Microsoft Word ?hali cografiyas?



Yüklə 77,09 Kb.
Pdf görüntüsü
tarix29.10.2017
ölçüsü77,09 Kb.
#7226
növüMühazirə


Əfəndiyev V.Ə., Nağıyev S.Q. 

Əhali coğrafiyası 

İzahat vərəqəsi 

     Fənn BDU-nun coğrafiya fakültəsində qiyabi təhsil alan 

bakalavrlara 16 saat (12 saat – mühazirə, 4 saat – məşqələ) həcmində 

tədris olunur. Fənnin tədrisində  məqsəd  əhali coğrafiyasının elmi 

əsaslarının, demoqrafik proseslərin, miqrasiyanın, dini, irqi, etnik 

tərkibinin və dünyada yerləşməsinin öyrədilməsidir. 



Mövzular üzrə saatların paylanması. 

№ Mövzular Cəmi Müh. Məş.

 

Əhali coğrafiyasının predmeti, 

vəzifəsi və məqsədi. Coğtafiya 

elmləri sistemində yeri. 

2 2   



Əhalinin sayı və təkrar istehsalı 

coğrafiyası. Demoqrafik siyasət. 

2 2   


İrqlərin coğrafiyası. Dünya 

əhalisinin etnik tərkibi və dinlərin 

coğrafiyası 

4 2 2 

Əmək ehtiyatları 

və 

əhalinin 



məşqulluğu 

2 2   


Əhalinin miqrasiyası və əhali sıxlığı 

2 2   

Əhalinin məskunlaşması,  şəhər və 

kənd məskənləri 

4 2 2 


Cəmi: 

16 12  4 



 

1.

 

Əhali coğrafiyasının predmeti, vəzifəsi və məqsədi. 

Coğrafiya elmləri sistemində yeri. 


   İqtisadi və sosial coğrafiyasının əsas vəzifələrindən biri əhalinin 

tədqiqidir. Əhali coğrafiyası əhalinin ərazi qruplarını, məskunlaşmış 

ərazi sistemlərini və onların müxtəlif sosial-iqtisadi və təbii şəraitdə 

formalaşma və inkişaf xüsusiyyətlərini öyrənir. Fənnin vacib tərkib 

hissələrinə aşağıdakı göstəricilərin tədqiqi aiddir: əhalinin yaş, cins, 

milli və sosial tərkibi, əhalinin məşğulluğu, əhalinin yerləşmə 

xüsusiyyətləri. 

Mövzu əhatəsində tələbə bilməlidir. 

1.

 

Əhali coğrafiyası nəyi öyrənir? 



2.

 

Əhali coğrafiya hansı mənbələrdən istifadə edir? 



3.

 

Əhali coğrafiyası hansı elmlərlə sıx bağlıdır? 



Ədəbiyyat: 1(səh. 7-17); 7(səh. 7-18) 

 

2.



 

Əhalinin sayı və təkrar istehsalı coğrafiyası. 

Demoqrafik siyasət. 

    Dünya əhalisinin sayının dinamikası, bunun iqtisadi, sosial, ekoloji 

problemləri və ölkələr üzrə paylanması.  Əhali sayıın dinamikasının 

öyrənilməsinin  əsas məqsədi ayrı-ayrı regionların  əhalisinin 

formalaşmasının təhlilidir.  Əhalinin təbii hərəkəti və ona təsir edən 

sosial-iqtisadi, demoqrfik, təbii və başqa amillərin rolu. Təkrar 

istehsal tipləri. Müxtəlif tipli ölkələrdə  əhalinin təbii hərəkəti və 

onun coğrafi fərqləri.  Əhalinin cins, yaş  tərkibi və coğrafi fərləri. 

Demoqrafik siyasət anlayışı, onun regional xüsusiyyətləri. Hər bir 

ölkənin maraqlarına cavab verən demoqrafik siyasətin aparılması. 



Mövzu əhatəsində tələbə bilməlidir. 


1.

 

Əhalinin qeydiyyat növləri. 



2.

 

Dünya əhalisinin zamanca sayının dəyişməsi. 



3.

 

İnsanın yaranma nəzəriyyələri. 



4.

 

Əhalinin təkrar istehsalı və regional fərqləri. 



5.

 

Doğum və ölümə təsir edən amillər. 



6.

 

Demoqrafik siyasətin mahiyyəti. 



7.

 

Regionlar və ölkələr üzrə demoqrafik siyasət. 



Ədəbiyyat:  1(səh. 18-100), 7(səh.19-109) 

 

3.



 

İrqlərin coğrafiyası. Dünya əhalisinin etnik tərkibi və 

dinlərin coğrafiyası

  

    İrqlər və onların təsnifatı. Bəşəriyyətin dörd iri avropoid, 

monqoloid, neqroid, avstraloid və bir sıra aralıq irqlərə bölünməsi 

qəbul olunmuşdur.  İrqlərin formalaşmasında təbii  şəraitin rolu və 

irqlərin yayılma coğrafiyası. “Rasizm” anlayışı  və onun mənfi 

cəhətləri. 

    Etnoqenez anlayışı. Etnik proseslər və onların növləri. “Pasionar” 

nəzərriyəsi. Konsolidasiya və asimilyasiya prosesləri. Xalqların 

təsnifatının prinsipləri, dil ailələri və qrupları. Xalqların coğrafiyası. 

Dünyanın etnik münaqişə zonaları. 

    Din  və onun yaranması. Dünyəvi yerli və  qəbilə dinlərin 

coğrafiyası. Dinin cəmiyyətdə rolu. 



Mövzu əhatəsində tələbə bilməlidir. 

1.

 

Əhalinin irqi tərkibi və irqlərin yaranma səbəbləri. 



2.

 

Böyük və onalrın tərkibində kiçik irqlər. 




3.

 

İnsanların etnik tərkibi və etnoqenez anlayışı. 



4.

 

Etnosların inkişafı və nəzəriyyələr. 



5.

 

Xalqların təsnifatı. 



6.

 

Dünya və regional əhəmiyyətli dinlər. 



7.

 

İslam dininin mahiyyəti və coğrafiyası. 



Ədəbiyyat:  1(səh. 101-181), 7(səh. 110-201), 4(səh. 70-142, 267-

309, 482-498) 



4.

 

Əmək ehtiyatları və əhalinin məşqulluğu 

    Əmək ehtiyatları anlayışı.  İşlək  əhali.  İqtisadi fəal  əhali.  Əmək 

qabiliyyətli əhali. Müxtəlif ölkələrdə əmək qabiliyyətli yaşın aşağı və 

yuxarı  sərhədləri. Məşğulluq və  məşğul  əhali. Təsərrüfat sahələri 

üzrə  əmək ehtiyatlarından isitifadənin xüsusiyyətləri. Müxtəlif tip 

ölkələrdə  əmək ehtiyatlarının məşğulliq səviyyəsi,  əhalinin peşə 

tərkibi. Beynəlxalq əmək bazarı. Qadın və kişi əməyindən istifadənin 

xüsusiyyətləri. İşsizlik problemləri. 



 

Mövzu əhatəsində tələbə bilməlidir. 

1.

 

Əmək ehtiyatları anlayışı. 



2.

 

İqtisadi fəal əhali. 



3.

 

Beynalxalq əmək bazarı. 



4.

 

Regionlar üzrə əmək ehtiyatlarından istifadə. 



5.

 

İşsizlik və onun aradan qaldırma prosesləri. 



Ədəbiyyat: 1(səh.182-193), 7(səh. 202-215) 

5.

 

Əhalinin miqrasiyası və əhali sıxlığı 


     Miqrasiya  anlatışı, növləri və formaları. Miqrasiyanın kəmiyyət 

göstəriciləri. Etnik proseslərin və urbanizasiyanın inkişafında 

miqrasiyanın rolu. Beynəlxalq miqrasiyanın  əsas mərhələləri və 

istiqamətləri. Köçkünlər və məcburi köçkünlər. 

    Əhalinin sıxlığı və onun göstəriciləri.Sıxlıq əmələ gətirən amillər. 

Əhalinin sıxlığının iqtisadi və sosial əhəmiyyəti. Yer kürəsində 

əhalinin sıxlıq regionları. 

Mövzu əhatəsində tələbə bilməlidir. 

1.

 

Miqrasiyanın səbəbləri və növləri. 



2.

 

Məcburi miqrasiya. 



3.

 

Miqrasiya olunan regionlar. 



4.

 

Azərbaycanda miqrasiya. 



5.

 

Əhali sıxlığına təsir edən amillər. 



6.

 

Dünyada sıxlıq regionları. 



7.

 

Əhali sıxlığı və təsərrüfat. 



Ədəbiyyat: 1(səh. 194-247), 7(səh. 216-275) 

 

6.

 

Əhalinin məskunlaşması, şəhər və kənd məskənləri 

     Məskunlaşma çox merəkkəb termin olub, yaşayış  məskənlərinin 

yaranmasından və onların  ərazi formalaşmasından bəhs edir. 

Məskunlaşmanın öyrənilmə 

əhəmiyyəti və 

məskunlaşma 

nəzəriyyələri. Yaşayış məntəqələrinin ərazi sistemləri, əsas tipləri və 

formaları. Yaşayış məntəqələrinin şəhərlərə və kəndlərə aid edilməsi 

qaydaları. Urbanizasiya prosesləri və göstəriciləri.  Şəhərlərin 

tipologiyası  və  təsnifatı.  İqtisadi-coğrafi mövqey və  şəhərlər. 




Urbanizasiyanın müasir formaları. Aqlomerasiya və meqalopolis 

anlayışları. 

      Kənd əhalisi və kənd yeri anlayışı. Kənd yaşayış məntəqələrinin 

tipləri. 



Mövzu əhatəsində tələbə bilməlidir. 

1.

 

Məskunlaşma anlayışı və formaları. 



2.

 

Şəhər məskunlaşması. 



3.

 

XX-XXI əsrlərdə urbanizasiya prosesləri. 



4.

 

Şəhər aqlomerasiyaları və meqalopolislər. 



5.

 

Kənd yaşayış məskənləri və məskunlaşma xüsusiyyətləri. 



Ədəbiyyat: 1(səh. 248-332), 7(səh. 276-372), 3(səh. 50-131), 2(səh. 

313-377) 

 

Məşğələ mövzular üzrə suallar. 

1.

 

Təkrar istehsala təsir edən amillər. 



2.

 

Xalqların təsnifat prinsipləri. 



3.

 

Etnik proseslər. 



4.

 

Demoqrafik siyasət və onun regional fərqləri. 



5.

 

Dünya əhalisinin dinamikası. 



6.

 

Dünyada əhalisi sıx olan rayonlar. 



7.

 

Əhalinin yayılması və qanunauyğunluğu. 



8.

 

Təbii şəraitin əhali məskunlaşmasında rolu. 

 

Ədəbiyyat 

1.

 

Əfəndiyev V.Ə., Nağıyev S.K. «Əhali coğrafiyası» Bakı 2006 




2.

 

Əfəndiyev V.Ə. . «Urbanizasiya və Azərbaycan  şəhər yaşayış 

məskənləri» Bakı 2002 

3.

 

Əfəndiyev V.Ə., Dəmirqayayev S.Q. . «Azərbaycan Respublikas 

şəhərlərinin inkişafının coğtafi məsələləri» Bakı 1995 

4.

 

Гумилев Л.Н. «Этногенез и биосфера Земли» Рольф Москва 

2002 

5.

 

Перцик Е.Н. «Города мира» Москва 1999 



6.

 

Чебоксаров Н.Н. «Народы, расы, культуры» Москва 1971 



7.

 

Эфендиев  В.А.,  Нагиев  С.К. «География  населения»  Баку 

2005 

8.

 

Шувалов Е.Л. «география населения» М.1985 



9.

 

Ковалев  С.А.,  Ковальская  Н.Я. «География  населения» 

СССР М.1980 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Əfəndiyev V.Ə., Nağıyev S.Q. 

Geourbanistika 

İzahat vərəqəsi 

    Geourbanistika  (şəhərələr coğrafiyası) fənni BDU-nun Coğrafiya 

fakültəsində qiyabi coğrafiya ixtisası üzrə təhsil alan bakalavrlara 14 

saat həcmində tədris olunur. (10s.- müh., 4s.-məşq.) Geourbanistika 

iqtisadi coğrafiyanın vacib bölmələrindən biridir. Fənnin tədrisində 

məqsəd müasir urbanizasiyanın  əsas anlayışlarını, xüsusiyyətləri və 

inkişaf perspektivlərini,  şəhərlərin layihələşdirilməsinin  əsaslarını, 

poyensialını və onun qiymətləndirilməsini öyrənilməsidir. 

 

Mövzular üzrə saatların paylanması 

№ Mövzular 

Cəmi Müh. Məşq. 

Kursun məqsədi. Müasir 

urbanizasiyanın  əsas anlayışları, 

xüsusiyyətləri. Urbanizasiyanın 

coğrafi baxışları. 

2 2   


Şəhərlərin inkişafının  əsas tarixi 

mərhələləri. 

4 2  2 


Urbanizasiya sistemlərinin 

modelləri.  Şəhərlərin təsnifatı  və 

tipologiyası. 

2 2   

Şəhərlərin iqtisadi-coğrafi 

mövqeyi və əsas ünsürləri 

2 2   


Şəhərlərin layihələşdirilməsinin 

əsasları. 

4 2  2 


Cəmi: 14 

10 





1.

 

Kursun məqsədi. Müasir urbanizasiyanın əsas 

anlayışları, xüsusiyyətləri. Urbanizasiyanın coğrafi 

baxışları. 

     Vahid  məskunlaşma sisteminin inkişafı strategiyasında  şəhər 

coğrafiyası  nəzəriyyəsinin  əhəmiyyəti. Müasir urbanizasiyanın  əsas 

xüsusiyyətləri. 

Şəhər aqlomerasiyalarının formalaşması. 

Suburbanizasiya, konurbasiya, reurbanizasiya anlayışları. 

Megalopolislərin yaranması. Böyük şəhərlərin müsbət və  mənfi 

cəhətləri.  İnlişaf etmiş  və inkişafda olan ölkələrdə urbanizasiya 

xüsusiyyətləri. Şəhərlərin inkişafının tənzimlənməsi problemləri. 

Mövzu əhatəsində tələbə bilməlidir: 

1.

 

Geourbanistikanın mahiyyəti. 



2.

 

Urbanizasiya anlayışı və inkişaf səviyyəsi. 



3.

 

Urbanizasiyaya təsir edən amillər. 



4.

 

Urbanizasiyanın formaları. 



Ədəbiyyat: 1(səh. 12-26; 313-335), 3(səh.290-300; 308-314), 6(səh. 

13-57), 7(səh. 325-336) 



 

2.

 

Şəhərlərin inkişafının əsas tarixi mərhələləri. 

    Ictimai əmək bölgüsünün dərinləşməsi prosesində şəhərlərin tarixi 

inkişaf dövrləri. Qudarlıq cəmiyyəti  şəhərləri. Qədim  Şərqin 

şəhərləri və inkişaf xüsusiyyətləri. Antik dövrün şəhələri və gələcək 

şəhərlərin inkişafına təsiri. Orta əsr şəhərləri və inkişafına təsiri. Orta 

əsr  şəhərləli və memarlıq üslubları. Böyük coğrafi kəşflərin 

şəhərlərin inkişafına təsiri. 



      Ticarət yolların dəyişməsinin şəhərlərin dirçəlməsinə və süqutunə 

təsiri. XX əsrdə inkişaf etmiş ölkələrində şəhərsalma ideyaları. 

    Qədim və orta əsr Azərbaycan şəhərləri. Azərbaycanda şəhərsalma 

ideyalarının inkişafı. 



Mövzu əhatəsində tələbə bilməlidir. 

1.

 

Şəhərlərin inkişaf mərhələləri. 



2.

 

Antik dövr şəhərlərinin inkişafı. 



3.

 

Orta əsr şahərlərinin xüsusiyyətləri. 



4.

 

Yeni dövr şəhərləri və Böyük Coğrafi Kəşflərin  şəhərlərin 

inkişafına təsiri. 

5.

 

Azərbaycanın şəhərlərinin inkişafı. 



6.

 

XX əsrdə şəhərsalma prosesləri. 



Ədəbiyyat: 1(səh. 91-118), 2(səh. 28-50), 6(səh. 59-220) 

 

3.

 

Urbanizasiya sistemlərinin modelləri.  Şəhərlərin 

təsnifatı və tipologiyası. 

    

   B.Kristallerin  «mərkəzi yerlər» modeli, A.Lyoşun, U.İzardın, 

Klarkın modelləri. Şəhərlərin əhalisinin sayına görə təsnifatı. Kiçik, 

orta, iri, böyük və milyonçu şəhərlər. Təsərrüfat funksiyalarına görə 

şəhərlərin təsnifatı.  Şəhəryaradıcı funksiyalar. İqtisadi-coğrafi 

mövqeyinə görə tipologiyası. 



Mövzu əhatəsində tələbə bilməlidir. 

1.

 

Urbanizasiya sistemlərinin iyerarxiyası. 



2.

 

Kristallerin nəzəriyyəsi. 



3.

 

Şəhərlərin təsnifatı. 




4.

 

Şəhərlərin tipologiyası. 



5.

 

Şəhər əmələgətirən funksiyalar. 



Ədəbiyyat:  6(səh. 238-246), 1(səh. 240-271), 7(səh. 313-324), 8( 

səh. 101-195), 3(səh. 280-289) 



4.

 

Şəhərlərin iqtisadi-coğrafi mövqeyi və  əsas 

ünsürləri 

    Şəhər  ərazi sistemində.  İqtisadi-coğrafi mövqey anlayışı, onun 

əsas ünsürləri: tarixlik, nadilik, fərdiləşdirici rolu. İqtisadi-coğrafi 

mövqeyin komponentləri ayrı-ayrılıqda qiymətləndirilməsi (mikro-, 

mezo-, makromövqeylər) 

«Mərkəzi  şəhər» anlayışı.  Şəhərin areal mərkəzində, areallar arası, 

beynəlxalq əlaqələr fokusunda yerləşməsinin əhəmiyyəti. 

Mövzu əhatəsində tələbə bilməlidir. 

1.

 

İqtisadi-coğrafi mövgey anlayışı. 



2.

 

İCM-in təhlil etmə miqyasları. 



3.

 

İCM-in seçilməsi və şəhərin inkişafına təsiri. 



4.

 

İCM-in zamanca dəyişməsi və şəhərlərə təsiri. 



5.

 

Bakı şəhərinin iqtisadi coğrafi mövqeyi. 



Ədəbiyyat: 6(səh. 246-270), 3(səh. 271-279), 7(səh. 305-313) 

5.

 

Şəhərlərin layihələşdirilməsinin əsasları. 

    Şəhərin baş planı, layihələşdirilməsi mərhələləri. Layihə 

iştirakçılarının tərkibi. Layihənin həyata keçirilməsi və  tədbiqi. 

Şəhərin inkişaf funksiyalarının təhlili və proqnozu. Şəhərdə  mənzil 

və 

sənaye tikintisi aparılacaq 



ərazinin təbii 

şəraitinin 




qiymətləndirilməsi.  Şəhərin mühəndis sistemi. Yeraltı  məkandan 

istifadə və müxtəlif ölkələrin təcrübəsi. 



Mövzu əhatəsində tələbə bilməlidir. 

1.

 

Şəhərin iqtisadi-coğrafi inkişafının əsası. 



2.

 

Şəhərəmələgətirən və şəhərəqulluq edən sahələrin təyini. 



3.

 

Layihələrin növləri. 



4.

 

Miqrasiyanın təsiri. 



5.

 

Qonşu şəhərlərin layihələşdirməyə təsiri. 



Ədəbiyyat: 8(səh. 195-240), 6(səh. 271-303). 

 

Məşğələ mövzular üzrə suallar. 



1.

 

Urbanizasiyanın regionlar üzrə xüsusiyyətləri hansı amildən 

asılıdır? 

2.

 

Meqalopolislərin formalaşdığı ərazilər. 



3.

 

Böyük şəhərlər hansı qlobal problemlərə təsir göstərir? 



4.

 

Qədim dünyanın ən iri şəhərləri hansılardır? 



5.

 

Antik dövrdə  şəhərsalmanın hansı xüsusiyyətləri olub və 

indiki şəhərlərə necə təsir edir? 

6.

 

XVI-XVII 

əsrlərdə 

İtaliyanın 

şəhərləri niyə öz 

əhəmiyyətlərini itirdilər? 



7.

 

İqtisadi-coğrafi mövqey neçə miqyasda təhlil olunur? 



8.

 

Kristallerin nəzəriyyəsi nədən bəhs edir? 



9.

 

Suburbanizasiya nə deməkdir? 

 

 



Ədəbiyyat 

1.

 



Əfəndiyev V.Ə.«urbanizasiya və Azərbaycan  şəhər yaşayış 

məskənləri» Bakı 2002 

2.

 

Əfəndiyev V.Ə., Dəmirqayayev S.Q. .«Azərbaycan 



Respublikası  şəhərlərinin inkişafının coğrafi məsələləri» 

Bakı 1995 

3.

 

Əfəndiyev V.Ə., Nağıyev S.Q. .«Əhali coğrafiyası» Bakı 



2006 

4.

 



Девис  К. «Зарождение  и  развитие  городов  на  Земном 

шаре» 


5.

 

Лампо 



Г.М. «География 

городов 


с 

основами 

градостроительства» Москва 1987 

6.

 



Перцик  Е.Н. «Города  мира.  География  мировой 

урбанизации» Москва 1999 

7.

 

Эфендиев  В.А.,  Нагиев  С.К. «География  населения» 



Баку 2005 

8.

 



Боже-Гарнте  Ж.,  Шабо  Ж. «Очерки  по  географии 

городов» М1973 

9.

 

Afandiyev V.A. «Urbanization and settlement of 



Azerbaijan» Constanta 2004 

 

 

 



 

 

Yüklə 77,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə