Microsoft Word inflation vusal doc



Yüklə 30,37 Kb.
Pdf görüntüsü
tarix30.03.2018
ölçüsü30,37 Kb.
#35534


Inflyasiya: görünməz əl 

Azərbaycanda inflyasiyanın sürəti idxal, tələb və  təklif amilləri ilə yanaşı, həm də subyektiv 

səbəblərə bağlıdır. Ölkədə inflyasiya doğuran səbəbləri iki qrupa ayırmaq olar; yuxarıda 

sadalalanan iqtisadi amillərdən (idxal, tələb və  təklif) savayı, qeyri-iqtisadi, hətta mahiyyətinə 

görə qeyri-təbii amillər sayıla biləcək inhisarçılıq, gizli iqtsadiyyat və korrupsiya inflyasiyaya 

rəvac verir. “Alternativ inflyasiya layihəsi” çərçivəsində əvvəllər daha çox inflayasiyanın iqtisadi 

amillərə söykənən tərəfləri analiz edildiyindən bu dəfə qeyri-təbii yolla yaranan infyasiya prosesi 

təhlil ediləcək.  İnhisar, gizli iqtisadiyyat və korrupsiya nəinki Azərbaycanda, bütün inkişaf 

etməkdə olan ölkələrdə inflyasiya törədən amillər sayılır. Xüsusilə də inhisarçılıq və inflyasiya 

arasında korelyasiya itisadi tədqiqatın daim diqqət mərkəzində olub.  

Azərbaycan bazarında qiymət formalaşdıran inhisarlar təbii, sahəvi, regional və ya hər hansı 

məhsul üzrə hakim mövqeyə malikdirlər. Məsələn, təbii inhisar sahəsi – enerjidaşıyıcılarının 

qiymətlərinin bu ilin yanvar ayında qaldırılması nəticə etibarı ilə həmin ay qeyri-monetar amil 

olaraq inflyasiya səbətində 12,5 faizlik paya malik oldu.      

 

Rəqabət şəraitində əsas informasiya tələb əyrisində cəmləşir. Əgər bazarda inhisar mövcuddursa, 



onda bazar və inhisarçının tələb  əyrisi eynidir. İnhisar və bazar tələbi qrafikdə  aşağı 

istiqamətlənən eyni əyri ilə göstərilib (D). Rəqabət şəraitində inhisarçının mənfəəti marginal (son 

hədd) xərclər marginal gəlirlərə  bərabər olanda (MC = MR) maksimuma çatır. Rəqabət 

şəraitindən fərqli olaraq inhisar qiymətləri marginal gəlirləri üstələyir, çünki inhisarçı satış 

həcmini artırmaq üçün qiymətləri aşağı salır. Hər dəfə qiymət aşağı düşdükcə  gəlir sonuncu 

satılan məhsul vahidinin qiyməti ilə  əvvəlki satılan məhsulların azaldılmalı qimyəti arasındakı 

fərq qədər artır. Qiymət və satış  həcmi arasında bu əlaqə marginal gəlirlərin niyə  tələb  əyrisi 

altında olduğunu göstərir. Beləliklə, inhisarçı  rəqabət  şəraitində formalaşa biləcək qiymətdən 

daha yuxarı məzənnə müəyyənləşdirməklə inflyasiya yaradır.  

Qrafik inhisar şəraitində qiymətlətin maksimuma çatmasiını izah edir 

 (

http://alpha.fdu.edu/~koppl/note19.htm



).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Q



200 

  

 

175 

 

 

150 

  

 

125 

 

 

100 

 

 

75 

 

 

  50 

 

 

25 

MC 

ATC 

MR 

0          1         2         3         4         5        6       7        8        9        10

P

Profit 

İnhisar şəraitində mənfəətin 

maksimumlaşdırılması  


Burada: P-qiymət; O-məhsul istehsalı; MR-marjinal gəlir; MC- marjinal xərc; D-tələb; 

ATC-orta xərc.  

İqisadi  İnkişaf Nazirliyi Antiinhisar Xidməti bazarda inhisarçı  şirkətlərin reyestrini yaradıb və 

bura 100 özəl şirkət daxildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005-ci il 

31 may tarixində imzaladığı “Antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” fərmanda 

inhisarların mövcudluğu və onların inflyasiya yaratama prosesində  iştirakı  təsbit edilmişdir. 

Lakin fərmanda inhisarçı qiymətlərin qarşısını almaq məqsədilə  nəzərdə tutulan tədbirlər 

(məsələn, qiymət monitorinqlərinin təşkili və s.) tam həyata keçirilməyib. Azərbaycanda 

paradoksal və unikal haldır ki, inhisarlar təkcə inflyasiya yaratmır, həm də lazım gələndə bazarda 

qiymətləri cilovlamaq üçün hökumətin  əlində vasitəyə çevrilir. Bu isə inhisarlarla ayrı-ayrı 

məmurlar arasında  şaquli iyerarxik əlaqəni göstərir. Məsələn, un, enerjidaşıyıcıları, komunal 

xidmətlər və digər maya dəyəri yaradan xərc maddələrinin bahalaşmasına baxmayaraq çörəyin 

qiymətini açıq-açığına qaldırmaq mümkün olmadı. Yalnız iqtisadi qanunların diktəsi altında 

çörəyin qiyməti “məxməri inqilab” yolu ilə artmağa başlayıb.   

Azərbaycanda inhisarlarla yanaşı oliqopoliyalar da fəaliyyət göstərir. Məsələn, tikinti sektotunda 

bazarın bir deyil, bir neçə irimiqyaslı oyunçusu qiymətləri diktə edir. Əslində tikinti 

oliqopolistlərinin davranışı dustaqların dilemması nəzəriyyəsinə uyğundur. Tikinti oliqopolistləri 

arasında rəqabətdə  hər bir oyunçunun mənfəəti həm özünün, həm də digər oliqopolistlərin 

qiymətlə bağlı qərarından asılıdır. Dustaqların dilemmasında olduğu kimi oliqopolistlərin qarşı 

tərəflə  rəqabəti və daha çox qazanmaq istəyi son nəticədə qiymətləri qaldırır. Məsələn, bu ilin 

iyul ayında Bakı  şəhərində tikintisi aparılan bir sıra binalarda satış azalsa da, ilkin bazarda ay 

üzrə qiymət indeksi 1.3 faiz artımla müşahidə edilib və  şəhər üzrə orta qiymət 1026 ABŞ 

dolları/kv.m səviyyəsində  qərarlaşıb (“Əmlak Bazarı  İştirakçıları”  İctimai Birliyi).

 

Bu onu 


göstərir ki, oliqopolistlər arasında inhisar mənfəətini artırmaq üçün “centlmen razılaşması” 

işləyir və  hətta bazar təkilifinin aşağı düşdüyü halda belə praktik əhəmiyyətini itirmir, ev 

bazarında inflyasiya yaradır. Oliqapoliyalar kartel formalaşdırmaqla inhisarçılar kimi fəaliyyət 

göstərib məcmu mənfəətlərini maksimuma çatdırırlar. Tikinti sektorunda oliqopoliyaların qiymət 

razılaşması “Nəş tarazlığı”na uyğun gəlir, yəni mənzillərin qiyməti oliqopoliya oyunçularının 

hamısına əlverişli sayılır.   

Azərbaycanda gizli iqtisadiyyatın səviyyəsi və  nəqd pul kütləsi düz mütənasibdər. Bütün 

dünyada qəbul edilib ki, əgər dövriyyədə nəqd pulun xüsusi çəkisi artırsa, bu gizli iqtisadiyyatın 

inkişafından xəbər verməklə yanaşı, inflyasiyanın da sürətlənməsinə  rəvac verir. Belə 

korelyasiya asılılığını ifadə etmək üçün Qutman metodundan istifadə edilir. Bu metodologiyanın 

mahiyyətinə görə, gizli iqtisadi fəaliyyətlərdə əsasən nəqd puldan istifadə edilir. Qəbul edilir ki, 

dövriyyədəki pul həcmini rəsmi ÜDM-ə bölməklə alınan pulun dövriyyə sürəti həm rəsmi, həm 

də gizli iqtisadiyyat üçün eynidir. Qutman üsulu ilə gizli iqtisadiyytın səviyyəsini aşağıdakı 

düsturla hesablamaq olar: 

                     (C-koD)            (C-koD)   

Yg = Yr  *   --------------  =  ---------------- 

                      M1                    (C+D) 

 

Yg-gizli iqtisadiyyatdakı ÜDM; 




Yr-rəsmi ÜDM; 

C-dövriyyədkə rəsmi pulun miqdarı; 

D-tələbli əmanət miqdarı; 

M1- pul kütlısə (nəqd+tələbli əmanət); 

ko-nəqd pulun tələbli əmanətə nisbəti. 

Qutman metodu ilə aparılan hesablamalar Azərbaycanda gizli iqtisadiyyat səviyyəsnin 2001-

2006-cı illərdə (Mənbə: “Ekspert” jurnalı, (40) 2007) orta hesabla 35,1-53 faiz arasında 

olduğunu göstərir. Bu həddə mövcud olan gizli iqtisadiyyat öz miqyasına mütənasib həcmdə 

nəqd pul tələb edir.   

Milli Bankın məlumatına görə, hazırda Azərbaycanda nəqd pulun dövriyyədəki xüsusi çəkisi 60 

faizi ötür. Bu usə Qutman üsulu ilə gizli itisadiyyatın səviyyəsi üzrə alınan nəticəni tamamlayır. 

Milli Bankin cari ildəki statistikası onu da göstərir ki, iyununu sonunda M0 (nəqd pul) ilin 

əvvəlinə nisbətən 31.4 faiz artdığı halda,  digər aqreqatlar M1, M2 və M3 müvafiq olaraq 23,6, 

28,3 və 17,6 faiz çoxalıb. Yəni ilin əvvəlindən nəqd pul daha sürətlə artmaqla bir tərəfdən gizli 

iqtisadiyyat səviyyəsini göstərirsə, digər tərəfdən inflyasiya yaradır. Müqayisa üçün deyək ki, 

ilin əvvəlindən nəqd pul qeyri-neft ÜDM-dən 3-4 dəfə yüksək templə artıb və bu dinamika ilə də 

inflyasiya yaratma mahiyyətinini biruzə verib. Cədvəl məlumatlarından göründüyü kimi nəqd 

pulun xüsusi çəkisininin artım tempi M2 pul multiplikatorunu da üstələyib və maraqlı 

korelyasiya verib: bu ilin əvvəlindən başlayaraq nəqd pulun M2 aqreqatında xüsusi çəkisi və 

istehlak qiymətləti indeksi demək olar ki, eyni dinamika ilə “rəqs” edib.      

   

 

Mənbə: Milli Bank 



 

 

 



 

 

 




 

 

 



Mənbə: Milli Bank 

 

    Mənbə: Milli Bank 



Azərbaycan kimi ölkələrdə gizli iqtisadiyyatın mövcudluğu çirkli pulların yuyulması üçün 

əlverişli imkanlar açır.  İstər daxili, istərsə  də xarici mənbələrdən daxil olan çirkli pullar 

Azərbaycanda leqallaşdırılır və  nəticə etibarı ilə geniş  mənada pul təklifini artırır. Zəncirvari 

olaraqsa pul artıqlığı inflyasiyanı sürətləndirən amil sayılır. 

Beynəlxalq Valyuta Fondunun İcraiyyə  Şurası Azərbaycanda yaranmış  vəziyyəti 

qiymətləndirərək bu nəticəyə  gəlib ki, neft bumundan yararlanmaqla gələcəkdə iqtisadiyyatın 

diversifikasiyası üçün hökumət inflyasiya tempinin sürətlənməsi, dövlət xərclərinin dayanıqsız 

artımı, sahibkarlıq mühiti və idarəçilik sahəsində çatışmazlıqlarla bağlı problemlərin aradan 




qaldırılması istiqamətində  tədbirlər görməlidir. Narahatlıqlar həm də korrupsiyanın 

səviyyəsindən dolayıdır. “Transparency İnternational” təşkilatının hesabatına görə, Azərbaycan 

163 ölkə arasında korrupsiya səviyyəsi üzrə 121-130-cu yerləri bölür. Əslində “korrupsiya 

vergisi” istənilən mal və xidmətin qiymətində oturmaqla onu bahalaşdırır. Digər tərrəfdən isə 

korrrupsiyadan əldə olunan vəsait (Qutmana görə əsasən, nəqd pul) dövlətin pul-kredit və fiskal 

siyasətinin çərçivəsindən kənarda olduğu üçün pul tələbi və təklifinin formalaşdırılması zamanı 

tam nəzərə alınmır və deməli, inflyasiya mənbəyinə çevrilir.   

 

Bu məqalə ABŞ İnkişaf Agentliyinin (USAİD) vasitəsilə Amerika xalqının dəstəyi ilə dərc 



olunmuşdur. Məqalənin məzmununa yalnız  İqtisadi Tədqiqatlar Mərkəzi məsuliyyət 

daşıyır və bu məqalə USAİD və Birləşmiş Ştatların mövqeyini mütləq əks etdirmir.  

 

 

“Alternativ inflyasiya metodologiyasının işlənilməsi” layihəsinin tədqiqat qrupu 

Yüklə 30,37 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə