Microsoft Word geologiya-cografiya-2-2011. doc



Yüklə 72,22 Kb.
Pdf görüntüsü
tarix18.04.2018
ölçüsü72,22 Kb.
#39284


 

159


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Təbiət  elmləri seriyası   2011 

 

 

 

 

 

UOT 910 

BAKI ŞƏHƏRİNİN İQLİM ŞƏRAİTİ VƏ ÇİRKLƏNDİRİCİLƏRİN  

PAYLANMASINDA ONUN ROLU  

 

Ş.İ.MƏMMƏDOVA 

Bakı Dövlət Universiteti 

shakar64@mail.ru 

 

 

Məqalədə Bakı şəhərinin ayrı-ayrı illər üzrə iqlim amilləri təhlil olunmuşdur.Həmin 

illərdə küləyin sürət və istiqaməti, havanın temperaturu, yağıntılar və dumanların gedişindən 

asılı olaraq çirkləndiricilərin paylanması tədqiq olunmuşdur.  

Açar sözlər: çirkləndirici, indqridiyent, mümkün konsentrasiya həddi, fotokimyəvi 

proseslər, atmosfer yağıntıları. 

 

Azərbaycanda urbanizasiya prosesinin genişlənməsi, şəhərlərin və ətraf 



mühiti mühafizənin ekologiyası problemini qarşıya qoyur. İldən-ilə respubli-

kamızda istehsalın inkişaf tempi və miqyası artmaqla, antropogen proseslərin 

regionların təbiətinə təsiri güclənir. Bu özünü, faydalı qazıntıların yandırılma-

sında, ətraf mühitin nəqliyyat tullantıları ilə çirklənməsində, su hövzələrinə zə-

hərli maddələrin atılmasında, torpaqların sənaye tullantıları, kimyəvi gübrə-

lərlə çirklənməsində göstərir. Bu cür proses təkcə bizim respublikada deyil, 

dünyanın bir çox ölkələrində baş verir. Buna görə  də,  şəhərlərin ekologiyası 

problemi, hər yerdə, müxtəlif elm sahələrinin alim və mütəxəssisləri tərəfindən 

xüsusi diqqət mərkəzinə çevrilmişdir. 

Təbiətdə yaranan neqativ dəyişmələr şəhər əhalisinin sağlamlığında da-

ha qabarıq nəzərə çarpır. Nəticədə, şəhər və ona yaxın olan Respublika rayon-

larında ekoloji problem son dərəcə kəskinləşmişdir. İstehsalın sürətli inkişafı, 

XX əsrdə, xüsusilə əhalinin sıx məskunlaşdığı ərazilərdə – Bakı-Abşeron re-

gionunda və digər şəhər aqlomerasiyalarında müşahidə olunur. Bu əziyyət şə-

hər mühitinin mühafizəsi və Azərbaycanın təbii komplekslərinin yaxşılaş-

dırılması istiqamətində irihəcmli işlərin aparılmasına zərurət yaratdı. 

Bakı, Gəncə, Sumqayıt, Naxçıvan,  Şirvan,  Şəki, Lənkəran və bir çox 

digər  şəhərlərdə,  şəhər parkları  və bağlarının salınması,  şəhərətrafı zonaların 

yaşıllaşdırılması, şəhər ərazilərinin abadlaşdırılması, su təsərrüfatı obyektləri-

nin və hidromeliorativ qurğuların tikintisi, müəssisələrdə  zərərsiz texnologi-

yanın tətbiqi sahəsində böyük işlər görülmüşdür.  



 

160


Şəhərlərin atmosferinin ekoloji vəziyyəti və  ətraf mühiti mühafizənin 

təşkili məsələlərinin həllində, təbiəti mühafizə tədbirlərinin aparılmasının va-

cibliyinə xüsusi yer verilir. Bu tədbirlərə istehsal təyinatlı obyektlərin yerləş-

dirilmə sxemlərinin ekoloji ekspertizasının aparılması  və funksional-planlaş-

dırma təşkilatının təklifi əsasında təbii komponentlərin – su, hava, torpaq, bitki 

örtüyü və heyvanat aləminin mühafizəsi üzrə tədbirlər daxildir. Bura həm də, 

funksional zonallaşdırma,  ərazinin mühəndisi hazırlığı, meliorasiya, yaşıllaş-

dırma, suvarma və s. təbiəti mühafizə tədbirləri aiddir. 

Bakı şəhərinin iqlimi həmişə indiki kimi olmamışdır. Yaxın geoloji keç-

mişdə, təxminən 25-30 mln.il bundan qabaq bütün Abşeron yarımadası dəniz 

altında olmuşdur. Dəniz geri çəkiləndən sonra iqlimdə  tədricən kontinen-

tallaşma prosesi getmiş, buzlaq dövrlərində isə, hətta soyuma baş vermişdir. 

Dördüncü dövrün əvvələrində, yəni təxminən 800-900 min il bundan 

əvvəl Azərbaycan  ərazisində iqlim indikindən xeyli isti olmuşdur. Abşeron 

yarımadası, Bakı  şəhərində tropik şəraitinə yaxın olan iqlim şəraiti mövcud 

olmuşdur. Bakının hazırkı iqlim şəraiti təxminən 2000 il bundan əvvəl mövcud 

olan iqlimdən az fərqlənmişdir. Bakıda ilk dəqiq meteoroloji müşahidələrə 

1848-ci ildən başlanmışdır. Bakıda aparılan müşahidələr  şəhərdə iqlimin, 

xüsusilə onun ən mühüm ünsürlərindən birinin

−havanın temperaturunun son 

yüz ildəki tərəddüdünü izləməyə imkan verir.  

Bakı şəhərinin meteoroloji-iqlim şəraiti şəhərdə sənayedən, nəqliyyatdan 

atılan tullantıların yayılmasında müəyyən rola malikdir. Əsas rol oynayan 

amillərə şəhərdə ortaillik temperatur, küləyin ortaillik sürəti və istiqaməti aid-

dir. Temperaturun nəqliyyatdan atılan tullantılara təsiri  əsasən yay aylarında 

kəskin nəzərə çarpır. Əsas səbəb isə yay aylarında yüksək temperaturun hökm 

sürməsidir. Bu zaman zərərli maddələrin konsentrasiya prosesi çətin getdi-

yindən, havada ağırlaşmalar baş verir ki, bu da canlı orqanizmlərdə nəfəs alma 

prosesini çətinləşdirir. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, Bakı 

şəhəri atmosfer havasında antropogen mənşəli zərərli qarışıqlardan karbon 

oksidinin (dəm qazı) qatılığı yay aylarında daha yüksək səviyyədə olur və bu 

temperaturla düz, küləyin sürəti ilə  tərs mütənasib olaraq, müəyyən hədlər 

arasında tərəddüd edir. 

Bakı şəhəri üzrə havanın temperaturu küləyin istiqaməti və sürəti, habelə 

şəhərin atmosfer havasında karbon oksidinə aid son illərin (2001-2009) mü-

şahidə məlumatlarının orta aylıq və orta illik göstəriciləri hesablanmışdır. Üzə-

rində elmi təhlillər aparılan həmin göstəricilər müvafiq olaraq 4-cü və 5-ci 

cədvəllərdə verilmişdir.  




 

161


Cədvəl 1  

 Bakı şəhərində müşahidə məlumatlarının 

 illər üzrə orta aylıq göstəriciləri (2001-2009) 

Aylar Temperatur 

Cº  Küləyin sürəti m/s 

Karbon oksidi mq/l 

I 5.5 

2.4 


1.9 

II 5.2 


3.2 

1.9 


III 7.5 

3.6 


1.2 

IV 11.9 


3.1 

1.6 


V 17.6 

2.5 


1.6 

VI 23.4 


3.7 

1.5 


VII 25.8 

2.9 


1.7 

VIII 26.5 

2.3 

1.6 


IX 22.4 

2.4 


1.6 

X 16.9 


2.7 

1.4 


XI 11.3 

2.7 


1.3 

XII 5.7 


2.8 

1.2 


 

Cədvəl 2 



Bakı şəhərində müşahidə məlumatlarının illər üzrə orta illik göstəriciləri 

İllər Temperatur 

Cº  Küləyin sürəti m/s 

Karbon oksidi mq/l 

2001 15.1 

3.6 


1.4 

2002 14.8 

3.4 

1.4 


2003 14.9 

2.6 


1.5 

2004 14.9 

2.3 

1.3 


2005 15.4 

2.1 


1.6 

2006 15.5 

3.1 

1.4 


2007 14.7 

2.9 


1.5 

2009 15.9 

3.2 

1.6 


 

Bakı  şəhəri atmosfer havasının tərkibində karbon oksidinin beş il üzrə 

orta aylıq qatılığının temperaturdan və küləyin sürətindən asılı olaraq dəyişmə 

dinamikasını əks etdirən əyridən (qrafik 1) göründüyü kimi, temperaturun av-

qust ayında daha yüksək olmasına baxmayaraq, küləyin sürətinin nisbətən 

aşağı olduğu iyun və iyul aylarında havada dəm qazının qatılığı nisbətən çox 

olmuşdur. Ümumiyyətlə,  əyrilərin gedişi arasında korrelyasiya əlaqəsinin 

yüksək olduğu məlumdur. 

Digər cənub şəhərlərinə nisbətən Bakı yüksək termik şəraitinə malikdir. 

Yay aylarının temperaturuna görə o, ancaq Orta Asiya şəhərlərindən geri qalır. 

Qış isə əksinə Bakıda, həmin şəhərlərdən isti, Qafqazın Qara dəniz sahillərinə 

nisbətən isə  sərin keçir. Bakıda yüksək termik şəraiti yaradan əsas səbəblər 

şəhərin cənub en dairələrində yerləşməsi və bununla əlaqədar olaraq yüksək 



 

162


günəş radiasiyası, yay aylarında buludluluğun az olması, bitki örtüyünün zəif 

inkişaf etməsidir.  

Ən isti aylar iyul və avqustdur. Yüksək temperatur ən çox günəşli sakit 

hava şəraitində əmələ gəlir. Bakının ən soyuq ayları yanvar və fevraldı. Qışda 

soyuma Günəş radiasiyasının xeyli azalması, soyuq hava kütlələrinin nisbətən 

tez-tez təkrarlanan müdaxilələri ilə əlaqədardır. 

Abşeronda orta illik və aylıq temperaturun müqayisəsi göstərir ki, yarım-

adada  ən yüksək temperatur Bakıda qeyd edilir. Bakıda  ən çox təkrarlanan 

sutkalıq temperatur amplitudu 4-10 º arasındadır. 1 º və ya 20 º həddində am-

plitudlar isə seyrək hallarda olur. Temperaturu 25 º-dən artıq olan günlərin 

sayı Bakıda 50-dir. 

 

0



5

10

15



20

25

30



I

II

III



IV

V

VI



VII VIII

IX

X



XI

XII


aylar

qi

ym



ət

Temperatur ºC

Karbon oksidi mq/l

 

 



Qrafik 1. Son beş il üzrə orta aylıq temperaturdan (t, sº) və asılı olaraq karbon oksidi (SO) 

miqdarının dəyişmə dinamikası. 

 

Temperaturu 20 º-dən çox olan günlərin sayı isə Bakıda 120 günə çatır. 



Dənizin təsiri nəticəsində burada şaxtalı havalar az olsa da soyuq hava küt-

lələri gələn zaman müşahidə edilir. Hesablamalar göstərir ki, temperaturu -5 º 

ilə 10 º arasında olan hallar yanvarda hər 10 ildə iki dəfə, fevralda isə üç dəfə 

baş verə bilər. Mart ayında belə hadisə qeyd edilməmişdir. Lakin 0 º və -5 º-li 

şaxtalar həmin aylarda daha tez-tez, ildə 2-3 dəfə müşahidə oluna bilər. +35 º-

dən yüksək temperatur iyun ayında hər 10 ildən bir, iyulda 8, avqustda isə 6 

dəfə ola bilər. İyul, avqust aylarında son 100 ildə havanın temperaturu +14 º-

dən aşağı enməmişdir. Bu aylarda şəhərdə temperatur 40 º-yə çatır. Lakin 35-

39 º-li temperatur hər il 2-3 dəfə müşahidə edilə bilər.  

Bakı şəhərində periodikaların nəzərə alınması ilə temperatur paylanmala-

rının hesablanması qrafik 1-də verilmişdir.  Şəkildən göründüyü kimi 1881-

2080-ci illəri əhatə edən bir dövr temperatur tərəddüdləri faktiki paylanmalarla 

fazaca eynidir. Qeyd edilən dövrün bəzi müddətlərində əyrilər arasındakı fərq 

artıb-azalır. Lakin əyrilər arasındakı ümumi sinxronluq pozulmur və XXI əsrin 

sonuna kimi Bakı şəhərində temperaturun necə dəyişəcəyi haqqında məlumat-

lanmaq olar. Əyrinin vəziyyətinə görə 2010-2020-ci illər arasında temperatur 

tərəddüdlərində 0.1-0.3 ºC arasında cüzi artma, sonrakı 10 illikdə, yəni 2030-



 

163


cu illərə kimi azalma, 2035-2045-ci illərə kimi artma və sonra yenidən azala-

raq norma ətrafında dəyişəcəyi proqnozlaşdırılır. 



1. Bakı  şəhərinin külək rejimi və çirkləndiricilərin yayılmasında 

onun rolu. 

Bakı dünyanın  ən küləkli  şəhərlərindən biridir. Bakıda havanın 

hərəkəti xəzri, gilavar, musson xarakterli küləklər və brizlərlə əlaqədardır. Bu 

küləklərdən  ən güclüsü olan xəzri Bakı iqlimini daha çox dəyişir, o biri 

küləklərin təsirini xeyli azaldır və bəzən, hətta istiqamətini də dəyişir. 

Bakıda hakim küləklərin (şimal,  şimal-qərb və  cənub) tez-tez təkrar-

lanması  şəhər atmosferini yığılan zəhərli maddələrdən təmizləyir və oksigen 

şəraitini yaxşılaşdırır. Bu məsələnin bir tərəfidir. Şəhər yarımsəhra zonasında 

yerləşdiyindən yay aylarında  ətraf  ərazilərin torpaq örtüyü tamamilə  çılpaq 

olur və qəflətən başlayan xəzri şəhəri toz “duman”ına bürüyür. Bu da çox mil-

yonlu Azərbaycan paytaxtı üçün həlli çətin olan problemlərdən biridir. Şəhər 

küçələrininin natəmizliyi, zibillərin vaxtında daşınmaması, qum və s. tikinti 

materialları yığılmış tikinti meydançaları, bir çox hallarda yerindəcə yandırılan 

zibillər bərk külək əsdikdə dözülməz şərait yaradır.Onu da qeyd etmək lazım-

dır ki, tullantılar atmosferin aşağı qatlarında küləksiz günlərdə  zəif yayılır. 

Belə havada şəhərin mərkəzi küçələrində güclü şəkildə qalxan hava kütlələri 

hakim olur və zəhərli tullantılar çox da uzaq məsafəyə yayıla bilmir. Ən çox 

tullantıların yığılması hündür binaların aralarında və  şəhərin  ən alçaq mə-

həllələrində müşahidə olunur. 

 

 



 

Qrafik 2. Küləyin sürətindən (m/s) və asılı olaraq karbon oksidi (SO) miqdarının dəyişmə 

dinamikası. 

 

Avtonəqliyyat tullantıları çox təhlükəli olub biosferin aktiv zonasına 



daxil olaraq ona təsir göstərir. İşlənmiş qaz tullantılarının tərkibində olan qur-

ğuşun insan orqanizminə  təsir göstərən yüksək dərəcədə  zəhərliyici xüsusiy-

yətə malikdir. Atmosferin aşağı qatlarına daxil olan tullatılar küləksiz günlərdə 

zəif yayılır. Belə havada şəhərin mərkəzi küçələrində güclü şəkildə qalxan isti 

hava kütlələri hakim olur və  zəhərli tullantılar çox da uzaq məsafəyə yayıla 

bilmir.  Ən çox tullantıların yığılması hündür binaların arasında alçaq relyef 

sahələrində və sıx meşə zolağı olan sahələrdə müşahidə olunur.  



 

164


Ayrı-ayrı illər üzrə orta aylıq küləyin sürətindən asılı olaraq havada 

karbon oksidi qatılığının dəyişmə dinamikasını  əks etdirən  əyrilər (qrafik 2) 

göstərir ki, həmin qazın miqdarı küləyin sürəti az olan yay aylarında daha 

yüksək səviyyədə olur. Bu onu göstərir ki, şəhər havasında karbon oksidinin 

qatılığı temperaturla düz, küləyin sürətilə isə  tərs mütənasibdir, yəni yüksək 

temperaturda fotokimyəvi proseslərdə  əməmlə  gələn karbon oksidinin bir 

hissəsi külək vasitəsilə aparıldığından, hava nümunəsi götürülən zaman karbon 

oksidinin qatılığı azalmış olur. 

Şəhərin atmosfer havasının temperaturunun ortaillik göstəricilərindən 

asılı olaraq havada karbon oksidi miqdarının dəyişməsi gedişi əks olunan əyri-

lərdən (qrafik 3) görünür ki, həmin qazın havada qatılığı ortaillik temperaturun 

daha yüksək, küləyin sürətinin isə daha aşağı olduğu müşahidə edilən 2001-ci 

ildən nisbətən yüksək səviyyəyə qalxmışdır.  

2. Bakı  şəhərinin atmosfer yağıntılarının rejim xüsusiyyətləri və 

çirkləndiricilərin yayılmasında onun rolu. 

Təhlillər göstərir ki, Bakı şəhə-

rində yağıntılar qeyri-bərabər paylanır. Qışda düşən yağıntıların miqdarı 

29,8%, yazda 26,2 %, yayda 9,6%, payızda 34,5% təşkil edir. Yağıntıların ən 

çox miqdarı payızda (72,7mm), ən azı isə yayda (20,3mm) düşür. 

a) 


 

 

 



b)  

 



 

165


c) 

 

 



Qrafik 3. Ayrı-ayrı illər üzrə orta aylıq temperaturdan (a) və küləyin sürətindən (b) asılı 

olaraq havada karbon oksidi (c) miqdarının dəyişmə dinamikası. 

 

Yağıntıların illik miqdarının tərəddüd diapazonu kifayət qədər böyükdür. 



Yüzilliklər  ərzində maksimum yağıntı miqdarı 1946 (385 mm) və 1963-cü 

illərdə (390 mm) düşmüşdür ki, bu da çoxillik normadan 2 dəfə böyükdür, ən 

az yağıntı isə 1925-ci ildə müşahidə olunub, çoxillik normadan 3 dəfə kiçikdir. 

Çoxillik gediş qrafikləri, həmçinin anomaliyaların inteqral əyriləri göstərir ki, 

atmosfer yağıntılarının həm illik, həm də mövsümi kəmiyyətlərinin çoxillik 

dəyişmələrində trendlər müşahidə edilir.  

Atmosfer yağıntılarının tərkibində (yağış, qar) atmosfer havası ilə uzaq 

məsafələrə transsərhəd daşınan çirkləndiricilərin tərkibinin öyrənilməsi, onların 

ətraf mühitə təsirinin qiymətləndirilməsi və yağıntıların keyfiyyət göstəricilərinə 

nəzarətin həyata keçirilməsi məqsədilə ölkənin davamlı qar örtüyü olan yüksək 

dağlıq ərazilərində dörd məntəqədə qarın kimyəvi tərkibi, 21 məntəqədə isə at-

mosfer yağıntılarının kimyəvi tərkibi üzərində sistematik monitorinqlər aparılır. 

Atmosfer yağıntılarının tərkibində aşağıdakı keyfiyyət və çirkləndirici göstərici-

lər üzərində təyinatlar aparılır: elektrik keçiriciliyi, codluq, hidrogen göstəricisi–

pH, hidrokarbonat ionu, kalsium ionu, maqnezium ionu. 

Aparılmış tədqiqatlar göstərirki, atmosfer yağıntıları son 100 illik ərzin-

də azalmışdır. Yalnız iri sənaye şəhərləri, o cümlədən Bakı müstəsnalıq təşkil 

edir, belə ki, burada əksinə olaraq yağıntının artması müşahidə edilir. Respub-

likamızın ərazisində atmosfer yağıntılarının kimyəvi tərkibi üzrə müşahidələr 

hər ay 21 məntəqədə aparılır. Atmosfer yağıntılarının tərkibində 11 kimyəvi 

göstərici-sulfatlar (SO

4

2-



), nitratlar (NO

3

-



), ammonium ionu (NH

4

+



), xlorid 

ionu (Cl


-

), fosfatlar (PO

4

3-

), hidrokarbonatlar (HCO



3

-

), kalsium ionu (Ca



2+

), 


maqnezium ionu (Mg

2+

), codluq, elektrik keçiriciliyi və hidrogen göstəricisi 



(pH) təyin edilir. Kimyəvi tərkib mövsümi dəyişmələrə  məruz qaldığı üçün 

qarışıqların qatılıqlarının miqdarı cari ilə görə orta qiymətlə hesablanır. Müşa-

hidələrin nəticələrinə görə Bakı şəhəri üzrə il ərzində orta hesabla atmosfer ya-

ğıntılarının kimyəvi tərkibinin 19,5%-ni sulfat, 9,5%-ni nitrat, 1,0%-ni ammo-

nium, 11,0%-ni xlorid, 20,5%-ni hidrokarbonat, 0,02%-ni fosfat, 8,73%-ni 



 

166


kalsium və 3,75%-ni maqnezium ionları təşkil edir. Müəyyən olunan tullantı-

ların yarıdan çoxu nəqliyyatdan atılan tullantılara aid edilir. Xüsusilə Bakı 

şəhərində nəqliyyatın sıxlığı, yağışda olan zəhərli maddələrin miqdarına görə, 

onu Respublikanın digər rayonlarından fərqləndirir. 



3. Bakı  şəhərinin duman rejimi və çirkləndiricilərin yayılmasında 

onun rolu. 

Bakı üçün az da olsa xarakterik olan atmosfer hadisələri içərisində 

duman, covğun, tozanağı göstərmək olar. Duman ən çox ilin soyuq aylarında 

müşahidə edilir. Bakıda orta hesabla yanvar ayında 4, fevral və martda isə 5 

gün duman olur. Ən az duman iyun-sentyabr aylarında müşahidə edilir. Ən 

çox dumanlı vaxt saat 6 ilə 12 arasında düşür. Lakin Bakıda təbii dumandan 

başqa xüsusi quru duman adlandırılan dumanlar da müşahidə olunur. Belə 

dumanın əmələ gəlməsində əsas rolu Xəzər dənizi və şəhər sənaye müəssisələ-

rindən havaya buraxılan duz, his, tüstü və toz dənəcikləri oynayır. Fabrik və 

zavodların aerozol tullantıları dumanın daha da sıxlaşmasına kömək edir. Sə-

naye müəssisələrinin artması belə dumanların  əmələ  gəlmə  yəqinliyini artırır 

və bunların hesabına Bakıda dumanlı günlərin sayı şəhər ətrafındakından çox 

olur. Nəqliyyatdan atmosferə atılan aerozollar, ionlar Bakı şəhərində dumanın 

formalaşmasına təsir göstərir. Bu proses yay aylarında, yüksək temperaturda 

daha çox müşahidə olunur. Yayda ağır ionların bir hissəsi temperaturun 

təsirindən asılı olaraq atmosferin yuxarı hissəsinə qalxır. Dumanlı havada 

yüngül ionların sayı 35-45% azalır, ağır ionlar isə 145-155% artır. Çünki 

dumanda yüngül ionlar atmosferdə olan su damlalarının üzərinə yataraq ağır 

ionlara çevrilir. Buludlu havada buludun alt təbəqəsinə  yığılmış ionlar ref-

lektor rolunu oynadığı üçün elektromaqnit şüalarının  əks olunması daha da 

artır. Elektromaqnit sahələri ilə güclü çirklənən mühit şəraitində isə insanın 

davranışında pozulmalar, süstlük, yuxusuzluq, halsızlıq, yaddaşın itməsi və s. 

baş verir. 

Azərbaycanın bir çox rayonlarına nisbətən tozanaq Bakıda tez-tez müşa-

hidə edilir. Hadisənin yaranmasına səbəb güclü küləklər və Abşeron yarım-

adası səthində havaya qaldırıla bilən toz, qum və başqa hissəciklərin olmasıdır. 

Bakı meteoroloji stansiyasında aparılmış müşahidələrə görə  şəhərdə bir ildə 

orta hesabla 7 dəfə tozanaq olur. Tozanaq hadisəsi, ümumiyyətlə, tullantıları 

ən çox yayan təbiət hadisəsi hesab olunur. Başqa bir yerdə toplanmış tul-

lantıları bəzən ekoloji cəhətədn daha təmiz ərazilərə daşıyaraq, həmin ərazini 

çirkləndirir. Nəqliyyat tullantıları da, həmçinin bu yolla daha çox yayılır. 

Tozanaqlar transsərhəd daşınmaların əsas səbəbkarı hesab olunur. 

 

ƏDƏBİYYAT

 

1.  Əyyubov Ə.C. Bakının  iqlimi. Bakı: Azərnəşr, 1973. 178 s. 

2.  Bayramov Ş.R., İdrisova R.V., Haşımova R.A., Hüseynov C.H., Avazova M.Ə. Bakı şə-

həri atmosfer havasında karbon oksidinin miqdarca dəyişməsinin öyrənilməsi. Hidrome-

teorologiya və Ətraf Mühitin Monitorinqi // elmi-metodik konfransının materialları. Bakı, 

2007, s. 88-93. 




 

167


3.  Hacıyev Q.A., Əhmədova C.N., Bayramov Ş.R. Havanın çirklənmə vəziyyəti. Azərbaycan 

təbiət jurnalı, Bakı, 2000, №1-2.  s.6-9. 

4.  Cümşüdov S.Q. Avtomobil nəqliyyatının iqtisadiyyatı. Bakı: Maarif, 2000, s. 239. 

5.  Rəhimov C.R., Cümşüdov S.Q. Ətraf mühitin çirklənməsində  nəqliyyyat amili. Bakı 

Universitetinin Xəbərləri, Təbiət elmləri seriyası, 2007, №3, s.98-105. 

6.  Məmmədov Ə.S. Bakıda havanın temperaturunun periodik dəyişməsi. Bakı Universitetinin 

Xəbərləri, Təbiət elmləri seriyası, 2008, №3, s. 204-207. 

7.  Əliyev S.T., Babayev M.R , Hacıyev  İ.Ş., Mirzəyev A.V. Avtonəqliyyat tullantılarının 

ətraf mühitə  təsirinin ekoloji qiymətləndirilməsi // Ekologiya və Su Təsərrüfatı ( Elmi-

texniki istehsalat jurnalı), 2007, №4. s.3-6. 

8.  Qurbanov C.Q. Ödənişli Avtomobil yollarının yaradılmasının zəruriliyi // Ekologiya və Su 

Təsərrüfatı (Elmi-texniki istehsalat jurnalı), 2009, №2, s. 52-55. 

9.  Məmmədova  Ş.İ., Abdullayev R.B. Meteoroloji amillərin  şəhərlərin atmosferinə atılan 

tullantıların yayılmasında rolu // BDU-nun 90 illik yubileyinə  həsr olunmuş Beynəlxalq 

Elmi konfransın materialları. Bakı: BDU, 2009, s. 533-535. 

10.  Azərbaycan Respublikası regionlarının Sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-

2008-ci illər) // Azərbaycan Respublikası Prezidentinin 11.02.2004-cü il tarixli 2. 4 №-li 

Fərmanı.  

11.  www. eco.gov.az 

12.  www.eea.eionet.europa.eu 

13.  www.un-az.org 

14.  www.azecology.org 

15.  www.ecolex-az.org 

16.  www.sd.aznet.org 

 

КЛИМАТИЧЕСКИЕ УСЛОВИЯ ГОРОДА БАКУ И ЕГО РОЛЬ  

В РАСПРЕДЕЛЕНИИ  ЗАГРЯЗНИТЕЛЕЙ 

 

Ш.И.МАМЕДОВА 

 

РЕЗЮМЕ 

 

 В  статье  были  проанализированы  климатические  факторы  по  отдельным  годам 

города Баку. Также были исследованы направление  и скорость ветра, температура воз-

духа, осадки и распределение загрязнителей  в зависимости от направления туманов. 



Ключевые  слова:  загрязнительный  ингредиент,  предельно  допустимая  кон-

центрация, фотохимические процессы, атмосферные осадки. 



 

CLIMATE CONDITION OF BAKU CITY AND ITS ROLE IN THE  

DISTRIBUTION OF POLLUTANTS 

 

SH.I.MAMMADOVA  

 

SUMMARY 

 

The climate factors of Baku city for different years are analyzed in this article. The 

distribution depending on wind speed and direction, air temperature, rain and mist movement 

is researched. 



Key words: pollutant, ingredient, possible concentration limit, photochemical proces-

ses, atmosphere rain. 



 

Redaksiyaya daxil oldu: 30.05.2011 il. 



Çapa imzalandı: 27.07.2011 il. 

 

Yüklə 72,22 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə