Bu mərhələlər öz əksini aşağıdakı tədris bloklarında tapmışdır: 
 
1. Maraqoyatma (motivasiya). Mövzuya maraq oyatmaq üçün müxtəlif situasiya 
və hadisələr təsvir edilir, motivasiya yaradılır və suallarla yekunlaşır. Verilən su-
allar əvvəllər qazanılmış biliklərə əsaslanır və şagirdləri aktiv fəaliyyətə cəlb edir.  
2. Fəaliyyət. Maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrin səbəb-nə-
ticə əlaqələrinin kəşf edilməsinə yönəlmiş tapşırıqlar verilir. Fəaliyyət fərdi və qrup 
şəklində yerinə yetirilə bilər. Bu tapşırıqlar  şagirdlərin malik olduqları biliklərlə 
öyrəniləcək yeni təlim materialı arasında əlaqə yaratmağa xidmət edir. Yerinə yeti-
rilmiş işin nəticəsini müzakirə etmək, səhvləri araşdırmaq üçün suallar verilir.  
3. İzahlar. Fəaliyyət zamanı kəşf edilən faktlarla bağlı açıqlamalar verilir. Əsas an-
layışlar, mövzu ilə bağlı izahlar, terminlər, təriflər, qaydalar, bir sözlə, dərsin əsas 
məzmunu burada əks olunur. 
4. Bu maraqlıdır.  Mövzuya aid bilikləri genişləndirmək üçün nümunələr və ma-
raqlı məlumatlar verilir. 
5. Öyrəndiklərinizi tətbiq edin. Mövzuda öyrənilənləri möhkəmləndirmək, tətbiq 
etmək və onlara münasibət bildirmək məqsədi ilə verilən tapşırıqlardır.  
6. Nə öyrəndiniz.  Mövzuda əldə olunan yeni məlumatları ümumiləşdirməyə xid-
mət edir. Dərsdə öyrənilən yeni açar sözlərdən istifadə etməklə mövzunun xüla-
səsini şagirdlərin özlərinin verməsi tələb olunur.  


 
4
7. Açar sözlər. Hər bir mövzu üzrə öyrənilən əsas anlayışlardır. 
8. Öyrəndiklərinizi yoxlayın. Hər mövzuda şagirdlərin öyrəndiklərini qiymətlən-
dirmək, zəif cəhətlərini müəyyən etmək üçün nəzərdə tutulub. Verilən sual və tap-
şırıqlar mövzuda öyrənilənləri tamamlamaq, araşdırma aparmaq, əlaqə yaratmaq, 
yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu biliklərə  dəyər vermək və 
onlara  münasibət bildirmək məqsədi  daşıyır.  
9. Dərsdən sonra. Evdə yerinə yetirilməsi nəzərdə tutulur. Bu tapşırıqları yerinə 
yetirmək üçün  müxtəlif mənbələrdən  əldə olunan biliklər, hazırlanan məruzə  və 
təqdimatlar bütün siniflə müzakirə edilə bilər.  
10. Ümumiləşdirici tapşırıqlar. Hər tədris vahidinin sonunda öyrənilənlərin tətbi-
qi ilə bağlı sual və tapşırıqlar verilmişdir. Onlar summativ qiymətləndirməyə ha-
zırlıq üçün də istifadə oluna bilər. 
 
Müəllim üçün metodik vəsait  
 
Müəllim üçün metodik vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır: 
 dərsliyin tədris vahidləri üzrə məzmunu;  
 dərslik komplektinin mövzular üzrə strukturu; 
 fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik planlaşdırma nümu-
nəsi; 
 fənlərarası inteqrasiya imkanları  və digər fənlərin uyğun alt standartları ilə 
inteqrasiya cədvəli; 
 şagird nailiyyətlərini qiymətləndirmə prinsipləri və formaları;  
 gündəlik planlaşdırmaya dair nümunələr; 
 hər mövzu üzrə qruplaşdırılmış təlim materiallarının dərslik səhifələrinin kiçildil-
miş surətləri üzərində sxematik təsviri;  
 hər mövzuda qruplaşdırılmış təlim materialları üzrə iş texnologiyasının şərhi; 
 müəllimlər üçün mövzu üzrə əlavə məlumatlar; 
 müəllimin istifadə edə biləcəyi mənbələr. 
Müəllim tövsiyə olunan materiallardan sinfin hazırlıq səviyyəsinə, tədris vaxtına, 
texniki təchizata və diferensial təlim prinsiplərinə uyğun olaraq lazım bildiyi qədər 
istifadə edə bilər. Praktik dərslər zamanı isə şagirdlərdə fərdi bacarıqların formalaş-
dırılması  məqsədi ilə,  əsasən, fərdi və cütlərlə  iş    formalarından istifadə edilməsi 
daha məqsədəuyğundur.  
 
DƏRSLİK KOMPLEKTİNİN STRUKTURU 
 
Dərslikdə təlim materialları 8 tədris vahidi üzrə qruplaşdırılmışdır: 
1.  Coğrafiya: dünən və bu gün. 
2.  Cəmiyyət. 
3.  Yerin bərk təbəqəsi. 
4.  Şəffaf   kürə. 
5.  Yerin su təbəqəsi. 
6.  Təbiət və insan. 
7.  Yer – Günəş sistemində. 
8.  Yer səthinin təsviri. 
 


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə