2
KİTABIN İÇİNDӘKİLӘR
DӘRSLİK KOMPLEKTİ HAQQINDA ....................................................................................... 3
I. İNFORMASİYA ................................................................................................................................ 17
ӘTRAFIMIZDA İNFORMASİYA
1. İNSAN VӘ İNFORMASİYA .................................................................................................. 18
2. TӘBİӘTDӘ İNFORMASİYA ................................................................................................. 20
İNFORMASİYA İLӘ İŞ
3. İNFORMASİYA İLӘ NӘ ETMӘK OLAR .................................................................................. 23
4. İNFORMASİYANIN ÖTÜRÜLMӘSİ ........................................................................................ 26
5. İNFORMASİYANIN KODLAŞDIRILMASI ................................................................................ 30
6. REBUS .............................................................................................................................. 33
7. İNFORMASİYANIN İŞLӘNMӘSİ ........................................................................................... 35
8. KOMPYUTER VӘ İNFORMASİYA .......................................................................................... 39
II. ALQORİTM ..................................................................................................................................... 43
QRUPLAŞDIRMA
9. OBYEKTLӘR QRUPU ........................................................................................................... 44
10. OBYEKTİN FӘRQLӘNDİRİCİ ӘLAMӘTLӘRİ ....................................................................... 46
11. “HAMISI”, “HEÇ BİRİ”, “BӘZİSİ” ....................................................................................... 49
12. QANUNAUYĞUNLUQ ......................................................................................................... 52
HӘRӘKӘTLӘR ARDICILLIĞI
13. ALQORİTM ...................................................................................................................... 56
14. XӘTTİ ALQORİTM ........................................................................................................... 59
15. BUDAQLANMA ................................................................................................................. 61
16. MӘQSӘDӘUYĞUN YOLUN SEÇİLMӘSİ ............................................................................... 65
17. TӘKRARLANAN HӘRӘKӘTLӘR .......................................................................................... 69
III. KOMPYUTER ................................................................................................................................ 72
KOMPYUTERDӘ ӘMӘLİYYATLAR
18. KOMPYUTERİN İŞ MASASI ................................................................................................ 73
19. QOVLUQ .......................................................................................................................... 75
QRAFİK REDAKTOR
20. PAINT PROQRAMI ............................................................................................................ 77
21. PALİTRA .......................................................................................................................... 79
22. ŞӘKLİN FRAQMENTİ İLӘ İŞ .............................................................................................. 81
23. ŞӘKİLLӘRİN KOMPYUTERDӘ SAXLANILMASI .................................................................... 83
MӘTN REDAKTORU
24. WORDPAD PROQRAMI ..................................................................................................... 84
25. MӘTNLӘRLӘ İŞ ............................................................................................................... 86
26. MӘTNӘ ŞӘKLİN ӘLAVӘ EDİLMӘSİ ................................................................................... 88
27. MӘTNDӘ SÖZLӘRİN ӘVӘZ OLUNMASI ............................................................................. 90
28. KOMPYUTERDӘ HESABLAMALARIN APARILMASI ............................................................... 92
MӘNBӘLӘR...................................................................................................................... 94
3
DƏRSLİK KOMPLEKTİ HAQQINDA
Hörmətli müəllimlər! Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)
əsasında hazırlanmış 3-cü siniflər üçün “İnformatika”
fənnindən dərslik komplekti Dərslik, Müəllim
üçün metodik vəsait və İş dəftərindən ibarətdir.
Təqdim olunan komplektdə “İnformatika” fənninin tədrisi zamanı kompyuterdə iş vərdişlərini forma-
laşdırmaq üçün praktik işlərdə elektron tədris vəsaitləri və interaktiv lövhələrdən də geniş istifadə
olunması nəzərdə tutulmuşdur.
DƏRSLİK
Dərslikdə verilmiş materiallar bir neçə xüsusiyyətə malikdir:
•
Hər dərs bir və ya bir neçə hazırlıq sualı ilə başlayır.
•
Hər mövzu bir və bir neçə məzmun standartının reallaşmasını nəzərdə tutur.
•
Mövzular verilən yeni informasiyaların tətbiqini nəzərdə tutan sual və ya tapşırıqla yekunlaşır.
•
Bəzi mövzularda “Bu, maraqlıdır” işarəsi ilə məlumatlar verilir.
•
Hər bir mövzuda istifadə olunan yeni söz və anlayışlar ayrıca olaraq “Sözlük” blokunda verilir.
•
Dərsliyin sonunda praktik məşğələlər zamanı kompyuter otağında düzgün davranış qaydalarını əks
etdirən illüstrasiyalar və terminlər lüğəti verilmişdir.
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Müəllim üçün vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:
•
İnformatika fənn kurikulumu;
•
3-cü sinif üzrə məzmun standartları;
•
dərslik komplektinin mövzular üzrə strukturu;
•
fənn üzrə məzmun standartlarının reallaşma cədvəli və illik iş planı;
•
təlim strategiyaları və pedaqoji prosesin təşkili prinsipləri;
•
fənlərarası inteqrasiya imkanları və digər fənlərin uyğun alt standartları ilə inteqrasiya cədvəli;
•
3-cü sinif İnformatika fənninin tədrisində müasir informasiya texnologiyalarının tətbiqi;
•
şagird nailiyyətlərinin qiymətləndirmə prinsipləri və formaları barədə məlumat;
•
dərsin fəal təlim mərhələləri üzrə planlaşdırılma nümunələri;
•
hər bir mövzu üzrə uşaqların fəallığını artırmaq üçün didaktik oyunlar;
•
müəllimlər üçün mövzu üzrə əlavə məlumatlar;
•
müəllimin istifadə edə biləcəyi mənbələr.
İŞ DƏFTƏRİ
Dərslik komplektinin mühüm komponentlərindən olan “İş dəftəri” təlim prosesində şagirdin fərdi
fəaliyyəti üçün nəzərdə tutulmuşdur. İş dəftərində verilmiş praktik çalışma və tapşırıqlar mövzular üzrə
məzmun standartlarının reallaşdırılmasında böyük əhəmiyyətə malikdir.
Hər bir məzmun standartı üzrə qiymətləndirmə standartları əsasında, diferensial təlim nəzərə
alınmaqla, hazırlanmış “İş dəftəri" aşağıdakı quruluşa malikdir:
•
mövzular üzrə bilik və bacarıqları möhkəmləndirmək üçün çalışmalar;
•
yaradıcı tətbiqetməyə yönəlmiş çalışmalar;