1
QHT Audit proqramı: Đnsan Haqları üzrə Đşçi Qrupun hesabatı
BP şirkətinin ümumi cavabı
BP şirkəti məmnunluq hissi ilə fürsətdən istifadə edərək, Đnsan Haqları Qrupuna
BP/BTC/CQBK – ACĐ QHT Audit proqramında iştirakına görə təşəkkür edir. Biz BP şirkəti
və (ümid edirik ki) QHT iştirakçıları üçün dəyərli nəticələri olan keyfiyyətli hesabata görə
qrupu təbrik edirik. Biz nəticələr cədvəlində daha spesifik, texniki və audit yönümlü cavablar
verdiyimizə görə, bu ümumi cavab hesabatda çıxarılmış ümumi nəticələrə və qaldırılmış əsas
məsələlərə BP və CQBK şirkətlərinin reaksiyasını bildirmək məqsədi daşıyır.
Boru kəmərinin tikintisi ərzində ictimaiyyətlə əlaqələr və şikayətlərə baxılması ilə bağlı
öhdəliklərə BTC/CQBK şirkətlərinin necə əməl etməsini yoxlayarkən, QHT Audit qrupu
bizim biznesimiz üçün mühüm əhəmiyyət kəsb edən iki əlaqəli mövzunu araşdırmışdır. BTC
və CQBK boru kəmərlərinin uğurunun və uzunmüddətli həyat qabiliyyətinin marşrut boyunca
məskunlaşmış icmalarla müntəzəm qarşılıqlı əməkdaşlıqdan və fikir mübadiləsindən asılı
olduğunu qeyd etsək, mübaliğəyə yol vermiş olmarıq. Biz bu məqsəd üçün aydın və keçərli
mexanizmlərin yerində olmasını təmin etməliyik və işlərin davamlı şəkildə yaxşılaşdırılması
istiqamətində göstərdiyimiz səylərə kömək edə biləcək istənilən təşəbbüsü alqışlayırıq.
Biz Đnsan Haqları üzrə Audit qrupunun hesabatında müsbət işlərin yüksək qiymətləndirildiyini
və ictimaiyyətlə müntəzəm əlaqə saxlanılması, məsləhətləşmə aparılması və şikayətlərə
baxılması işlərinin yerində olması ilə bağlı ümumi nəticə çıxarıldığını məmnunluq hissi ilə
qeyd edirik. Əslində, biz qrupun belə bir tövsiyəsi ilə razılaşırıq ki, ictimaiyyətlə əlaqə və
görüşlər boru kəmərinin istismarı ərzində davam etməli, şikayətlərə baxılması proseduru
davam etdirilməli və təkmilləşdirilməlidir. Audit qrupunun düzgün müşahidə etdiyi kimi,
xüsusi diqqətəlayiq bir sahə (boru kəməri marşrutu boyunca) icmaların boru kəmərinin texniki
təhlükəsizliyi barədə bilgisi ilə bağlıdır. Tikinti işlərinin başa çatmasına baxmayaraq, təsirə
məruz qalan icma üzvlərinin torpağa basdırılmış BTC və CQBK boru kəmərləri ilə təhlükəsiz
dinc yanaşı yaşama parametrlərini başa düşməsi çox böyük əhəmiyyət kəsb edir. Bu məqsəd
üçün xüsusi sənədlər, məsləhətləşmə və maarifləndirmə proqramları hazırlanmış və icma
üzvlərinə çatdırılmışdır.
Eyni zamanda, biz icma ilə görüşlərin az sənədləşdirilməsi ilə bağlı Qrupun çıxardığı nəticəni
də qeyd etmək istəyirik. Biz Audit qrupuna icma ilə keçirilmiş bütün görüşlərin protokollarını
deyil, bəzi nümunələri təqdim etdik və inanırıq ki, audit qrupu BP/BTC/CQBK və CCIC
şirkətlərinin icmalarla geniş məsləhətləşmə apardığını etiraf edər. Boru kəmərinin istismarı
ərzində bizim əsas diqqətimiz boru kəmərinin təsirinə məruz qalan icmaların şirkətlə birbaşa
əlaqə saxlamaq imkanının təmin olunmasınıdavam etdirmək olacaq. Beləliklə, icmalarla
əlaqə, həm şirkətin icmalarla müntəzəm əsasda, həm də “çağırış” əsasında fəaliyyət göstərən
əlaqələndirici nümayəndələri vasitəsilə qurulması istiqamətinə yönələcək. Biz “icma
problemlərinin qarşılıqlı şəkildə həll olunmasındansa, görüş sənədlərinin tərtib olunması üçün
icmalarla əlaqələr üzrə məsul işçinin vaxt və resurslarının istifadə edilməsi prosedurlarda
faydalı bir dəyişiklik olardı” təklifinin əleyhinəyik. Biz inanırıq ki, şikayətlərin təqdim
olunması və onlara baxılması mexanizmi icmanı narahat edən əsas məsələlərin
sənədləşdirilməsinə imkan yaradır. Buna baxmayaraq, biz qrupa təklifinə görə minnətdarıq.
Đnsan Haqları Qrupu bizim icmalara yoluxucu xəstəliklər və onların qarşısının alınmasına dair
təlim kurslarının keçilməsi ilə bağlı öhdəliyimizi düzgün müəyyənləşdirib. Əslində,
2
BTC/CQBK şirkəti tərəfindən boru kəməri marşrutu boyunca məskunlaşmış icmalara geniş
təlim və tədris kursu keçilmişdir. Audit qrupu bu işin əvvəlcə podratçı tərəfindən aparılmalı
olduğunu düzgün qeyd etmişdir, lakin sonradan gərara alınmışdır ki, BTC/CQBK şirkət ibu
işin idarə olunmasıbaxımından daha yaxşı mövqeyə malikdir olması. Biz təəssüf edirik ki,
audit görüşləri ərzində bu məsələyə və ələxsus BP/BTC/CQBK-nin xüsusi qürur duyduğu
ĐĐÇV-QĐÇS Maarifləndirmə və oQarşı Alınma proqramı haqqında danışaraq yetərincə
aydınlıq gətirməmişik. (Beynəlxalq Tibb Korpusu tərəfindən həyata keçirilmiş proqramla
əlaqədar daha ətraflı məlumatla
http://az.btcinvestmentşcom/project6.asp?EC=2&LANG=0
)
saytında tanış olmaq olar. Biz inanırıq ki, müəllimlərə, səhiyyə işçilərinə, hökumət
nümayəndələrinə, polis zabitlərinə təlim kursu keçməklə, tələbələr, icma rəhbərləri, BP
əməkdaşları və onların ailə üzvləri ilə işləməklə, interaktiv öyrənmə mexanizmini inkişaf
etdirməklə bu proqram biliklərin artırılması istiqamətində tərifəlayiq başlanğıc olmuşdur.
Nəhayət, biz Đnsan Haqları Qrupuna göstərdiyi səylərə, təhlili fikirlərə və verdiyi tövsiyələrə
görə bir daha təşəkkür edirik. Biz qrupu təbrik edir və ümidvar olduğumuzu bildiririk ki,
onların QHT Audit Proqramında iştirakı səmərəli və faydalı olmuşdur.