Microsoft Word herbi sahede informasiya elde etmek medeniyyeti doc



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix14.04.2018
ölçüsü0,55 Mb.
#38156
  1   2   3   4   5   6   7   8   9   ...   26


_____________Milli Kitabxana_____________ 

 

1



 

 

Cəsur SÜMƏRİNLİ 

 

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi 

 

 

 

 

Hərbi sahədə informasiya əldə etmək 

mədəniyyəti: 

Azərbaycan və dünya təcrübəsi 

 

 

 



 

 

 



 

 

Bakı – 2010 



 

 

 



 

 

Bu nəşr ACİ Yardım Fondu xeyriyyə  təşkilatının 



verdiyi qrant məbləğindən maliyyələşdirilmişdir 

 

 

 



 


 

 

 

 

______________Milli Kitabxana______________ 

2

 




_____________Milli Kitabxana_____________ 

 

3



 

 

 

Müəllifdən 

 

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi “Hərbi 



Jurnalistlər”  İctimai Birliyinin tərəfdaşlığı ilə Açıq Cəmiyyət 

İnstitutu – Yardım Fondunun maliyyə  dəstəyi ilə reallaşdırdığı 

“Hərbi sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafı” 

layihəsi ictimaiyyət nümayəndələri tərəfindən maraqla qarşılandı. 

Layihə  şərçivəsində qarşıya qoyulan problem sadə olduğu qədər də 

mürəkkəb idi: bu problem bu gün Azərbaycanın müdafiə  və 

təhlükəsizlik sektorunun müasirləşdirilməsi prosesinin ikinci əsas 

qolu – ictimaiyyətlə əlaqələr məsələsi ilə bilavasitə bağlı idi.  Əgər 

islahatlar bir tərəfdən güc strukturlarının müasirləşdirilməsi 

məqsədini qarşıya hədəf qoyubsa, digər  əsas məqsəd bu prosesə 

ictimai dəstəyin  əldə olunması ilə bağlıdır. Məhz ictimai dəstəyin 

əldə olunması  vətəndaş  cəmiyyəti qurumlari – xüsusilə  də  KİV və 

QHT-lərlə əlaqələrin lazımi səviyyədə qurulmasına hədəflənir.  

Ortada konkret sual var: necə edək ki, bizdə  hərbi sahədə 

informasiya  əldə etmək mədəniyyəti inkişaf etsin? İnformasiya 

cəmiyyətinin formalaşdığı bir dövrdə necə etmək olar ki, insanlar 

ordu quruculuğu ilə bağlı istədikləri məlumatları  əldə etməyə nail 

olsunlar? Müdafiə  və  təhlükəsizlik sektorunda təmsil olunan rəsmi 

strukturlarla KİV arasında qarşılıqlı faydalı  və ümumilikdə 

cəmiyyətin və dövlət idarəetməsinin inkişafına yönəlmiş  sıx 

münasibətlərin qurulması üçün nə etmək lazımdır? 

Layihənin reallaşdığı dövrdə ortaya onlarla suallar qoyuldu və 

onlara həm ekspertlər, həm də media işçilərinin özləri tərəfindən 

aydınlıq gətirilməsinə çalışıldı. Bəlli oldu ki, cavablar və yanaşmalar 

çox müxtəlifdir – buraya məsuliyyətin hər iki tərəfin boynuna 

qoyulmasından tutmuş bir sıra jurnalistlərin hərbi sahədə peşəkar 

olmamaları daxil edilməklə Silahlı Qüvvələrdə  həyata keçirilən 

islahatlarla bağlı ictimai məlumatlandırmada maraqlı olmayan 

məmurların yarıtmaz fəaliyyəti kimi yanaşmalar daxildir. 

Müxtəlifliyə baxmayaraq artıq nəticələr də ortadadır və düşünürük 




_____________Milli Kitabxana_____________ 

 

4



ki, bu təkliflər həm güc strukturları, həm də media təmsilçiləri 

tərəfindən nəzərə alınacaq. Bu isə gələcəkdə tərəflər arasında müasir, 

qarşılıqlı maraqlara əsaslanan münasibətlərin qurulmasına səbəb 

olacaq.  

Bu kitab – buroşurda layihənin həyata keçirildiyi dövrdə ortaya 

qoyulmuş problemlə bağlı müxtəlif rəylər, baxışlar, mövqelər, 

çıxışlar  əksini tapıb. Eyni zamanda təqdim olunan kitab-broşurda 

Azərbaycanda hərbi sahədə informasiyaların  əldə olunması 

mədəniyyətinin, ümumiyyətlə, hərbi mətbuat tarixi, güc 

strukturlarının KİV-lə əlaqələrinin bu günü və perspektivləri ilə bağlı 

faktlar, proqnozlar və şərhlər verilib.  

Güman etmək olar ki, bu kitab-buroşur Azərbaycanda hərbi 

sahədə informasiya əldə etmək mədəniyyətinin inkişafına ciddi bir 

töhfə olacaq və burada əksini tapan faktların, mövqe və  çıxışların 

öyrənilməsi hərbi məlumatların  əldə edilməsi istiqamətində ortaya 

çıxan ciddi problemlərin həllinə müsbət təsir edəcək. 

Kitabın müəllifi bu istiqamətdə yaxın perspektivdə daha geniş 

həcmli kitabın nəşr edilməsinin zəruriliyini düşünür. O baxımdan 

qarşınızdakı kitab-buroşurda  əksini tapan problematik məsələlərə 

dair araşdırmalar davam etdiriləcək.  

Kitab-broşurda  əksini tapan məqalələrlə bağlı  hər hansı irad və 

təklifi olanlar 

cesursumer@mail.ru

 ünvanına müraciət edə bilərlər.  

 

Cəsur Sümərinli,  

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin 

rəhbəri 

 



_____________Milli Kitabxana_____________ 

 

5



I HİSSƏ 

 

AZƏRBAYCANDA  HƏRBİ SAHƏDƏ İNFORMASİYA 

ƏLDƏ ETMƏK MƏDƏNİYYƏTİNİN TARİXİ 

 

Azərbaycanda ordu mövzusu tarixən çox aktual olunub. Çoxsaylı 



müharibələr, silahlı toqquşmalar və qarşıdurma meydanına çevrilən 

ölkəmiz üçün ordunun vəziyyəti, onun döyüş qabiliyyətinin 

öyrənilməsi həmişə aktual məsələlərdən olub. 

Son iki əsrdə Azərbaycanda ordu ilə bağlı proseslərin 

ictimailəşdirilməsinə yönəlik addımların sayının tədricən artdığını 

müşahidə edirik. Məhz 19-cu əsrin sonlarında Azərbaycanda milli 

mətbuatın yaranması ordu ilə bağlı ictimai məlumatlandırmanın 

zəruriliyinə dəlalət edəcək məqamların ortaya çıxmasına səbəb oldu. 

Azərbaycanda ilk mətbuat tarixinin formalaşdığı dövrdə - 

“Əkinçi” qəzetinin nəşr olunduğu zaman – 1875-77-ci illərdə ordu 

islahatlarına o dövr üçün yeni olan ictimai yanaşma qaydalarının 

formalaşdırılmasına başlanıldı. Bu qəzetin bir sıra saylarında hərbi 

sahə ilə bağlı məlumatlar, kiçik şərhlər əksini tapır. “Əkinçi” 1877-ci 

ildə “Təzə  xəbərlər”  şöbəsində  hərbi mövzuya daha çox yer 

vermişdi. Bu Azərbaycan ictimaiyyəti üçün bir növ yenilik idi: 

əvvəllər ictimai fikirlərdə  şayiə kimi dolaşan fikirlər, xəbərlər artıq 

“Əkinçi”də  əksini tapır və ictimaiyyətdə ordu ilə bağlı  məlumatları 

əldə etmək istəyi formalaşdırdı. Bu baxımdan biz Azərbaycanda 

Ordu – KİV münasibətlərinin yaranması – hərbi sahədə informasiya 

əldə etmək mədəniyyətinin tarixini ölkədə ilk milli mətbuatın 

yaranması ilə eyni dövrə aid olduğunu iddia edə bilərik.   

Lakin Azərbaycanda hərbi sahədə informasiya əldə etmək 

mədəniyyətinin inkişafına məhz ötən əsrin əvvəllərinə - Azərbaycan 

Demokratik Respublikasının mövcud olduğu 1918-20-ci illərdə 

başlanılıb. O zaman yeni formalaşdırılıan Azərbaycan Ordusu ilə 

bağlı müxtəlif məlumat və məqalələr dərc olunan müxtəlif qəzetlərdə 

işıq üzü görürdü. “Azərbaycan” qəzetinin elə 1-ci sayında (15 

sentyabr, 1918-ci il) hərbi xidmətə çağırışın uğurla başa çatması 

barədə  məqaləyə rast gəlirik. Bu məqalədə problemlərdən də 

danışılır: orduya çağırış yaşının qeyri-müəyyən olmasının çağırış 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə