Microsoft Word hc ssri turkiye



Yüklə 4,41 Mb.
Pdf görüntüsü
səhifə1/256
tarix15.03.2018
ölçüsü4,41 Mb.
#32370
  1   2   3   4   5   6   7   8   9   ...   256


 


 

 



 

CƏMİL HƏSƏNLİ

 

 



 

 

 

SSRİ-TÜRKİYƏ:

 

SOYUQ MÜHARİBƏNİN

 

SINAQ MEYDANI

 

 



 

 

 



 

 

 



 

 

 



 

"Adiloğlu" nəşriyyatı 

Bakı-2005

 

 



 

 



 

 



Az  

H59 


 Elmi redaktor:

    


 

Prof. Dr. Süleyman Əliyarlı

Əməkdar Elm Xadimi, Türk  

Tarix Kurumunun Fəxri üzvü 

 

Rəyçi:


  

 

 



tarix elmləri namizədi,  

dosent Məmməd Fətəliyev 

 

 

 



 

H 59 C.P.Həsənli. SSRİ-Türkiyə: soyuq müharibənin sınaq meydanı.  

Bakı, "Adiloğlu " nəşriyyatı - 2005, 544 səh, (16 şəkil

 

 



Tarix elmləri doktoru, prof. C.Həsənlinin oxuculara təqdim edilən "SSRİ-Türkiyə: soyuq 

müharibənin sınaq meydanı" monoqrafiyası müəllifin Yaxın və Orta Şərqdə soyuq müharibəyə  həsr 

edilmiş ikinci araşdırmasıdır. Monoqrafiyada 1939-1953-cü illərdə Sovet-Türkiyə münasibətlərinin 

keçdiyi tarixi yol, onun həlledici mərhələləri və dönüş  məqamları  tədqiq edilmişdir. Yeni açıqlanan 

arxiv sənədlərinə istinadən müəllif soyuq müharibənin Türkiyə böhranının,  İ.Stalinin fitvası ilə 

Ermənistan və Gürcüstan Sovet respublikalarının bu prosesdə  fəal iştirakının, habelə Güney Qafqaz 

respublikaları arasında başlanmış əsəb savaşının maraqlı tarixi mənzərəsmi yaratmışdır. Rusiya, ABŞ, 

Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistandakı məxfi sənədlərdən istifadə edərək müəllif göstərir 

ki, SSRİ siyasi texnologiyaları dost və sülhsevər Türkiyədən məharətlə düşmən obrazı yaradaraq onu, 

milyonlarla Sovet vətəndaşının beyninə yeridə bilmişdi. 

Kitab beynəlxalq münasibətlər tarixi ilə  məşğul olan mütəxəssislər, bu ixtisas üzrə  təhsil alan 

tələbələr və yaxın keçmişin tarixi ilə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulur. 

 

ISBN 9952-25-013-4 



 

 

 



 

2005



121

0514224124

 sifarişlə 



 

 

© C.Həsənli 



  


 

GİRİŞ 

 

İkinci Dünya müharibəsinin başa çatmasından altmış illik bir dövr 



keçib. Bu gün mübaliğəsiz demək olar ki, soyuq müharibə bəşəriyyətin son 

altmış illik tarixinin ən mühüm hadisəsidir. Dünyanın müharibədən sonrakı 

tarixinə diqqət yetirilsə görərik ki, böyük qələbədən bizi ayıran altmış ilin 

qırx beş ili məhz soyuq müharibə erası kimi tarixə daxil olub. 

Dünya sosializm sisteminin böhranı və Sovet İttifaqının dağılmasından 

sonra soyuq müharibə tarixinə böyük maraq yaranmışdır. Bir vaxtlar eyni 

ideoloji zəmində, eyni qəlibdən çıxan və daha çox bir-birini təkrar edən 

kitablar və elmi araşdırmalar, indi soyuq müharibənin canlı tarixini özündə 

əks etdirən, maraqlı araşdırmalarla  əvəz olunmaqdadır. Son illərdə ABŞ-

da, Avropa ölkələrində və Rusiyada soyuq müharibə tarixini araşdıran yeni 

elmi mərkəzlərin yaranması heç şübhəsiz ki, dövriyyəyə yeni daxil edilən, 

dövrün reallıqlarını özündə yaşadan arxiv sənədlərinin açılması, SSRİ-nin 

süqutundan sonra köhnə ideoloji stereotiplərin dağılması ilə bağlıdır. 90-cı 

illərin  əvvəllərindən başlayaraq ardıcıl formada keçirilən beynəlxalq 

konfranslar, aparılan elmi müzakirələr soyuq müharibə tarixinin bir sıra 

yeni məqamlarını meydana çıxarmış  və problemin nəzəri  əsaslarının 

ümumiləşdirilməsi ilə müşayiət olunmuşdur. Tam əsasla demək olar ki

son illərdə soyuq müharibə tarixi ilə bağlı fundamental araşdırmaların 

meydana çıxması  İkinci Dünya müharibəsindən sonra beynəlxalq 

münasibətlərin, Sovet-Amerika qarşıdurmasının, Qərb-Şərq 

ziddiyyətlərinin bir sıra qaranlıq məqamlarına aydınlıq gətirmişdir. Son on 

ildə Rusiya tarix elmində bu istiqamətdə əldə edilən uğurlar xüsusi şəkildə 

qeyd edilməlidir.  Şübhəsiz ki, bu bir tərəfdən rus tarixçilik məktəbinin 

dərin elmi potensialı ilə bağlıdırsa, digər tərəfdən soyuq müharibə tarixinə 

yeni baxış formalaşdıra biləcək qədər  əhəmiyyətli olan Sovet arxiv 

sənədlərinin öyrənilməsi və rus tarixçiliyinin bu prosesdə ilk araşdırıcı 

missiyasını yerinə yetirməsi ilə izah olunmalıdır. 

Soyuq müharibə tarixinə aid tədqiqat işlərinin nəzərdən keçirilməsi son 

illərin elmi araşdırmalarının daha çox "Avropa böhranı" üzərində 

qurulduğunu təsdiq edir. Əlbəttə, bu soyuq müharibənin sonrakı 

mərhələsində Avropa böhranının aparıcı istiqamətə çevrilməsi, Qərb-Şərq 

qarşıdurmasının səngərlərinin Avropadan keçməsi, Sovet-Amerika hərbi 

arsenalının Avropada qarşı-qarşıya dayanması  və xüsusilə soyuq 

müharibəni stimullaşdıran hərbi blokların Avropada yaranması ilə bağlı 

idi. Ona görə də soyuq müharibənin başlıca sərhədlərinin Avropadan 

  



 

keçdiyi, soyuq müharibənin  əsas səngərlərinin Avropada qurulduğu tarixin artıq 



təsdiq olunmuş hadisəsidir. 

Ötən  əsrin 90-cı illərində "Avropa böhranı"nın önə  çəkilməsi soyuq 

müharibənin ilk illərində Sovet təsir dairəsinə düşmüş  və  Qərb-Şərq 

qarşıdurmasını  qırx ildən artıq öz taleyində yaşatmış  Şərqi Avropada və 

Balkanlarda sosializmin çökməsinin doğurduğu eyforik dalğanın bilavasitə 

nəticəsi idi. SSRİ-nin dağılması və birqütblü dünyanın formalaşdığı dövrdə soyuq 

müharibə problemlərini araşdıran ilk mərkəzlərin ABŞ, Qərbi Avropa və Rusiyada 

yaranması bu istiqamətdə Avropa mərkəzçiliyinin formalaşmasında mühüm rol 

oynadı. Bu isə bir növ soyuq müharibənin daha çox başlanğıc mərhəbsinə düşən 

Yaxın və Orta Şərq hadisələrinin unudulmasına, Uzaq Şərq və Hind-Çin 

səhifələrinin diqqətdən kənarda qalmasına gətirib çıxarmışdı. Lakin son illərdə bu 

istiqamətdə ciddi dəyişikliklər baş vermiş, soyuq müharibənin coğrafiyasının 

genişləndiyini şərtləndirən tədqiqat işləri meydana çıxmışdır. Bütün bunlar soyuq 

müharibə tarixinə daha geniş miqyasda yanaşmağa, problemin tam mənzərəsmi 

yaratmağa imkan vermiş, müharibədən sonrakı dünyanın bu mühüm hadisəsinə 

münasibətdə konseptual baxışlar sisteminin formalaşmasına gətirib çıxarmışdır. 

Soyuq müharibə tarixi ilə bağlı son illərdə aparılan müzakirələrin mühüm 

cəhətlərindən biri bu eranın başlanması və onun dövrləşdirilməsi ilə bağlıdır. Bir 

sıra müzakirələrdə  və elmi araşdırmalarda soyuq müharibənin 40-cı illərin 

sonunda Berlin hadisələri ilə  əlaqədar  Şərqi Avropada siyasi proseslərin ideoloji 

ayrıtılarla başa çatdığı dövrdə meydana gəldiyi göstərilir. Soyuq müharibə erasının 

başlanmasının belə interpretasiyası daha çox müharibədən sonrakı ilk illərdə Şərqi 

Avropada və Balkanlarda gedən proseslərin müttəfiqlər arasında razılaşdırılmış 

addımlar təsiri bağışlaması ilə bağlı idi. Bu ərazidə tərəflər nüfuz dairəsmi bir növ 

hələ dost olarkən müəyyən etdiklərindən  Şərqi Avropa və Balkanlarda hadisələr 

ilk dövrlərdə qarşıdurma görüntüsü yaratmırdı. Soyuq müharibənin başlanmasının 

daha çox Avropa mərkəzçiliyi üzərində qurulmuş "yubanmış tarixi" ilk növbədə 

bununla bağlı idi. 

Bununla yanaşı, həm ABŞ-da və  həm də Rusiyada bir sıra alimlər soyuq 

müharibənin daha erkən, 1917-ci ilin rus inqilabı və Vilson dövründən başlandığı 

fikrini irəli sürürlər. Lakin soyuq müharibəyə tarixi bir era kimi yanaşılması, onun 

məzmun və mahiyyətinin araşdırılması bu tarixi eranın məhz  İkinci Dünya 

müharibəsindən sonrakı dövrün xüsusi hadisəsi olduğunu təsdiq edir. Soyuq 

müharibənin başlanması ilə bağlı irəli sürülən bütün fikir və mülahizələrə 

hörmətlə yanaşmaqla bərabər, onun müttəfiqlər arasında razılaşdırılmamış bir 

ərazidən və razılaşdırılmamış  məsələlərdən başlandığını daha real hesab etmək 

olar. Fikrimizcə bu proses 1945-ci ilin payızında müttəfiqlər 

  



Yüklə 4,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   256




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə