Microsoft Word ~$I 1 mehr munasibetile beyaniyes doc



Yüklə 9,54 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü9,54 Kb.
#2225

background image
Azərbaycan Federasiyonu 

 

Azerbajdzjanska Riksförbundet 

          İsveç -AFİ                                                              i Sverige-ARS

 

 

 

 

 

 



 

 

 



www.azfi.org

  info@azfi.org 

 

Azərbaycan Federasiyonu –İsveçin (AFİ) 

mehr ayının  1-də İranda məktəblərin fars dilində başlanmasına etiraz 

bəyanatı 

 

Dəyərli yurddaşlar, əziz Azərbaycan türkləri! 

 

Mehr ayının birində Iran ölkəsində mədrəsələrin(məktəblərin) açılışıdır. Bu gün 10 milyona  yaxın öyrənci 



öz ana dilindın məhrum edilərək fars dilində oxumağa başlayacaqlar. Iran ölkəsinin  75% fars olmayan 

millətlərin uşaqları qorxu, zor və silah gücünə, siniflərdə əyləşdirilib yabançı dildə öz millətlərinin varlığına 

zidd olan təhsil almaq məcburiyətindədirlər. Bu ölkədə böyük çoxunluğun, o cümlədən 35 milyonluq 

Azərbaycan türklərinin, öz ana dilində təhsil almaqdan məhrum edilmələri bütün dünyanın qəbul etdiyi isan 

haqlarına və demokratik prinsiplərə qarşıdır. Ana dilində təhsil almaqdan məhrum edilmiş Iranda yaşayan 

bütün qeyri fars millətlərinin, eləcə də Azərbaycan türklərinin dillərinin yasaq olunması, onların inkişafı və 

tərəqqisinə böyük zərbə vurmaqla, bir millət olaraq bütün sahələrdə inkişafının qarşısı alınmaqdadır. 

 Bununla da hakim fars şovinizmi İranda yaşayan digər millətləri assimilyasiya siyasətinə məruz qoymaqla 

qondarma ”Iran milləti ” yaratmaq fikrinə düşmüşlər.  

Lakin İran hakimiyyətinin bu şovinist siyasətinə baxmayaraq, burada yaşayan türk milləti öz ana dilini çox 

böyük çətinliklərlə də olsa göz bəbəyi kimi qoruyub saxlamış, ana dilində təhsil almaq hüqundan məhrum 

edilmiş uca millətimiz öz zəngin varlığını xalq mahnıları, aşıq musiqisi, folklor ədəbiyatı vasitəsi ilə yeni 

nəsillərə çatdıra bilmişdir. Xalqımız yaxşı bilir ki, onun dilini əlindən almaq, gələcəyini məhv etmək 

deməkdir. 

 

Elə buna görə də, Ana dilimiz olan türk dilinin bütün Azərbaycan torpaqlarında, eləcə də türklər yaşayan 



digər məntəqələrdə rəsmi dil kimi qəbul olunması istəyini irəli sürür və bu istəyin həyata keçirilməsi üçün 

sonadək mübarizə aparacağımızı bəyan edirik.  

 

Biz isan hüquqlarının müdafiəsi ilə  məşğul olan bütün şəxsləri, təşkilatları  və ölkələri  İranın bu 



assimilyasiya siyasətinə qarşı  çıxmağa çağırır, onlardan bizim bu haqlı mübarizəmizə  dəstək olmalarını 

istəyirik. 

 

İranda,fars dilində təhsil almağa məcbur edilən digər millətlərin nümayəndələrini də Azərbaycan türklərinin 



səsinə  səs verərək mehr ayının birində bütün vasitələrlə fars şovinizminin bu siyasətinə etiraz etməyə 

çağırırıq. 

 

Yaşasın Ana dili, məhv olsun şovinizm. 



 

Azərbaycan Federasiyonu Isveç 



İsveç, Stokholm, 20 sentyabr 2006 il 

Yüklə 9,54 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə