Microsoft Word illik 2017 surunceklik nezeriyyesi docx



Yüklə 214,88 Kb.
Pdf görüntüsü
tarix08.07.2018
ölçüsü214,88 Kb.
#54049


AMEA Riyaziyyat və Mexanika İnstitutunun 

“Sürüncəklik nəzəriyyəsi” şöbəsinin 2017-ci il  

                            üzrə elmi və elmi-təşkilatı fəaliyyəti haqqında 

HESABATI 

 

       “Sürüncəklik nəzəriyyəsi” şöbəsində 8 (səkkiz) əməkdaş fəaliyyət göstərir:  

1.

 

Talıblı Lətif Xəlil oğlu – şöbə müdiri     



2.

 

Kazımova Raisə Əbülfəz qızı – aparıcı elmi işçi    



3.

 

Mir-Səlim-zadə Minavər Vaqif qızı – aparıcı elmi işçi  



4.

 

Məmmədova Mehriban Əli qızı – aparıcı elmi işçi  



5.

 

Məmmədova Hicran Əli qızı – elmi işçi 



6.

 

Bağırov Emin Telman oğlu – elmi işçi  



7.

 

Nağıyeva Nigar Miryaşar qızı – elmi işçi  



8.

 

Bağırova Səma Asif qızı – böyük laborant  



 

Bunlardan 7 (yeddi) nəfəri elmi işçi, 1 (bir) nəfər böyük laborantdır.  2017-ci 

ildə şöbənin elmi-tədqiqat planına uyğun olaraq bir mövzu- “Deformasiyası dönməz 

cisimlərin dəyişən yüklənməsi” mövzusu üzrə elmi tədqiqat işləri aparılmışdır. 

Planda yeddi elmi işin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. Nəzərdə tutulan elmi 

işlər hesabat dövrünün planına uyğun olaraq yerinə yetirilmişdir. 

 

I.Elmi fəaliyyət 

İş: Cismlərin təsadüfi dəyişən təsirlər altında korroziya yorğunluq dağılması 

vaxtının proqnozlaşdırılması

 

İcraçı:  f-r.e.d., prof.,  L.X.Talıblı 



 Cismlərin təsadüfi dəyişən faktorlar (qüvvə, temperatur və s.) altında 

korroziya və yorğunluq proseslərinin qarşılıqlı  təsirindən dağılması vaxtını 

proqnozlaşdırmağa imkan verən stoxastik düstur təklif edilir. Stoxastik düstur  

müəllifin  öncə hazırladığı uyğun deterministik düstur əsasında çıxarılmışdır. 

Təsadüfi kəmiyyətlərin atılma nəzəriyyəsindən istifadə edilir. Konstruksiyaların 

xidmət müddətinin paylanma qanununun təyini məsələsi xarakteristik xidmət 

müddətinin təyini məsələsi ilə  əvəz edilir. Nəticə etibarı ilə xarakteristik  xidmət 

müddətinin təyini üçün riyazi ifadə alınmışdır. Bu riyazi ifadəyə xarici təsirin 

paylanma qanunu,  cismlərdə yaranan dəyişən gərginlik və deformasiyaların 

paylanma qanununu xarakterizə edən funksiyalar və sabitlər, cismin materialının 




xarakteristikası daxildir. Təklif olunan üsulun tədbiqi üçün təsadüfi dəyişən  biroxlu 

dartılmalara məruz qalan ortası deşikli düzbucaqlı elastik lövhənin dağılması 

məsələsi həll edilmişdir. Həll nəticəsində lövhənin korroziya dağılmasına məruz 

qalan ilk nöqtəsi və xarakteristik xitmət müddəti təyin olunmuşdur. 

1.

 

Latif Kh. Talybly, Mehriban A. Mamedova.  Exact Solutions of Quasielastic 



Problems of Linear Theory of Viscoelasticity and Nonlinear Theory Viscoelasticity 

for Mechanically Incompressible Bodies // Jorunal of Scientific and Engineering 



Research, 2017, vol.4, Issue 2, p.15-20

.  Imp.fac. 3.8 

2. 

Латиф  Х.Талыблы,  Мехрибан  А.Мамедова.  Метод  точного  решения 



квазистатической  задачи  линейной  наследственной  теории  упругости // 

"Прикладная математика и механика" Российская академия наук, ISSN 0032-

8235, 2017, imp.fac.– 0,908. 

3. Л.Х.Талыблы, Х.А. Мамедова. О прогнозировании времени коррозионного 

разрушения  тел  при  действии  диффундирующего  вещества  нестационарной 

концентрации // „Металлы“ : 119334, Москва, 2017. Imp.fac. 0,745 

4. Talybly L.Kh. A method for solving general quasistatic problem of linear 

viscoelasticity theory and its application / Akademik Akif Hacıyevin 80 illik 

yubileyinə  həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı 

beynəlxalq konfrans, 2017 

5. L.Kh.Talybly,  N.M.Nagiyeva.  Fatigue failure of an oval cross section prismatic 

bar at pulsating torsion // International journal of engineering and innovative 



technology, vol.5, issue 11, 2016, p.76-83 

İş:  Temperatur gərginliyi altında sonsuz lövhənin korroziya dağılması 

İcraçı:  f-r.e.n., dos., a.e.i. R.Ə.Kazımova  

         Müəyyən qalınlığa malik ixtiyari formalı xarici yüklərdən azad hər iki sərhəd 

müstəvisinə istilik verilən lövhənin aqressiv mühitdə korroziya dağılması 

məsələsinə baxılmışdır. Hesab edilir ki, lövhənin materialı elastiki 

deformasiyalanandır. Məsələ düzbucaqlı dekart koordinat sistemində  həll olunur.  

Lövhədə yaranan elastiki deformasiyalar  C. Veyner və Q. Landau tərəfindən uyğun 

elastiki məsələnin həllindən götürülmüşdür. Məsələnin həllində aşağıdakı hipoteza 

istifadə olunur:  korroziya prosesində lövhənin qalınlığının zamana görə dəyişmə 

sürəti  onda təsir edən gərginlikdən düz mütənasib qanunla ifadə  olunur.             

Alınan differensial tənlik həll edilir. Həll nəticəsində lövhənin onda əmələ  gələn  

temperatur gərginliyi altında korroziya dağılmasına qədərki vaxt proqnozlaşdırılır. 

Alınmış həll uyğun qrafiklərlə illyustrasiya edilmişdir. 

Raisə Əbülfəz qızı Kazımovanı  Rusiya Təbiətşünaslıq Akademiyasi elm və 

təhsilə verdiyi böyük töhvələrə görə “DAHİ YEKATERİNA” ordeni ilə  təltif 

etmişdir (təltif komissiyasının 133/07.08.2017 saylı protokolu). Bundan başqa 

həmin Rusiya Elmlər Akademiyası R.Ə.Kazımovanın «Некоторые  задачи 




нелинейной  теории  упругости» monoqrafiyasını aparıcı kitab sərgilərində 

nümayiş etdirilməsi qərarını vermişdir. Nəhayət qeyd edək ki, R.Ə. Kazımova  Nyu-

York elmlər akademiyasının həqiqi üzvüdür. 

 

İş: Materialı irsi xassəli fırlanan silindrin deformasiyası



 

İcraçı:  f-r.e.n., dos. a.e.i. M.Ə.Məmmədova 

 

İrsi xassəli materiala malik sabit bucaq sürəti ilə  fıralanan uzun silindrin 



gərginlik deformasiya vəziyyətinin təyini məsələsi həll edilir. Məsələnin riyazi 

qoyuluşu verilmişdir. Təyinedici tənliklərə (materialın mexaniki xassəsini ifadə 

edən tənliklərə) daxil olan sürüşmə və həcmi sürüncəklik funksiyaları bir-birindən 

asılı olmayan qəbul edilir ki, bu isə məlum Puasson əmsalının zamandan asılı qəbul 

edildiyini göstərir. Silindrin materialı həm fiziki xətti, həm də fiziki-xətti irsi xassəli 

deformasiyalanandır. Məsələnin həllində elastikiyyət və özlüelastikiyyət 

nəzəriyyələrinin uyğunluq prinsipindən istifadə olunur. Həll nəticəsində gərginlik 

və deformasiya tenzorlarının, yerdəyişmə vektorunun komponentləri üçün ifadələr 

alınmışdır. Alınmış  həlldən həcmi deformasiyanın elastiki olduğu və silindrin 

materialının mexaniki sıxılmayan olduğu xüsusi hallar üçün həllər çıxarılmışdır. 

1. Latif Kh. Talybly,  Mehriban A. Mamedova. Exact Solutions of Quasielastic 

Problems of Linear Theory of Viscoelasticity and Nonlinear Theory Viscoelasticity 

for Mechanically Incompressible Bodies // Jorunal of Scientific and Engineering 

Research, 

2017, vol.4, Issue 2, p.15-20, Imp.fac. 3.8  

2.

  Латиф  Х.Талыблы,  Мехрибан  А.Мамедова.  Метод  точного  решения 



квазистатической  задачи  линейной  наследственной  теории  упругости // 

"Прикладная математика и механика" Российская академия наук, ISSN 0032-

8235, 2017, imp.fac. – 0,908.  

3. Mamedova M.A.  A problem of action of internal pressure in physically linear 

deformed viscoelastic ring with changing internal boundary / 

Akademik Akif 

Hacıyevin 80 illik yubileyinə  həsr olunmuş “Riyaziyyat və Mexanikanın müasir 

problemləri” adlı beynəlxalq konfrans, 2017. 

İş:  Dəyişən qalınlıqlı yarıqlar sistemi ilə zəiflədilmiş stringerli perforasiya olunmuş 

lövhə üçün periodik kontakt  məsələsi 

İcraçı:  f-r.e.n. dos.a.e.i. M.V.Mirsəlimzadə 

Dəyişən qalınlıqlı yarıqlar sisteminə malik sonsuz izotrop, elastiki 

deformasiyalanan lövhə periodik yerləşdirilmiş stringerlərlə möhkəmləndirilmişdir.  

Lövhə yarıqlara perpendikulyar istiqamətində iki tərəfli dartılır. Məsələ bu lövhədə 

yaranan gərginlik deformasiya vəziyyətinin təyinindən ibarətdir. Məsələnin riyazi 

qoyuluşunda stringerlər naməlum topa qüvvələrlə  əvəz edilmişdir. Qoyulmuş 

məsələnin həlli üçün Kolasov-Musxelişvili üsulu seçilmişdir. Məsələ həll olunmuş 

- yarıqlarda yaranan gərginliklər təyin edilmişdir. 




1. Mir-Salim-zada М.V. Contact problem for a stringer plate weakened by a periodic 

system of variable width slots // Structural Engineering and Mechanics, 2017, Vol. 

62, No. 6, p. 719-724. T.R. imp.fac. 1.118 

2.  Мир-Салим-заде  М.В.  Частичное  закрытие  прямолинейных  трещин  со 

связями в стрингерной пластине с отверстием //

 

Проблемы машиностроения

2017, Т. 20, № 2, c. 46-53. 

3.

 



Мир-Салим-заде  М.В.  Решение  контактной  задачи  для  стрингерной 

пластины, ослабленной периодической системой щелей переменной ширины 

/ VII Международная  конференция  "Деформация и разрушение материалов и 

наноматериалов", 7-10 ноября 2017 года, Москва, с. 70. 

 

 

İş: Səthində bucaq altında qüvvə təsir edən yarımsonsuz massivin aqressiv mühitdə 



dağılması vaxtının proqnozlaşdırılması

  

İcraçı:  e.i. H.Ə.Məmmədova 



           Elastiki deformasiyalanan yarımsonsuz massivin səthinə bucaq altında qüvvə 

təsir edir. Massivin səthi aqressiv mühitlə təmasdadır. Qüvvə və aqressiv mühitin 

təsirindən massivin səthində korroziya dağılması baş verir və dağılma prosesi 

massivin daxilinə yayılmağa başlayır. Məsələ massivin səthinin ilk korroziya 

dağılması vaxtının və  səthə paralel ixtiyari qatın korroziya dağılması vaxtının 

proqnozlaşdırılması məsələsidir. Aşağıdakı hipotezadan istifadə edilmişdir. Massiv 

səthinin dağılma sürəti baxılan qüvvə  təsirindən massivdə  əmələ  gələn 

gərginliklərdən asılıdır, həm də bu asılılıq xəttidir. Massivin materialı elastiki 

deformasiyalanan qəbul edildiyindən onda yaranan gərginlik və deformasiya 

vəziyyəti elastiklik nəzəriyyəsinin məsələsi kimi həll edilməlidir. Bu həll 

ədəbiyyatdan götürülmüşdür. Massivin dağılma qanununu ifadə etmək üçün 

qurulmuş differensial tənlik həll olunmuşdur. Həll nəticəsində massiv səthinin 

dağılma vaxtı təyin olunmuş və səthə paralel ixtiyari massiv müstəvisinin dağılma 

vaxtı proqnozlaşdırılmışdır. 

1.  Мамедова  Х.А.  Коррозионное  разрушение  круговой  концентрической 

пластины под внутренним давлением // Riyaziyyatın nəzəri və tətbiqi problemləri 

Beynəlxalq elmi konfransın materialları, 2017, s.156 

 2.Л.Х.Талыблы,  Х.А.Мамедова. О прогнозировании времени коррозионного 

разрушения  тел  при  действии  диффундирующего  вещества  нестационарной 

концентрации // „Металлы“ : 119334, Москва, 2017. Imp.fac. 0,745 

3. Kh.A.Mamedova. On one case of determining failure time of a semi-infinite plate 

in corrosive medium at its deformation by sloping force applied on linear boundary 

// Journal of Baku Engineering University, Mechanical and Industrial Engineering, 

2017, Vol.1, №1. 




4. Mamedova Kh.A. Corrosive failure of a prismatic bar of narrow rectangular cross-

section under torsion // Akademik Akif Hacıyevin 80 illik yubileyinə həsr olunmuş 

“Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans, 2017. 

      


İş: Kiçik deşikli lövhə nümunəsində  gərginlik konsentrasiyasının korroziya 

dağılması vaxtına təsirinin tətqiqi 

İcraçı:  m.ü.f.d., e.i. E.T.Bağırov 

 Aqressiv 

mühitdə yerləşdirilmiş kiçik deşikli lövhə iki tərəfli dartılır. 

Lövhənin materialı izotrop, elastiki deformasiyalanandır. Lövhənin kiçik deşiyində 

əmələ  gələn gərginlik konsentrasiyasının lövhənin korroziya dağılmasına təsiri 

öyrənilir. Baxılan lövhənin korroziya dağılması vaxtı proqnozlaşdırılmışdır; 

dağılma vaxtı üçün təsir edən dartıcı qüvvədən, lövhənin mexaniki xassəsindən və 

həndəsi parametrlərdən asılı olan bir düstur tapılmışdır.  

Azərbaycan Respublikası Prezidenti yanında AAK Emin Telman oğlu 

Bağırova “Konstruksiya elementlərinin temperaturunun qeyri-stasionar 

dəyişilməsində korroziya çatlaması” mövzusunda müdafiə etdiyi dissertasiya işi 

əsasında  mexanika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi vermişdir. 

İş: Elliptik en kəsiyə malik tirin yorğunluq dağılması  

İcraçı:  e.i. N.M.Nağıyeva 

           Elliptik  en  kəsiyə malik tirin dəyişən elastiki plastik burulma 

deformasiyasında yorğunluq dağılması məsələsi həll edilmişdir. Məsələnin həlli üç 

mərhələdə həyata keçirilmişdir. Birinci mərhələdə baxılan tirin ilkin elastiki - plastik 

burulma deformasiyası  məsələsi qoyulur və  həll edilir. Məsələnin həllində A.A. 

İlyuşinin kiçik elastiki plastik deformasiya nəzəriyyəsindən istifadə olunur. İkinci 

mərhələdə tirin dəyişən elastiki plastik burulması məsələsinin qoyuluşu verilir və 

məsələ V.V.Moskvitinin dəyişən yüklənmə teoreminin tətbiq edilməsi ilə həll edilir. 

Üçüncü mərhələdə yorğunluq dağılması məsələsinin qoyuluşu verilir və həll edilir. 

Nəticədə baxılan tiri yorğunluq dağılmasına gətirən dəyişən burulma 

deformasiyalarının sayı  təyin edilir. Xüsusi hallar araşdırılmış, uyğun qrafiklər 

qurulmuşdur. 

1.  N.M.Nagiyeva.  Fatigue failure of a prismatic bar of elliptic cross section under 

pulsating torsion // Akademik Akif Hacıyevin 80 illik yubileyinə  həsr olunmuş 

“Riyaziyyat və Mexanikanın müasir problemləri” adlı beynəlxalq konfrans, 2017. 

2.  L.Kh.Talybly,  N.M.Nagiyeva.  Fatigue failure of an oval cross section prismatic 

bar at pulsating torsion // International journal of engineering and innovative 



technology, vol.5, issue 11, may 2016, p.76-83 

 

 



 


                                              II.Elmi-təşkilatı fəaliyyət 

 

Şöbənin əməkdaşları hesabat dövründə 7 (yeddi) məqalə və 6 (altı) tezis çap 



etdirmişlər. Bunlardan 6 məqalə xarici jurnallarda (1 məqalə Thomson Reuters 

siyahısında, 4 məqalə isə impakt faktorlu jurnallarda) çap olunmuşdur. 

Hesabat dövründə şöbənin müdiri  Lətif  Xəlil oğlu Talıblı elmi şuranın üzvü, 

institutun “Elmi əsərləri” jurnalının redaksiya heyətinin üzvü kimi fəaliyyət 

göstərmişdir.  

Aparıcı elmi işçi R.Ə.Kazımovanı  Rusiya Təbiətşünaslıq Akademiyasi elm 

və  təhsilə verdiyi böyük töhvələrə görə “DAHİ YEKATERİNA” ordeni ilə  təltif 

etmişdir (təltif komissiyasının 133/07.08.2017 saylı protokolu). Bundan başqa 

həmin Rusiya Elmlər Akademiyası R.Ə. Kazımovanın «Некоторые  задачи 

нелинейной  теории  упругости» monoqrafiyasını aparıcı kitap sərgilərində 

nümayiş etdirilməsi qərarını vermişdir. Nəhayət qeyd edək ki, R.Ə. Kazımova  Nyu-

York elmlər akademiyasının həqiqi üzvüdür. 

Şöbənin  əməkdaşı Emin Telman oğlu Bağırova Azərbaycan Respublikası 

Prezidenti yanında AAK “Konstruksiya elementlərinin temperaturunun qeyri-

stasionar dəyişilməsində korroziya çatlaması” mövzusunda müdafiə etdiyi 

dissertasiya işi əsasında   mexanika üzrə fəlsəfə doktoru alimlik dərəcəsi vermişdir. 

E.T. Bağırov AMEA Riyaziyyat və Mexanika İnstitutunun dəstəyi ilə bu ilin may 

ayında Sumqayıtda keçirilən Sumqayıt Dövlət Universitetinin yaradılmasının 55 

illiyinə həsr olunmuş beynəlxalq elmi konfransında fəal iştirak etmişdir.  

Şöbənin  əməkdaşları  fəlsəfə doktoru, dosent Mehriban Əli qızı 

Məmmədovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Dəniz Akademiyası ilə birlikdə 

“Elm Təhsil inteqrasiyası” qrant layihələri üzrə Azərbaycan Respublikasının 

Prezidenti yanında Elmin İnkişafı Fonduna layihə təqdim etmişdir.  

Şöbənin  əməkdaşları L.X.Talıblı, M.Ə.Məmmədova, H.Ə.Məmmədova 

N.M.Nağıyeva akademik Akif Hacıyevin 80 illik yubileyinə  həsr olunmuş 6-8 

dekabr 2017-ci il tarixdə keçiriləcək beynəlxalq elmi konfransda elmi məruzələr ilə 

çıxış edəcəklər. 

Şöbənin əməkdaşı Səma Asif qızı Bağırova Wikipediyada iştirak etmək üçün 

seçilmiş və bu işdə fəal iştirakı ilə fərqlənir.  

Şöbənin  əməkdaşları ümuminstitut seminarında, mexaniklərin və  şöbənin 

seminarlarında fəal iştirak edirlər.  

         Şöbədə hər həftənin cümə günü elmi seminar keçirilir. 



 

 

                 



                        Şöbə müdiri                                f-r.e.d, prof. L.X.Talıblı    

 

Yüklə 214,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə