Microsoft Word geologiya-cografiya-2-2011. doc



Yüklə 71,64 Kb.
Pdf görüntüsü
tarix26.01.2018
ölçüsü71,64 Kb.
#22603


 

105


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№2      

 

Təbiət  elmləri seriyası   2011 

 

 



 

 

 



UOT 556. 3 (479.24) 

BÖYÜK QAFQAZIN MİNERAL SULARININ FORMALAŞMASI 

VƏ HİDROKİMYƏVİ XÜSUSİYYƏTLƏRİ 

 

O.M.ƏHMƏDOVA 

Bakı Dövlət Universiteti 

o.ahmedova@mail.ru 

 

 Məqalədə Böyük Qafqaz meqaantiklinoriumun ayrı-ayrı geoloji-struktur və hidrogeo-



loji rayonları daxilində formalaşan, tektonik  qırılma və çatlarla əlaqədar olan mineral-termal 

sular, həmçinin onların  əsas hidrogeokimyəvi xüsusiyyətləri  şəhr edilir. Bu suların kimyəvi 

tərkibinin  əsas ünsürləri- ion-duz tərkibi, qazlar, mikroelementlər, mikroorqanizm və üzvü 

maddələr-bakteriyalar haqqında məlumat verilir. 

Açar sözləri: Böyük Qafqaz, minaral sular, hidrokimyəvi xüsusiyyətlər.  

 

Azərbaycan Respublikasının  şimalında yerləşən Böyük Qafqaz ərazisi 



23,5 min km

2

 sahəni əhatə edir. O, şimaldan Rusiya Federasiyasının Dağıstan 



Respublikası,  şərqdən Xəzər dənizi, cənubdan Kür-Araz ovalığı, qərbdən və 

şimal qərbdən isə Gürcüstan Respublikası ilə həmsərhəddir. 

Tədqiq etdiyimiz Böyük Qafqaz meqaantiklinoriumu geoloji- strukturu-

na görə  cənub, cənub-qərb və şimal-şərq yamacları, həmçinin son qurtaracağı 

olan Abşeron yarımadası sahəsindən təşkil olunmuşdur. Hidrogeoloji cəhətdən 

isə beş hidrogeoloji rayona 

− şimal-şərq, cənub hissələrə, Qanıx-Əyriçay va-

disi, Ceyrançöl-Qabırrlı zonası və Abşeron- Qobustan vilayətlərinə ayrılır. 

Məqalədə qeyd etdiyimiz geoloji-struktur və hidrogeoloji vilayətlər da-

xilində bu meqaantiklinoriumda formalaşan mineral-termal sular və onların 

hidrogeokimyəvi rayonlarının xüsusiyyətləri haqqında məlumat verməyə 

çalışacağıq.   

Məlumdur ki, mineral-termal sular tərkiblərində çoxlu miqdarda duzlar, 

birləşmələr, mikrokomponentlər və qazlar daşıması ilə digər yeraltı sulardan 

fərqlənir. Demək olar ki, çox qiymətli təbii sərvətlərdən biri olan mineral-ter-

mal suların öyrənilməsində əsas məqsəd xalq təsərrüfatında, kimya sənayesin-

də, kurort-sanatoriya sahələrində və s. bu kimi sahələrdə onlardan səmərəli və 

düzgün istifadə etməkdir. 

Məlum həqiqətdir ki, Yer kürəsinin 60%-də mineral-termal sulara rast 

gəlinmir. Yalnız 40%-də bu sular mövcuddur ki, onların içərisində də respub-

likamız mineral-termal sularla zənginliyinə görə seçilir. Bu suların fiziki xassə 

və kimyəvi tərkibləri müxtəlif olub, bir sıra xəstəliklərin müalicəsində əsas rol 




 

106


oynayır. Odur ki, böyük ehtiyatlara malik olan mineral-termal su mənbələri 

üzərində kurort-sanatoriyaların tikilməsi günün hazırkı tələblərindən irəli gəlir. 

Belə ki, respublikamız  bu sulardan istifadə etmək imkanlarına malikdır. 

Ümumiyyətlə, tədqiq edilən  ərazinin dağlıq hissəsi  əsasən iki dağ: Baş 

Qafqaz silsiləsi  və ona paralel olan Yan Qafqaz silsilələrindən ibarətdir ki, bu 

ərazilərdə də 200-dən artıq mineral-termal su bulaqları formalaşmışdır. 

Ümumqafqaz istiqamətində uzanan Böyük Qafqaz  daxilində Ön Qafqaz 

qalxması, Tfan, Zakatala-Qovdağ və Vəndam kimi tektonik zonalar ayrılır ki, 

burada da tektonik pozulma və çatlara rast gəlinir. Ərazinin çoxsaylı mineral-

termal suları da tektonik pozulma xətləri və çatlar boyunca inkişaf tapmışdır. 

Bu tektonik zonalar da öz-özlüyündə bir sıra kiçik və böyük strukturların vəh-

dətindən təşkil olunmuşdur. 

Bununla yanaşı ərazinin mineral-termal sularının formalaşmasında onla-

rın mənşəyi, geoloji inkişaf tarixi, fiziki coğrafi şərait, geoloji quruluş, stratiq-

rafiya  və s. amillər də  iştirak edir. Onu da qeyd etmək lazımdır ki, Böyük 

Qafqazın mineral-termal suları ərazinin yeraltı sularının hidrosferasında geniş 

yayılması və müxtəlifliyi ilə böyük əhəmiyyət kəsb edir. 

Tədqiqat apardığımız  ərazinin geoloji quruluşunda yura, təbaşir yaşlı 

qumdaşları, argillit, əhəngdaşı, mergel, konqlomerat, gil, kaynazoy yaşlı bö-

yük qalınlığa malik çökmə suxurlar iştirak edir. 

Qeyd etdiyimiz geoloji strukturlar daxilində Tfan, Vəndam, Təngi-Beş-

barmaq antiklinoriumları, Şahdağ-Xızı, Şabran və Zakatala-Qovdağ sinklino-

riumları yerləşir. Demək olar ki, bütün bu strukturlar qırılıb-düşmə, qırılıb-

qalxma və üstəgəlmə tipli qırılma və çatlarla mürəkkəbləşmişdir. Mineral-

termal su bulaqları da burada bir sistem şəklində yayılmışdır. Bu şəbəkə 

daxilində sözsüz ki, su saxlayan layların və kollektorların, tektonik qırılma və 

çatların kontaktında onların xarakteri dəyişir və yeni kimyəvi tərkibli sular 

yaranır. Eyni zamanda mineral-termal suların zonallığı, hidrogeoloji şəraiti və 

nəhayət, hidrogeokimyəvi xüsusiyyətləri dəyişərək, hidrogeokimyəvi tiplər ya-

radır. Suda həll olan kimyəvi elementlər, xüsusən də qazlar onun həlletmə 

qabiliyyətini artırır. Bu zaman o, süxurları daha intensiv parçalayıb, öz tərkibi-

ni aşınmış maddələrlə zənginləşdirir. Mineraloji tərkibinə gəldikdə isə  dərin-

liklərdə bu sulara müxtəlif qrup minerallar, mikroorqanizmlər daxil olur ki, bu 

da onların kimyəvi tərkibində öz təsirini göstərir. Deməli, müxtəlif tərkibdə bu 

və ya digər miqdarda həll olmuş halda mineral duzlar formalaşır. Duzlar suda 

həll olduqda ion şəklinə düşür. Bu suların tərkibində yayılmış ionlar olduqca 

müxtəlif vəziyyətdə və münasibətlərdə olur. 

Beləliklə, mineral-termal suların kimyəvi tərkibini təşkil edən elementlər 

əsas, az miqdarda təsadüf edilən, nadir tapılan, radioaktiv və üzvi maddələrdən 

təşkil olunmuşdur.  Ərazinin mineral-termal sularının kimyəvi tərkibində  əsa-

sən HCO

3

SO



4

 - ionları üstünlük təşkil edir ki, bu da karbonatlı, gipsli-karbo-

natlı suxurlardan və sulfatlı birləşmələrdən süzülən su onları özündə  həll 

edərək, bu anionları əmələ gətirir. 




 

107


Termodinamik və goeokimyəvi  şəraitdən asılı olaraq, mineralların bir 

çoxu qələviləşmə nəticəsində minerallaşma dərəcəsini artırır, doymuş məhlula 

keçir.  Duzların həllolma qabiliyyəti suların temperaturundan və tərkibindəki 

digər duzların varlığından asılı olaraq dəyişir. 

Bununla yanaşı suda həll olmayan, lakin hidroliz yolu ilə parçalanan 

minerallar da vardır ki, onlar da aşınma nəticəsində suyun və qazların varlığı 

ilə  əlaqədar olaraq, ilk növbədə bu suxur və minerallar suya Na

+

, K



+

, Ca


2+

Mg



2+

 və s. elementlərini keçirib,  əvəzində sudan hidrogeni alır. Suya keçən bu 

elementlər SO

2

, CL



-

 və 


2

4



SO ilə birləşmələr əmələ gətirir. Hidroliz nəticəsində 

gedən parçalanma ilə əlaqədar suxurlar öz tərkiblərindəki  Si, Al, Ba, Cu, Mn 

və s. elementlərin bir qismini kollid şəklində suya keçirir. 

Mineral-termal sularda həll olan maddələrin keyfiyyətcə dəyişməsi onla-

rın təmasda olduğu suxurlar arasında baş verən kation mübadiləsi nəticəsində 

yaranır. Bu, əsasən qələvi (Na

+

, K


+

)  və qələvi torpaq (Ca

2+

, Mg


2+

) gilli suxur-

lardakı kationlarla mübadilə reaksiyası  nəticəsində meydana gəlir. Bu mü-

badilə reaksiyası, adətən, dönən reaksiyadır. Başqa sözlə, suxurlardan suya ke-

çən kationlar başqa fiziki-kimyəvi şəraitdə gilli suxurlar tərəfindən udula bilər. 

Demək olar ki, ərazidə sulfatlı-hidrokarbonatlı, hidrokarbonatlı sulara  

(Çuxuryurd) yura və təbaşir dövrünün üst hissələrində flişli suxurlarda aktiv su 

mübadiləsi olan zonalarda rast gəlinir. Xəzəryanı düzənliyin cənub-şərq hissə-

sində isə (Xaçmaz, Diyallı, Qəndab) mineral  sular daş duz (halit) suxurları ilə 

əlaqədardır. 

Bir sözlə, Böyük Qafqazın mineral sularının formalaşmasının hidrogeo-

kimyəvi xüsusiyyətlərinin xarakteristikası mikroelementlərin toplanması, kon-

sentrasiyası, miqrasiyası, onda həll olan qazlar, mikroorqonizmlər, üzvi mad-

dələr və digər müxtəlif geoloji-hidrogeoloji göstəricilərin hesabına  əmələ 

gəldiyindən bunlara diqqət yetirmək lazımdır. 

Belə ki, dağlıq-qırışıqlıq zonada azotlu qələvi hidrotermlər qrupu 1,5-2 km 

dərinliklərdə əsasən mezozoy dövrünün çöküntülərində  formalaşmışdır. Mall və 

qoteriv mərtəbələrində termal sularla zəngin olan su kompleks və sulu horizont-

lara rast gəlinir. (Xaltan, Xaşi   və Cimi termal su qrupu şəklində) titan və alt 

valanjinin qızıl-kazımlı mərtəbəsinin qumdaşı, əhəngdaşı süxurları ilə də mineral 

su bulaqları əlaqədardır (Yelisu). Üst təbaşirin qumdaşları ilə əlaqədar olan Xalxal 

mineral su qrupu da çox maraqlıdır.  Belə ki, ərazidə bu sular əsasən Malkamud 

qırılmaları  və onların ikinci dərəcəli çatları boyu inkişaf tapmışlar. Bu əyalətin 

bütün mineral su bulaqlarının kimyəvi tərkibi (HCO

3-

Na)  eyni olmaqla, az 



minerallaşma dərəcəsi ilə  fərqlənir. (1,2q/l-ə  qədər). Bu hidrotermlərdə qazın 

formalaşması əsasən azot hesabına yaranır. Kükürdün miqdarı 20, 8 mq/l, pH-8-

8,3, əksər hallarda isə silisium və onun turşusu da iştirak edir ki, onların miqdarı 

da 80 mq/l olur. Temperatur isə 30-50

0

 C arasında dəyişir. 



Soyuq mineral sular kimyəvi tərkibcə  hidrokarbonatlı, hidrokarbonatlı-

sulfatlı, sulfatlı-hidrokarbonatlı, xlorlu-hidrokarbonatlı, xlorlu-sulfatlı olub, 




 

108


tərkibində müxtəlif miqdarda kükürd saxlayırlar ki, buna da Siyəzən, Qarabu-

laq sahələrində rast gəlinir. Bu mineral suların kimyəvi tərkibi yura, təbaşir və 

paleogen dövrünün müxtəlif çökmə suxur komplekslərində baş verən proses-

lərlə əlaqədardır. Kimyəvi tərkibi hidrokarbonatlı-sulfatlı tipə malik olan  (Gü-

lax, Qonaqkənd, Laçın, Namazyax) mineral sular piritli-qumdaşı, gilli süxur-

larda sulfatın yuyulması  nəticəsində formalaşmışdır. Sulfatlı-hidrokarbonatlı 

sular (Soyub, Yerfi) müxtəlif dərinliklərdə, bəzən isə yer səhtinə yaxın sərbəst 

su mübadiləsi zonalarında təbaşir yaxın sərbəst su mübadiləsi zonalarında 

təbaşir dövrünün gipsli süxurlarında duzlu sular formalaşır. Burada SO

4

 ionla-



rının olması gipisli məhlulların (CaSO-2H

2

O), həm də turş sulfidli mineral-



ların və oksigenin təsirindən yarana bilər. Bu sularda Ca/Sr elementlərinin 

əmsalının olması da bu suların yer səthinə yaxınlığı ilə izah edilir. 

Dağlıq-qırışıqlıq zonanın  şimal-qərb, cənub və  cənub-şərq hissələrində 

kükürd qazı və onun yüksək konsentrasiyası  mineral sularda geniş yayılmışdır. 

Onların lokal şəkildə və arabir yayılmasında antiklinal strukturun və bir sıra mü-

rəkkəb xarakterli qırılıb-düşmələrin rolu böyükdür. Belə ki, hidrokarbonatlı-Ço-

bani, hidrokarbonatlı-xlorlu-Kleybuqurd, Zərgəran, xlorlu-sulfatlı-Zeyvə, xlor-

lu-hidrokarbonatlı-Altıağac, Qazvin, Cim-cimax kimi mineral su bulaqları kar-

bonatlı-gipsli və gipsin əhəmiyyətli dərəcədə olduğu süxurlarda formalaşmışdır. 

Dağlıq-qırışıqlıq, zonadan Xəzəryanı düzənliyə doğru su mübadiləsinin 

çətin getdiyi bağlı struktur fərqlənir. Burada paleohidrogeoloji şəraitin əlverişli 

saxlandığı sahələrdə Yalama, Xudat, Çandahar, Zorat və s. kimi mineral sular 

formalaşmışdır ki, onların da kimyəvi tərkibi xlorlu-natriumludur. Bu sular 

mezozoy və paleogen dövrünün müxtəlif dərinliklərindəki (1000-3000m) 

suxurlarında inkişaf tapmışdır. Bu suların  debiti 0,5-1,5   l / san-dır. 

Ərazinin termal sularında ( 90

0

 C-yə qədər) bir sıra xüsusiyyətləri: mineral-



laşma dərəcəsi -30-94q/l olub, kimyəvi tərkibcə xlorlu-natriumlu və  tərkibində 

böyük miqdarda Y, Br, B, Sr və s. mikroelementlərin olması ilə xarekterizə edilir. 

Onların qaz tərkibi isə əksərən metan qazının üstünlüyü ilə səciyyələnir. 

Böyük Qafqaz mineral-termal suları qaz tərkibinə görə azot, metan, kükürd 

və oksigen qazlı olub, aktiv biokimyəvi proseslər nəticəsində əmələ gəlmişdir və 

altı paragenetik tipə ayrılır: 1) azotlu, 2) azotlu-kükürdlü, 3) azotlu-hidrogen-sulfidli, 

4) azotlu-kükürdlü-metanlı, 5) metanlı-kükürdlü və nəhayət, 6) metanlı. 

Ərazinin mineral sularında qazların da həll olması çox dəyişkəndir. Belə 

ki, o, suyun temperaturundan, təzyiqindən və başqa həll olunmuş maddələrlə 

zənginliyindən asılıdır. 

Bütün bu qazlar mineral sularda həll olunmuş və ya sərbəst halda az və 

ya çox miqdarda iştirak edir. Onlar atmosfer, biokimyəvi, kimyəvi və meta-

morfizim mənşəli olması ilə xarakterizə olunur.      

Böyük Qafqazın mineral termal sularının tərkibində kompleks şəkildə 

mikroelementlər də iştirak edir ki, onların çoxu da sənaye və müalicəvi əhə-

miyyətə malikdir. Həmçinin onlardan faydalı qazıntı yataqlarının və mineral 

suların axtarışında istifadə etmək olar. Br 

−  əsasən xlorlu-natriumlu mineral 




 

109


sularda iştirak edir və onun konsentrasiyası  Xəzəryanı düzənlikdə orqanik 

maddələrin çox olduğu şəraitdə 210mq/l-ə çatır. Ümumiyyətlə, mineral suların 

minerallaşma dərəcəsinin artması ilə əlaqədar olaraq, brom və onun konsentra-

siyasının da yüksəlməsi də müəyyənləşdirilmişdir. Bu qanunauyğunluq bütün 

sulu komplekslərdə qeydə alınmışdır. 

Tədqiqat aparılan  ərazidə  və xüsusən də  Xəzəryanı düzənlikdə bromun 

konsentrasiyasının yüksək olması  dərinlik metamorfizm prosesi ilə  əlaqədar 

olması göstərilir. 

− ərazinin mineral sularında onun izlərinə 40mq/l-ə qədər rast gəlinir. 



Onun çox miqdarına yüksək minerallaşmış sularda Yalama və Xaçmaz 

sahələrində rast gəlinir. Bunlarla yanaşı minerallaşma dərəcəsi 3,8-4,7q/l olan 

sularda yoda 33,8-32,3mq/l miqdarında rast gəlinmişdir. Altıağac və Giləzi 

sahələrində minerallaşma dərəcəsi 7,0-8,7q/l olan mineral sularda onun miq-

darı 4,8-24mq/l arasında öyrənilmişdir. 

− bu mikroelementə 5mq/l-dən çox əsasən xlorlu-natriumlu və xlorlu 



hidrokarbonatın, həmçinin azotlu-qələvi hidrotermlərdə-Xalxan, Xaşi, Oğlan-

bulaq, Qəmərvan kimi mineral su bulaqlarında rast gəlinir. Bor mikroelemen-

tin yayılması  bəzi hallarda bu suların minerallaşma dərəcəsi  şəraitinin dərin-

ləşməsi ilə əlaqədardır. 

Sr 

−  ərazinin mineral sularında bu element “bələdçi” rolunu oynayır. 



Mineral sularda onun cəmlənməsini  əhəngdaşlı – qumdaşı suxurları yaradır. 

Xlorlu-natriumlu və xlorlu-hidrokarbonatlı mineral sularda onun maksimum 

konsentrasyasına Xəzəryanı düzənliyin bağlı geoloji-strukturlarında təsadüf 

edilir. Demək olar ki, ərazinin mineral sularında onun miqrasiyası və miqdarı-

nın artmasında suların minerallaşma dərəcəsi əsas rol oynayır. 

Rb 


− dağliq-qırışıqlıq zonanın mineral sularının tərkibində onun miqdarı 

0,09 mq/l-ə  qədər olur və xlorlu-natriumlu sularda daha çox olub, yura və 

təbaşir yaşlı gilli-qumdaşı süxurları ilə əlaqədardır. 

Cs 


− bu mikroelementin daha yüksək konsentrasiyasına və miqdarına 

Yalama və Xudat ərazilərində orta yura yaşlı çöküntülərə də rast gəlinir. 

− bu mikroelement və onun konsentrasiyasının maksimum miqdarına 



(238mq/l) Xəzəryanı düzənliyin yüksək minerallaşmış sularında rast gəlinir. Mi-

neral sularda minerallaşma dərəcəsi artıqca onun da konsentrasiyası yüksəlir. 

Ba 

− bu element və onun konsentrasiyalarının tərkibində SO



4

2

 ionları az 



olan sularda (0,011-0,95mq/l) rast gəlinir. Onun maksimal miqdarı isə SO

4

2-



ionlarının minimal iştirak etdiyi sularda müəyyənləşdirilmişdir. 

Mn 


− ərazinin yeraltı hidrosferasında geniş yayılmış və onun konsentra-

siyası 901-4,35mq/l-ə qədər olur. Bu elementdə onun konsentrasiyası  digərləri 

kimi minerallaşma dərəcəsinin artmaslı ilə müntənasib olub, gilli-qumdaşları 

çöküntülərinin qələvi sularında rast gəlinir. 

Zn 

− mineral sularda çox qeyri-bərabər miqdarda paylanmışdır. Hətta 



çox da böyük olmayan sahələrdə belə sulu horizontlarda onun miqdarı 10-100 


 

110


dəfə dəyişə bilir. Maksimum mirdarına sulfatlı-hidrokarbonatlı, hidrokarbonat-

lı-sulfatlı sularda (3 mq/l) təsadüf edilir. 

Cu - ərazidə geniş yayılmış və onun miqdarı böyük diapozonda 0,0009-

dan 2,8mq/l arasında dəyişir. Əsasən sulfid minerallaşması ilə sıx əlaqədardır. 

Belə sulara Xanarx,  Soyuq, Laçın kimi mineral su bulaqları misal ola bilər. 

Bütün bu mikroelementlərin paylanma qanunauyğunluqlarını  nəzərə 

alaraq, onu qeyd etmək olar ki, Böyük Qafqazın mineral sularını mikroele-

mentlərin münasibətinə görə əyalətlərə ayırmaq olar. Bu əyalətlər də bir-birin-

dən hidrogeoloji şəraitə, hidrogeokimyəvi tipə, minerallaşma dərəcəsinə, lito-

loji tərkibin xüsusiyyətlərinə, suxurların sululuğuna, sulu komplekslər və s. 

görə fərqlənir. Həmçinin mikroelementlərin qanunauyğun şəkildə paylanması-

na görə onların tiplərini iki genetik qrupa ayırmaq olar: 

I qrupa (J, Br, B, Si, Sr, K, Rb, Cs) daxil olan elementlər əsasən böyük 

konsentrasiya və miqrasiyalı olub, eyni kimyəvi tərkibli mineral sulara aiddir. 

Ancaq mineral sular müxtəlif hidrogeokimyəvi  əlamətlərdə, xüsusən də 

Xəzəryanı düzənlikdə geniş yayılmışdır. 

II qrupun elementlərinə  (Ba, Mn, Zn, Cu, Ag və s.) ərazinin mineral 

sularında tez-tez rast gəlinir.  Əsasən mezozoy dövrünün flizli süxurlarında 

inkişaf tapmış sulfidli sularda rast gəlinir. Bu suların kimyəvi tərkibi çox 

müxtəlif olub, hətta dağlıq-qırışıqlıq zona daxilində  dəyişir. Buna isə  səbəb 

sulfatın reduksiyası nəticəsində həll olmuş qazların rejiminin, turşuluq xassəsi-

nin və pH göstəricisinin artmasıdır. 

Orqanik maddələrdən ərazinin mineral sularının tərkibində əsasən Corq, 

humus, uçucu maddələr, yağlar, fenollar iştirak edir. Corq və Norq-un miqdarı 

dağlıq-qırışıqlıq zonadan Xəzəryanı düzənliyə  qədər dəyişir. Belə ki, Corq-

0,70-29,4mq/l və Norq-0,11-1,40mq/l, manqan-0,64-23mq/l, fenolun qiyməti 

isə 5mq/l-dən çox olur. 

Əldə edilmiş faktiki materiallara əsasən, demək olar ki, ərazinin ayrı-

ayrı açıq və bağlı hidrogeoloji strukturlarında formalaşan mineral suların tərki-

bində orqanizmlərin miqdarı (Corq) müxtəlifdir və 2-4 dəfəyə  qədər dəyişə 

bilər. Belə ki, bu miqdar Corq və Norq müvafiq olaraq 2,5-21-dək və 10-33-ə 

qədər dəyişir. Minerallaşma dərəcəsindən asılı olaraq, Corq maksimum 

qiymətinə Xudat, Yalama və Xaçmaz ərazilərinin yüksək minerallaşmış termal 

sularında (Corq-12-29mq/l) rast gəlinir. 

Onu da qeyd etmək lazımdır ki, dağlıq –qırışıqlığının aktiv su mübadilə-

si zonalarında Corq miqdarı azalır. Ümumiyyətlə, mineral suların müalicəvi 

əhəmiyyətində orqanik maddələrin geokimyəvi rolu inkar edilməzdir. Belə ki, 

hidrokarbonatlı, hidrokarbonatlı-xlorlu (Çoban), xlorlu-sulfatlı (Zeyvə), xlor-

lu-hidrokarbonatlı (Altıağaç, Cim-cimax, Nabran) hidrokartonatlı-sulfatlı (Qo-

naqkənd). Laçın, Düz-Bilici, Gülqax) tərkiblə yanaşı sulfat ionlarının reduksi-

yasında kükürdün də rolu böyükdür. 

Tədqiqat zonasının yeraltı hidrosferasında mikroorqanizm və bitkilər 

hidrogeokimyəvi proseslər və onların dinamikasında xüsusi yer tutur. Belə ki, 



 

111


sularda mikro-flora və bitkilərin kəmiyyət və keyfiyyət etibarı ilə öyrənilməsi 

hesabına bakteriyalar 4 qrupda təyin edilmiş (sulfat reduksiyaedici, saprapellər, 

metan əmələ gətirmə və nitritləşmə) və intensiv inkişaf etmişdir. Mikrobioloji 

biosenozların göstəriciləri zonalar daxilində biogeokimyəvi proseslərin inten-

sivliyinin dəyişməsini göstərir. Belə ki, dağlıq-qırışıqlıq zonanın açıq hidro-

geoloji-strukturlarında alt təbaşir və üst yura yaşlı qumlu və gipsli suxurlar-

dakı mineral sular oksigenli rejimi və onların sirkulyasiyasının aktiv biokim-

yəvi proseslərini yaradır. Mikroorqanizmlərin, xüsusən də bakteriyaların 

iştirakı sulfat reduksiyasını yaxşılaşdırır və onun toplanmasına şərait yaradır. 

Eyni zamanda mineral sularda tempraturun artması nəticəsində təzyiq azalır və 

metan qazı həll olur. Buna misal olaraq, Gülyax, Altıağac, Yerfi, Çaqan və s. 

mineral su bulaqlarını göstərmək olar. 

Üzvü maddələrdə sulfatın reduksiyası isə xlorlu-natriumlu su tipinin ya-

ranmasına  səbəb olur. 

Cənub-şərq hissədə isə mineral su bulaqlarında (Diyallı, Zərgəran, Zey-

və və s.) bakteriyaların miqdarı dəyişmir. Bu sularda desulfatlaşma prosesi za-

manı metan qazı  əmələ gətirən bakteriyalar yaranır ki, bu sularda da metanın 

miqdarı çox olur. 

Yuxarıda qeyd etdiklərimizdən məlum olur ki, Böyük Qafqaz dağlıq-

qırışıqlıq zonasının mineral suları qaz, kimyəvi tərkib, mikroorqanizm və üzvi 

maddələr faktorlarına görə müxtəlif olduğu kimi tempraturuna görə də fərqlə-

nir. Həmçinin ərazidə yayılmış mineral-termal sular müxtəlif yaşlı (mezo-kay-

nazoy) suxurlarda aşkar edilmişdir.  Əksər hallarda onların təbii çıxışları tek-

tonik qırılma və çatlarla əlaqədardır. 

Ərazidə mineral-termal suların çox olması xarici ölkələrdən Bolqarıstan, 

Macarıstan, Yuqoslaviya, Rumıniya,  Şimali Koreya və başqa ölkələrdən geri 

qalmayan olmasına baxmayaraq, onlardan tam səmərəli istifadə edilmir. Bu 

suların istismar ehtiyatlarının daima bərpa olunması onlardan maksimum isti-

fadəyə imkan yaradır. 

Aydındır ki, mineral-termal sular öz istismar ehtiyatlarına və müalicə 

əhəmiyyətinə görə böyük əhəmiyyət kəsb edir. 

Belə ki, əhalinin sağlamlığında və ölkəmizin iqtisadiyyatının irəli getməsin-

də mühüm yerlərdən birini tuta bilər. Çox əfsuslar olsun ki, respublikamızda on-

ların çox olmasına baxmayaraq, onlardan tam və səmərəli istifadə edilmir. Yaxın 

gələcəkdə onlardan düzgün və tam şəkildə istifadəyə başlanacağını arzu edərdik. 

Aparılmış hidrogeoloji tədqiqatlar nəticəsində  tədqiqat sahəsinin mine-

ral-termal sularının tipləri, növləri və sinifləri öyrənilmişdir ki, bu da onların 

səmərəli istifadəsi üçün təklif və layihələr verməyə imkan yaratmışdır. Gələ-

cəkdə kompleks tədqiqatlar sayəsində bu mineral-termal su bulaqları üzərində 

müvafiq yerlərdə kurort-sanatoriya şəbəkəsinin yaradılması məqsədəuyğundur. 



 


 

112


ƏDƏBİYYAT 

1.  Гaджиев C.M., Kaшkaй Ч.M. Геохимия и формирование минеральных вод Большого 

Кавказа / Тезисы докл. Международного симпозиума. Баку, 1982, с.204-217. 

2.  Тагиев  И.И.,  Ибрагимова  И.М.,  Бабаев  А.М.  Ресурсы  минеральных  и  термальных 

вод Азербайджана.  Баку: Чашыоглу, 2001, 166 с. 

3.  Овчинников А.М.  Минеральные воды. М.: Недра, 1963, 374 с.  

4.  Иванов В.В., Невраев Г.А. Классификация подземных минеральных вод. М.: Недра, 

1964, 243 с. 

5.  Бабаев  А.М.  Минеральные  воды  горно-складчатых  областей  Азербайджана.  Баку: 

Чашыоглу, 2000, 384 с. 

6.  Aslanov A.D., Axundov V.C., Əhmədova O.M.  Mineral və termal sular.  Bakı: BDU, 1997, 107 s. 

7.  Əliyev F.Ş. Azərbaycan Respublikasının yeraltı suları, ehtiyatlarından istifadə  və 

geoekoloji problemləri.  Bakı: Çaşoğlu, 2000, 217 s. 

8.  Гаджиев С.М. Геохимические особенности и формирование минеральных вод Юго-

Восточного  Кавказа / Тезисы  Международного  симпозиума  по  геохимии  природ-

ных вод.  Ростов, 1982, с.19-20. 

9.  Кашкай М.А., Гаджиев С.М. Условия формирования минеральных вод северо-вос-

точного склона Большого Кавказа // Известия АН Азерб. ССР, серия наук о Земле. 

Баку, 1975, № 3, с.69-74. 

  

ФОРМИРОВАНИЕ И ГИДРОХИМИЧЕСКИЕ ОСОБЕННОСТИ  



МИНЕРАЛЬНЫХ ВОД БОЛЬШОГО КАВКАЗА 

 

О.М.АХМЕДОВА 

 

РЕЗЮМЕ 

 

В  статье  рассматриваются  формирование  и  гидрогеохимические  особенности 

минерально-термальных вод, связанные тектоническими разрывами и трещинами фор-

мировавшихся в различных геолого-структурных и гидрогеологических районах меган-

тиклинория Большого Кавказа. Дается информация об особенностях химического, ион-

но-солевого, газового микроэлементного состава, микроорганизмов и органических ве-

ществ-бактериях, минеральных вод. 

Ключевые  слова:  Большой  Кавказ,  минеральные  воды,  гидрохимические  осо-

бенности. 

 

FORMATION AND HYDROCHEMICAL FEATURES OF MINERAL  

WATERS OF GREATER CAUCASUS  

 

O.M.AHMADOVA  

 

SUMMARY 

 

The article deals with the formation and hydrogeochemical features of the mineral - 

thermal water-related tectonic fractures and cracks formed in the different geological-

structural and hydrogeological areas in the meganticlinoriun of Greater Caucasus. The author 

provides information about the features of the chemical, ion-salt, gas and trace element 

compositions, microorganisms and organic matter- bacteria, mineral waters. 



Key words: Greater Caucasus, mineral waters, hydrochemical features. 

 

Redaksiyaya daxil oldu: 29.05.2011-ci il. 



Çapa imzalandı: 18.07.2011-ci il. 

Yüklə 71,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə