Microsoft Word iblisin son qurulusu doc



Yüklə 237,36 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü237,36 Kb.
#76358
növüYazı


www.cafarcabbarli.org 

 

 

 



 

1

“İBLİS”İN SON QURULUŞU 

 

     Bu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq "İblis" pyesi oynandı. 



     Bu  yeni  quruluş  xüsusunda  Xəlil  İbrahim  yoldaşın  "Kommunist"dəki  yazısına  əlavə  olmaq 

üzrə bir neçə məsələni qeyd etmək istərəm: 

Əsərin başlıca fikir  və  hərəkət məhvərini təşkil edən  və yeni quruluşda ehtimal  ki, Şərq 

miniatürlərinə təqlidlə təsvir edilmiş İblis, bizcə bir o qədər də mükəmməl çıxmamışdır. Biz 

onun "Əlqəmə" ya "Deyləmə” olması üzərində danışmayacağıq. 

Bizcə,  İblisin  yerinə  bir  "div"  yaratmanın  əslində  mənası  yoxdur.  Çünki  şərqlilərin 

təsəvvür etdiyi "div" "İblis”dəki iblis kimi deyil. 

Bu "div" nə isə insan ilə yüksək qüvvələr arasında orta bir yer tutur və hər şeydən əvvəl 

böyük maddi və cismani qüvvətə malik, biçimsiz, kobud bir heybətdir. Nə qədər güclü olsa 

da,  hər  halda  onu  güclü,  bacarıqlı  bir  insan  məğlub  edə  bilər.  Ona  görədir  ki,  hər  bir 

"Məlikməmməd" addımbaşı bir "div" məğlub edir. Mənəvi cəhətinə gəlincə, bunlar çox vaxt 

idraksız, şüursuz bir halda təsəvvür edilir. 

Bunlar  tənbəl,  ölgün,  yatdığı  yerlərindən  bəzən  əsrlərcə  qalxmaz,  ətraflarından  bir  o 

qədər də xəbərləri olmaz bir şeydirlər ki, insan kimi yaşayış mübarizəsi aparır. 

Halbuki, "İblis"in iblisi heç də belə deyildir. Bu alıcı, çevik, qurnaz, bir dəqiqə rahat durmaz, 

bütün  dünyanı dolaşır, basılmaz, yenilməz bir qüdrəti-külliyə, "bütün  dünyanı"  həm yapar, 

həm də yıxar qüdrəti var məfhumdur ki, “Dünyada əgər varsa rəqibi, o da Allahdır". 

O hər bir şeyi, keçmiş - gələcəyi, olmuş - olacağı bilir, hər bir cinayətdə iştirak edir, cismani 

bir vücuddan daha artıq mənəvi bir qüvvətdir. İblisin məqsəd və kimliyini, əsərə toxunmaq 

istəmədiyimiz üçün, göstərmirik. 

Belə bir qüvvəni səhnədə elə tənbəl gedişlər, danışıqlar, ölgün hərəkətlər ilə təsvir etmək 

heç  də  doğru  deyildir.  Xüsusilə,  atəş  olan  və  doğrudan  da  düşdüyü  yeri  yandıran,  qanları 

qaynadan,  fikirləri  oynadan,  hissləri,  duyğuları  qızdıran  bir  od  ikən  onu  soyuducu, 

dondurucu və əsasən buz və soyuqluq təsviri üçün işlədilən mavi bir boyada göstərmək yerli 

bir şey deyildir. 

Ruhlarda  bir  coşqunluq,  bir  oynaqlıq  törətmək  üçün  mənzərələr  bir  sıcaq,  məsələ 

(qırmızı)  boyalar  ilə,  soyuq  və  soyuducu  bir  mühit  və  təsirat  yaratmaq  üçün  isə,  soyuq 

boyalar işlədilir ki, mavi boya da bu qəbildəndir. 

Hər  halda  şəkil  məna  və  məzmun  ilə  uyuşdurulmalıdır.  Digər  tərəfdən  müharibə 

meydanlarında  çalışan  zabitləri  gəlin  kimi  bəzəndirmənin,  qazmalarda  və  İstanbul 

salonlarında eyni paltarda çıxarmanın nə qədər  doğru olub-olmadığım  düşünmək istəyənlər 

asanlıqla  kəsdirə  bilirlər.  Xavərin  paltarına  gəlincə,  şəhərdən  uzaq,  meşələrdə,  ormanlarda 

yaşayan sadə bir qiz İstanbul, daha doğrusu Paris salonlarında geyilə biləcək 25-ci il modası 

ilə tikilmiş bahalı, alafranka əlbəsə və ehtimal ki, "Baksayuz"dan alınmış şıq "lak" çəkmələr - 

əldə  də  bir  səhəng, ormanlar, tarlalar, dekolte, lak, səhəng... Doğrudan da, adamın gülməyi 

gəlir.  Buna  qarşı  İstanbulda  İbn  Yəminin  ali  salonundakı  xor,  paltarlarıma  görə,  yenicə 

göydən gətirilmiş bir kütləni xatırladır. 

Əsl  rəqqasələrin  paltarı  isə  burasını  bir  dürlü  anlaya  bilmədik,  bürüncək  tuman 

(darbalaq), döşlük, nə isə bu paltar Şərq tarixinin hansi dövrünə aid olursa-olsun, 1918-ci ilin 

balet paltarı kimi təbii deyildir. 




www.cafarcabbarli.org 

 

 

 



 

2

Səhnə  quruluşunda  da  bir  anlaşılmazlıq  var  idi.  Xüsusilə,  1-3-cü  pərdənin  görünüşü 



büsbütün  yanlış  idi.  Burası  orman  bətirində  yol  üzərində,  insanlardan  uzaq  yaşayan  bir 

ixtiyarın qülbəsini, daxmasını təsvir etməli ikən, səhnədə orman və koma əvəzinə top atəşinə 

dayanmaq  üçün tikilmiş  kimi qalın divarlı bir  qala, bir bürc görünür.  Yenilməz qalın  divarlar 

şəhər  qalıqlarını  andırır;  böyük  darvazalar  nə  isə  mükəmməl  bir  şaşqınlıq!  Hər  halda  son 

teatrın  başlıca  əsaslarından  birisi  şəkil  ilə  məzmunun  uyuşurluluğu  olduğu  üçün  rejissor, 

xüsusilə,  Şərqi  daha  yaxından  tanıya  biləcək  olan  türk  qismi,  bu  cəhətlərə  əhəmiyyət 



verməlidir. 

 

Yüklə 237,36 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə