Microsoft Word hesabat2010. dot



Yüklə 101,74 Kb.
Pdf görüntüsü
tarix05.03.2018
ölçüsü101,74 Kb.
#30090


AZӘRBAYCA N RESPUBLİKASI TӘHSİL NAZİRLİYİ 

BAKI DÖVLӘT UNİVERSİTETİ 

 

 

Nanotexnalogiyaların kimyәvi fizakası kafedrası 

 

 

 

 

2010-cu ildә «Radiasiya vә onun әtraf mühitә tәsiri» fakültәlәr arası ETL-in 

yerinә yetirilmiş elmi-tәdqiqat 

 

HESABATI 

 

 

 

 

Kafedra müdiri:                           f.r.e.d. M.Ә.Ramazanlı 

ETL-in rәhbәri:                            f.r.e.n. R.Ә.Musayev 

 

 

BAKI - 2010 

 

 

Giriş 

    Abşeron yarımadasındakı NQÇİ әrazilәrinin xeyli hissәsi tәbii vә antropogen tәsir nәticәsindә 

yaranmış    müxtәlif növ zәrәrli tәsirlәrin güclü ekoloji gәrginliyinә  mәruz qalmışdır.Bu 

yarımadada olan NQÇİ  әrazilәrindәki Neft-qaz mәdәnlәrinin geoloji kәşfiyyatı, qazıntısı  vә 

istismarı ilә  әlaqәdar,  әtraf mühitdә antropogen tәsir nәticәsindә  әmәlә  gәlmiş uran, torium,  

radium, kalium , sezium vә onların digәr radioaktiv izotopları ilә  bәrabәr hәm dә  tәbii uran-

torium ailәlәrinin parçalanma  mәhsulları ilә birgә, bu radioaktiv maddәlәrin tәbiәtdәki 



molekulyar birlәşmәlәri dә özünü güclü radioktiv şüalanma mәnbәlәri qismindә özünü 

göstәrir.Bu göstәricilәrlә  bәrabәr  әtraf mühitin flora vә faunası,  әtraf mühitә  sәpәlәnmiş neft 

mәhsulları  vә onların tullantılarının zәrәrli tәsirinә  mәruz qalmışdır.Bu zәrәrli tәsirlәrdәn biri dә 

Bakı Neftinin 30-60% tәşkil edәn naftendir ki, bu üzvü birlәşmә torpaqda vә suda güclü 

parçalanmaya mәruz qalaraq, әtrafda olan digәr maddәlәrlә birlәşәrәk hәll olmayan kompleks-

kompaund yaradır.Bu göstәricәlәrlә  bәrabәr,  әtraf mühitә yayılmış neft mәhsullarının  әmәlә 

gәlmiş aromatik birlәşmәlәr-benzol, toluol, ksilol vә alkenlәrin bir hissәsi torpağın tәrkibinә  vә 

bitki alәmini genetik tәsirә  mәruz qoyur.Son nәticәdә radioaktiv maddә  vә birlәşmәlәri 

korroziyaya mәruz qalmış metal birlәşmәlәri vә neft tullatıları ilә birgә torpaqda olan qumus vә 

fulfat turşularına güclü tәsir göstәrәrәk әtraf mühitin flora vә faunasına öz xoşagәlmәz bioloji vә 

biokimyәvi tәsirini göstәrir.Gәlәcәkdә bu zәrәrli tәsirlәrin hansı yollarla aradan götürülmәsi 

mexanizminin öyrәnilmәsi zәrurәti dә  әmәlә  gәlәcәkdir.Әtraf mühitdә bu kanserogen 

birlәşmәlәrin paylanması, onların miqrasiyasının torpağın relyefindәn asılı olaraq ona daxil olan 

birlәşmәlәrin sorbaziya etmәk dәrәcәsindәn vә torpaqda axar vә yağıntı suların vasitәsilә hansı 

istiqamәtdә paylanması prosesinin dә  analiz edilmәsi problemi әmәlә  gәlәcәkdir.Bu 

göstәrilәnlәrlә  bәrabәr atmosferdә  әmәlә  gәlmiş bu kansorogen vә radioaktiv birlәşmәlәrinin 

aerozollarının biosfer vә hidrosfer ilә qarşılıqlı tәsir mexanizminin öyrәnilmәsi vacibdir.Göstәrilәn 

zәrәrli maddәlәrin  әtraf mühitdә paylanma prosesindә müxtәlif fiziki vә coğrafi parametrlәrin 

tәsirindәn asılılığını da nәzәrә almaq lazımdır.Neft vә qaz çıxarılan  әrazilәrdә  ,әtraf mühitdә 

yaranan radioaktiv aerozolların fiziki tәbiәti vә tәsir mexanizminin öyrәnilmәsi vacibdir.Göstәrilәn 

radioaktiv maddәlәr özünü 

α,β,γ-


şüalanma mәnbәyi kimi göstәrmәklә  hәm dә onların canlı 

orqanizmә daxil olaraq orqanatrop olması ikitәrәfli yәni sinergetik tәsir edәrәk arzuolunmaz 

patalogiyaya gәtirib çıxarır. 

   


 

   Göstәrilәn zәrәrli  tәsirlәrin fәrdi vә kumulyativ tәsirlәri hәlә öyrәnilmәmiş qalır. 

   Tәbiәtdә yayılmış  mәlum dörd radioktiv ailәnin birinin başçısı 

 238


 U vә onun birlәşmәlәri 

özlәrini xüsusi aparırlar.Tәbii uranın 99,3%-ini 

238

 U; 0,7%-ni 



235 

U;0,006%-ni isә 

234

 U-


radionuklidlәri tәşkil edir.Uran duzlarını ali vә bitkilәr öz köklәri vasitәsilә torpaqdan çox 

miqdarda qәbul edirlәr.İnsan vә heyvan orqanizminә uran vә onun birlәşmәlәrinin areozolları 

hava vә qida bitkilәri vasitәsilә daxil olurlar.Uran birlәşmәlәri gün әrzindә insan orqanizminә 

1,1%÷1.8% miqdarda çökә bilәr.İlk növbәdә uran birlәşmәlәrinә insan orqanizmindәki – 

böyrәklәr hәrisdir.İnsan orqanizminә uran içmәli su vә qida bitkilәri vasitәsilә dә daxil olur.Orta 

hesabla radioaktiv uranın konsentrasiyası müxtәlif su hövzәlәrindә 0,03÷100pki/l-ә  qәdәr 

çatır.Uran radionuklidlәri canlı orqanizmlәrdәki sümük toxumasına (0,3÷0,8)  10

-3

 rad. vә 



yumşaq toxumalara 0,5 10

-4

 rad. şüalanma verir.Әtraf mühirdә olan vә orqanizm üçün qorxulu 



kanserogen tәbiәtli maddәlәrdәn biri radium elementidir.Torpaq radium duzları  vә fosfor 

gübrәlәri ilә doludur.Bitkilәr radium elementini vә onun birlәşmәlәrini köklәri vasitәsilә yaxşı 

sovururlar.Bu radioaktiv elementin içmәli su hövzәlәrindә konsentrasiyası 0,01÷10pki/l-ә 

çatır.Dәniz suyunda radiumun konsentrasiyasının (10

-15

÷10


-14

 q/l) olmasına baxmayaraq , dәniz 

orqanizmlәri-balıqlar midiyalar, malyuskalar vә digәr su heyvanları radiumu öz orqanizminә 

yığmaq qabiliyyәtinә malikdirlәr.Radium  kalium elementi kimi canlı orqanizmә daxil olduqda 

sümük toxumasında yığılır vә maddәlәr mübadilәsindә  iştirak edir. Radium elementi sümük 

toxumasında 5÷30pki/kq, yumşaq toxumada isә 0,13 pki/kq -a qәdәr yığılır.Beyin sümüyündә 

isә radiumun şüalanma tәsiri ilә 10-mrad-a çata bilәr.Tәbii vә texnogen çüalanma mәnbәyi kimi 



radium radionukleiitidi әtraf mühitә ildә 4÷10 rad.şüalanma buraxır vә şüalanma mәnbәyi kimi 

orqanizm üçün qorxulu tәzahür yaradır.Radon radionukleidlәrinin parçalanma mәhsulları olan 

210

 

Po vә 



210 

Pb elementlәri külәkli vә isti havada aerozol şәklindә  hәrәkәt edirlәr.

  210

Po,


210

Pb 


izotopları yağış  vә qar vasitәsilә  tәdricәn yer sәthinә otururlar.Adi içmәli suda bu elementlәrin 

konsentrasiyası 1pki/l , mineral sularda 10pki/l-qәdәr olur.Dәniz vә su hövzәlәrindә yaşayan 

heyvanların әzәlәlәrindә 

210 


Po vә 

210


 Pb konsentrasiyası 500pki/kq qәdәr olur.Canlı orqanizmlәrә 

nәfәs yolları vasitәsilә daxil olan 

210

Po vә 


210

Pb radionukleidlәrini konsentrasiyası isә 0,37pki-yә 

çatır. 

210


Pb әsas әn yüksәk enerjili α- şüalamması buraxır ki, bunun illik şüalanması dozası 4.10

-3

 



rad olur.

210


Po buraxdığı illik şüalanması dozası 10

-4

-10



-5

     raddır.Radioaktiv radium elementinin 

parçalanma mәhsulu olan radon qazı atmosferin, biosferin, hidrosferin çirklәnmәsi  әn böyük 

tәsir göstәrir.Yerin sәthinә yaxın hava qatlarında radon elementi parçalanaraq poloniy, 

qurğuşun, vismut, elementlәrini yaradır vә onlar atmosferdә olan su vә digәr mayelәrin 

buxarları ilә birlәçәrәk klyusterlәr yaradır.Bu klyusterlәr öz ölçülәrindәn vә  әtraf mühitin 

parametrlәrindәn asılı olaraq ya çökmәyә vә ya uzaq mәsafәlәrә hәrәkәt etmәyә başlayırlar.Bu 

birlәşmәlәrdә olan radioaktiv maddәlәr kiçik periodlu olmasına baxmayaraq daim parçalanaraq 

vә yarananaraq әtraf mühitdә 10÷100pki/l-ә     intervalında olan konsentransiyasını saxlamağa 

çalışırlar.Radon qazı sağlam dәrinin mәsamәlәrinә nüfuz etmәk qabiliyyәtinә malikdir.Rn-

elementinin parçalanma mәhsullarının birlәşmәlәri olan 

210


PoCL vә 

210


PoNH

4

 -  sağlam dәri 



toxumalarına keçmәk qabiliyәtinә malik olaraq çox zәhәrlidirirlәr.Belә ki,

210


 PoCL vә PoNH

4

 



birlәşmәlәri sutkada 0,16% sürәtli ilә dәriyә daxil olurlar.Mәlum radioaktiv elementlәrdәn - әtraf 

mühitdәki 

40

K- radionukleridlәri tәbii kaliumun tәrkibinin 0,012% tәşkil etmәsinә bax mayaraq, 



onun  әtraf mühitә verdiyi şüalanmanın tәsiri böyükdür.Digәr tәrәfdәn kalium elementinin canlı 

orqanizmin normal inkişaf prosesindә rolu inkar edilmәzdir.

 40

K radionukleidlәrin bitkilәrdә olan 



konsentrasiyası heyvan hüceyrәlәrinә nisbәtәn çoxdur.Әsasәn kalium elementinin 

konsentrasiyası hüceyrәdaxilindә daha çox hüceyrәlәr arası mayelәrdә daha az 

olur.Biomenbranlarda olan xüsusi mexanizmlәr orqanizmdәki kaliumun paylanma prosesini 

tәnzimlәyir.Belә ki baş beyindә onun miqdarı 330mq%, sümük iliyindә 50mq%, qanın 

eritrositlәrindә -460mq%, әzәlәlәrdә 360mq%olur.Kişi cinsindә qadınlara nisbәtәn onun miqdarı 

az olur.Әgәr orqanizm şüalanmaya mәruz qalarsa 

40

K-radionukleidin miqdarı  әvvәlki vәziyyәtә 



nisbәtәn artır.Ümumiyyәtlә  tәbii radioaktivlik nәticәsindә orqanizmdә 

40

K-radionukledinin 



buraxdığı  şüalanmanın illik  miqdarı 19m rad –a yaxın olur.Digәr radioaktiv element isә 

137


Cs –

dir.Heyvan vә insan orqanizmi Cs radionukleidi 100% sovurma qabiliyyәtinә malikdir.Belәliklә bu 

raionukleid bağırsaqlarda 80% vә            mәdәdә 8%   sorbasiya olunur.

137


Cs–radionukleidinin 

bәdәndә normadan artıq konsentrasiyasının olması sәrty şüalanma xәstәliyinә gәtirir ki, bunların 

zahiri görünüşü daxili qanaxma, qanda leykositlәrin miqdarının azalması,  tük  tökülm          vә s, 

tәzahürlәri kimi müşahidә edilir.Analiz nәticәsindә  mәlum olur ki, normal şәraitdә yer sәthinin 

1m hündürlüyündә tәbii radioaktivliyin -47%-ni kosmik şüalar, 53%-ni yerin radiasiyası verir.Bu 

kәmiyyәtin (6.03

.

10 rad) dağlıq vә yüksәk radiasiyaya mәruz qalmış rayonlarda daha artıq 



olacağı aydındır.Әgәr bunu tәbii radioakyivliyә  dә  әlavә etsәk onda әtraf mühitә bunların 

kollektiv tәsiri daha çox dönmәyin bioloji proseslәrin yaranmasına imkan verәcәkdir.Göstәrilәn 

bu amillәrin neft  vә qaz istehsal vә emal edәn ölkәlәrdә ABŞ, Meksika, Kanada, Rusiya, Әrәb 

ölkәlәrindә vә s. özünü göstәrir.Xüsusilә ABŞ – ın bir çox ştatları –Luizana, Florida, Kaliforniya, 

Pensilvan, Alyaskada qeyd edilәn antropogen tәsirlәrә  mәruz qalmışdı.ABŞ-tәkcә bir Luzian 

ştatında 70 min işlәyәn vә 120 min istismardan dayanmış neft quyuları vardırki bu göstәrilәn 

konserogen tәsirlәrin yaratdığı problemlәrlә çoxsaylı ixtisasçılar – hәkim,bioloq, genetik, fizik vә 

digәr zәruri olan ixtisas sahiblәri mәşğul olmaqdadı.Mәlumdur ki, Azәrbaycan Respublikasının 

xeyli hissәsi – Bakı, Sәlyan, Sumqayıt, Siyәzәn,Әli-Bayramlı, Naftalan әrazilәri Neft-qaz hasilatı 



vә geoloji kәşfiyyatla  әlaqәdar hәm antropogen hәm dә  tәbii radioaktiv çirklәnmәyә  mәruz 

qalmışdır.  Abşeron yarımadasının 15% әrazisinin çirklәnmәsinә sәbәb Neft-qaz istehsal vә emal 

edәn müәssәlәrdir.Vә bu çirklәnmәlәrlә bәrabәr bioloji aktiv vә kimyәvi konserogen tәsirlәri dә 

nәzәrә alsaq, onda Abşeron yarımadası özünün ekoloji gәrginlik poliqonu kimi apardığı aydın 

olur. 

    Bu  qeyd  edilәnlәrlә  әlaqәdar müxtәlif tәsirlәrin – şüalanmanın, bioloji aktiv maddәlәrin,  



kimyәvi kanserogenlәrin tәhlükәsizliyi әlaqәdar kollektiv tәsir normativlәri mәlum olmadığından, 

yeni kollektiv tәsir normalarının elmi surәtdә işlәnib hazırlanması onun  müәyyәnlәşdirilmәsindә 

ilk elmi tәdqiqat işlәrinin görülmәsindә, Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәri Bankının 

yaradılması mühüm rol oynadığından vә Dünyada ilk dәfә olaraq, çox faktorlu tәsir növlәri üzrә  

Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәri Bankı 2001-ci ildә  bu  ETL-in  vә Coğrafiya 

fakültәsinin tәşәbbüsü ilә BDU-da yaradılmış vә Böyük Elmi Şuranın qәrarına әsaslanaraq , BDU-

nun rektorunun 228 saylı (22.03.2001-ci il) әmri ilә tәsdiqlәnmişdir.Bu normativlәr Bankının elmi 

fәaliyyәtinә Coğrafiya fakültәsinin dekanı professor M.A.Müseyibova, elmi işlәrin aparılması 

istiqamәtindә rәhbәrlik isә göstәrilәn ETL –in müdiri, f.r.e.n. R.Ә.Musayevә hәvalә edilmişdir.Bu 

bankın elmi işlәrinin birgә aparılmasında BDU-nun tәbiәt elmlәri üzrә fakültәlәrinin dekanları da 

iştirak etmәyә razılıq vermişdir. Plana әsasәn Ramana NQÇİ - әrazisindәki radioaktiv  

mәnbәәlәrin yaratdığı böhran sahәlәrinin aşkarı  vә onların analizinә aid elmi tәcrübәlәr 

aparılmışdır.Әtraf mühitin radioaktiv maddәlәtlә çirklәnmә  dәrәcәsinin tәyini üçün göstәrilәn 

әrazilәrdә radioekoloji ölşmәlәr aparılmış  vә bir neçә radioaktiv böhran sahәlәri aşkar 

edilmişdir.Bu işә aid olan digәr elmi iş isә radioaktiv vә konserogen maddәlәrinin sinergetik 

effektlәri üzrәdir.Sinergetik effektlәr üzrә elmi iş AMEA –nın bir neçә elmi insitutu ilә birgә 

müzakirә edilmiş vә bu barәdә AMEA-nın prezidiumunda çıxış üçün materiallar  hazırlanır. 

2.STRUKTUR VӘ ŞTAT CӘDVӘLİ.  

   “Radioasiya vә onun әtraf mühitә tәsiri” fakültәlәr arası ETL-i Tәhsil Nazirliyi 07.02.1990-cı il 

tarixli 46-12-54/ №1 vә 12.06.1990-cı il 1-172 saylı Kirov adına ADU-nun rәhbәrliyinin әmri ilә 

yaranmışdır. 2010-cu ildә ETL aşağıdakı tәrkibә malik olmuşdur. 

   1.Laborotoriya  müdiri-f.r.e.n.Musayev Rövşәn Әli oğlu, 1947-ci il tәvәllüdlü -1 ştat. 

  2.Baş laborant –Vәliyeva Solmaz  Bәşir qızı , 1966-cı il tәvәllüdlü-1 ştat  

  3.Laborant- Әvәzova Sәadәt Sәxavәt qızı, 1979 –cu il tәvәllüdlü- 1 ştat 

   4.Vakant-Baş elmi işçi – 1ştat 



3.Azәrbaycan Respublikası Prezidenti yanında elmin inkişafı fondu ilә әlaqәlәri.  

 Azәrbaycan Respublikasının Prezidenti yanında elmin inkişafı fonduna 2010-cu il üçün layihә 

verilmişdir.  

4. AMEA ilә elmi әlaqәlәr. 

AMEA-nın Radiasiya problemlәri vә Coğrafiya İnsitutları ilә çox faktorlu tәsirlәr üzrә Beynәlxalq 

Ekoloji Tәhlükәsizlik Normativlәr Bankının tәşkili üzrә birgә elmi işlәri aparılması müzakirә 

edilmişdir. 



5.ELMİ TӘDQİQAT İŞLӘRİNİN ӘSAS İSTİQAMӘTİ:   

Elmi istiqamәt: Ekoloji sistemlәrin tәşkilindә fiziki-kimyәvi proseslәrlәrin әsasları. 

Problem: Ekosistemlәrinin pozulmasının әsas amillәri, zәrәrli fiziki –kimyәvi faktorların biogen 

miqrasiyasından asılı xroniki tәsirlәri .  



Mövzu:  Abşeron yarımadasının (cәnub-qәrb) Ramana, Zirә, Bibiheybәt-zonalarındakı Neft-qaz 

yataqlarındakı radioekoloji gәrginlik sahәlәrinin aşkarı analizi toksiki birlәşmәlәrin atmosferә 

tәsiri, xәritәlәşmә, toksiki birlәşmәlәrin klassifikator sisteminin yaradılması.  



  İş: Abşeron yarımadasının Ramana zonasındakı NQÇİ-dә radioekoloji gәrginlik sahәlәrinin 

aşkarı, analizi toksik birlәşmәlәrin sinergetik effektivinin II-klassifikatorunun yaradılması. 



İŞİN QISA A NNOTSİYASI 

  Abşeron yarımadasının 213 min ha sahәsindәn  9 min. ha sәnaye müәssisәlәrinin, 13min ha 

Neft-qaz mәdәnlәrini, 10 min ha eroziya vә tullantı sahәlәrinin payına düşür.Ümumimiyyәtlә 

yarımadanın 4%-i  müxtәlif sәbәblәrdәn kimyәvi çirklәnmәyә vә 7%-i isә Neft-qaz kәşfiyyatı vә 

istehsalı ilә  әlaqәdar radioaktiv çirklәnmәyә  mәruz qalmışdır..Bu göstәrilәn çirklәnmәlәrlә 

bәrabәr daş karxanalarının, sement zavodlarının vә müxtәlif növ mәnbәәlәrin-әtraf mühitdә 

yaydığı tüstü aerozolarını ilә çirklәndirilmәsini  әlavә etsәk, onda Abşeron yarımadası özünü 

yüksәk ekoloji gәrginlik malik poliqon kimi apardığı aydın olur. Bu götәrilәn faktorlarlarla 

bәrabәr müxtәlif biogen tәsirlәrin – şüalanmanın, bioloji aktiv maddәlәrin, kimyәvi 

kanserogenlәrin kollektiv rәsiri ilә  әlaqәdar, bu günә  qәdәr sinergetik tәsir normativlәri mәlum 

olmadığından bu normaların yaradılması  işlәnib- hazırlanmasında ilk elmi- tәdqiqat - Pioner 

işlәrinin görülmәsindә Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәr Bankının yaradılması mühüm 

rol oynaması faktı da danılmazdır vә Dünyada ilk dәfә olaraq, çox faktorlu tәsir növlәri üzrә 

Beynәlxalq Ekoloji Normativlәri Bankı 22.03.2001-ci il tarixdә BDU-da yaradılaraq, Elmi Şura 

tәrәfindәn tәsdiqlәnmişdir.Bu normativlәr bankının ümumi rәhbәrliyi professor M.A.Müseyibova 

vә elmi rәhbәrlik isә göstәrilәn yaradıcı laboratoriyanın rәhbәri f.r.e.n. P.Ә.Musayevә  hәvalә 

edilmişdir.Yaxşı haldır ki, bu normativlәr Bankının Baza elementlәrinin yaradılmasında AMEA-nın 

bir neçә institutu birgә işlәmәyә razılıq vermişdir. 

     Plana  әsasәn görülәn elmi tәdqiqat işlәri neft çәnlәrinin, avadanlıqlarının komunikasiya 

xәtlәrindә vә onun qovşaqlarında , neft anbarlarının әtrafında neft “tәlәlәri ” vә gölmәşәlәrindә 

vә onlara bitişik sahәlәri  әhatә etmişdir.Orada ölçmәlәr aparılmış  vә stasionar ölçmәlәr üçün 

çәkisi 0,400÷1200q-a qәdәr nümunәlәr analiz üçün götürülmüşdür.Sәyyar ölçmәlәr PKSB 

cihazı vasitәsilә aparılmış, göstәrilәn  әrazilәrdә  qәbul edilmiş normadan xeyli yüksәk bir neçә 

şüalanma mәnbәәlәri aşkar edilmişdir.Götürülmüş nümunәlәrdә qamma-şüalanma radioaktivlik 

dәrәcәsi CPП 68-01,RKSB vә betta – şüalnmanın radioaktivliyi ilә RUST-3 tipli cihazlar vasitәsilә 

ölşülmüşdür.Tәbii radioaktivliyin fonu, Ramana әrazisindә 7÷20MR/h olduğu aydın olmuşdur.  

Neft kommunikasiya xәtlәrindә, borularında,çәnlәrin vә anbarların  әtrafında  şüalanma 

dozasının gücü 200-800  MR/h olmuşdur. Buda B qrupu üçün 80 dәfә çoxdur.  Әrazidә 

şüalanmaya sәbәb  olanradioaktiv mәnbәlәr 

әsasәn bunlardır:Uran,  

torium,vismut,Radium,sezium,kalium vә onların müxtәlif izotopları  vә birlәşmәlәri 

olmuşdur.Tәdqiqat aparılan nöqtәlәrdә  şüalanma mәnbәlәrinin inteqral dozası  qәbul edilmiş 

normadan 12÷30 dәfә çox, intensivliyi isә  qәbul edilmiş normadan 8÷12 dәfә. Alfa,  betta, 

qamma –şüalanması yaradan radionukleidlәrin  әrazidә paylanması normativi aşağıdakı yarım 

empirik   düsturu ilә hesablanması tәklif edilir.                                                                 

 

K



1

K

2



K

3

-(α,β,γ,)-hissәciklәrin yaratdığı şüalanma dozaları üçün tәcrübi mütәnasiblik әmsalları; 




B

γk

B



βj

B

αi



-( α,β,γ,)-hissәciklәrin illik şüalanma dozasının norması; 

D

γk



, D

βj,


 D

αi

 –ölçülmüş şüalnma dozasının illik orta qiy mәti. 



I-hal:A

5

≤1şüalanma dozasının qiy mәti illik normaya uyğundur. 



II-hal: A

5

>1 şüalanma dozasının qiy mәti normadan artıqdır. 



  Sinergetik effektlәrin klassifikatorun yaradılması mәrhәlәlәr üzrә getdiyindәn , bu mәrhәlәdә  

aşağıdakı maddәlәrin müxtәlif növ şüalanma növlәri ilә kollektiv tәsirinә baxılmışdır.Qeyri-üzvi 

birlәşmә + γ-radioaktivlik, ü/birlәşmә+ γ-radioaktivlik, üzvi birlәşmә+yüksәk tezlikli 

radiodalğalar,  üzvi -birlәşmә+infraqırmızı+ultrabәnövşәyi –işıq dozaları: üzvi birlәşmә+qeyri-

üzvi birlәşmә+ γ-radioaktivlik.Bu birlәşmәlәrin orqan vә orqanizmdә yaratdığı patoloji 

xәtәliklәrin siyahısı verilmişdir.Qeyri-üzvi birlәşmәlәr әsasәn: metal birlәşmәlәri, kükürd 

birlәşmәlәri , dәm qazı, iprit, xlorofos,nitratlar vә azot birlәşmәlәri vә s. daxildirlәr.Bu kollektiv 

tәsirlәrә turş, qәlәvi, duz, neytral sistemlәrin tәsiri müәyyәn zaman intervalında  

göstәrilmişdir.İnformasiya vә ekoloji tәhlükәsizlik faktorları ilә birgә korrelyasiya 

edilәcәkdir.Ekoloji risk faktorunda әn yüksәk bal: ürәk-damar, qara ciyәr. Şiş xәstәliklәri vә s. әn 

yüksәk korelyasiya faktoru kimi götürülәcәkdir.Çünki kansengenizm insan orqanizmdәki 

orqanlara tәsirinә görә çox mәrhәlәli prosesdir.Orqanizmin әsasәn 4 sinif orqanik birlәşmәlәrdәn: 

karbon su birlәşmәlәri, lipidlәr, zülallar vә nukleid turşularından ibarәt olduğundan 

arzuolunmaz dәyişikliklәr toxuma, toxumarası, hüceyrә vә hüceyrә daxili quruluşa vә onlar 

arsındakı mübadilә prosesinә dә güclü tәsir edir.Vә nәticәdә qan vә qan dövranı sistemindә 

özünü qabarıq göstәrir. Kanserogen faktorların tәsir effektlәri әsasәn bu tәsir faktorların 

biohәdәfdәki dozasının miqdarından, rezorbasiya müddәtindәn, intoksiyasiya sürәtindәn vә bu  

intoksiklikdәn sonra biohәdәfә yaranmış daxili vә xarici sindromların qısa vә ya uzun müddәtli 

olması dinamikasından asılıdır.Dinamika belә verilir: Kanserogenizm hәdәfә ( vә a hәdәflәrә) 

tәsiri nәticәsindә daxili mexanizm işә düşür→ilk simptomlar yaranır→stress 

reaksiya→potologiyanın yaranma prosesi→immun sisteminin zәiflәmәsi → orqanizmdә 

ekstremal vәziyyәtin tәzahürü  → ekstremal hala qarşı mübarizә metodların tam zәifliyi → 

ölüm.Bu tәsirlәr zamanı biohәdәf rolunu-reseptorlar, membranlar, ferment-harmonlar vә onları 

yaradan sistemlәr, müxtәlif toxuma-hüceyrә sistemlәri vә onları tәşkil edәn orqanellalar oynaya 

bilәr.  Şüalanmanın  toxumalara әn güclü tәsiri, DNK – ların sintezi vaxtıdır.Sintezlәr arası 

intervallar nә qәdәr böyük olarsa bu halda  kanserogenlәr nüvәdәki xromotidlәrdә daha az 

zәdәlәnmә yarada bilәr.Orqanizmә daxil olan virusun hüceyrә membranında reseptoru 

yoxdursa, onda hüceyrәnin bu virusa yolux ması az ehtimallıdır.Bundan әlavә müәyyәn ferment 

vә ya hormonlar hәmişә reseptorlarının qarşılıqlı әlaqәsi vasitәsilә tәsir edirlәr.Adәtәn 

molekulyar birlәşmәlәr bir reseptor üstәgәl zülal vә ya kimyәvi birlәşmә üstәgәl bir hüceyrә 

vasitәsilә tәsir edirlәr.Bu kimyәvi birlәşmәlәrdәn- katexloamin vә kolxisin xüsusilә fәrqlәnirlәr, 

onlar eyni zamanda reseptorların bir çoxuna tәsir edirlәr.Bәzi (yodatrop, steroid birlәşmәlәr vә 

s.) kimyәvi birlәşmәlәr üstәgәl hormonlar hüceyrә xaricinә tәsir edә bilәrlәr.Membran 

keçiriciliyinә - dinitrifenol, sianid kaliy , xlorofost, purin vә primidin birlәşmәlәri ilә tәsir edәrkәn 

keçiriciliyi dәyişir vә son nәticәdә enerji yaranmasına sәbәb ATF-azanın düzgün işlәnmәmәsinә 

sәbәb olur.Antibiotiklәr zülal sintezini ingibitsiya edirlәr.Bu halları – 

aktinamedsinlәrә,daunametiksinә,pentametsinә,tetrasklinә,tripetomisinә,xloramfenekolә, amin 

turşularının bir hissәsinә dә aid etmәk olar. Ümumiyyәtlә bir sıra antibiotiklәr (eritromisin, 

mikomesin, streptomesin vә s.) lizosimin sәthi üzırindә gedәn tanınma vә bölünmә prosesinә 

mane olurlar.Bioritmlәr zamanı radiasiya effektlәri üstәgәl konserogen birlәşmәlәrlә birlikdә 

orqanizmә tәsir effekti güclü olur. Bu deyilәnlәrә әsaslanaraq müalicәvi preparatların vә 



prosedurların orqanizmә tәtbiqi zamanı individiumun orqanlarının biorimi  müddәti nәzәrә 

alınmalıdır. Bu ETL eyni zamanda atmosferә konserogen maddәlәrin paylanma modellәrinin 

hazırlanması ilә dә elmi işlәr aparır.Sinergetik effektlәr üzrә Beynәlxalq Ekoloji Tәhlükәsizlik 

Normativlәri Bankının orqanizm üçün ekoloji risk faktorlarının mәkan üçün statistik 

qiymәtlәndirilmәsi faktorunun hesablanması nәzәrdә tutulur.Bu yaradılmış informasiya sistemlәri 

ilә gәlәcәkdә enerji  -informasiya tәhlükәsizlik faktorları ilә korrelyasiya edilәrәk Dünya 

Beynәlxalq Tәhlükәsizlik Bankına bu sahәyә әmәkdaşlığı üçün Pioner işi kimi tәqdim edilәcәkdir. 

Bu işlәr planauyğun qaydada yerinә yetirilmişdir. 



6.Dәrc olunmuş elmi işlәrin xarakteriskası. 

Dәrc olunmuş elmi işlәr (mәqalә, tezis), monoqrafiya (anotasiyası) dәrslik vә  dәrs vәsaitlәri 

haqqında mәlumatlar (kitab әlavә olunmaqla).  

Mәqalә vә tezislәr .                                                                 Cәdvәl: 

№ Mövzunun 

adı 


Jurnalın adı, tarixi, №-si, 

sәhifәsi Müәlliflәr 

Mәqalә:Biosferanın  



kanserogen 

aerozollarla 

 çirklәndirilmәsinin  

modellәşdirilmәsi 

Azәrbaycan vә onunla qonşu  

ölkәlәrin tәbii tәsәrrüfat  

sistemlәrindә iqlimin qlobal  

dәyişilmәsinin tәsirlәrinin  

qiymәtlәndirilmәsi-Beynәlxalq  

elmi-praktik konfransı- 25 dekabr 

2010 Azәrbaycan Coğrafiya  

Cәmiyyәtinin BDU filialının әsәrlәri.  

III cild. sәh 371-374 

R.Ә.Musayev 

№ Mövzunun 

adı 


Jurnalın adı, tarixi, №-si, 

sәhifәsi Müәlliflәr 

Mәqalә:Qlobal  



istilәşmә vә  

aerozollar 

Azәrbaycan vә onunla qonşu  

ölkәlәrin tәbii tәsәrrüfat  

sistemlәrindә iqlimin qlobal  

dәyişilmәsinin tәsirlәrinin  

qiymәtlәndirilmәsi-Beynәlxalq  

elmi-praktik konfransı- 25 dekabr 

2010 Azәrbaycan Coğrafiya  

Cәmiyyәtinin BDU filialının әsәrlәri.  

III cild. sәh 367-371 

R.Ә.Musayev 




Mәqalә:Abşeron 

y/a 

Binәqәdi neft-qaz  



istehsal edilәn  

sahәlәrdә 

radioaktiv  

şualanmanın әtraf  

mühitә tәsiri.  

Azәrbaycan vә onunla qonşu  

ölkәlәrin tәbii tәsәrrüfat  

sistemlәrindә iqlimin qlobal  

dәyişilmәsinin tәsirlәrinin  

qiymәtlәndirilmәsi-Beynәlxalq  

elmi-praktik konfransı- 25 dekabr 

2010 Azәrbaycan Coğrafiya  

Cәmiyyәtinin BDU filialının әsәrlәri.  

III cild.  sәh 374-379.  

R.Ә.Musayev 

Tezis:Orta dozalı  



radiasiyanın 

qandakı  

mikroelementlәrә  

tәsiri. 


Akademik A.Qarayevin anadan 

olmasının  

100 illik yubileyinә hәsr olunmuş 

"XXI әsrdә Biologiyanın aktual 

problemlәri" Respublika elmi-

konfransı. 2-3 aprel 2010-cu il. Sәh 

218 R.Ә.Musayev 

Tezis:Abşeron y/a  



Şıxov әrazisindәki  

NQÇİ-lәrdә 

radioekoloji 

tәhlükәsizlik 

problemlәri 

Akademik A.Qarayevin anadan 

olmasının  

100 illik yubileyinә hәsr olunmuş 

"XXI әsrdә Biologiyanın aktual 

problemlәri" Respublika elmi-

konfransı. 2-3 aprel 2010-cu il. Sәh 

218 


R.Ә.Musayev 

 

6.1. Azәrbhaycan vә qonşu ölkәlәrin iqlim dәyişilmәsinә hәsr olunmuş elmi-praktiki konfrans – 

Coğrafiya-2010”. 3 mәqalә verilmişdir.  

Mәqalәlәr: 1. Biosferanın kanserogen aerozollarla çirklәnmәsinin modellәşdirilmәsi– R.Ә. 

Musayev Mәqalәdә biosferanın kanserogen aerozollarla çirklәnmә prosesinin modeli verilir.  

Aerozolların başlanğıc mәnbәllәrinin intensivliyini vә meteroloji proqnozları  nәzәrә almaqla, 

hesalama metodu bu qarışıqların atmosferdә paylanmasını proqnozlaşdırır. Bu model vasitәsilә 

hesablama dәqiqliyini 60%-ә çatdırmaq mümkündür.  



6.2. Qlobal  istilәşmә vә aerozollar. – R.Ә. Musayev 

Göstәrilәn mәqalәdә kimyәvi vә radioaktiv aerozolların qlobal istilәşmәyә vә orqanizmlәrin 

nuklein turşularına mütagen tәsirinә baxılır. Bu zәrәrli maddә vә birlәşmәlәr  radioaktiv radon vә 

kripton SO, CO, NO aiddir. Bu qeyd olunan zәrәrli maddәlәrin atmosferdә normadan artıq 

olması, atmosferin şәffaflığının dәyişmәsinә vә nәicәdә qlobal istilәşmәyә sәbәb olan 

parametrlәrdәn biri kimi özünü göstәrir.  



6.3. Abşeron y/a Binәqәdi neft-qaz istehsal edilәn sahәlәrdә radioaktiv şüalanmanın әtraf 

mühitә tәsiri – R.Ә. Musayev. Mәqalәdә Binәqәdi NQCİ-dәki radio aktiv maddәdnin 

konsentrasoyasının vә onun şüalanma intensivliyinin bioloji obyektlәrә tәsir modeli analiz edilir.  

A. Qarayevin 90 illik yubileyi – Tezislәr 

6.4. Orta dozalı radiasiyasının qandakı mikroelemnetlәrә tәsiri – R.Ә. Musayev  

Tezisdә  ağ sicovullar üzәrindә aparılmış tәcrübәlәr analiz edilir. 

Bu sicovulları – 20 rentgen vә 40 rentgen şüalanma dozüsi ilә şüalandıraraq bir vә beş sutkadan 

sonra qanın morfoloji quruluşununu baxılmışdır vә әsasәn litium elementinin 5% artdığı qeyd 

edilmişdir. 



6.5. Abşeron y/a Şıxov NQÇİ-nin radioekoloji tәhlükәsizlik problemlәri-R.Ә.Musayev.Bu әrazidә  

aparılan tәdqiqatlar göstәrmişdir ki,orada şüalanmanın dozasının gücü qәbul edilmiş normadan 

50 ÷ 80 dәfә artıqdır. 

 

7.XARİCİ DÖVLӘTLӘRİN TӘHSİL VӘ ELM MÜӘSSӘLӘRİ İLӘ ӘLAQӘLӘR. 



  Bu sahәdә әlaqә yaratmaq üçün AMEA ilә birgә Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәri 

Bankının yaradılmasının ilk tәşәbbüskarı kimi  müxtәlif ölkәlәr üçün müәyyәn tәkliflәr paketi 

hazırlamaq üçün tәşkilati işlәr görülür.Xaricdә çap edilmәk üçün mәqalәlәr hazırlanır.-Yoxdur 

 

8.ELMİ TӘDQİQAT İŞLӘRİNİN NӘTİCLӘRİNİN TӘTBİQİ. 

8.1. Dövlәt vә özәl strukturlarda tәtbiq olunmuş elmi nәticәlәr-AMEA-da sinergetik tәsir 

effektlәri üzrә Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәri Bankının müәyyәn etap vә 

mәthәlәlәri analiz  edilәrәk tәkliflәr paketi müzakirә edilir, dioqnastik cihazlar hazırlamaq üçün 

müxtәlif yollar axtarılır.-Yoxdur. 

8.2. Elmi-tәdqiqat işlәri ekologiya, sәnaye  vә tibbi istiqamәt üzrәdir.  

 

 



9.PATENT VӘ İNFORMASİYA İŞLӘRİ. 

Yeni patent-dalğadan enerji almaq üçün hazırlanır.-Yoxdur. 



 

10.DÖVLӘT PROQRAMLARININ İCRASI: 

Göstәrilәn proqramın icrası ilә bağlı elmi-tәdqiqat işlәrinin yeni planı 2010-2015-ci illәr üzrә 

hazırlanaraq tәqdim edilmişdir. 

  11.ETİ, ETM-dә keçirilmiş elmi konfransların , seminarların xarakteriskası. 

2009-cu ildә hәr ayın I hәftәsinin V günü saat 11.30 – da ETL – dә seminar aşağıdakı qayda 

üzrә keçirilir. 

  11.1 Günәş şüalanmasının canlı alәmdә rolu. 

  11.2 Şüalanma vә DNT.  

  11.3 Radiasiya vә toksiklik amillәri.  

  11.4 Radiasiya vә mutagenlik. 

  11.5 Kanserogenlik vә patologiya 

  11.6 Qalaktik şüalanmanın vә relektiv radiasiyanın orqanizmә tәsiri. 

  11.7  Ekoloji qiy mәtlәndirmә modellәri 

12. . ETİ, ETM, vә ETL-dә elmi vә elmi pedoqoji kadrların hazırlanması.                                    

Kadrların hazırlanması üçün uzun müddәtdir ki, ETL – dә mövcud olan elmi işlәrin nәticәlәri 

imkan verir. Aspirant vә dissertant hazırlamaq  üçün elmi materiallarımız vardır vә bu problemin 

hәlli  ETL çәrçivәsindә deyildir.Yoxdur. 



13.Dissertasiya müdafiәsi vә dissertasiya şuralarının fәaliyyәti. 

Bu hesabat dövründә ETL dissertasiya şurasının fәaliyyәtindә iştirak etmәmişdir.Yoxdur. 



14.2011-ci ildә hansı avadanlıqların alınmasına ehtiyac duyulur. 

   - Çox kanallı amplitud analizatoru – 1 әdәd ( on beş min manat ).  

    - Çox kanallı ossiloqraf vә tezlik ölçәnlәr – 2 әdәd ( ikisi on beş min manat). 

    - Kompyuter, elektron mikroskopu ПЭМ-100 Leninqrad zavod “”Elektron.  

15. Әsas nәticәlәr vә tәkliflәr. 

2010-cu il hesabat dövründә  radioekoloji  elmi  tәdqiqat işlәri Abşeron yarımadasının Ramana 

әrazisindәki NQÇİ aparılmışdır. Tәdqiqat nәticәsindә bir neçә radiorkoloji böhran nöqtәlәri aşkar 

edilmiş  vә nümunәlәr götürülmüşdür. Ölçmәlәr  әsasәn neft çәnlәri vә anbarları, onların 




kommunikasiya xәttlәri. qovşaqları üzәrindә, neft “tәlәlәri” vә gölmәçәlәrindә,torpaqda vә sulu 

mәhlullarda aparılmışdır. Ölçmәlәr nәticәsindә  mәlum omuşdur ki, şüalanmanın inteqral 

dozasının gücü Ramana NQÇİ-dә 200-800 MR/h diapazonunu  әhatә etmişdir. Belәliklә, 

şüalanmanın  inteqral dozasının gücü qәbul edilmiş normadan 12-30 dәfә çox olmuşdur. Bu 

şüalanmaya sәbәb olan mәnbәlәr isә bunlardır: uran, torium, vismut, radium, sezium, kalium vә 

onların müxtәlif izatopları  vә bunların birlәşmәlәri olmuşdur.Radioaktiv vә kanserogen 

birlәşmәlәr üzrә effektlәrin Beynәlxalq Ekaloji Tәhlükәsizlik Normativlәr Bakının müәyyәn etap 

mәrhәlәlәri analiz edilmişdir. Әtraf mühitin radioaktiv vә kanserogen maddәlәrlә çirklәnmәsinin 

sinergetik effektlәrinә hәr cür şüalanma növlәri, radioaktiv maddәlәr, sәs dalğaları,üzvü vә qeyri 

– üzvü birlәşmәlәr, müxtәlif növ aerozollar vә bunlar arasında kommutasiyalar qrup halında 

verilmişdir vә qrup halında olan kollektiv birlәşmәlәrin müxtәlif fiziki vә bioloji tәsir parametrlәri 

verilmişdir. Bu  modeldә  mәkanın ekoloji qiy mәtlәndirilmәsi vә canlılar üçün ekoloji risk 

parametrinin qiy mәtlәndirilmәsi vә bu parametrlәrin korrelyasion analizinin verilmәsi nәzәrdә 

tutulur.Beynәlxalq Ekoloji Tәhlükәsizlik normativlәr Bankının mәrhәlәlәrindә AMEA – nın bir neçә 

institutunun birgә  işlәmәsi mәsәlәlәri dә müxtәlif elmi şuralarda müzakirә edilәrәk müsbәt rәy 

alınmışdır. BDU-da bu Bankın hazırlanması üzrә xeyli işlәr görülәrәk modellәr hazırlanmışdır.Bu 

Bankda hazırlanan layihә BMT, Avropa şurası, MAQATE vә digәr Beynәlxalq tәşkilatlar üçün әtraf 

mühitin qorunmasında vә sağlamlaşdırılmasında  lazımi BAZA sәnәdi kimi hәyata keçirilә bilәr.Bu 

BAZA sәnәdinin mükәmmәl olması üçün bir çox elmi materialları analiz edilmәklә, yeni ekoloji 

risk faktoru da әlavә edilәrәk,  әsaslı normativlәr sәnәdinin hazırlanması vacibdir.Bu qlobal 

problemin hәllindә Dünyanın bir çox ölkәlәrinin elmi-texniki potensialı birlәşәrәk, bugünki lokal 

vә qlobal ekoloji problemlәri nәzәrә alaraq , sinergetik tәsirlәr üzrә bu Bankın normativlәrinin 

tam yaradılmasının hәllindә iştirakı  mәqsәdәuyğundur. Digәr vacib bir mәsәlә - Dövlәtin inkişafı 

üçün dövlәtin iqtisadi cәhәtdәn mәnfәәtli , әhalinin sağlamlığı üçün vә sәnaye әhәmiyyәtli olan 

yeni cihazlar vә tәbii dәrman bitkilәrinin hazırlanması vә tәtbiqi metodlarının yaradılması üçün,  

Respublikada bu istiqamәtdә çalışan elmi potensialdan istifadә edilmәsi  şәrtilә - coğrafiya, 

biologiya , kimya fakültәlәrinin  әmәkdaşlarının iştirakı göstәrilәn ETL-in әtrafında , BDU-da 

müasir avadınlıqla tәchiz edilmiş Elmi-Texniki Tәrәqqi Mәrkәzi Bazasının yaradılmasının hәr 

cәhәtdәn daha mәqsәdә uyğun olduğu tәklif edilir.  

 

 



«Radiasiya vә onun әtraf mühitә tәsiri» 

ETL-in rәhbәri, f.r.e.n                                                              R.Ә.Musayev 

 

 



 

 

 



 

 



 

 

 

 

 

 

 

 

Yüklə 101,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə