Microsoft Word H? Az cavablar Yekun doc



Yüklə 275,02 Kb.
Pdf görüntüsü
səhifə1/11
tarix01.09.2018
ölçüsü275,02 Kb.
#66221
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   10   11


“Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları” imt 

cavabları.(AZ) 

 

 



 

1.

 Hüququn anlayışı 

Hüquq - dövlətin müəyyənləşdirdiyi və ya sanksiyalaşdırdığı və onun gücü ilə 

qorunan,  hamı  üçün  ümumməcburi  davranış  qaydalarının  (normaların) 

məcmusudur.Bu zaman nəzərə almaq lazımdır ki, hüquq elmində «hüquq» anlayışı 

iki mənada işlədilir:  a) obyektiv hüquq və ya obyektiv mənada hüquq; 

Hüquq  normaları  sistemində  ifadə  olunan  ümumməcburi  davranış  qaydalarının 

məcmusu kimi hüquq obyektiv hüquqa aiddir; b) subyektiv hüquq və ya subyektiv 

mənada  hüquq.  Subyektiv  hüquq  və  ya  başqa  sözlə  «subyektin  hüququ»  -  bu 

konkret  şəxsə  məxsus  olan  hüquq  olur  (məsələn,  müəyyən  əşyaya  mülkiyyət 

hüququ).  Subyektiv  hüquq  şəxsiyyətin  azadlığını,  bu  və  ya  digər  davranışının 

mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanmı hüquqi cəhətdən 

təmin edir. Məsələn, hər bir Azərbaycan Respublikasının vətəndaşına məxsus olan 

ə

mək hüququ əməyə münasibətdə öz qabiliyyətindən sərbəst istifadə etmək, bu və 



ya digər peşəni, fəaliyyət sahəsini seçmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq 

və ya muzdla işləmək imkanını ifadə edir. 

 

 

2.



 Hüquq normaları 

Norma  o  şərtləri  nəzərdə  tutur  ki,  burada  müəyyən  olunmuş  qaydalar  icra 

olunmalıdır.  Normanın  bu  hissəsi  hüquq  elmində  hipoteza  adlanır.  Məsələn, 

pensiya hüququ norması qocalığa görə təqaüdün təyin olunması şərtlərini göstərir 

(kişilər  üçün  -  63  yaş  həddi  və  25  ildən  az  olmayan  əmək  stajı;  qadınlar  üçün 

müvafiq olaraq 60 yaş və 20 il). 

kincisi, hüquq normaları davranış qaydalarının özünü, hüquq subyektlərinin 

hüquq  və  vəzifələrini,  yəni  dispozisiyanı  müəyyən  edir.  Məsələn,  ailə  hüquq 




normalarına müvafiq olaraq valideynlər öz uşaqlarını tərbiyə etməyə, onların fiziki 

inkişafının və təhsilinin qayğısına qalmağa borcludurlar. 

Üçüncüsü,  hüquq  normaları  elə  məcburi  təsir  tədbirlərini  müəyyən  edir  ki, 

dövlət orqanları buna müvafiq olaraq normadakı göstərişləri yerinə yetirməyən və 

ya  lazımi  qaydada  yerinə  yetirməyənlərə  qarşı  bu  məcburi  təsir  vasitələrini 

(sanksiya)  tətbiq  etmək  iqtidarında  olur.  Bunlar  intizam  xarakterli  (töhmət, 

işdənçıxarma  və  s.),  inzibati  (cərimə  və  s.)  və  cinayət  xarakterli  (azadlıqdan 

məhrumetmə və s.) sanksiyalar ola bilər. 

Başqa sözlə hüquq normaları aşağıdakıları müəyyən edir: 

a)  kim və nə vaxt onu icra etməlidir; hansı şəraitdə (hipoteza); 

b) bu icra nədən ibarət olmalıdır (dispozisiya); 

c) normaların icra edilməməsinin hansı nəticələri ola bilər (sanksiya). 

nsanların  davranışını  müəyyən  edən  hüquq  normaları  onların  fəaliyyətini 

subyektiv  hüquqların  verilməsi  ilə,  yaxud  üzərilərinə  vəzifələrin  qoyulması  ilə 

tənzimləyir. 

 

 



3.

 Qanun və qanun qüvvəli aktlar 

Respublikamızda hüququn mənbələrinə hər şeydən əvvəl qanunlar aid edilir. 

Qanun dövlətin ali nümayəndəli orqanı tərəfindən qəbul edilən və yüksək hüquqi 

qüvvəyə malik olan normativ hüquqi aktdır.Azərbaycan Respublikasında qanunlar 

hüquqi əhəmiyyətinə görə aşağıdakı qanunlara bölünür: 

a)

  Azərbaycan Respublikasının Konstitusiyası; 



b)

  referendum yolu ilə qəbul olunmuş qanunlar; 

c)

  Azərbaycan  Respublikasının  Konstitusiyasının  94-cü  maddəsinin  I 



hissəsində  və  95-ci    maddəsinin  II  hissəsində  nəzərdə  tutulmuş  məsələlər  üzrə 

Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan qanunlar. 

Hüquq mənbəyi kimi qanun qüvvəli aktlar içərisində Azərbaycan Respublikası 

Prezidentinin  fərmanları  mühüm  yer  tutur.  Hüquq  mənbəyi  -  prezidentin  o 




fərmanları hesab olunur ki, onlar normativ xarakterli olaraq ictimai münasibətləri 

nizamlamağa xidmət edir. 

 

 

4.



 

Hüquq münasibətləri: anlayışı, xüsusiyyətləri və subyektləri 

Hüquq  münasibətləri  üçün  onun  iştirakçılarının  (subyektlərinin)  subyektiv 

hüquqları  və  vəzifələrinin  olması  xarakterikdir.  Hüquq  normaları  münasibət 

iştirakçıları  üçün  qarşılıqlı  hüquq  və  vəzifələr  müəyyən  edir.Ona  görə  də  hüquq 

münasibətlərinə  şəxslər  arasında,  onların  qarşılıqlı  hüquq  və  vəzifələrində  ifadə 

olunan, hüquqi əlaqə kimi baxmaq olar. Qarşılıqlı hüquq və vəzifə olmadan hüquq 

münasibətinin  özü  yoxdur.  Məsələn,  hər  bir  tələbə  ilə  ali  məktəb  arasında  hüquq 

münasibəti  vardır.  Tələbənin  təhsil  almaq  hüququ  vardır,  ali  məktəb  isə,  öz 

növbəsində təhsil proqramına uyğun olaraq ona  müvafiq biliklər əldə etmək üçün 

şə

rait  yaratmağa  borcludur.  Hüquq  münasibəti  iştirakçılarının  hüquq  və  vəzifələri 



hüquq  münasibətlərinin  hüquqi  məzmununu  təşkil  edir.Hüquq  elmində  «hüquq 

münasibətlərinin  tərkibi»  anlayışından  istifadə  olunur  ki,  onun  da  elementləri 

aşağıdakılardır: 

a) hüquq subyekti; 

b) hüquq münasibətlərinin məzmunu; 

c) hüquq münasibətlərinin obyekti. 

Hüquq  münasibətlərinin  maddi  məzmununu  onun  subyektlərinə  tərəf  kimi 

məxsus  olan  qarşılıqlı  hüquq  və  vəzifələrin  reallaşması  ilə  əlaqədar  davranış  və 

hərəkətlər  təşkil  edir.  Bu  mənada  hüquqi  əlaqələrin  hüquqi  məzmunu  -  hüquq 

münasibətinin subyektlərinin hüquq və vəzifələridir. Hüquq münasibətinin obyekti - 

hüquq  münasibəti  subyektlərinin  fəaliyyətlərinin  yönəldiyi  maddi  və  qeyri-maddi 

nemətlərdir. 

 

5.

  Hüquqi məsuliyyətin anlayışı, əsas əlamətləri və növləri 



Yüklə 275,02 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə