Microsoft Word imad?Ddin n?Simi docx-hazir doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/66
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51144
  1   2   3   4   5   6   7   8   9   ...   66


______________________Milli Kitabxana_______________________ 

 
 
 


______________________Milli Kitabxana_______________________ 

 
 
 
İMADƏDDİN NƏSİMİ 
 
 
 
 
 
 
SЕÇİLMİŞ 
ƏSƏRLƏRİ 
 
 
 
 
 
 
 
İKİ CİLDDƏ 
 
II CİLD 
 
 
 
 
 
 
 
 
 
“LİDЕR NƏŞRİYYAT” 
BAKI-2004 


______________________Milli Kitabxana_______________________ 

 
Bu kitab “Nəsimi. Sеçilmiş əsərləri” (Bakı, Azərnəşr, 1973) 
nəşri əsasında təkrar nəşrə hazırlanmışdır 
 
 
 
Tərtib еdəni:  
 
Həmid Araslı 
 
Rеdaktor və 
lüğətin müəllifi:  
 
Tеymur Kərimli 
 
İzahların müəllifi:   
M.A.Məhəmmədi 
894.361’1 - dc 21 
AZE 
 
 
İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, “Lidеr 
nəşriyyat”, 2004, 376 səh. 
 
Kitaba böyük Azərbaycan  şairi  İmadəddin Nəsiminin (1369-1417) 
doğma dilimizdə qələmə aldığı, əsasən ictimai-fəlsəfi məzmunun üstünlük 
təşkil etdiyi müxtəlif janrlı poetik örnəklər daxil edilmişdir. Bu şeirlərdə 
humanist ideyalar, xeyirə, ədalətə və kamilliyə çağırış motivləri aparıcı yer 
tutur. 
 
ISBN 9952-417-17-7 
 
 
©”LİDЕR NƏŞRİYYAT”, 2004 
 
 
 
 
 


______________________Milli Kitabxana_______________________ 

 
 
 
 


______________________Milli Kitabxana_______________________ 

 
 
 


______________________Milli Kitabxana_______________________ 

 
 
 


______________________Milli Kitabxana_______________________ 

 
Məndə sığar iki cahan, mən bu cahana sığmazam, 
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam. 
 
Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün, 
Kəs sözünüvü əbsəm ol, şərhi-bəyana sığmazam. 
 
Kövni-məkandır ayətim, zatidürür bidayətim, 
Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam. 
 
Kimsə gümanü zənn ilə olmadı həqq ilə biliş, 
Həqqi bilən bilir ki, mən zənnü gümana sığmazam. 
 
Surətə baxü mə’nini surət içində tanı kim, 
Cism ilə can mənəm, vəli cism ilə cana sığmazam. 
 
Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm, 
Bunca qumaşü rəxt ilə mən bu dükana sığmazam. 
 
Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş, 
Gövhəri-kan mənəm, mən uş, bəhrəvü kana sığmazam. 
 
Gərçi mühiti-ə’zəməm, adəm adımdır, adəməm, 
Tur ilə künfəkan mənəm, mən bu məkana sığmazam. 
 
Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm, 
Gör bu lətifəyi ki, mən dəhrü zamanə sığmazam. 
 
Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm, 
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam. 


______________________Milli Kitabxana_______________________ 

 
Zat iləyəm, sifat ilə, gülşəkərəm nabat ilə, 
Qədr iləyəm bərat ilə, bəstə dəhana sığmazam. 
 
Nara yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm, 
Gör bu odun zəbanəsin, mən bu zəbana sığmazam. 
 
Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm, 
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam. 
 
Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm, 
Dövləti-cavidan mənəm, ayinədana sığmazam. 
 
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm, 
Məndən uludur ayətim, ayətə, şana sığmazam. 
 


______________________Milli Kitabxana_______________________ 

 
Dinləgil bu sözü ki, candır söz, 
Aliyü asimanməkandır söz. 
 
Şeş cəhətdən münəzzəh anlavü bax
Şöylə kim, xaliqi-cahandır söz. 
 
Nazilü münzil anla kim, birdir, 
Kəndi kənduyə tərcümandır söz. 
 
Tulü ərz ilə ümqü bulunmaz 
Yə’ni bihəddü binişandır söz. 
 
Bu hədisə nəzər qıl, ey aqil, 
Anlayasan ki, bigümandır söz. 
 
Ərşi-rəhman dedi nəbi könülə, 
Çünki gördü, könüldə kandır söz. 
 
Dedi ya kafüha, əyzə-bikə, 
Çün Əli bildi, müstəandır söz. 
 
Qeyri-məxluqdur, nə demək olur, 
Anla kim, imdi rayigandır söz. 
 
Əqli-küll ərşü kürsü, lövhü qələm
Çar ünsür, nöh asimandır söz. 
 
Zahirü batin, əvvəlü axir, 
Aşikaravü həm nihandır söz. 
 
Ey üqulu nəsəb edən isbat, 
Qamuya söz de kim, hamandır söz. 
 


______________________Milli Kitabxana_______________________ 
10 
 
Kafü nundan vücuda gəldi cahan, 
Əgər anlar isən, əyandır söz. 
 
İsiyi-pak, Adəmü Əhməd, 
Mehdiyi-sahibəz-zəmandır söz. 
 
Bu bəyanı dilərsən anlayasan 
Kim, necəsi filan-filandır söz. 
 
“Cavidannamə”yi gətirgil ələ
Ta biləsən ki, nəsnə candır söz. 
 
Sözə bu izzü cah yetməzmi, 
K’aydalar Fəzli-qeybdandır söz. 
 
Aqil isən sözünü müxtəsər et, 
Ey Nəsimi, çü bigirandır söz. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə