Microsoft Word Himalay doc



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə1/85
tarix20.08.2018
ölçüsü2,16 Mb.
#63700
  1   2   3   4   5   6   7   8   9   ...   85


Himalay Ənvəroğlu __________________________
 
 
1
 
 
 
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
2
 
 
 
 
 
 
 
HIMALAY ƏNVƏROĞLU 
 
 
 
 
 
 
AZƏRBAYCAN  ROMANININ  
İNKİŞAF PROBLЕMLƏRİ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                       
BAKI - 2008 


Himalay Ənvəroğlu __________________________
 
 
3
 
Еlmi rеdaktoru:   Nərgiz Arif qızı Paşayеva 
                       filologiya еlmləri doktoru, profеssor 
 
«Ön söz»ün  
müəllifi:      
Təyyar Salamoğlu (Cavadov) 
                      filologiya еlmləri doktoru, dosеnt 
 
Rəyçilər:           Еlman Hilal oğlu Quliyеv 
                      filologiya еlmləri doktoru, profеssor 
 
                 
Abbas Məhəmməd oğlu Hacıyеv 
filologiya еlmləri doktoru, profеssor 
 
 
H.Ənvəroğlu (Qasımov).  Azərbaycan romanının inkişaf 
problеmləri. Bakı, «Nurlan», 2008, 336 s. 
 
 
onoqrafiyada romanın bir janr olaraq nə-
zəri-еstеtik problеmləri, inkişaf mərhələləri, 
çağdaş Azərbaycan romanının tipoloji 
prinsipləri, üslub zənginliyi, tarixi poеtikası, janrın təka-
mülündə xüsusi mövqеyi olan bəzi sənətkarların yara-
dıcılığı  yеni  ədəbiyyatşünaslıq təfəkkürü müstəvisində 
araşdırılır. 
            
 
Q
2006
098
101
4603000000



N
 Qrifli nəşr
 
 
©
 H.Ə.Qasımov, 2008 
M
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
4
SİLSİLƏNİN UĞURLU DAVAMI VƏ YAXUD  
«NƏSRİN HƏRƏKƏTİ JANRIN YADDAŞINDA» 
 
 
zərbaycan romanının tarixi inkişaf yolunun 
öyrənilməsində iki əsas mеyl qabarıq görünür. 
Birincisi, roman rеalist nəsrin üç əsas janrından 
biri hеsab  еdilir və bu halda onun kеçdiyi tarixi inkişaf yolunun 
başlanğıcı XIX əsrin sonu, XX əsrin əvvəllərinə düşür. «Ibrahimbəyin 
səyahətnaməsi», «Bahadur və Sona», «Danabaş kəndinin əhvalatları» 
və yaxud bu illərdə yazılmış başqa bir əsərin ilk Azərbaycan romanı 
olması haqqında yеkdil qənaət olmasa da, rеalist romanın tarixini XIX 
əsrin sonlarından başlamaq tеndеnsiyası bir o qədər də mübahisə 
doğurmur. Bu məqamda yalnız M.Arif və S.Əsədullayеvin 
«Aldanmış kəvakib»i roman hеsab еtmələri və bеləliklə, janrın tarixini 
XIX əsrin ikinci yarısından başlamaq problеmə fərqli yanaşma mеyli 
kimi götürülə bilər.  
Romanın tarixi inkişaf yolunun müəyyənləşdirilməsində  еpik 
növün janrı  çərçivəsində onun tarixini mənzum romanın tarixi ilə 
еyniləşdirmək problеmə ikinci fərqli baxış bucağını formalaşdırır. 
 Indiki halda məsələyə konsеptual baxışda üçüncü bir mövqеyi də 
fərqləndirmək mümkündür: Azərbaycan romanının tarixi rеalist nəsrin 
üç  əsas janrından birinin tarixi kimi götürülür və klassik ədəbiy-
yatımızda özünə  əhəmiyyətli yеr alan mənzum roman еpik növün 
folklor janrları ilə birlikdə romanın bir janr kimi formalaşmasına təkan 
vеrən bədii qaynaqlar hеsab  еdilir. Prof. H.Ənvəroğlunun 
«Azərbaycan romanının inkişaf problemləri» monoqrafiyası roman 
janrının tarixi inkişaf yolunu bu cür konseptual yanaşma tərzi ilə elmi 
təhlil müstəvisinə gətirilməsi baxımından xüsusi dəyər qazanır. 
 Girişdə müəllif, ilk növbədə, romana baxış bucağındakı bu 
fərqli mövqelərə münasibət bildirir. Tədqiqat tarixinə bu yığcam 
ekskursda F.Köçərlidən başlayaraq müasir tədqiqatçıların fikirlərinə 
qədər təhlil predmeti olmuş, nəticədə Azərbaycan  ədəbiyyatşünas-
lığında həm roman nəzəriyyəsi, həm də janrın inkişaf yoluna dair 
deyilənlərlə bağlı elmi panoram yaratmaq mümkün olmuşdur. Bu 
A


Himalay Ənvəroğlu __________________________
 
 

«panoram»ın xarakterik cəhəti isə elmi-nəzəri baxışlara seyrçi və 
təsvirçi münasibətdən sərf-nəzər olunması, daha çox yeni ədəbiyyat-
şünaslıq təfəkkürü ilə tənqdi yanaşma mövqeyinin önə çəkilməsidir. 
Fikrimizcə, tədqiqatçının «göründüyü kimi, Azərbaycan romanının 
tarixi tədqiqinin «klassik nümunələrində» ideologiya üstün tutulmuş, 
nəzəri konsepsiya yaratmaq tələbi unudulmuşdur. Bu isə öz nəticəsini 
sonrakı tədqiqatlarda aydın göstərmişdir. Ona görə də müasir roman 
haqqında dövrü mətbuat səhifələrində gedən yazılarda romanların 
konseptual təhlilindən çox, süjet xəttini izləmək, mövzunun ak-
tuallığını sübut etmək, qəhrəmanların ideologiyası ilə müəllif fikri ara-
sındakı müştərək və  fərqli cəhətlər axarıb tapmaq cəhdi bədii-
sənətkarlıq məsələlərinin həllini üstələmişdir» fikri romanla bağlı 
aparılmış tədqiqatların üzərinə kölgə salmaq cəhdindən yox, yeni elmi 
yanaşma tərzinin vacibliyini qabartmaq tendensiyasından qidalanır. 
Ən yaxşı  cəhət isə budur ki, romanın keçdiyi inkişaf yoluna tarixi 
yanaşmadakı yanlışlıqların əsas istiqamətləri düzgün müəyyənləşdiri-
lir və bu da məsələlərə müəllifin nəzəri-metodoloji baxışının aydınlı-
ğının ifadəsi hesab edilməlidir. 
 
Monoqrafiya dörd fəsildən ibarətdir. Birinci fəsil «Roman 
janrının nəzəri-estetik problemləri və inkişaf mərhələləri» adlanır. Sırf 
nəzəri aspektdə işlənmiş bu fəsildə romanın janr estetikasına dair həm 
tarixi, həm də çağdaş  ədəbiyyatşünaslıqda özünə yer almış müxtəlif 
elmi mövqelərə aydınlıq gətirilir. M.Baxtinin, Veselovskinin və 
başqalarının romanın tarixi və çağdaş formaları, funksiyaları, roman 
və epos, roman-epopeya münasibətlərinə dair mülahizələri nəzərdən 
keçirilir, janrın estetik imkanları ümumiləşdirilir. Tədqiqatçının  əsas 
qənaətlərindən biri budur ki, «romanın mükəmməl nəzəri 
konsepsiyası haqqında təsəvvürlər Azərbaycan romanının da inkişaf 
mərhələlərini nəzərdən keçirmək üçün müəyyən özül yaradır». 
 Monoqrafiyanın sonrakı fəsilləri məhz bu «özül»dən qidalanır. 
«Azərbaycan romanının bədii qaynaqları» adlanan ikinci fəsildə 
romanda milli folklor ənənələri tədqiqatın mərkəzinə  gətirilir. 
Tədqiqatçı müasir Azərbaycan romanındakı milli özünəməxsusluğun 
köklərini, öncə, mənzum roman və folklor əlaqələrində axtarır. «Vis 
və Ramin», «Xosrov və  Şirin», «Vərqa və Gülşa», «Leyli və  Məc-
______________________
Азярбайъан романынын инкишаф проблемляри 
 
 
6
nun» mənzum romanlarının yaranmasında Şərq folklorunun həlledici 
rol oynadığını əsaslandırır. Yazılı ədəbiyyatın bu böyük abidələrinin 
möhtəşəmliyinin əsas mənbəyini folklorla bağlayır. Bu estetik qənaət 
bədii nəsrin irihəcmli epik janrı kimi ərsəyə  gələn çağdaş romanın 
təşəkkül və təkamül yoluna da işıq salır. 
 Çağdaş romanın çoxsaylı nümunələrinin Azərbaycan folkloru-
nun dastan, mif, nağıl, əfsanə süjetlərinə söykəndiyini, təhkiyə tərzin-
dəki folklor ladını, ümumiyyətlə, folklor poetikasının romana nü-
fuzunu açıqlayan tədqiqatçı sübut edir ki, bütün hallarda roman xalq 
təfəkkürünə söykənir. H.Ənvəroğlunun folklor və Azərbaycan romanı 
istiqamətindəki araşdırmaları son illərdə  ədəbi döriyyədə özünə yer 
almış çox əhəmiyyətli bir tezisin elmi sübutuna çevrilir: «Ədəbiyyat o 
zaman böyükdür ki, o güclü etnik-mədəni  əsaslar üzərində dayanır. 
Eposa, epos mədəniyyətinə söykənməyən  ədəbiyyat nəhəng ola 
bilməz» (35, səh.266). 
 
Tədqiqatçı romanın təşəkkül və  təkamül yolunu izləyərkən 
mövcud bədii nümunələrə roman təfəkkürünün ölçüləri ilə yanaşır. Bu 
«ölçülər»ə cavab verməyən  əsərlərin Azərbaycan romanının 
təşəkkülünə təkanını şişirtməyin əleyhinə çıxır. Alim Z.Marağayinin 
«Ibrahimbəyin səyahətnaməsi»ndən başlayan bir xronologiya təqdim 
edir və yazır: «Göründüyü kimi, məhsuldarlıq kəmiyyət mənasında 
ürək açandır. Lakin keyfiyyət baxımından bunu demək olmaz». 
Monoqrafiyada bu əsərlərin Azərbaycan romanının təşəkkülündəki 
rolu inkar edilmir. Məsələlərə  ənənədən gələn yanaşma ilə yox
özünəməxsus nüfuz imkanları ilə seçilən tədqiqatçı ədəbiyyatşünaslı-
ğımızda romanın təşəkkülünün «XIX əsrin axırları»na aid edilməsi 
ənənəsinə  tənqidi yanaşaraq, bu təşəkkül tarixində M.F.Axundovun 
«Kəmalüddövlə  məktubları»  əsərinin yerini axtarır. «Dərinliyinə 
genişliyinə, struktur polifonizminə görə» «romana çəkən» «Məktub-
lar» vasitəsilə realist romanın tarixini XIX əsrin ortalarına aparır. Bu 
mənada H.Qasımovun elmi mövqeyi realist romanın tarixini «Aldan-
mış  kəvakib» hesabına XIX əsrin ortalarına aparan M.Arifin və 
S.Əsədullayevin mövqelərini tamamlayır. Tədqiqatın «M.F.Axundo-
vun «Kəmalüddövlə  məktubları»nın roman poetikası» bölməsində 
əsər ideya-məzmun, janr-struktur keyfiyyətləri baxımından  əhatəli 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə