“Hə yat fə aliyyə tinin tə hlükə sizliyi” fə nnində n imtahan suallarının
cavabları
I kollokvium
1.1 HFT və texniki tə hlükə sizlik haqqında ümumi mə lumatlar?
Həyat fəaliyyətinin təhlükəsizliyi, elmi biliklərə əsaslanan sahə olaraq, insanların
bütün fəaliyyət sahələrində təhlükəli və zərərli faktorlardan mühafizəsinin nəzəri
və əməli qaydalarını əhatə edir, onların yaşayış mühitində təhlükəsizliyini və
sağlamlığını qorumaq məqsədi güdür.
Həyat fəaliyyətinin təhlükəsizliyinə daxildir:
- məişətdə təhlükəsizlik;
- istehsalatda təhlükəsizlik;
- sülh dövründə fövqəladə hadisələri zamanı təhlükəsizlik;
Təhlükəsizlik texnikası - təhlükəli şəraitdə və ZM işləyənlərin təsirinin qarşısını
alan təşkilatı tədbirlərdən və texniki vasitələrdən ibarət bir sistemdir.
1.2 Təbii neqativ təsirlərin mənbələrinə nələr daxildir?
- Həyat fəaliyyətinin təhlükəsizliyinin əsası “potensial təhlükə aksioması”
anlayışıdır, yəni hər bir fəaliyyət potensial təhlükəlidir.
- Neqativ faktorlar kompleksi bütün çirklənmə mənbələrinin təsirindən asılıdır.
- Ekoloji şəraitin kompleks qiymətləndirilməsi.
- Demoqrafik şəraitin məlumatlarının analizi ( əsasən də uşaqların).
- Günəşin aktivliyindən, texnogen mühitin neqativ faktorlarından asılılığı.
1.3 HFT nəyə deyilir?
- Həyat fəaliyyətinin təhlükəsizliyi elə bir şəraitlər və şərtlərdir ki, hansılarda
işçilərin olduqları mühitdə neqativ təsirlər mümkün deyil.
- Təhlükəsiz əmək qaydalarına və həyat fəaliyyətinə riayət etmək
1.4 nsanların hə yat fə aliyyə tinə nə lə r daxildir?
Sivilizasiyanın imkişafına hansındaki biz elmin, texnikanın, iqtisadiyyatın, kənd
təsərrufatının industrialızasiyasını, nüvə enerjisi daxil olmaqla müxtəlif enerji
növlərinin istifadəsi, maşınların, mexanizmlərin yaradılması, zərərvericilərlə
mübarizədə müxtəlif kübrələrin istifadəsi.
1.5 nsanların hə yat fə aliyyə tinin tə hlükə silsilə sinə nə lə ri aid etmə k olar?
-
Yaşayış
mühitinin
neqativ
təsirlərini
eyniləşdirmə,
uyğunlaşdırma
(müəyyənləşdirmə və miqdar nəzərindən qiymətləndirmə).
- nsanları təhlükələrdən qoruma, müxtəli neqativ faktorların təsirlərinin qarşısının
alınması.
- Təhlükəli və zərərli faktorların təsirlərinin nəticələrinin aradan qaldırılması.
- nsanlar üçün normal, yəni komfort yaşayış mühitinin yaradılması.
2.1 nsanlar üçün tə hlükə ziddiyə ti necə baş a düş ülür?
- Potensial təhlükəni “risk”lə qiymətləndirmək olar. Risk-təhlükənin
reallaşmasıdır. Təhlükəsiz vəziyyət-riskin olmamasını, yəni təhlükənin həyata
keçirilməsi üçüm imkanların, şəraitin olmamasınıdır.
- Praktiki olaraq, təhlükə mənbəyi olduğu zaman tam təhlükəsizliyə nail olmaq
mümkün deyil.
- Risk uzun müddət realizə olunmaya bilər və yaxud bədbəxt hadisə qismindı
ə
mələ gələ bilər.
2.2 HFT elminin ən vacib məsələlərinə nələr daxilldir?
- Texniki sistemlərin və texnologiyaların təhlükəliyinin elmi nöqtəyi-nəzərdən
qiymətləndirilməsi.
- nnovasion
sistemlərin
və
texnologiyaların
elmi
nöqtəyi
nəzərdən
qiymətləndirilməsi.
- Elmi əsaslarla məişət cihazlarının yaradılması.
- Reaktorların, sürətləndiricilərin və lazerlərin texnologiyalarının idarə edilməsi.
- Elmi əsaslarla kosmik texnikanın təhlükəsiz idarə edilməsi.
-Kosmik şualanmanın insanın fəaliyyət dairəsinə təsirinin elmi əsaslarının
öyrənilməsi.
2.3 Sə nayedə sə s-küyün insan orqanizminə neqativ tə sirlə ri.
Səs - müxtəlif tezlikli və intensivlikli zamanda ardıcılsızlıqla dəyişilən səslərin
məcmuəsidir. nsanın normal fəaliyyəti üçün 10-20 db. səs yüksəkliyi tələb olunur.
Bu parklarda və meşələrdə yarpaqların, çaylarda suyun və s. səsləridir. Tezliklər
diapazonuna görə səslər bölünürlər: aşağı tezlikli- 350 qs., orta tezlikli- 350-800
qs., yüksər tezlikli- 800 qs-dən yuxarı. nsanlara səsin fizioloji təsirini
qiymətlənditmək üçün səsin yüksəklik və səviyyə dərəcəsi istifadə olunur. Eşitmə
səviyyəsi tezliklər dəyişdikdə dəyişilir. Tezliklər yüksəldikdə 16-4000 qs. eşitmə
qabiliyyəti azalır. 20000 qs. sonra eşitmə qabiliyyəti artır.
2.4 stehsalatda yaranan titrə yiş lə r necə baş a düş ülür?
Titrəyişlər- eyni və ya nisbətən eyni proseslərin çoxsaylı təkrarlanması, hansılar ki
bir çox təbii proseslər və hadisələr insan fəaliyyətinin nəticələrindən, sadə
sürtülmələrdən, mayatnikin yellənməsidən elektromaqnit titrəyişlərinə kimi
təkrarlanmasına gətirib çıxarır.
Mexaniki titrəyişlər- vaxtaşırı təkrarlanan, fırlanan və gedib gələn hərəkətlərdir.
Titrəyişlər insan orqanizminin toxumalarında dəyişilən mexaniki gərginlik yaradır.
nsan orqanizminə titrəyişlərin təsiri, titrəyiş sürəti, sürətlənmə səviyyəsi və
insanların şəxsi xüsusiyyətləri ilə ölçülür. Titrəyişlər insan orqanizminə “Dəniz
xəstəliyi” formasında və ya vestibulyar aparata təsiri nəticəsində istiqamətin
itirilməsi ilə nəticələnir.
2.5 Titrəyişlərdən və səs küylərdən təhlükəsizlik tədbirləri və vasitələri.
Titrəyişlərdən mühafizə biomexanikanın mürəkkəb problemi kimi özünü ifadə
edir. Titrəyişlərdən mühafizə metodlarını hazırlayarkən, insanın emosional
vəziyyəti, iş gərginliyi və yorulma səviyyəsi nəzərə alınmalıdır. Titrəyişlərdən əsas
mühafizə üsulu- titrəyiş mənbəyinin təcrid edilməsidir. Səs-küy insan orqanizminə
mənfi təsir göstərir, əsasən də əsəb-sinir sisteminə, beyin hüceyrələrinin
yorulmasına və tükənməsinə gətirib çıxarır. 16 qs.-dən aşağı səs infosəs, 16000 qs.-
dən çox səs ultra səs adlanır. Məsafəli, səs mühafizəli və səsboğucu mühafizə
üsulları mövcuddur.
3.1 HFT tədbirlərində MM-nin rolu və vəzifələri.
Insanların təhlükəsizliyini təmin etmək, müasir dövrün problemlərinin əsasını
təşkil edir.Texnikanın və texhologiyanın qeyri mütənasib cərəyan etdiyi dövrdə,
insanların fəaliyyət mühitində təhlükələr bpyük sürətlə
Inkişaf edərək, qavranılmaz ekstremal şəraitlər yaradılır.
Real vəziyyətlər vadar edir ki, insanların fəaliyyət göstərdiyi mühitdə baş verən
qəzalardan qorunmaq üsullarını təkmilləşdirərək hazırlıqlı olsunlar. Bu əsasdan
MM dövlət əhəmiyyətli vacib tədbirlər sistemi olub, əhalinin mühafizəsinə, iqtisadi
obyektlərinin iş fəaliyyətininn sabitliyinə və fövqəladə hadisələr zamanı xilas edici
və digər təxirə salınmaz işlərin icrasına yönəldilmişdir. Bu mürəkkəb vəzifələrin
icrası dövlət tərəfindən FHN və MM təşkilatlarına həvalə olunmuşdur.
3.2 Respublikamızda MM-nin təşkilinin əsas pirinsipləri.
Respublikamızda MM ərazi-sənaye pirinsipinə əsasən təşkil olunmuşdur. Bu
prinsipin tələbinə müvafiq olaraq MM-yə qəsəbə, rayon və şəhərlərdə rəhbərlik
icra hakimiyyətləri tərəfindən icra olunur.
3.3 MM-nin tə yinatı nə dir?
MM-yə ümum xalq və ümumi dövlət strateji tədbirlər sistemi olub, əhalinin
mühafizəsinə, iqtisad obyektlərinin iş sabitliyinin yüksəldilməsinə, dağıntı
ə
razisində xilas edici və digər təxirə salınmaz işlərin qısa müddətdə təşkili və icra
edilməsinə yönəldilmişdir.
3.4 cra hakimiyyə tlə rinin MM sistemində icra funksiyaları hansılardır?
Rəhbərlik etdiyi rayonun ərazisində MM-yə planına müvafiq tədbirlərin icrasını
təşkil etməli. Bu əsasda əhalinin miqdarı, müəsisələrin vacibliyi nəzərə alınaraq
plan əsasında onların mühafizəsini mütərəqqi üsullarla təşkil etməli, mülki
müdafiə qüvvə və vasitələrini yüksək hazırlıq vəziyyətində saxlamalı, onları
öyrətmək və məşq etdirmək, rayon ərazisində qəza və fəlakət baş verən zaman
onların potensiallarından istifadə edərək, təhlükələri aradan qaldırmaq üçün hazır
saxlamalıdır.
3.5 MM gücünə və vasitə lə rinə nə lə r daxildir?
Yüksək hazırlıqlı ərazi bölmələri, həmçinin obyektlərdəki yüksək hazırlıqlı
bölmələr, Mülki müdafiə xidmətləri və vasitələri, respublika FHN-nin gücü və
vastələri. Kimyəvi radiasiya, kəşfiyyat nəzarət dəstələri, M.M-nin fərdi və
kollektiv mühafizə vasitələri daxildir.
4.1 FH-da əhalinin mühafizəsi üsulları və prinsipləri.
Ə
halinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks halında istifadə
edilməklə nail olunur. Bu üsullardan ən əsasları əhalinin müxtəlif mühafizə
qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni
zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır.
Mühafizə Azərbaycan Respublikasının bütün ərazisində ərazi-istehsalat prinsipi
üzrə təşkil edilir. Respublikanın bütün əhalisi mühafizə edilməlidir, bu tədbirlər
fasiləsiz xarakter daşıyır. Həm sülh, həm də müharibə dövrlərində yerinə yetirilir.
4.2 FH zamanı yerli əhaliyə xəbər vermə necə təşkil edilir?
Düşmən hücumu barədə xəbəri əhaliyə hakimiyyət orqanları verirlər. Bu xəbər
radio və televiziya, mətbuat orqanları vasitəsilə əhaliyə çatdırılır. Belə hallarda
“Hamının diqqətinə!” sonra yaranmış vəziyyətdən asılı olaraq MM-nin “Hava
həyacanı”, “Hava həyacanı qurtardı”, “Radiasiya təhlükəsi”, “Kimya həyacanı”
siqnalları verilə bilər.
4.3 Dağ ıntı ocaqlarından ə halinin evakuasiyası necə təş kil edilir?
Evakuasiya təhlükəli rayonların ərazisində yaşayan əhalinin mütəşəkkil surətdə
çıxarılıb şəhərdən kənar, təhlükəsiz sahələrə köçürülməsidir.Yaranmış vəziyyətdən
asılı olaraq əhali tamamilə yaxud qismən köçürülə bilər.
Ə
halinin köçürülməsi istehsalat-ərazi prinsipi üzrə təşkil edilir.
Ə
halinin köçürülməsinin əsas üsulu kombinasiyalı üsuldur.
Ə
halinin qeydiyyatı üçün əsas sənədlər şəxsiyyət vəsiqəsi (pasport) yaxud yaşayış
yerində tərtib olunmuş siyahıdan ibarətdir.
4.4 Ə halinin fə rdi və tibbi tə chiz edilmə si üsulları.
Müasir qırğın silahlarından mühafizə məqsədilə əhalinin, fərdi və tibbi mühafizə
vasitələrindən vaxtında istifadə etməsi çox vacibdir. Bu məqsədlə Nazirlər
Kabinetini sərəncamı ilə məntəqələr yaradılır. Fərdi mühafizə vasitələri bunlardan
ibarətdir.
1.
Tənəffüs orqanlarının mühafizə vasitələri.
2.
Dəri səthinin mühafizə vasitələri.
3.
Tibbi mühafizə vasitələri.
4.5 MM qoruyucu qurguları necə tə snif edilir?
1.Təyinatına görə.
2.Yerləşdirilməsinə görə.
3.Tikilmə müddətlərinə görə.
4.Mühafizə xassələrinə görə.
1.Mühafizə qurğuları kollektiv mühafizə vasitələri.
2.Sığınacaqlar.
3.Radiasiya daldanacaqları.
4.Sadə daldanacaqlar.
5.1 Sığınacaqlar hansı göstəricilərə əsasən təcnif edilirlər?
1.Təyinatına görə: Sığınacaqlar və ya idarə etmə qərarcahları.
2. Mühafizə xüsusiyətlərinə görə: sığınacaqlar və ya şüalanmaya qarşı
daldalanacaq.
3.Yerləşdirilməsinə görə: böyük, orta, balaca.
4. stismar rejiminə görə: iki rejimdə hava ilə təmin edən, üç rejimdə hava ilə
təmin edən və ya tam izolə olunmuş.
5.2 Radiosiya əleyhinə daldalanacaqların tikilməsi necə təşkil edilir?
1.Tavanının hündürlüyü 2.8-3.0 metr və üç mərtəbəli skamyası və ya taxtı olan.
2. Tavanının hündürlüyü 2.2-2.4 metr və iki mərtəbəli skamyası və ya taxtı
olan.
3. Tavanının hündürlüyü 1.7-1.9 metr və bir mərtəbəli skamyası və ya taxtı
olan.
5.3 Yanğ ınları söndürə rkə n hansı tə hlükə sizlik üsullarına ə mə l edilir?
Yanğını söndürməklə əlaqəsi olmayan şəxslərin, yanğın söndürülən sahələrdən
qalmasına icazə verilməmək, onların ərazidən uzaqlaşdırılmasını təmin etmək.
Yanğının qonşu binalara və ərazilərə keçməsinin qarşısını almaq üçün kompleks
tədbirlər görmək. şin icrasına başlamazdan əvvəl iş yerini diqqətlə nəzərdən
keçirmək.
5.4 Yanğ ın tə hlükə sizliyinə hansı tə lə blə r yönə ldilir?
Tikinti zamanı çətin yanan və ya heç yanmayan materiallardan istifadə etmək.
Tikinti normativlərinə, obyektlər arasındakı məsafəyə əməl etmək. Təhlükəsiz
məişət texnikalarından istifadə etmək. Yanğına qarşı istifadə olunan su anbarlarını
tikmək. Vətəndaşlara yanğın təhlükəsizliyi qaydalarını öyrətmək, əməl etməyi
tələb etmək.
5.5 Respublikamızda hansı yanğ ınlar baş vermə ehtimalı mövcuddur?
Məişətdə olan yanğınlar, qaz sızmasından baş verən yanğınlar, çöl-meşə
yanğınları, ildırım çaxmadan baş verən yanğınlar, əhalinin səhlənkarlığından baş
verən yanğınlar, kimyəvi proseslərlə işləyən obyektlərdə səhlənkarlıq üzündən baş
verən yanğınlar, neft və qaz mədənlərində, neftayırma və neft emalı zavodlarında,
kənd təsərrüfatına aid sahələrdə susuzluq və təhlükəsizlik texnikasına əməl
edilməyən zaman baş verən yanğınlar, yaşayış massivlərində baş verən yanğınlar
və s.
II Kollokvium
5. nsanların fə aliyyə t sahə sində yaranma ehtimallı tə hlükə lə r haqqında
anlayış və müxtə lif amillə r.
5.1 “ nsan-onun fə aliyyə t mühiti”-ndə ə mə lə gə lə n neqativ hallar necə tə snif
edilir?
-Təsnif olunma mühitləri: təbii və antropogen xarakterli olaraq, insanların
fəaliyyəti nəticəsində baş verir. Bu mühitlər insanların fəaliyyət göstərdiyi,
yaşadığı, hərəkət etdiyi və digər hallarda mənfi neqativ təsirlər baş verən zaman
nəzərdə tutulur.
5.2 Təsir təbiətinə görə zərərli amillər necə təsnif olunurlar?
Onlar: fiziki, kimyəvi, bakterioloji və psixofiziki xarakterli olurlar.
Onları araşdırarkən, hər biri insanların həyat fəaliyyətinin təhlükəsizliyi üçün
müxtəlif fəsadlar yaratma imkanına malikdirlər.
5.3 Fiziki tə hlükə li və ziyanlı amillə rə hansılar daxildir?
Bu amillərə: maşın və müxtəlif mexanizmlər, qurğuların hərəkət hissələri, kəskin
və dağılan əşyalar, yüksək tozlaşma səs-küyün səviyyəsi və başqalarını göstərmək
olar.
5.4 Kimyə vi tə hlükə li və ziyanlı amillə rə nə lə r aiddir?
Bura daxildir: texnoloji proseslərdə istifadə olunan ziyanlı maddələrdən –xlor,
ammiak, müxtəlif növ turşular, sənaye zəhərləri-civə, fosgen, difosgen, zəhərli
kimyəvi maddələr, müddəti keçmiş dərman vasitələri, həmçinin hərbi yolla istifadə
oluma ehtimallı zəhərləyici maddələr.
5.5 Bioloji təhlükəli və ziyanlı amillərə nələr aiddir?
Bu qrupa daxil olan mikroorqanizmlərdən müxtəlif bakteriyaları, virusları,
göbələkləri, rikketsiləri göstərmək olar ki, onların təsiri nəticəsində, insanların,
fauna və floranın genis miqyasda epidemiya xəstəliklərilə yoluxması baş verir.
6. Kimyəvi ziyanlı maddələrdən insan orqanizim üçün təhlükə kəsb edən
maddələr hansılardır?
6.1Kimyəvi ziyanlı maddələrə hansı vasitələr daxildir?
Onlar, kimyəvi ziyanlı (təhlükəli) maddələr olub, yaşadığımız mühitə, insanların
təbiətlə düzgün rəfdar etmədiyi zaman baş verir. Bu maddələr, təbii və antropogen
xarakterli olurlar.
6.2 Mə işə t mühitində istifadə edilə n bioloji aktiv maddə lə rə nə lə r daxildir?
Onlardan: sabun, yuyucu tozlar, şampun, müxtəlif bioaktif əlavələri və digərləri
mövcuddur. Müvafiq olaraq göstərdiyimiz bioloji aktiv maddələrdən ən geniş və
sərfəli istifadə olunan maddələrdən yuyucu tozları və müxtəlif növ, həmçinin
məqsəd yönlü sabunları göstərmək olar.
6.3 “Binar” tipli zəhərləyici maddələr hancı xassələrə malikdirlər?
Onlar qaz, yaxud qarışıq, az zəhərli, yaxud təhlükəsiz kimyəvi maddələr olub,
birləşməsi nəticəsində ən kəskin toksikoloji xarakterli zəhərləyici maddəyə
çevrilmə qabiliyətinə malikdir. Bu tipli maddələr, daşınma və anbarlarda uzun
müddət saxlanılan zaman, insanların həyat fəaliyyətinə heç bir təhlükə yaratmır.
Tətbiq edildikdə isə külli miqdarda insanları və heyvanları məhv etmə imkanına
malikdir.
6.4 Kimyəvi ziyanlı maddələr əsasən hansı mühitdə yayılırlar?
Onlar atmosfera, hidrosfera və litasferada yayılma ehtimallı olurlar. Əsasən
havanın istiləşdiyi dövrdə, ilin yaz, yay və payız fəsillərində daha kəskin təsirə
malik olub, uzun müddət soyuq mühitdə təsir göstərmə xüsusiyyətlərinə malikdir.
6.5 Kimyəvi təhlükəli maddələrlə zəhərlənmiş ərazi və xəstəlik necə
adlandırılır?
Bioqeokimyəvi zəhərlənmiş ərazi, həmçinin xəstəlik spesifik olaraq havanın
tərkibinin və torpağın temperaturasının dəyişməsi əsasında baş verir. Mühitdə
havanın cərəyan etməsindən asılı olaraq, müxtəlif sürətlə və geniş miqyasda
yayılma imkanına malikdir.
7. Müəssisələrin işçi otaqlarında və sahəsində səs-küyün, titrəyişlərin, zərərli
maye, qaz və tozun, yüksək təzyiqli maqnit sahəsinin, lazer şuasının və
radiasiyanın yaranma səbəbləri və onların gəstəriciləri.
7.1 Sə s-küy nə dir və onun insan orqanizminə tə siri?
Səs-küy istehsalatda akustik tezlik-titrəyişlər olub, nəhəng mexanizmlərin əmələ
gətirdikləri yüksək tezlikli dalğalar başa düşülür. Onlar öz növbəsində insanların
sinir sisteminə-səhhətinə güclü təsir göstərir.
7.2 Dalğ aların uzunluğ u necə baş a düş ülür?
Dalğaların titrəyişi dövründə, müəyyən zaman ərzində qət etdiyi məsafə nəzərdə
tutulur. Bu dalğalar mühitdən və təbiətin relefindən asılı olaraq dalğaların yayılma
ampilitudalarına malikdirlər.
7.3 Müxtə lif mühitdə sə sin yayılma surə ti nə qə də rdir?
Onun havada sürəti 330 m/san, suda 1400m/san, polad metalında isə 5 000 m/san
qəbul edilir. Bu rəqəmlər ümumi fizika qanuna əsasən qəbul edilmişdir. Yerin
akustikasından asılı olaraq mühitə səsin yayılması ehtimalı müxtəlifdir.
7.4 Sə s-küyün hansı göstə ricilə ri insan orqanizminə daha kə skin tibbi
fə sadlarla nə ticə lə nir?
Tibb elmi müəyyən etmişdirki, 16 qers tezlikdən az infrosəs dalğalar eşidilmədən
və görünmədən ən azı 7 nəfər insana dərin izaholunmaz qorxu və sıxıntı əmələ
gətirmə imkanına malikdir.
7.5 Ultrasə sin tə sir də rə cə si nə də n asılıdır?
nsanlara və mühitə ultrasəsin təsir dərəcəsi onun intensivliyindən və təsir
müddətindən asılıdır. Müvafiq olaraq səs-küy və titrəyişlərin təsiri nəticəsində
maksimal sənaye zəhərləri əmələ gətirir. nsanların iş qabiliyyətini azaldaraq,
ümumi səhhətinə pis təsir göstərir.
8. Təhlükəsizlik texhikası və həyat fəaliyyətinin təhlükəsizliyi.
8.1 stehsalatda elektrik təhlükəsi necə başa düşülür?
stehsalatda ehtimal olunan elektrik cərəyanının təhlükəsi 100ma (ampermetr) artıq
olduqda ölümlə nəticələnə bilər. Müvafiq olaraq bu rəqəmi bilərək, hər bir ictehsal
müəssələrində xüsusi yüksək tezlikli elektrik cərəyanlarının yer ilə əlaqəsini
saxlamaq üçün qurğulardan istifadə olunur.
8.2 stehsalatda insan orqanizmi tərəfindən hiss edilən cərəyanın miqdarı?
nsan orqanizminə təsir edən təhlükəsiz cərəyan 1 ma, 12-15 ma olduqda, onların
ə
zələ nahiyəsi sıxılaraq, naqillərdən qopa bilmirlər. Bu halda mütləq əlavə
köməkdən istifadə olunmalıdır.
8.3 stehsalatda hansı növ cə rə yanlar istifadə olunurlar?
Nəhəng istehsal müəssisələrində adətən hər iki növ dəyişən və sabit cərəyan
növlərindən istifadə olunur. Amma istifadə olunan, dəyişən cərəyan növü sabit
cərəyan növündən insanların həyat fəaliyyəti üçün daha çox təhlükəlidir. Xüsusən,
insanların həyatı üçün daha təhlükəsiz “lyuminesensiya”( gündüz işığı) hesab
edilir.
8.4 nsanlara elektrik cərəyanının təsiri necə xarakterizə olunur?
Elektrik cərəyanının insan orqanizminə təsir amili nəticəsində: güclü elektrik
zərbəsi, müxtəlif nahiyələrdə yanıqlar, ürək çatışmamazlığı, daxili üzvülərdə isə
kəskin qıcolmalar müşahidə olunur, həmçinin ölümlə nəticələnmə mövcuddur.
8.5 Elektrik zərbənin və yanıqların hansı fəsadları ola bilər?
Elektrik zərbənin güclü təsiri nəticəsində bədən əzələləri qıcıqlanaraq kəskin qıc
olmaya, tənəffüsün və ürəyin dayanmasına gətirib çıxarır. Elektrik yanıqları isə,
bədəndən cərəyan keçdikdə, əmələ gələn yüksək temperatur nəticəsində müxtəlif
dəri nahiyələrində qızartılar, yanıqlar və suluqlar, yaxud dərinin şişginliyi
müşahidə olunur.
9.Elektrik cərəyanının xarakterizəsi.
9.1 Elektrik cə rə yanı nə dir?
Elektrik cərəyanı – elektrik yüklərin naqillər vasitəsilə nizamlı hərəkətidir.
Elektrik cərəyanının gücü naqillərin uclarındakı potensiallar fərqi ilə düz,
materialların müqaviməti ilə tərs mütanasibdir.
9.2 Elektrik cərəyanı necə təsir göstərir?
nsan elektrik naqillərinə toxunarkan, özü şəbəkə naqillərinə çevrilir. O, yer ilə
düzgün təmasda olmadıqda, yəni təcrid (izole) olunmadıqda, onun bədənindən
elektrik cərəyanı keçərək, bədən müqavimətindən asılı olaraq təsir göstərir.
9.3 Elektrik cərəyanının təsir dərəcəsi nədən asılıdır?
Elektrik cərəyanının insan orqanizminə təsir dərəcəsi, orqanizmə təsir göstərən
cərəyanın gücü, növü, təsir etmə müddəti, orqanizmdən keçmə yolları, insanın bu
anda fiziki və psixoloji vəziyyətindən asılıdır.
9.4 Elektrik cərəyanında mühafizə üsulları hansılardır?
Elektrik naqillərinin açıq hissələrinin təcrid edilməsi – elektrik gərginliklərin
təsirindən mühafizənin əsasını təşkil edir.
-gərginlikləri olmayan digər metal cihazlarının yerlə əlaqələndirilməsi insanların
cərəyanla təmasda olduğu zaman təhlükəsizliyin təmininə zəmanət verir.
Hər-bir təhlükə ehtimallı qurğularda xüsusi qoruyucular yerləşdirilməlidir.
9.5 nsan üçün təhlükəsiz gərginliklər nə qədərdir?
nsan orqanizmi üçün təhlükəsiz gərginlik 42 volt az qəbul edilir. stehsalatda
təhlükəsiz gərginlik 12 volt və 36 volt nəzərdə tutulmuşdur. Texnoloji şəbəkələrdə
127, 220 və 380 volt gərginlikli elektrik cərəyanları istifadə edilir. Onlar eyni
zamanda bir və iki fazalı gərginlik dəyişən cərəyan olurlar.
10.Müharibə mənşəli fövqəladə hallar hansılardır?
10.1Müharibə xarakterli fövqəladə hallar necə baş verir?
Müharibə mənşəli fövqəladə hallar müharibə dövründə müxtəlif kütləvi qırğın
silahlarının: nüvə silahları – (atom, hidrogen, neytron);
Kimyəvi, güclü təsirə malik (zəhərləyici maddələr), bakterioloji xəstəlik törədici
mikroblar və müxtəlif müasir hücum vasitələrdən istifadə edilməklə baş verir.
10.2 Nüvə silahının zədələyici amilləri hansılardır, onları xarakterizə edin?
a)zərbə dalğası (ölçü vahidi kq/sm2) izafi təzyiq, izafi təzyiqin sürəti, izafi təzyiqin
təsiri müddəti ilə xarakterizə edilir. nsanlarda kontuziya, əzinti və çıxıqlar yarana
bilər. Obyektlərdə müxtəlif dərəcəli dağıntılar yaradır.
b)işıq şüalanması- (ölçü vahidi kc/m2 və ya kal/sm2) xarakterizə edən parametr-
işıq impulsudır, onun təsirindən-insanlarda müxtəlif dərəcədə yanıqlar, ətraf
ə
razidə isə geniş yayılmış yanğınlar.
c)nüfuz edici radiasiya - (ölçü vahidi Rentqen, radian, qrey), onun təsirindən
insanlarda müxtəlif dərəcədə şüa xəstəliyi yaranır. Ətraf ərazidə isə şüalanma
müşahidə olunur.
d)radioaktiv zəhərlənmə - (ölçü vahidi Rentqen/saat). nsanlarda qemoqlobin
azlığına (leykemiya), sümik xərçənqi, ağ ciyər xərçənqi və .s. xəstəliklərə səbəb
olur. Ətraf ərazidə isə radioaktiv hissəciklərin təsirindən zəhərlənmə.
е
)elektromaqnit impulsu. (ölçü vahidi volt). Elektrik cihazlarına təsir edir, qısa
qapanmaya səbəb olur.
10.3 Kimyə vi zə hə rli maddə lə rin növlə ri, onların insan orqanizminə tə siri?
Kimyəvi silahın tədbiqi nəticəsində zəhərli maddələrin təsirindən insanlarda
müxtəlif zəhərlənmələr və qıcıqlanmalar yaranır, həmçinin insanların, heyvanların
məhv olması ilə nəticələnir.
-Sinir iflici təsirli ZM - zorin, zoman, V-qazlar;
-Dəridə yaraçıxaran ZM - texniki iprit, azotlu iprit, lünzit;
-Ümumzəhərləyici təsirli ZM - sianid turşusu, xlorsian;
-Boğucu təsirli ZM- fosgen, difosgen;
-Göz yaşardıcı qıcıqlandırıcı ZM - xlorasetofenon, S -ES və BZ qazları, adamsit;
10.4 Bioloji (bakterioloji ) silah nədir, onun əsasını nə təşkil edir?
Bioloji silahın əsasını infeksiya xəstəlikləri yaradan mikroblar və onları daşıyan
vasitələr təşkil edir. Bu silah - bakterial vasitələrə və onları tətbiq etmək üçün
işlədilən döyüş sürsatlarına, cihaz və tərtibata deyilir. Bakterioloji silahın əsasını
epidemioloji xəstəlik törədən mikroblar, viruslar, göbələklər və onlardan alınan
zəhər- toksinlər təşkil edir. Bioloji silahın təsirindən aşağıdakılar yaranır:
-Virusların yayılmasından - epidemiya, epizootiya, epifitotiya.
-Mikrobların törətdiyi yoluxucu xəstəliklər və s.
10.5 Müasir təsir edici (məhv edici) vasitələr hansılardır?
Müasir məhv edici vasitələrə:
yandırıcı mərmilərdən: ağ və qırmızı fosfor, napalmalar, piroqelləri gostərmək
olar. Onların partlaması nəticəsində 1200
0
-də 2700
0
-dək temperatura əmələ gəlir.
-20-40sm beton və zireh təbəqələrin dağıdılması üçün kumulyativ mərmilərdən,
-insanların kütləvi məhv edilməsi, obyektlərin geniş miqyasda dağıdılması
məqsədilə tutumlu və vakkumlu mərmilərdən,
-həmçinin yüksək dəqiqli lazer mərmilərindən və başqalarından istifadə olunur.
III Kollokvium
HFT fənni üzrə 11-15 saylı kollokvium suallarının cavabı
11. HFT fə nni nə də n bə hs edir?
nsanların tə hlükə sizliyinin mühafizə sinin anatomik – fizioloji
mexanizmi və onlara tə sir göstə rə n neqativlə r hansılardır?
11.1 stehsalatda HFT nə dir?
- nsanların, iqtisad obyektlərinin və ərazinin həmçinin mühafizəsi
üsullarını öyrədən elm.
- yaşayış mühitinin neqativ təsirinin amillərindən, insanları mühitdə
mövcud olan halların təsirlərindən, təhlükələrdən və digər ziyanlardan
kənarlaşdıraraq, mühitdə normal - konfort şərait yaratmaqdan ibarətdir.
- ziyanlı və təhlükəli faktorların mənfi nəticələrinin və təsirinin aradan
qaldırılması.
- insanlar üçün normal, komfort iş və yaşayış mühitinin yaradılması.
11.2 FH - larda əhalinin mühafizə üsulları hansılardır?
- Əhalinin sığınacaqlarda mühafizəsi.
- Əhalinin radiasiya əleyhinə daldalanacaqlarda və sadə sığınacaqlarda
mühafizəsi.
- əhaliyə tənəffüs orqanlarını mühafizə etmək üçün - əleyhqazların,
respiratorların, toza qarşı tənzif maskaların -ПTM-1 verilməsi.
- əhaliyə fərdi tibbi mühafizə vasitələrinin- AИ-2 aptekçələrin, sarğı
materiallarının, fərdi kimya paketlərinin- PP-8, PP-9 verilməsi.
- Əhalini təhlükəli ərazidən evakuasiyası və şəhərdən kənar ərazidə
yerləşdirilməsi,
11.3 Kateqoriyaya daxil edilmiş şə hə rlə rdə n ə halinin evakuasiyası
üsulları hansılardır?
- Evakuasiya toplanma məntəqələrinin yaradılması, insanların qeydə
alınması və təhlükəsiz ərazilərə yola salınması,
- nsanların qeydə alınması və bütün nəqliyyat vasitələrindən səmərəli
istifadə etməklə (hava, dəniz, avtomobil və s.) yola salınması,.
- Əhalinin şəhərdən kənar ərazidə müvəqqəti məskunlaşdırılması.
- Əhalinin şəhərdən kənar ərazidə yerli əhalinin evlərində, mənzillərində,
mədəni – ictimai binalarda, sanatoriyalarda, məktəblərdə və digər xarakterli
müalicə - yaşayış mərkəzlərində və istisna hallarda əhali kommunal şəraitləri
olan çadırlardan istifadə olunmaqla yerləşdirilir.
11.4 FH-da ə mə lə gə lə n ekstremal və ziyyə t necə baş a düş ülür?
- nsanların dərk etmə qabiliyyətindən kənarda olan vəziyyətlər başa
düşülür,
- Onların cibgirlərdən mühafizə olunması.
- Onların narkomanlardan mühafizə olunması.
- Onların sərxoşlardan mühafizə olunması.
- Onların özlərinin kütlələrin içində aparmaq bacarığı.
- Onların nəqliyyat qəzaları zamanı özlərini aparmaq bacarığı.
11.5 Şə hə rdə n kə nar ə razidə ə halinin tə hlükə sizliyini tə min etmə k
üsulları hansılardır?
Bu məqsədə nail olmaq üçün ərazidə:
- ctimai assaişin mühafizəsi qruplarının yaradılması.
- xalq nəzarətçiləri qruplarının yaradılması.
- Yanğından mühafizə qruplarının yaradılması.
- Polis postlarının təyin edilməsi.
- Təhlükəli yerlərdə müşahidə kameralarının qoyulması.
12. nsanların və istehsalat əməkdaşlarının hərəkətləri cəmiyyətdə
hansı məişət xarakterli təhlükələr yarada bilər?
12.1 Laqeyid münasibət nə ilə nəticələnə bilər?
Yanğınların 80%-i insanların ev şəraitində laqeyidliyi nəticəsində baş
verir. Az həcmli yüksək təzyiqli qaz balonlarının istismarı, məişət qazının
açıq qalması faciələrlə nəticələnir. Belə hallarda partlayış və yanğın, nəinki
ailəyə, həmçinin qonşuların həyatına bərpa olunmaz maddi ziyan vurur. Eyni
sözləri elektrik cihazları barədə demək olar. Güclü qızdırıcı spirallı cihazların
istismarı nəticəsində naqillərin kəskin qızması müxtəlif fəsadlı məişət
xarakterli yanğınlara səbəb olur.
12.2 Ailə üzvülə rinin riskli hə rə kə tlə ri hansı faciə lə rlə qurtarır?
FH-da risk halı dedikdə, müxtəlif həyat üçün təhlükə kəsb edən halların
ehtimalı nəzərdə tutulur. Onların nəticəsində insanların yaşayış mühitində,
məişət qazından boğulma, maddi ziyan və ailə üzvülərinin həyatı üçün
təhlükələr yaranır. Bəzi hallarda, məişətdə qeyri standart qızdırıcı cihazların
cərəyan şəbəkələrinə uzun müddət, nəzarətsiz birləşdirilməsi nəticəsində
gözlənilməz hallara və yanğınlara gətirə bilər.
12.3 Dini xarakterli müxtəlif baxışlar hansı nəticə verə bilər?
Təhlükələrin ən vacib göstəricilərindən biri, din mənsubiyyətidir. Bu hal
ondan irəli gəlir ki, din başçılarının zənginləşmələrinə görə, insanların
arasında bir-birinə qarşı nifrət, dözülməz hala gətirib çıxarır, o isə
düşmənçiliklə nəticələnir. Beləliklə, insanların baxışlarında müxtəlif
xarakterli ziddiyətlər yaranır.
12.4 Kütlə nin içə risində və hə rə kə t zamanı tə hlükə sizliyin tə mini üçün
insanlar necə davranmalıdırlar?
Kütləvi hərəkət, yaxud istirahət, insanların kütləvi surətdə, müvəqqəti
olaraq birləşməsi halıdır. Bu zaman insanların müxtəlif baxışları,
münasibətləri, əməyə düzgün qiyməti və digər kriteriyalar, onların arasında
xoşagəlməz mübahisələrlə nəticələnə bilər. Bu isə böhran vəziyyəti əmələ
gətirərək, dözülməz olaraq cəmiyyət arasında, onların normal həyat
fəaliyyətinə sarsıdıcı təsir göstərir.
Belə hallarda hər bir şəxs təmkinli olaraq etikanı pozmadan, mədəni
surətdə davranaraq ümumi razılığa gəlməyə çalışmalıdır. Hərəkət zamanı
çalışmaq lazımdır ki, kütlənin ortasında olmayasan və o sahəni təhlükəsiz tərk
edəsən.
12.5 qtisadi obyektlərinin əməkdaşları ekstremal vəziyyətlərdə necə
davranmalıdırlar?
Ekstremal vəziyyətlərdə obyektlərin əməkdaşları xüsusən qocalara, uşaqlı
və hamilə qadınlara, xəstələrə hörmət edərək, onları müxtəlif təhlükələrdən
mütəşəkkil surətdə mühafizəsini əvvəlcədən planlaşdırmalıdırlar. Laqeydlik
ə
n təhlükəli haldır.
Kütləni, nəinki oğrulardan, cibgirlərdən, narkomanlardan, həmçinin
qəzalardan, güclü təsirə malik olan zəhərləyici, radioaktiv maddələrin
təsirindən qorumaq lazımdır, təhlükəsizliyi təmin edilməlidir.
13. nsanların fəaliyyət mühitində təhlükə, müxtəlif qəzalar yaradan,
hansı radioaktiv – təhlükəli obyektlər mövcuddur?
13.1 Radioaktiv təhlükə kəsb edən ən qorxulu obyektlər hansılardır?
Radioaktiv təhlükəli sənaye obyektlərdən uran filizlərinin əldə edilməsi
mədənləri, xüsusən nüvə silahında istifadə olunan zənginləşdirilmiş urandır.
Bildiyimiz kimi uran filizi 0.0155% U-235, 0.07% U-233 və 98% U-238,
həmçinin müxtəlif qarışıqlardan ibarətdir. Eyni zamanda nüvə silahında
yalnız U-235, U-233 və PL-239 izotoplarından istifadə olunur. Termonüvədə
isə onlardan başqa deyterium D
2
və tritium D
3
istifadə edilir. Bu məhlullarla
işləyən obyektlərdə qəza baş verərsə əhalinin həyatı üçün ən böyük radiasiya
təhlükəsi yarana bilər.
13.2 Nüvə reaktorları insanlar üçün hansı tə hlükə kə sb edir?
Onlar istifadə prinsiplərinə görə elmi və istehsalat xarakterli olaraq,
elmi-tədqiqat laboratoriyalarında, həmçinin atom elektrostansiyalarında
istifadə olunurlar. Elmi tədqiqat reaktorların işləmə prosesi müddətində süni
radioaktiv izotopların alınması və onların nüvə tədqiqatında geniş istifadəsi
icra olunur. Atom elektrik stansiyalarında quraşdırılmış istehsalat reaktorları,
elektrik enerjisi mənbəyi kimi sənayedə geniş istifadə olunur.
Bu reaktorlarda qəzaların əmələ gəlməsi nəticəsində təbiətə külli miqdarda
radioaktiv qazları və nüvə tullantıları (maddələri) buraxılır. Xüsusən nəzərə
çarpan onların müxtəlif yarımparçalanma dövrlərinə mənsub olmalıdırlar.
Məs. U-238 təbii radioaktiv maddəsinin yarımparçalanma dövrü 4.6
milyard ildir, bu əsasdan 1986-cı ildə çernobıl AES qəzası indiyədək
insanların həyat tərzinə, onların sağlamlığına kəskin təsir göstərir.
13.3 Yüksə k tezlikli elementar hissə ciklə r yerləş dirilmiş obyektlə r
hansı tə hlükə lə r yaradırlar?
Yüksək tezlikli hissəciklərlə işləyən obyektlər fəaliyyəti dövründə yeni
süni radioaktiv maddələr alaraq nüvə tədqiqatları sənayesində istifadə
olunurlar. Belə sənayedə baş vermiş qəzalar və onların iş əsnasında təbiətə
ifraz etdiyi radioaktiv maddələr mühit atomlarını ionlaşdıraraq insanların
həyat tərzinə kəskin ionlaşdırıcı təsir göstərmə imkanlarına malikdir. Bu
halları nəzərə alaraq, belə obyektlərin yaxınlığında insanların təhlükəsizliyini
təmin etmək məqsədilə 3-gün müddətində fəhlə və qulluqçuların sığınmaları
üçün möhkəm sığınacaqlar tikilir.
13.4 Radioaktiv, kimyə vi və bioloji tullantılar saxlanılan obyektlə r
hansı tə hlükə ni kə sb edir?
- Radioaktiv obyektlərdə qəza baş verdikdə, təbiətə radioaktiv, kimyəvi
maddələrin tullanılması təhlükəsi yaranır. Müxtəlif radioaktiv avadanlıqların
sıradan çıxması nəticəsində ətrafa bərk, maye və kristal halında tullantıların
yayılması baş verir.
- Kimyəvi zəhərləyici maddələr torpağa, suya və müxtəlif xammala, ərzaq
məhsullarına təsir edərək, meterioloji şəraitdən asılı olaraq 10-30 gün ərzində
insanlara, təbiətə təsir göstərə bilir.
- Bioloji təhlükə mikrobların, virusların, bakteriyaların ərazidə müxtəlif
epidemiolji xəstəliklərin uzun müddətli və geniş miqyaslı yayılması
nəticəsində əmələ gəlir. Bu ərazidə, adətən təhlükəsizliyi təmin etmək
məqsədilə “karantin
”
yaxud
“observasiya” ciddi rejimləri tətbiq
edilməlidir.
Hal - hazırda “Ebola” virusu xəstə ilə kontakda olduqda əmələ gəlir. Bəzi
yoluxucu xəstəliklərin müalicəsi üçün peyvəndlər mövcud deyil. Uzun
müddət idi ki, vəba, qara yara, xolera və digər xəstəliklər müalicə
olunmurdular, ancaq bu gün onlar müalicə olunurlar.
13.5 Kütlə vi qırğ ın silahlarının tə dqiqatı aparılan ə razidə hansı
tə hlükə yaranır?
Məlumdur ki, silahların tədqiqatı aparılarkən, həqiqi təsiredici silah
növlərindən istifadə olunur. Onlar isə həmin əraziyə, onun ekologiyasına,
orada fəaliyyət göstərən insanların həyat tərzinə, sağlamlıqlarına mənfi təsir
göstərirlər. Bu kütləvi qırğın silahlarına nüvə, kimyəvi və bioloji silahların
daxil olduğunu nəzərə alsaq, müəyyən edərik ki, onların hər biri özünə
məxsus tərzdə təsir etmə xüsusiyyətinə malikdirlər.
14. Tə bii xarakterli fövqalə də hadisə lə r zamanı istehsalat ə mə kdaş ları
necə fə aliyyə t göstə rmə lidirlə r?
14.1 Tə bii xarakterli FH hansılardır?
Təhlükəli geofiziki hadisələr:
- zəlzələlər;
- vulkan püskürmələri.
Təhlükəli meteoroloji hadisələr:
- 9-11 ballıq fırtına;
- 12-15 ballıq qasırğa,tufan;
- leysan yağışları;
- iri dolu;
- quraqlıq;
- güclü qar;
- güclü buzlaşma,donvurma;
- güclü çovğun,
Təhlükəli hidroloji hadisələr:
- su səviyyəsinin qalxması (daşqın) və düşməsi;
- yeraltı suların səviyyəsinin qalxması(subasma).
Təhlükəli geoloji hadisələr:
- Sellər;
- Torpaq sürüşməsi;
- Torpaq uçqunu;
- Marxallar, qar uçqunu;
- Yerin yuxarı qatlarının köçməsi.
14.2Zəlzələ baş verərkən insanlar necə davranmalıdırlar?
Recpublikamızın ərazisinin 50%-dan artıq hissəsi seysmik aktiv zonaya
düşdüyündən, xüsusən dağ ərazisi zəlzələ təhlükəsi əmələ gəlmə ehtimallıdır.
Bu əsasdan tarixə istinad edərək Respubıikamızın ərazisində zəlzələnin gücü
7-9 bal Rixter şkalasına uyğun baş vermə ehtimallıdır. Bu qüvvədə olan
zəlzələ tektonik dağıdıcı xarakterə malikdir. Ona görə insanlar mühafizə
olunarkən düzgün davranış üsulunu seçməlidirlər. Belə ki, ev şəraitində təcili
seyf qapılarını açaraq, imkandan istifadə edib, evdən çıxaraq binalardan
kənar-təhlükəsiz ərazidə, müvəqqəti məskunlaşmalıdırlar. Yaxud mənzilin
künc guşələrində, pəncərə və qapının arasında, təhlükəsiz ərazidə
sığınmalıdırlar.
14.3 Su basma ehtimall ə razidə ə halinin davranış ı necə olmalıdır?
Ərazinin relyefindən və digər xüsusiyyətlərindən asılı olaraq su basma
ə
raziləri əvvəlcədən proqnozlaşdırılır. Adətən bu ərazilərdə qəflətən sellərin
hansı fəsadların əmələ gətirməsinə qarşı tədbirıər planları hazırlanır. Bu təbii
fəlakət qəflətən baş vermə ehtimallıdır, ona görə hər bir regionlarda, çay-
dəniz hövzələrində, suyun səviyyəsinin qalxmasına müntəzəm nəzarət
edilməlidir. Təhlükə yaranan zaman əhaliyyə dərhal xəbər verilib, ərazidən
təhlükəsiz zonaya köçürürlər. Onlar öz növbəsində özlərilə bütün sənədlərini,
qiymətli əşyalarını, müəyyən miqdarda ərzaq, mövsuma uyğun paltar
götürərək mənzillərini tərk etməlıdirlər.
14.4 Bakterioloji təhlükə yaranarkən əhali necə davranmalıdırlar?
Bakterioloji yoluxma halları baş vermə ehtimallı ərazidə geniş miqyaslı
infeksiya xəstəliklərinin yayılması müşahidə olunur. Onun qarşısını almaq,
yoluxma sürətini azaltmaq və yaxud ləğv etmək üçün mülki müdafiə və digər
səlahiyyətli təşkilatlar tərəfindən məlumat verilərkən insanlar yüksək nizam-
intizamla, təşvişə düşmədən bütün tələblərə riayət etməlidirlər. Belə hallarda
fərdi kimyəvi və tibbi mühafizə vasitələrindən səmərəli istifadə edərək,
tənəffüs üzvlərini və müxtəlif ərzaq məhsullarını, suyu təcridedici qablarda
saxlayaraq təhlükəsizliyi təmin etməlidirlər. Bu məqsədlə fiziki və kimyəvi
üsullardan istifadə edərək zərərsizləşdirmə (dezinfeksiya) tədbirini icra
etməlidirlər. Fərdi surətdə isə AИ-2 apteçkasının içərisindəki tibbi
preaparatlardan istifadə edilməlidir.
14.5 Fitotik təhlükələr, yaxud meyvə ağaclarının və bitkilərin arasında
xəstəliklərin yayılması zamanı əhalinin davranışı necə olmalıdır?
Belə hallar baş verdikdə, insanlar müəyyən təhlükəsizlik qaydalarına riayət
etməlidirlər. Meyvə, tərəvəz məhsullarını qəti qəbul etməməli, onları qəbul
etməzdən qabaq bütün hallarda isə onları tam zərəzsiz vəziyyətə gətirib,
xüsusi dezinfeksiya edici kimyəvi məhsullardan istifadə etdikdən sonra güclü
su təzyiqi altında yuyulub təmizləməli və zərərsizləşdirməlidirlər. Təbiətdə
isə ağaclar xüsusi çiləyici cihazlar vasitəsilə və kimyəvi dezinfeksiya edici
maddələrlə zərərsizləşdirilməli və bu zaman həşarətlər, gəmiricilər məhv
olunmalıdır. Zərərsizləşdirilmə tədbirləri həyata keçirən şəxslər qoruyucu
paltarlartan, fərdi mühafizə vasitələrindən, əleyhqazlardan istifadə
etməlidirlər. Mühafizə vasitələri olmayan şəxslər həmin əraziyə yaxın
gəlməməlidirlər. Dezinfeksiya tədbirləri keçirən şəxslər orqanizmin
immunitetini yüksəltmək üçün sanitar təmizləmədən keçməlidirlər.
15. Terror təhlükəsinə qarşı və texnogen xarakterli FH-la mübarizədə
təş kilat ə mə kdaş ları necə davranmalıdırlar?
15.1 Texnogen xarakterli FH-a nə lə r daxildir?
Texnogen xarakterli FH-a aiddir:
- Binaların qəflətən köçməsi;
- AES-da istehsalat sahələrinin dağılması və ərazinin radioaktiv maddələrlə
çirklənməsi;
- Nəqliyyat qəzaları;
- Güclü təsirli zəhərli maddələrin geniş miqyaslı əraziyə yayılması;
- mühəndis-tədqiqatları mərkəzlərində baş vermiş qəza nəticəsində ərazinin
radioaktiv maddələrlə çirklənməsi;
- kimyəvi təhlükəli obyektlərdə GTZM-in ətrafa dağılması;
- bakterioloji maddələrin hazırlanması, emal edilməsi, saxlanılması və
göndərilməsi ilə məşğul olan elmi-tədqiqat müəssisərində bakterioloji və
digər bioloji maddələrin yayılması ilə baş vermiş qəza;
- su nəqliyyatında baş vermiş qəzalar;
- iri miqyaslı avtomobil qəzaları;
- çoxsaylı insan ölümü ilə nəticələnən və xilasetmə-axtarış tədbirləri tələb
edən aviasiya qəzaları;
- dəmir yolu nəqliyyatının (metropoliten vaqonlarının) relslərdən çıxması
və yaxud toqquşması nəticəsində insan ölümünün baş verməsi və dəmir yolu
xətlərinin dağılması;
- çoxsaylı insan ölümü ilə nəticələnən su nəqliyyatında baş vermiş qəzalar,
limanların və daxili sahil sularının zəhərləyici maddələrlə zəhərlənməsi;
- yaşayış məntəqələrinə yaxın ərazilərdə kəmərlərdə baş vermiş qəzalar
nəticəsində ətrafa çoxlu miqdarda daşınan məhlulun dağılması, hansı ki ətraf
mühitin çirklənməsinə gətirib çıxarır;
- elektrik sistemlərindəki qəzalar;
- təmizləyici qurğulardakı qəzalar;
- hidrodinamik qəzalar;
- su anbarlarının dağılması;
- yanğın təhlükəli obyektlərdə yanğınların baş verməsi.
15.2
nsanların irimiqyaslı nəqliyyat qəzaları zamanı davranış
qaydaları hansılardır?
rimiqyaslı avtomobil, dəmiryol (metro qatarlarında), hava, su
nəqliyyatında baş vermiş qəzalar çoxsaylı insan və maddi itkilərə, ətraf
mühitin çirklənməsinə səbəb olurlar.Həm yük, həm də sərnişin daşıyan
nəqliyyat vasitələrində baş verən qəzalar maddi, mənəvi və psixoloji fəsadlar
törətmə ehtimalına malikdirlər. Bu amilləri nəzərə alaraq, insanların
təhlükəsizliyini təmin etmək üçün, qısa müddətdə, kompleks tədbirlər icra
edilməlidir. Beləki, zərərçəkmişlərə lazımi ilk yardım göstərərək stasionar
müalicə xəstəxanalarına çatdırmağa çalışmalıdırlar. Digər təhlükələrdə isə
real vəziyyət nəzərə alınmalıdır.
15.3 stehsalatda partlayış və yanğ ın baş verdikdə insanlar necə
davranmalıdırlar?
stehsalatda partlayışlar əsasən texnoloji prosesin pozulması, yaxud sıradan
çıxması nəticəsində baş verir ki, bu halda müxtəlif ikinci təsir nəticəsində,
ə
razinin zəhərlənməsi, insanların isə zərərçəkməsi müşahidə olunur.
stehsalatın xüsusiyyətindən asılı olaraq, ekalogiyanın çirklənməsi, əraziyə
çox miqdarlı maye, toz şəklində ziyanlı maddələrin yayılması müşahidə
olunur. Belə ekstremal şəraitlərdə insanlar maksimal qısa müddət ərzində
xəsarət almışları təhlükəli zonalardan uzaqlaşdırmalı, təxribatların aradan
götürülməsinə cəhd göstərməklə bərabər, təhlükələrin genişlənməsinin,
yanğınların yayılmasının qarşısı almalıdırlar.
15.4 nsanların, güclü tə sirə malik olan zə hə rli maddə lə rin yayıldığ ı
ə
razidə davranış qaydaları necə olmalıdır?
Güclü təsirli maddələrdən ən geniş istehsalatda istifadə olunanlardan xlor
və amonyak maddələridir.
-Xlorun xüsusi çəkisi havadan 2.5 dəfə ağır olduğundan təcili bu ərazini
tərk etmək vacib addımdır. Eyni zamanda, belə halda küləyin istiqamətini
mütləq nəzərə alaraq ona perpendkulyar surətdə hərəkət edərək, ərazi tərk
edilməlidir. Əlaltı vasitələri, cib dəsmalını isladaraq, burunla nəfəs almaq
vacibdir.
- Amonyakın xüsusi çəkisi havanın çəkisindən yüngül olduğundan yalnız
yer səthinə yaxın yerləşib mühafizə olunmaq məsləhətdir. Bu ərazini tərk
edərkən, xlorla zəhərlənmiş ərazidəki kimi davranmaq lazımdır.
15.5
Radioaktiv
tozlarla
zə hə rlə nmiş
ə
razidə
insanlar
necə
davranmalıdırlar?
Radioaktiv maddələrlə zəhərlənmiş zonalar geniş miqyaslı olaraq uzun
müddət ərazini zəhərləmə qabiliyyətinə malikdir. Onlar tam çöküntü baş
verənədək, radiasiyanın gücü (səviyyəsi) yüksəlir, sonralar isə 7 (yeddilər)
qanununa müvafiq olaraq azalırlar. Bu əsasdan radiasiyanın gücünü ölçmək,
ona nəzarət etmək vacib haldır. Bunun üçün dozimetrik cihazlardan DP-5V və
DP-22-dən istifadə olunur.
Geniş ərazidə belə hallar baş verdikdə insanların evakuasiyası zamanı
müxtəlif təxribatlar baş verə bilər. Ən dəhşətlisi, belə hallarda təxribatçının
ə
lində müxtəlif infeksion xəstəliklərini daşıyan: mikroblar, viruslar,
bakteriyalar, göbələklər və digərləri olarsa, insanlar arasında nəinki radioaktiv
tozlarla zəhərlənmə, həmçinin infeksiya xəstəlikləridə əmələ gəlmə təhlükəsi
yaranır. Bu isə tədbirlərin artmasına, eyni zamanda, çox saylı itgiyə səbəb
olur.
Dostları ilə paylaş: |