Microsoft Word Imam Sadiq a doc



Yüklə 414,83 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix07.08.2018
ölçüsü414,83 Kb.
#60991
  1   2   3   4   5   6   7   8   9   ...   14


İMAM CƏFƏR SADİQ ƏLEYHİSSƏLAMIN HƏYATI 

İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi 

Siyasi ictimai və mədəni vəziyyət 

Böyük Cəfəri məktəbi 

İmam Sadiq (əleyhissəlam) məktəbinin şagirdlərindən bir nümunə 

Nə üçün İmam Sadiq (əleyhissəlam) Abbasilər qiyamının başçılarının təklifini qəbul etmədi? 

Zeyd ibn Əli əleyhissəlamın qiyamı 



İmam Sadiq əleyhissəlamın həyatı barədə qısa məlumat 

Altıncı  İmamın  adı  Cəfər  künyəsi  Əbu-Abdullah  ləqəbi  Sadiq  atası  İmam  Baqir  (əleyhissəlam) 

anası isə Ümmü-Fərvə olmuşdur. 

İmam Sadiq (əleyhissəlam) hicrətin səksən üçüncü ilində rəbiül-əvvəl ayının on yeddisi Mədinə 

şəhərində  dünyaya  gəlmiş  hicrətin  yüz  qırx  səkkizinci  ili  altmış  beş  yaşında  vəfat  etmişdir. 

Müqəddəs məzarı Bəqi qəbiristanlığında atasının məzarı kənarındadır. 



İmam Sadiq əleyhissəlamın müasiri olmuş xəlifələr 

İmam  Sadiq  (əleyhissəlam)  hicrətin  yüz  on  dördüncü  ilində  İmamətə  yetişmişdir.  O  Həzrətin 

İmamət  dövrü  hicrətin  yüz  otuz  ikinci  ilində  başa  çatmış  və  bu  dövr  Əməvilər  hakimiyyətinin 

sonları və Abbasilər sülaləsinin əvvəllərinə təsadüf edir. 

İmam Sadiq (əleyhissəlam) adları aşağıda çəkilən Əməvi xəlifələrini müasiri olmuşdur: 

Hişam ibn Əbdülməlik (105-125 h.q); 

Vəlid ibn Yezid ibn Əbdülməlik (125-126 h.q); 

Yezid ibn Vəlid ibn Əbdülməlik (126 h.q); 

İbrahim ibn Vəlid ibn Əbdülməlik (hicrətin yüz iyirmi altıncı ilinin cəmi yetmiş gününü); 

Mərvan ibn Məhəmməd (Mərvani Himar) (126-132 h.q); 

Abbasi xəlifələrindən isə aşağıdakıların müasiri olmuşdur: 

Abdullah ibn Məhəmməd (Səffah) (132-137 h.q); 

Əbu-Cəfər (Mənsur Dəvaniqi) (137-158 h.q); 

İmam Sadiq əleyhissəlamın elmi səviyyəsi 



İmam  Sadiq  əleyhissəlamın  elmi  əzəmət  və  yüksəkliyinə  aid  çoxlu  sübutlar  vardır.  Bu  məsələ 

həm  şiə  həm  də  sünni  alimlərinin  qəbul  etdiyi  bir  mövzudur.  Böyük  alim  və  fəqihlər  onun  elm 

mərtəbəsinin yüksəkliyi qarşısında diz çökür onun elm sahəsində üstün olduğunu tərifləyirlər. 

Hənəfi  firqəsinin  məşhur  banisi  Əbu-Hənifə  deyirdi:  “Mən  Cəfər  ibn  Məhəmməd 

əleyhissəlamdan  (İmam  Sadiqdən)  savadlı  şəxs  görməmişəm.”    O  həmçinin,  deyirdi:  “Mənsur 

(Dəvaniqi)  Cəfər  ibn  Məhəmməd  əleyhissəlamı  hüzuruna  çağıran  zaman  məni  çağırıb  dedi: 

“Camaat  Cəfər  ibn  Məhəmmədin  vurğunu  olmuşdur  onu  məhkum  etmək  üçün  bir  sıra  çətin 

məsələləri  nəzərində  tut.”  Mən  qırx  dənə  çətin  məsələ  hazırladım.  Bir  gün  Mənsur  Hiyrədə 

olarkən  məni  çağırtdırdı.  Məclisə  girərkən  gördüm  ki  Cəfər  ibn  Məhəmməd  (əleyhissəlam) 

(İmam  Sadiq)  onun  sağında  oturub.  Ona  baxdıqda  heybəti  məni  elə  bürüdü  ki  heç  Mənsuru 

görəndə  elə  olmurdum.  Salam  verib  Mənsurun  işarəsindən  sonra  oturdum.  Mənsur  üzünü  ona 

(İmam Sadiq əleyhissəlama) tutub dedi: “Bu Əbu-Hənifədir.” O cavab verdi ki tanıyıram. Sonra 

Mənsur  üzünü  mənə  tutub  dedi:  “Ey  Əbu-Hənifə!  Öz  məsələlərini  Əbu-Abdullah  (İmam  Sadiq 

(əleyhissəlam))  ilə  müzakirəyə  qoy.”  Mən  də  məsələləri  deməyə  başladım.  Hər  hansı  məsələni 

soruşurdumsa,  dərhal  cavab  verirdi  ki  sizin  bu  məsələ  barədə  əqidəniz  filan  Mədinə  əhalisinin 

əqidəsi  filan  bizim  əqidəmiz  də  filandır.  Bəzi  məsələlərdə  bizimlə  həmfikir  olur  bəzilərində 

Mədinə  əhalisi  ilə  bəzilərində  isə  fikri  tamam  başqa  olurdu.  Bu  minvalla  düz  qırx  məsələ 

soruşdum ki, hamısına cavab verdi.” Əbu-Hənifə bura yetişəndə İmam Sadiq əleyhissəlama işarə 

edərək  dedi:  “O  insanların  ən  alimi  onların  fiqhi  məsələlərə  aid  olan  ixtilaflarını  bilən  ən  agah 

adamdır.”  

Maliki  məzhəbinin  banisi  Malik  deyirdi:  “Bir  müddət  Cəfər  ibn  Məhəmməd  əleyhissəlamın 

yanına gedib-gəlirdim. Onu daima bu üç halda gördüm: ya namaz qılırdı  ya oruc tuturdu ya da 

Quran  oxuyurdu.  Onu  dəstəmazsız  hədis  danışan  görmədim.    Elm  ibadət  və  təqvada  Cəfər  ibn 

Məhəmməd  əleyhissəlamdan  üstün  bir  şəxsi  nə  bir  göz  görmüş  nə  bir  qulaq  eşitmiş  nə  də  heç 

kimin fikrinə belə gəlməmişdir.”  

Şeyx  Müfid  yazır:  “O  Həzrətdən  o  qədər  elm  söylənilib  ki  artıq  bütün  müsəlmanların  yanında 

məşhur  olmuş  onun  səs-sədası  hər  tərəfə  yayılmış  onun  nəslindən  olanların  heç  birindən  onun 

söylədiyi qədər elm söylənilməmişdir.”  

İbn Həcər Heytəmi yazır: “O Həzrətdən o qədər elm söylənilmişdir ki artıq bütün müsəlmanların 

yanında  məşhur  olmuş  onun  səs-sədası  hər  tərəfə  yayılmış  və  fiqh  və  hədis  aləminin  böyük 

rəhbərlərindən olan Yəhya ibn Səid İbn Cərih Malik Süfyan Suri Süfyan ibn Üyeynə Əbu-Hənifə 

Şübə və Əyyub Sicistani kimi şəxslər ondan hədis söyləmişlər.  

Onuncu  əsrin  görkəmli  alimlərindən  olan  Əbu  Bəhr  Cahiz  deyir:  “Cəfər  ibn  Məhəmməd 

(əleyhissəlam)  elə  bir  şəxsdir  ki  onun  elmi  bütün  dünyanı  əhatə  etmiş  deyilənlərə  görə  Əbu-

Hənifə və eləcə də, Süfyan Suri onun şagirdlərindən olmuşdur. Bu iki nəfərin onun şagirdi olması 

onun elmi yüksəkliyini sübut etmək üçün kifayət edər.”  

Seyyid  Əmir  Əli  Bəni  Üməyyənin  hakimiyyəti  dövründə  mövcud  olmuş  məzhəbi  firqələr  və 

fəlsəfi məktəblərə işarə edərək  yazır: “Dini rəy və fitvalar yalnız Əhli-beyt adamlarının  yanında 

özünə  fəlsəfi  baxım  almışdı.  O  dövrdə  elmin  yayılması,  bəhs  və  təhqiqat  ruhiyyəsi  yaratmış  və 

bütün  ictimai  yerlərdə  fəlsəfi  söhbətlər  əsas  yer  tutmuşdu.  Böyük  fəxrlə  qeyd  etməliyik  ki  bu 




Yüklə 414,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə