Microsoft Word Hazir. Mir c?Lal doc ?d?bi m?k



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə1/108
tarix14.04.2018
ölçüsü2,66 Kb.
#38223
  1   2   3   4   5   6   7   8   9   ...   108


 
 


 
1
 
 
 
 
MİR  CƏLAL 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCANDA  
ƏDƏBİ MƏKTƏBLƏR 
(1905-1917) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2004 
 


 
2
Elmi redaktoru  
və çapa hazırlayanı:  
Təhsin Mütəllimov 
filologiya elmləri doktoru, professor 
 
 
 
 
Mir Cəlal. Azərbaycanda  ədəbi məktəblər (1905-1917) Bakı, 
2004, 391 səh. 
 
Azərbaycan  ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri 
olan əməkdar elm xadimi, fılologiya elmləri doktoru, professor Mir Cəlal 
Paşayevin bu kitabı onun doktorluq dissertasiyası əsasında hazırlanınışdır. 
Kitabda 1905-1917-ci illərdə formalaşan və  ədəbiyyatımızın sonrakı 
təkamülündə mühüm rol oynayan ədəbi məktəblərin ideya-estetik 
platforması,  ədəbi metod və üslub özünəməxsusluğu ilk dəfə olaraq 
sistemli, monoqrafik planda təhlil olunmuşdur. Həmçinin mövzu ilə 
əlaqədar olaraq XX əsr Azərbaycan  ədəbiyyatının həm realist, həm də 
romantik qolunu təmsil edən bir sıra görkəmli sənətkarların yaradıcılığı 
geniş elmi təhlilini tapmışdır. Ümumilikdə bu dövrun ədəbiyyatının inkişaf 
istiqaməti və xarakteri haqqında müfəssəl təsəvvür yaradılmış, orijinal 
nəzəri mülahizələr söylənilmişdir. 
 
 
 
 
4603000000-629  
 
© “Ziya-Nurlan” 
N -098- 2004 
 
 
© Mir Teymur (bədii tərtibat) 
  
 
 


 
3
 
 
 
 
 
 
Ustad   yadigarı 
 
Mir Cəlal müəllim ilk növbədə gözəl romanlar, povəstlər və 
hekayələr müəllifi kimi geniş  şöhrət qazanmışdır. Həyatımızın 
tipik lövhələrini, aktual problemlərini xalq yumorunun fəlsəfi 
müdrikliyi və  şux nikbinliyi ilə  təcəssüm edən bu qüdrətli 
sənətkarın bədii yaradıcılığı onun zəngin elmi irsindən daha çox 
diqqəti cəlb etmişdir. Yəqin ki, bu cəhət bədii  ədəbiyyatın 
kütləviliyi və daha geniş auditoriyaya malik olması ilə 
əlaqədardır. Halbuki Mir Cəlal müəllim bir alim kimi 
Azərbaycan filologiya elminin ən böyük və  əvəzsiz 
yaradıcılarından olmuş,  ədəbiyyatşünaslığımızda qüdrətli bir 
elmi məktəb formalaşdırmışdır. 
Bədii təfəkkürlə, elmi təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal 
müəllimin həm yazıçılıq, həm də alimlik fəaliyyətinə xüsusi, 
təkrar olunmaz bir vüsət və qüdrət vərmiş, onun hər iki sahədəki 
böyük uğurlarının məhvəri, əsası olmuşdur. Eyni zamanda həmin 
cəhətlər Mir Cəlal müəllimin son dərəcədə  səmərəli pedaqoji 
fəaliyyəti üçün də tükənməz bir potensiya, gözəl təcrübə  və 
nəzəriyyə  mənbələrini təşkil etmisdir. Lakin yazıçılığında da, 
alimliyində də, pedaqoqluğunda da ən aparıcı, istiqamətləndirici 
amil heç şübhəsiz ki, məhz Mir Cəlal şəxsiyyəti olmuşdur! 
Yaxından tanıyanlar bilirlər ki, Mir Cəlal müəllim bütöv 
xarakterli, müstəqil düşüncəli bir şəxsiyyət idi. 
 
 


 
4
Vəzifəlilərə əyilməzdi, vəzifəsizlərin qəlbinə dəyməzdi. Həmişə də 
yalnız özü məsləhət bildiyini edərdi... Müxtəlif zamanların 
ictimai-siyasi təlatümlərində Mir Cəlal müəllim bədii və elmi 
yaradıcılığında yalnız öz vicdanının səsinə, öz qəlbinin istəyinə 
əməl etmiş, həqiqi  şəxsiyyət və  vətəndaşlıq nümunəsi olmuşdur. 
Hər iki halda şəxsiyyət, ailə, cəmiyyət və dünya məsələlərində 
yalnız onu qayğılandıran mətləblərə müraciət etmişdir. 
Əgər bədii yaradıcılıqda Mir Cəlal müəllimin zəngin nəzəri 
səviyyəsi, biliyi bədii təxəyyülün məcrasına, istiqamətinə 
“nəzarət” edə bilirsə,  əsərlərin poetika qaydaları ilə daha 
monolit və cazibədar  şəklə  gəlməsinə yardımçı olursa, elmi 
yaradıcılığında onun bir sənətkar kimi əsrarlı  bədii prosesə 
yaxından bələd olması orijinal, sistemli nəzəri nəticələr 
söyləməsinə xeyli dərəcədə kömək etmiş olur. 
Mir Cəlal müəllim bir yazıçı kimi ədəbiyyatımızda hansı 
mövqeyə, çəkiyə malik idisə, elm aləmində  də  təxminən o 
dərəcədə məşhur idi. 30-40-cı illərdə o, bədii yaradıcılıqla daha 
məhsuldar və 
səmərəli məşğul olurdusa, sonralar 
ədəbiyyatşünaslıq elmimizin aparıcı simalarından biri kimi 
alimlik fəaliyyətinə xüsusi maraq göstərirdi. 
Mir Cəlal müəllimin elmi maraq dairəsi və erudisiyası çox 
geniş və zəngin idi. O, klassik Şərq poeziyasını və poetikasını da 
kamil bilirdi, içərisində yetkinləşdiyi müasir ədəbi prosesi, çörək 
kəsdiyi  ədiblərin yaradıcılığını da. Özü nasir olsa da, poeziya 
duyumu, poetik obrazlılıq zövqü yüksək idi. Fars dilini gözəl 
bildiyindən klassik ədəbiyyatın bütün mərhələləri onun üçün tam 
şəffaf və doğma idi. Buna görə də Füzulidən də, 
 
  


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə