152
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1 Təbiət elmləri seriyası 2011
UOT 624.131.1
ŞƏMKİRÇAY-GƏNCƏÇAY ARASI SAHƏNİN YERALTI SULARININ
BALANSI VƏ İSTİFADƏ PERSPEKTİVLİYİ
E.A.MƏMMƏDOVA
Bakı Dövlət Universiteti
m.esmiralda@yahoo.com
Tədqiqatlar göstərir ki, Şəmkirçay-Gəncəçay arası sahədə içmək və su təchizatı üçün
tam yararlı olan şirin suların böyük ehtiyatı mövcuddur və bu sulardan su təchizatında
(Gəncə, Daşkəsən və Şəmkir şəhərlərində) geniş istifadə etmək olar.
Açar sözlər: hidrogeoloji şərait, geoloji quruluş, yeraltı sular, balans.
Gəncə-Qazax düzənliyinin əsas çay sistemləri Gəncəçay və ona həm-
sərhəd olan qərbə doğru Qoşqarçay və şərqə doğru Kürəkçay, o cümlədən
Ağstafaçay, Tovuzçay, Zəyəmçay, Cəgirçay, Şəmkirçay hesab edilir.
Bu çaylar ətraf yaşayış məntəqələrinin suya olan təlabatının ödənilmə-
sində xüsusi əhəmiyyət kəsb edir. Onların uzunluğu az olub, su bəndləri kiçik
ərazini əhatə edir. Gəncəçayın uzunluğu 93 km, su bəndinin sahəsi 752 km
2
,
Qoşqarçayın uzunluğu 76 km, su bəndinin sahəsi 798 km
2
, Şəmkirçayın uzun-
luğu 85 km, su bəndinin sahəsi 1166 km
2
təşkil edir. Kürəkçay bu göstəri-
cilərinə görə Gəncəçay və Qoşqarçaydan kiçikdir. Dağ çayları axının orta və
yuxarı hissələrində böyük meylliyə malikdir.
Çayların gətirmə konusları öz ölçülərinə və relyefin morfologiyasına
görə müxtəlifdir. Gətirmə konuslarının başlanğıcında konuslararası depres-
siyalarla ayrıldığı halda, kənarlarda, bəzən isə mərkəz hissədə onlar birləşərək
düzənlik əmələ gətirir.
Ümumiyyətlə, Gəncə-Qazax düzənliyi Kiçik Qafqazın şimal-şərqində
formalaşan yerüstü axımın yayıldığı ərazidir. Burada çay şəbəkələrinin sıxlığı
dağlıq hissədə 1 km/km
2
-dən 0,2 km/km
2
-ə qədər dəyişir. Dağətəyi düzənlikdə
hidroqrafik şəbəkə qeyri-bərabər paylanmışdır. Qoşqarçaydan qərbdə şəbəkə-
nin sıxlığı 0,3-0,2 km/ km
2
, ondan şərqdə isə 0,2-0,05 km/ km
2
-ə çatır. Yer-
üstü axım 1 l/san /km
2
-dən az olur. Lakin Küryanı zonada yeraltı suların paz-
laşması və suvarma sularının artması nəticəsində yerüstü axımın miqdarı 5
153
m
3
/san/ km
2
-ə qədər çatır.
1 saylı cədvəldə çayların morfometrik səciyyəsi, 2 saylı cədvəldə isə
onların suyunyn minerallaşması, kimyəvi tərkibi və bulanlıqlığı verilir.
Cədvəl 1
Çayların morfometrik səciyyəsi
Mütləq
yüksəklik
Çayın adı
Hidroməntəqənin
adı
Çayın
uzunluğu,
m
Çayın
suyığıcı
sahəsi, km
2
Hövzənin orta
mütləq
yüksəkliyi,m
Mənbə-
də
Mən-
səbdə
Ağstafaçay
Tovuzçay
Zəyəmçay
Cəgirçay
Şəmkirçay
Gəncəçay
Qoşqarçay
Qırmızı körpü
Yuxarı öküzlü
Yanıxlı
Cəgir
Borsum
Zurnabad
Sarıtana
121
76
90
58
85
98
76
2509
903
942
326
1166
752
798
1720
1142
850
1620
1634
2800
1840
2680
2200
2920
2814
203
156
140
120
93
70
83
Cədvəl 2
Çayların hidrokimyəvi səciyyəsi
Çayın adı
Suyun minerallaşma
dərəcəsi, q/l
Suyun kimyəvi
tərkibi
Suyun bulanlıqlığı
Ağstafaçay
Tovuzçay
Zəyəmçay
Cəgriçay
Şəmkirçay
Qoşqarçay
Gəncəçay
Kürəkçay
Gerançay
0,26 – 0,37
0,4 – 0,5
0,3 – 0,4
0,3 – 0,54
0,2 – 0,37
0,2 – 0,38
0,15 – 0,3
0,16 – 0,45
0,44
HCO
3
-Ca
HCO
3
-Na
HCO
3
-Ca
HCO
3
-Ca
HCO
3
-Ca
HCO
3
-Ca
HCO
3
-Ca
HCO
3
-Ca
HCO
3
-Ca
100 – 200
200 – 400
150
350
450
310
63
210
19
Cədvəldən göründüyü kimi, Kiçik Qafqazın dağətəyindən axan çayların
uzunluğu az, suyığıcı hövzəsinin sahəsi nisbətən kiçikdir. Bütün çaylar
başlanğıcında və ortada dağ çayı xarakteri daşıyır ki, burada vadilərin mailliyi
böyük, suyun axım sürəti yüksəkdir. Düzənliyə keçdikcə çay dərələrinin
mailliyi azalır, vadiləri genişlənir, axımın sürəti isə zəifləyir. Bu səbəbdən
çayların rejimi, əsasən dağlıq hissədə iqlim şəraiti ilə əlaqədar olur.
Çay axınlarının formalaşmasında yeraltı sular da iştirak edir. Yeraltı
sularla qidalanma: atmosfer çöküntülərindən, ərazinin geoloji quruluşundan və
hidrogeoloji şəraitindən, sulu süxurların tərkibindən asılıdır [1].
Qeyd etmək lazımdır ki, suyığıcı hissəsi alçaq olan çayların axımının 30
% -ni, yüksək olan çayların axımının 40-55% -ni yeraltı sular təşkil edir.
3 saylı cədvəldə çayların orta illik sərfi, 4 saylı cədvəldə isə çayların illik
sərfinin aylar üzrə paylanması verilmişdir.
154
Cədvəl 3
Çay axımının orta illik sərfi
Qidalanma mənbəyi, %
Çayın adı Müşahidə nöqtəsi
Çayın
orta illik
sərfi, m
3
/s
Qar suları
Yağış
suları
Yeraltı sular
Zəyəmçay
Cəgirçay
Şəmkirçay
Gəncəçay
Qoşqarçay
Yanıxlı
Cəgir
Borsum
Zurnabad
Sarıtana
5,05
0,57
8,38
4,06
0,76
28
15
34
36
23
27
45
12
18
32
45
40
54
36
45
Cədvəl 4
Çayların illik sərfinin aylar üzrə paylanması
Aylar üzrə sərf, m
3
Çayın adı
I II III IV V VI VII
VIII IX X XI
XII
Gəncəçay
Qoşqarçay
1,39
0,28
1,53
0,38
2,32
0,80
6,50
2,06
9,31
1,74
9,46
1,71
5,39
0,81
3,41
0,48
2,63
0,40
2,76
0,42
2,2
0,3
1,3
0,3
Bundan əlavə, qeyd etmək lazımdır ki, suvarma sistemləri də qrunt
sularının qidalanma mənbəyi hesab edilir.
Məlumdur ki, tədqiq olunan rayon gilli qumlar və gillərlə növbələşən
qayma-çaydaşlarının növbələşməsindən ibarətdir. Kobuddənəli materiallar
çayların gətirmə konuslarının kənar hissələrinə doğru fasial olaraq dəyişir və
burada qumlar, gilli qumlar və gillər üstünlük təşkil edir. Kobuddənəli mate-
riallar gilli qum və qumlu gilli süxurlarla növbələşərək, çöküntülər daxilində
çayların gətirmə konusunu əmələ gətirir. Qumdaşlarına və qayma çaydaşlı çö-
küntülərə sulu horizontlar uyğunlaşmışdır: üst hissəyə qrunt suları, alt hissəyə
təzyiqli sular. Bu suların əsas qida mənbələri atmosfer çöküntüləri, yerüstü
sular, bulaqlar, leysan suları və s. hesab edilir.
Öyrənilən ərazidə kontinental qatın əksər hissəsində çayların gətirmə
konusunda yeraltı sular az minerallaşma dərəcəsi ilə xarakterizə olunur (1,2
q/l-ə qədər). Bu sular Şəmkirçay-Gəncəçay arası sahənin sağ zolağında inkişaf
tapmışdır. Burada duz konsentrasiyasının qanunauyğun dəyişməsi müşahidə
olunur (yəni sularda minerallaşma dərəcəsi artır) [2].
Minerallaşma dərəcəsi 1 q/l-dən yuxarı olan yeraltı suların sərhədi şi-
malda dəmiryol xəttindən, Gəncə şəhərinin şimal və şimal-şərq hissəsindən
keçir. Minerallaşma dərəcəsi 1 q/l-dən yuxarı olan yeraltı sular, həmçinin əra-
zinin cənub-şərq hissəsində dəyişməzdir və fərqlidir. Burada suların mineral-
laşmasına görə fərqlənən Kürəkçayın xüsusi rolu vardır.
Çayların gətirmə konusu çöküntülərinin yeraltı sularının kimyəvi tərkibi
hidrokarbonatlı-sulfatlı-kalsiumlu tipdir. Şimala doğru getdikcə sulfatlılıq ar-
155
tır, artıq şimal və şimal-şərq hissədə çöküntülərdə xlorid tərkibli sular müşa-
hidə olunur.
Kimyəvi tərkibinə və minerallaşma dərəcəsinə görə təzyiqsiz və təzyiqli
sulu laylar keyfiyyətcə «İçməli su» təlabatına tam cavab verir. Suların mi-
nerallaşma dərəcəsi 0,4-1,0 q/l, tərkibi hidrokarbonatlı-kalsiumludur. Onların
tərkibində mikroelementlərin və zərərli kimyəvi maddələrin miqdarı içməli
sular üçün buraxıla bilən konsentrasiya həddini aşmır. Uzunmüddətli istismara
baxmayaraq, yeraltı suların keyfiyyəti dəyişmir.
Kəşfiyyat quyularının məlumatlarına əsasən, burada bir qrunt- və iki
təzyiqli sulu horizont ayrılır.
Qrunt sularının qidalanma mənbələri əsasən çay suları, atmosfer çökün-
tüləri və irriqasiya sularından ibarətdir. Onların yatım dərinliyi gətirmə konus-
larının başlanğıcı olan dağətəyi zonada 90-100 m-ə çatır. Dağətəyi zonadan
düzənliyə və həm də Kür çayına doğru getdikcə qrunt sularının yatım dərinliyi
azalır ki, buna da səbəb həmin istiqamətdə çaqıl-çınqılların azalması, qumlu
və gilli materialların artmasıdır. Kür çayına yaxın sahələrdə qrunt sularının
yatım dərinliyi 3 m-ə çatır. Hidrorelyefin mailliyi qrunt sularının axımı is-
tiqamətində 0,029-dan 0,010-a, süxurların süzülmə əmsalı 0,5-dən 15,0 m/sut -
ya qədər dəyişir [3].
Süzülmə əmsalının ən böyük orta asılılıq qiyməti 7,0-8,0 m/sut olur.
Qazılmış quyuların sərfi 6,5-18,0 l/sut təşkil edir. Adətən quyuların vahid sərfi
0,5-4,7 l/san, sulu layların sukeçiriciliyi 470-600 m
2
/ sut təşkil edir.
Dağətəyi zonadan düzənliyə doğru kəsilişdə iri dənəli materiallar qumlu
gil, gillərlə növbələşir və həmin istiqamətdə yeraltı sular təzyiqli xarakter daşı-
mağa başlayır. Çayların əmələ gətirdiyi konusların aşağı hissələrində konti-
nental çöküntülərdə iki təzyiqli horizont ayrılır.
Birinci təzyiqli horizont bütün ərazi üzrə yayılmaqla, 18,5-46,1 m
dərinlikdə rast gəlinir. Litoloji tərkibcə həmin horizont çaqıl-çınqıllardan və
onların qumlu gillər, gilli qumlar və gillərlə dolmasından ibarətdir. Sulu
horizontların qalınlığı 60-80 m arasında dəyişir. Sulu horizontun qidalanması
yerüstü sular, atmosfer çöküntüləri, irriqasiya sularından infiltrasiya və yeraltı
axımla qonşu sahələrdən gələn sular hesabına baş verir. Horizontun boşalması
yeraltı axımla Kür çayına və üstdə yatan təzyiqsiz sulu horizontlara doğru
müşahidə olunur. Pyezometrik səviyyə yer səthindən 15-25 m aşağıda yerləşir.
Yeraltı axım dağətəyi zonadan Kür çayı istiqamətində olub, mailliyi 0,03-
0,01-ə çatır. Birinci təzyiqli sulu horizonta qazılmış quyularda sərf 5,5-14,7
l/san-yə qədərdir. Həmin quyuların vahid sərfi isə 0,66-2,9 l/san-yə çatır.
Birinci təzyiqli sulu horizontla təzyiqsiz sulu horizontun birgə işlədiyi
zaman quyunun sərfi 1,8 l/san, vahid sərfi isə 0,65-3,6 l/san-yə çatır. Sulu
horizontun filtrasiya xüsusiyyətləri nisbətən sabitdir və süxurların süzülmə
əmsalı 5,2-11,6 m/sut-ya qədər dəyişir. Birinci təzyiqli sulu horizontun
sukeçiriciliyi 477-875 m
2
/sut-ya qədər dəyişir. Bu horizontun suları rayonun
156
bütün ərazisi üzrə yayılmışdır və onların minerallaşma dərəcəsi 0,4-1,0 q/l ara-
sında dəyişir. Kimyəvi tərkibinə görə yeraltı sular hidrokarbonatlı-kalsiumlu,
hidrokarbonatlı-natriumludur. Suların ümumi codluğu 3,36-10,27 mq/ekv/l-ə
qədər dəyişir. Hidrogen göstəricisinin qiyməti isə 6,85-7,6 -dir.
Aparılan spektral analizlər göstərir ki, suların tərkibində mümkün olan
kimyəvi elementlər normanı aşmır.
İkinci təzyiqli sulu horizont rayonun bütün ərazisində aşkar edilmişdir
və 170-283 m dərinlikdə açılmışdır. Rayonun bəzi hissələrində bu təzyiqli
horizont 120-175 m dərinlikdə yerləşmiş və birinci sulu horizontdan qalınlığı
10-25 m olan gil layları, bəzən də qumlu-gil layları ilə ayrılır. Sulu horizontun
maksimal dərinliyi tədqiqat rayonunun şimal-qərbində müşahidə olunur.
Litoloji tərkibinə görə ikinci təzyiqli sulu horizont əsasən iri dənəli
qumlardan, çaqıl-çınqıllardan təşkil tapmışdır. Hoirizontun maksimal qalınlığı
65 m, bəzən isə daha çox olur. Süxurların süzülmə əmsalı 2,5-23,5 m/sut, bəzi
hallarda isə 27,5 m/sut-ya çatır. İkinci təzyiqli sulu horizontun sukeçiricilik
əmsalı 250-337 m
2
/sut-ya qədər dəyişir.
Bu horizontun əsas qidalanma mənbəyi atmosfer çöküntülərindən, yer-
üstü sulardan və irriqasiya sularından (suvarma suları) infiltrasiyadır. Pye-
zometrik səviyyənin orta asılılıq qiyməti gətirmə konusunun başlanğıcında
olur və şimala - Kür çayına doğru təzyiqin artması ilə pyezometrik səviyyə
hamarlaşır və maillik 0,025-0,002 -ə çatır.
İkinci sulu horizontun suyunun minerallaşma dərəcəsi 0,4-1,0 q/l-ə çatır,
kimyəvi tərkibi əsasən hidrokarbonatlı, hidrokarbonatlı-sulfatlıdır. Suların
tərkibində olan mikrokomponentlərin mümkün miqdarı normadan artıq de-
yildir və içməli suya qarşı olan təlabata cavab verir.
Şəmkirçay-Gəncəçay arası sahənin yeraltı sularının balansının öyrənil-
məsi onların resursunu hesablamağa imkan verir. Yeraltı suların balansının
gəlir hissəsi atmosfer çöküntülərinin, yerüstü suların, suvarma sularının infil-
trasiyasından, kondensasiya sularından və yeraltı axımla sahəyə daxil olan
sulardan ibarətdir.
Ərazidə atmosfer çöküntülərinin miqdarı həm ilin mövsümləri və həm
də sahə üzrə qeyri-bərabər paylanır ki, bu da onların yer altına süzülmə xarak-
terinin müxtəlifliyinə səbəb olur. Yer səthinə düşən atmosfer çöküntülərinin
bir hissəsi yenidən buxarlanır, bir hissəsi yerüstü axınla çaylara, göllərə və di-
gər yerüstü su hövzələrinə axır, qalan hissəsi isə yer altına süzülərək, qrunt
suyu horizontuna daxil olur. Tədqiqatlar göstərir ki, yer səthinə düşən atmos-
fer çöküntülərinin 24% -i yeraltı suların qidalanmasına sərf olunur və tədqiqat
aparılan sahədən (300 km
2
) yer altına infiltrasiya olunan suyun həcmi 0,74 m
3
-
ə bərabərdir (sahəyə düşən atmosfer çöküntülərinin illik miqdarı 323 mm-ə
bərabərdir) [3].
Çaylardan infiltrasiya olunan suyun miqdarı A.N.Kostyakov düsturu ilə
hesablanır. Şəmkirçay və Gəncəçaydan infiltrasiya olan suyun miqdarı uyğun
157
olaraq, 1,11 və 0,11 m
3
/san -yə bərabərdir, yəni tədqiqat rayonu üçün 0,1 +
1,12 = 1,22 m
3
/san-dir.
Şəmkirçay-Gəncəçay arası sahədə torpaqların suvarılmasına verilən
sulardan itki yeraltı su balansının əsas elementlərindən biridir. Azərbaycan
Respublikası Su Təsərrüfatı və Meliorasiya Komitəsinin məlumatlarına görə,
sahənin (107 km
2
) suvarılmasına 1,54 m
3
/san su verilir. Bu suların 40% -i yer
altına infiltrasiya olunaraq, qrunt sularını qidalandırır.
Şəmkirçay-Gəncəçay arası sahədə kondensasiyanın miqdarı 120 mm-ə
bərabərdir ki, onun da 35 % -i (0,4 m
3
/san) yeraltı suların qidalanmasına sərf
olunur.
Yeraltı axımla sahəyə gələn suyun miqdarı Darsi düsturu ilə hesab-
lanmışdır və 0,25 m
3
/san təşkil edir.
Beləliklə, balansın gəlir hissəsi 3,21 m
3
/san təşkil edir.
Yeraltı suların balansının çıxar elementləri bulaqların sərfindən, trans-
pirasiya və buxarlanmaya sərf olunan suyun miqdarından və nəhayət, yeraltı
axımla sahədən çıxan suyun miqdarından ibarətdir.
Hazırda yeraltı suların istismar sərfi Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin məlumatlarına görə 1,94 m
3
/san-yə bərabərdir.
Buxarlanma və transpirasiyaya sərf olunan suyun miqdarı qrunt sularının
yatım dərinliyindən və bitkilərin növündən asılıdır. A.M.Pənahovun tədqi-
qatlarına görə, buxarlanmaya və transpirasiyaya sərf olunan suyun miqdarı
320 mm-ə bərabərdir. Nəzərə alsaq ki, qrunt sularının yatım dərinliyi 4 m-ə
qədər olan sahə 53 km
2
-dir, onda həmin sahədə buxarlanmanın miqdarı 0,52
m
3
/san təşkil edir.
Öyrənilən sahədən yeraltı axımla çıxan suyun miqdarı Darsi düsturu (Q
= kIF) ilə hesablanır. Aparılmış hesablamaların nəticəsinə görə, rayondan yer-
altı axımla çıxan suyun miqdarı 0,75 m
3
/san-yə bərabərdir. Beləliklə, balansın
çıxar hissəsi 3,21 m
3
/san təşkil edir [4].
Yeraltı suların balansı tədqiqat rayonunun sululuğunu bir daha sübut edir
və rayonun yeraltı sularından əlavə olaraq istismar üçün istifadəsinin
mümkünlüyünü göstərir.
Beləliklə, Şəmkirçay-Gəncəçay arası sahədə içmək və su təchizatı üçün
tam yararlı olan şirin suların böyük ehtiyatı mövcuddur və bu sulardan su təc-
hizatında (Gəncə, Daşkəsən və Şəmkir şəhərlərində) geniş istifadə etmək olar.
ƏDƏBİYYAT
1. Əliyev F.Ş. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə və geoekoloji
problemləri. Bakı: Çaşıoğlu, 2000, 325 s.
2. Əliyeva G.O. Gəncə-Qazax düzənliynin hidrogeoekoloji şəraiti / Ak. M.M.Əliyevin anadan
olmasının 100 illik yubileyinə həsr olunmuş «Azərbaycanın faydalı qazıntıları» mövzu-
sunda Respublika Elmi Konfransının materialları. Bakı: Bakı Universiteti, 2008, s. 45.
3. Məmmədova E.A., Əliyeva G.O. Gəncəçayın gətirmə konusu sahəsinin hidrogeoloji şəraiti /
Azərbaycanın ümummilli lideri H.Əliyevin anadan olmasının 85 illik yubileyinə həsr olun-
muş «Azərbaycanın faydalı qazıntıları» mövzusunda Respublika Elmi Konfransının ma-
158
terialları. Bakı: Bakı Universiteti, 2008, s. 21.
4. Məmmədova E.A. Su təchizatı və meliorativ hidrogeologiya. Bakı: Kür, 2003, 220 s.
БАЛАНС ПОДЗЕМНЫХ ВОД ТЕРРИТОРИИ МЕЖДУРЕЧЬЯ ШАМКИРЧАЙ-
ГЯНДЖАЧАЙ И ПЕРСПЕКТИВНОСТЬ ИХ ИСПОЛЬЗОВАНИЯ
Э.А.МАМЕДОВА
РЕЗЮМЕ
Исследования показывают, что на территории существуют большие запасы прес-
ных подземных вод, пригодных для водоснабжения и питьевых нужд человека. Эти во-
ды можно широко использовать в целях водоснабжения (в гг. Гянджа, Дашкесан и
Шамкир).
Ключевые слова: гидрогеологическое условие, геологическое строение, подзем-
ные воды, баланс
THE BALANCE AND
USAGE PERSPECTIVES OF THE UNDERGROUND
WATERS OF THE AREA BETWEEN SHAMKİRCHAY- GANJACHAY RIVERS
E.A.MAMMADOVA
SUMMARY
The investigations show that, there is a big stock of complete fit fresh water in the
area between Shamkirchay-Ganjachay rivers and this water is possible for wide use of the
water supply (in Ganja, Dashkasan and Shamkir cities).
Keywords: hydrogeological condition, geological system, underground water, balance
Redaksiyaya daxil oldu: 10.03.2011-ci il
Çapa imzalandı: 27.05.2011-ci il.
Dostları ilə paylaş: |